|
MƏDƏN SƏNAYESİ XƏBƏRLƏRİ (Müxtəlif informasiya mənbələrinin məlumatlarından istifadə olunub) Dekabr 2004-cü il
MƏDƏN SƏNAYESİ XƏBƏRLƏRİ (Müxtəlif informasiya mənbələrinin məlumatlarından istifadə olunub) Dekabr 2004-cü il
NEFT FONDU GƏLİRLƏRİNİN 25%-İ GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN QORUNACAQ BAKI/29.12.04/TURAN: Dövlət gələcək neft gəlirlərinin qiymətləndirilməsinə konservativ yanaşır. Belə ki, bu gəlirlərin parametrləri dünyada neftin qiymətinin dəyişməsinin 3 poqnozuna əsasən hesablanır: 1 barelə görə $16, $20 və $24. Birinci variantda 2005-2025- ci illərdə ölkənin gəlirləri $25 mlrd.-a, ikinci variantda $45 mlrd.-a yaxın ( üçüncüdə 60 mlrd.-a yaxın, redaktorun qeydi) olacaq. Bu barədə dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov neft və qaz gəlirlərinin uzunmüddətli idarə strategiyasının təqdimetmə mərasimində bildirib. Şərifovun sözlərinə görə, strategiyanın hazırlanması karbohidrogen resurslarının hasilat miqyaslarının genişlənməsi, 2009-cu ildən neft-qaz gəlirlərinin artması və neft-qaz resurslarının qısa müddətdə (20 il) tükənmə ehtimalı ilə şərtlənirdi. Strategiyanın əsas məqsədlərindən biri də iqtisadiyyatın inkişafı üçün əlverişli makroiqtisadi iqlimin yaradılması və iqtisadiyyatın neft faktorundan asılılığının azaldılmasıdır. Strategiya Azərbaycanın gələcək neft-qaz gəlirlərinin, ilk növbədə "Azəri- Çıraq-Günəşli" ,"Şahdəniz" yataqlarından və məhsulun birgə hasilatı və bölüşdürülməsi üzrə digər neft-qaz razılıqlardan əldə ediləcək gəlirlərin qiymətləndirilməsini nəzərdə tutur. Gəlir mənbəyi kimi Azərbaycanın adı çəkilən müqavilələrdəki payı, xarici neft şirkətlərinin mənfəət vergisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və birgə müəssisələrinin büdcə ödəşinləri nəzərdən keçirilir. ARDNF-nun gələcək nəsllərin fondu kimi təyinatını nəzərə alaraq ölkənin neft gəlirlərinin pik dövründə (2009-2018-ci illərdə) bu gəlirlərin 25%-i əmanət şəklində toplanacaq. Gəlirlərin qalan hissəsi isə adı çəkilən strategiyada nəzərdə tutulan aşağıdakı prioritet istiqamətlərdə istifidə edilə bilər: - iqtisadiyyatın, regionların, kiçik və orta sahibkarlığın qeyri-neft sektorunun inkişafı; - infrastukturun inkişafı; - kasıblığın azaldılması və digər sosial problemlərin həlli tədbiləri; - iqtisadiyyatın intellektual və texnoloji bazısının qaldırılması; - "insan kapitalının" inkişafı; - müdafiyə qabiliyyətinin inkişaf etdiriləsi. Bu barədə danışaraq Şərifov gələcəkdə neft gəlirlərinin istifadəsi istiqamətlərində dəyişiklik və əlavələrin edilə biləcəyini qeyd etdi. 2005-2025-ci illər üçün neft gəlirlərinin uzunmüddətli idarəsi straregiyası ölkə başçısının 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilib. AZƏRBAYCANIN NEFT İXRACINDAN ƏLDƏ EDİLƏN GƏLİRİN DEMƏK OLAR Kİ, YARISINI XARİCİ NEFT ŞİRKƏTLƏRİ GÖTÜRÜB BAKI/22.12.04/TURAN: 2004-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan dünya bazarlarına $2107 mln.-luq neft və neft məhsulları ixrac edib ki, bu da ölkənin ümumi ixracının 81,4%-ni təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ixracda neftin xüsusi çəkisi 7% azaldığı halda, mütləq ifadədə neft və neft məhsullarının ixracı 26% artıb. Neft ixracı strukturunda cari ilin 9 ayı ərzində $1612,7 mln. və ya 76,5% xam neftin payına düşüb. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə $233,4 mln. çoxdur. İxrac olunan xam neftin ümumi həcminin $1219,4 mln.-u (2003-cü ilin 9 ayı ərzində $991 mln.) