|
MƏDƏN SƏNAYESİ XƏBƏRLƏRİ (Noyabr 2004-cü il)
MƏDƏN SƏNAYESİ XƏBƏRLƏRİ (Noyabr 2004-cü il)
Müxtəlif informasiya mənbələrinin məlumatlarından istifadə olunub "ŞAHDƏNİZ" LAYİHƏSİNİDƏKİ HİSSƏSİNİ ARDNŞ "ÇIRAQ" YATAĞINDAN ƏLDƏ OLUNAN MƏNFƏƏT NEFTİ HESABINA DA MALİYYƏLƏŞDİRƏCƏK BAKI/30.11.04/TURAN: ARDNŞ-in "Stadiya-1" layihələrindəki 10%-lik payının ("Şahdəniz" qazkondensat yatağından ilkin xammal hasilatı - $230 mln) və $320 həcmində Cənub-Qafqaz neft kəmərinin (SCP-$90) tikintisinin maliyyələşmə sxemləri artıq tamamilə müəyyən olunub. ARDNŞ prezidenti Natiq Əliyevin jurnalistlərə verdiyi məlumata görə, dekabr ayında "Şahdəniz" layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə $170 mln. məbləğində kredit verilməsi haqqında AİYB ilə razılıq imzalanacağı gözlənilir. Daha $150 mln. ARDNŞ öz vəsaitindən ayıracaq. Bunun üçün ARDNŞ "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi çərçivəsində alınan mənfəət neftinin satışından əldə edilən gəlirlərin yığıldığı xüsusi hesab açıb. 2004-cü ildə Dövlət Neft Şirkəti adı çəkilən fonda $41 mln. həcmində vəsaitin daxil olacağını gözləyir. Lakin neftin indiki qiymətlərini nəzərə aldıqda bu məbləğ daha yüksək ola bilər. ARDNŞ bu vəsaitləri "Şahdəniz" layihəsindəki payının bir hisəsinin maliyyələşməsinə sərf edəcək. AİYB-nın ayıracağı kreditin $60 mln-u ARDNŞ Bakı-Tbilisi-Ərzurum neft kəmərinin tikintisinə, $110 mln-u isə "Stadiya-1" layihəsinə sərf edəcək. * Keçən il Dövlət Neft Şirkəti xüsusi hesab vəsaitlərinin $40 mln-u "Şah-dəniz" layihəsindəki payının maliyyələşməsinə sərf edib. -- AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN GERÇƏKLƏŞDİRİLMƏSİ MEXANİZMİ RAZILAŞDIRILIB BAKI/24.11.04/TURAN:Noyabrın 24-də Mineral Ehtiyatların Hasilatı Sahəsində Şəffaflıq Komissiyasının təşəbbüsü ilə 20-dən artıq yerli və xarici kompaniya o sıradan 32 QHT anlaşma memorandumu imzalayıb. Komissiya tərəfdən sənədi Azərbaycan Neft Fondunun başçısı Samir Şərifov, koalisiya tərəfdən isə Sahibkarlığın İnkişafına və Bazar İqtisadiyatına Dəstək Fondunun sədri Sabit Bağırov imzalayıb. Böyük Britaniyanın baş naziri Toni Bleyerin hələ 2002-ci ildə qaldırdığı şəffaflıq təşəbbüsünə Azərbaycanın elə həmin ilin iyununda birincilər sırasında qoşulduğunu deyən Samir Şərifov təşəbbüsün neft hasilatından əldə edilən gəlirlər sahəsində həm kompaniyaların, həm də hökumətin məsuliyyətini artırdığını bildirib. Memoranduma əsasən mexanizmlərə aşağıdakılar daxildir: - Komissiyanın hesabatları ildə iki dəfə - yarımillik (avqustun 15-də) və illik (növbəti ilin 15-də) dərc edilir, - İşə nüfuzlu beynəlxalq auditor kompaniyası cəlb edilir. Seçimi memorandumu imzalayan tərəfləri təmsil edən 6 nəfərlik qrup həyata keçirir. Auditorun xidmət haqqını növbəlilik prinsipi ilə hökumət və neft kompaniyaları ödəyir, - Komissiya auditora hesabat təqdim etmələri üçün hökumətə və kompaniyalara məktub göndərir, - Auditor kompaniyası hökumətin və hasilat kompaniyalarının hesabatı üzrə son hesabat hazırlayır, - Auditorun son hesabatı təşəbbüsçülərə və ictimaiyyətə təqdim edilir. Şərifov memorandum ilkin razılaşma olduğundan gələcəkdə ona əlavələr edilməsinin mümkünlüyündən də danışıb. Yığıncaqda çıxış edən razılaşma tərəfləri, Britaniyanın Azərbaycan böyükelçisi Lourens Bristou, DB ofisinin başçısı Əhməd Cahani, BVF-nun təmsilçisi Bazil Zavoyko, AYİB-nın nümayəndəsi Raymond Konvey Azərbaycanın bu beynəlxalq təşəbbüsü dəstəkləməsini alqışlayaraq bu günkü memorandumun hasilat sahəsində şəffaflıq üzrə atılan ilk addım olacağına ümid etdiklərini vurğulayıblar. Bristou Azərbaycan tərəfin yaxın aylarda təqdim edəcəyi hesabatın dünyada birinci təcrübə olacağını, Konvey isə bu il dekabrın 14-də Londonda keçiriləcək beynəlxalq investisiya konfransında Azərbaycanın təşəbbüsünə böyük qiymət verilməsinə çalışacağını vurğulayıb.