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən həyata keçirilib. Öz növbəsində onların $997,8 mln.-u ($820,9 mln.) xarici neft şirkətlərinə daxil olub, Azərbaycanın payı $221,6 mln. ($170,1 mln.) təşkil edib. Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkəti və digər yerli şirkətlər tərəfindən $393,3 mln. ($388,3 mln.) məbləğində xam neft ixrac olunub. Hesabat dövrü ərzində ölkə $179,2 mln. məbləğində təbii qaz ixrac edib ($161,9 mln.). Beləliklə, neft-qaz sektorunun xarici iqtisadi fəaliyyətindən Azərbaycanın gəliri yanvar-sentyabr aylarında $930 mln.olub. Bu keçən ilin müvafiq dövrünün göstəricisindən $340,7 mln. çoxdur. --1 İLHAM ƏLİYEV BİLDİRİB Kİ, AZƏRBAYCAN "ŞAHDƏNİZ" LAYİHƏSİNİN BAHALAŞMASINDAN NARAHATDIR BAKI/20.12.04/TURAN: Azərbaycan Xəzərdə "Şahdəniz" qaz-kondensat yatağında "Mərhələ-1" layihəsinin bahalaşmasından narahatdır. Bu barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev jurnalistlərlə söhbətində bildirib. "Bahalaşma bizi də, layihədə investisiyaları bölən tərəfləri də narahat edir"-deyə dövlət başçısı vurğulayıb. Eyni zamanda onun sözlərinə görə, bu, "çox vaxt" baş verir. İ.Əliyev qeyd edib ki, hər iki tərəf xərclərin artmasında maraqlı deyil. "Lakin bu layihə çox böyükdür və Azərbaycanın gələcəyi üçün çox mühümdür. Odur ki, bu layihə mütləq reallaşmalıdır"-deyə o bildirib. Xatırladaq ki, bu həftə BP-Azerbaiyan "Şahdəniz" yatağında "Mərhələ-1" layihəsinin reallaşması xərclərinin 25% artmasının mümkünlüyünü bildirib. "Mərhələ-1" 178 mlad. kubmetr qaz və 34 mln. ton kondensat hasilatını, həmçinin Türkiyəyə qa ixracı üçün Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin tikintisini nəzərdə tutur "ŞAHDƏNİZ" YATAĞININ İŞLƏNMƏSİNİN DƏYƏRİ $3,2 MLRD. OLAN "MƏRHƏLƏ-1" LAYİHƏSİ DAHA 25% BAHALAŞA BİLƏR BAKI/15.12.04/TURAN: "Şahdəniz" yatağının dəyəri $3,2 mlrd manat olan "Mərhələ-1" layihəsi daha 25% bahalaşa bilər. Bu barədə TURAN-a "BP-Azərbaycan" şirkətinin mətbuat xidmətindən bildiriblər. "Hazırda biz layihənin səhmdarları və Azərbaycan tərəfi ilə "Mərhələ-1" layihəsinin son xərclər smetasını müzakirə edirik. Daha geniş bilgi şirkətin rəhbərliyinin dekabrın 21-ə nəzərdə tutduğu mətbuat konfransında veriləcək. Ancaq ilkin göstəricilərə görə, gözləyirik ki, dəyər artımı 25% təşkil edəcək",- deyə mətbuat xidmətindən bildiriblər. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dekabrın 14-də ARDNŞ-lə "Şahdəniz" yatağı üzrə bağlanmış kredit sazişi barədə yaydığı açıqlamada deyilir ki, "Mərhələ-1" layihəsinin dəyəri $4,3 mlrd. qiymətləndirilir. Öncə düşünülürdü ki, "Mərhələ-1" lapyihəsinin $3,2 mlrd.-lıq toplam dəyərində yatağın işlənməsi və qazın çıxarılması xərcləri $2,3 mlrd. olacaq, uzunluğu 690 km (Azərbaycan sahəsi 442 km və Gürcüstan sahəsi 248 km) olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə isə $0,9 mlrd. gedəcək. * "Şahdəniz" yatağının işlənməsi üzrə saziş 4 iyun 1996-cı ildə Bakıda bağlanıb və həmin il oktyabrın 17-də Milli Məclisdə təsdiq edilib. Layihənin iştirakçıları bunlardır: BP (operator - 25,5%), "Statoil" (25,5%), ARDNŞ (10%), "LUKAgip" (10%), NICO (10%), "TotalFinaElf" (10%) və TPAO (9%). ** "Şahdəniz" yatağının ehtiyatları 625 mlrd. kubmetr qaz və 101 mln. ton kondensat kimi qiymətləndirilir. Yatağın işlənməsinin 27 fevral 2003-cü ildə sanksiyalaşdırılmış "Mərhələ-1" layihəsi 178 mlrd. kub. metr qaz və 34 mln. ton kondensat çıxarılmasını, qazın Türkiyəyə ötürülməsi üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikilməsini nəzərdə tutur ARDNŞ "ŞAH-DƏNİZ" YATAĞININ İŞLƏNMƏSİNDƏKİ PAYININ MALİYYƏLƏŞDİRİLMƏSİ ÜÇÜN VƏSAİTLƏRİN CƏLB OLUNMASINI SONA ÇATDIRIB BAKI/14.12.04/TURAN: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Şah-dəniz" qazkondensat yatağının işlənməsi layihəsindəki payının (10%) maliyyələşməsi üçün vəsaitlərin cəlb olunmasını artıq tamamilə sona çatdırıb. Bu gün Londonda Azərbaycan prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri çərçivəsində ARDNŞ rəhbərliyi ilə Avropa İnkişaf və Yenidənqurma Bankı (AİYB) arasında kredit razılığı imzalanıb. Razılığa əsasən AİYB ARDNŞ-a $170 mln. həcmində kredit ayıracaq. "Şah-dəniz" layihəsindəki payının maliyyələşmə vəsaitlərinin bir hissəsini ($50 mln) ARDNŞ özü cəlb edib (xüsusilə ARDNŞ-ın AIOC beynəlxalq konsorsiumu tərəfindən "Çıraq" yatağından çıxarılan mənfəət neftinin reallaşdırılmasından əldə olunan vəsaitlər). ARDNŞ-a $170 mln həcmində kredit verilməsi haqqında texniki razılıq AİYB tərəfindən 2004-cü il noyabrın 4-də Bakıda imzalanıb. O zaman ARDNŞ prezidenti Natiq Əliyev jurnalistlərə bildirmişdi ki, bu məbləğin $110 mln-u yatağın işlənməsinə, daha $60 mln isə Bakı-Tbilisi-Ərzurum ixrac kəmərinin tikinti layihəsi çərçivəsində sərf olunacaq (SCR). *"Şah-dəniz" yatağının işlənməsi çərçivəsində ilkin hasilat layihəsinin ümumi dəyəri $2,3 mlrd., SCR-nin isə $900 mln-dur. "Şah-dəniz" yatağından ilkin qazın çıxarılması 2006-cı ilin sonunda gözlənilir. Yatağın ilkin hasilat ehtiyatı 625 mlrd kubmetr qaz və 100 mln tondan çox kondensant həcmində qiymətləndirilir. "Şahdəniz" yatağının işlənməsi layihəsində BR (operator - 25%), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%), İranın NIOC (10%), Total (10%) və Türkiyənin TPAO (9%) şirkəti iştirak edir.--1 ARDNF "MİNERAL RESURSLARIN ÇIXARILMASI SAHƏSİNDƏ ŞƏFFAFLIĞA NAİL OLUNMA" ÇƏRÇİVƏSİNDƏ AUDİTİN KEÇİRİLMƏSİ ÜÇÜN ŞİRKƏT SEÇİMİ KEÇİRİR BAKI/10.12.04/TURAN: Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Mineral resursların çıxarılması sahəsində şəffaflığa nail olunma" çərçivəsində hökumətin, yerli və xarici şirkətlərin hesabatlarının auditinin keçirilməsi üçün beynəlxalq audit şirkətinin seçimi üzrə təkliflər sorğusu keçirir. Maraqlanan şirkətlərin təklifləri 16 dekabr 2004-cü il saat 18:00-dək ARDNF-da qəbul olunur. Seçilmiş şirkət 2003-cü il və 2004-cü ilin I yarısı üçün hesabatların auditini keçirməlidir. Əlaqə tel: 498 77 53 (daxili 132) * "Mineral resursların çıxarılması ilə əlaqəli sənaye sahələrində şəffaflığın təmin olunması" çərçivəsində neft şirkətlərinin hökəmətə ödəmələri və hökumətin neft şirkətlərindən aldığı gəlirlər haqqında hesabatları hazırlanacaq. Bu məlumatların müqaisəsi yolu ilə audit şirkəti yekun hesabat hazırlayacaq. Həmin hesabat cəmiyyətin diqqətinə çatdırılacaq. Hesabatlar ildə 2 dəfə çap olunacaq: yarımilliyin nəticələrinə görə avqustun 15-ə kimi, illik nəticələr görə martın 15-ə kimi. INTESA BTC BORU KƏMƏRİNİN TİKİNTİSİ LAYİHƏSİNDƏKƏ PAYINI SATIR BAKI/03.12.04/TURAN: İtaliyanın Banca Intesa bankı Bakı-Tbilisi-Ceyhan ğoru kəmərinin tikinti layihəsinin maliyələşdirilməsindəki payının 30%-ni satıb. Bank qalan payının da satılması üçün danışıqlar aparırı. Xəbəri dünən Financial Times yayıb. Bank təmsilçisi bildirib ki, biz BTC layihəsindəki payımızın bir hissəsini satdığımızı təsdiq edə bilərik. Bundan başqa, biz bir neçə tərəflə payımızın bütünlüklə satılması üzrə danışıqlar aparırıq". * Banca Intesa-nın BTC-nın tikinti layihəsinin maliyələşdirilməsi üzrə payı $60 mln. idi.
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:30:16
|