--10S-- BTC TİKİNTİSİ LAYİHƏSİNİN BAHALAŞMASI QNT-LƏRİN ƏSSASSIZ İDDİALARININ NƏTİCƏSİDİR BAKI.24.11.2004.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (BTC ƏİK) tikintisinin bahalaşmasına səbəb ilk növbədə qeyri-hökumət təşkilatlarının (QNT) kəmərin təhlükəsizliyinə dair əsassız iddiaları üzündən yaranmış fasilələr olub. Jurnalistlərə bu haqda məlumat verən ARDNŞ prezidenti Natiq Əliyevin sözlərinə görə, BTC tikintisinin hər günü 2 milyon dollara başa gəlir. QNT-lərin tələblərinin araşdırılmasına isə xeyli vaxt sərf olunub. Kredit bankları üçün min səhifəlik xüsusi hesabat hazırlanıb. Pulla əlavə məsləhətçilər tutmaq lazım gəlib, hətta məhkəmə araşdırmaları olub. Beləliklə, əsassız iddiaların aradan qaldırılması işinin özü bizə çox baha oturub. Üstəlik, ehtirasları bununla qızışdırırdılar ki, guya borunun çəkildiyi torpaqların haqqı düz ödənilməyib, fəhlələrin əməkhaqlarını əsassız olaraq azaldıblar və sair. Bütün bunlar ayrı-ayrı rayonlarta tətillərə, müxtəlif tələblərin irəli sürülməsinə və bütövlükdə tikintinin 15 gün gecikməsinə gətirib". Sitatın sonu. Eyni zamanda o, qeyd edib ki, layihənin bahalaşması hər üç ölkədə- Türkiyə, Azərbaycan və Gürcüstanda müşahidə olunur. ARDNŞ rəhbərinə görə, bunun səbəblərindən biri ümumiyyətlə dünyada qiymətlərin bahalaşmasına olan meyldir - işçi qüvvəsi də, elektrik enerjisi də, yanacaq da bahalaşır. N. Əliyev BTC tikintisinə dair Azərbaycanla Türkiyə arasında saziş oluğunu xatırladıb. Məlumdur ki, kəmərin türkiyə sahəsinə $2,4 milyard xərc çəkiləcəyi hesablanmışdı. Türkiyə xəzinədarlığı öhdəlik götürüb ki, xərclər bundan artıq olarsa, Türkiyə onun 250 milyon dollarını ödəməyə hazırdır. Yaxud tikinti vaxtında başa çatmasa, BOTAŞ (kəmərin Türkiyə sahəsinin podratçısı) hər gecikdirilən gün üçün BTC Co konserninə $500 min ödəyəcəkdir. Ancaq biz indi layihə naminə bu məsələləri müzakirə etmək istəmirik." N.Əliyev öncə demişdi ki, layihə çərçivəsində tikintiyə $3 milyardan çox xərclənib və layihə 5-7% bahalaşa bilər. İndi BTC kəmərinin tikintisi son mərhələsinə daxil olub-bütün işlərin 99 faizi görülüb. Azərbaycanda yalnız bir neçə dəmir yolu keçidinin və Kür çayı üzərindən keçidin tikintisi , bir də nasos-kompressor stansiyalarında sınaq və test işləri qalıb. Gürcüstanda hələ 3 km. boru qaynaqlanmalıdır. Türkiyədə də işlərin sürəti yaxşıdır , Onlar işləri gələn ilin martında yekunlaşdıracaqlarına söz veriblər. Lakin N.Əliyevin dediyinə görə, Türkiyədə boru çəkilişi qurtarsa da nasos- kompressor stansiyalarında işlər bitməyəcək. Odur ki, biz müvəqqəti sxam hazırlayırıq. Nasos və kompressorlar da ilk neft i bu sxemə uyğun qəbul edəcək və sonra stansida işlər davam etdirləcək. Azərbaycan nefti yüklənmiş ilk tanker Ceyhan terminalından 2005-ci ilin iyununda yola düşəcək. BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71 %), TPAO (6,53%), ENİ (5 %) İTOCHU (3,4%), ConocoPhillips (2,5%), İnpex (2,5%), Total ( 5%) və Amerada Hess (2,36%) BTC layihəsinin iştirakılarıdır. EXXONMOBİL AÇG YATAĞINADI NEFT PAYINI DƏMİRYOLU İLƏ DAŞIYACAQ BAKI.24.11.2004.MEDİA-PRESS: Amerika ExxonMobili "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında hasil edəcəyi neft payının dəmiryolu ilə ( Azərbaycandan Gürcüstanın Batum limanınadək) nəqli barədə AZPETROL şirkəti ilə saziş bağlayıb. Bu məlumatı açıqlayan ARDNŞ prezidenti Natiq Əliyevin sözlərinə görə, ExxonMobil bu qərarı ona görə qəbul edib ki, BTC Co ( Bakı-Tbilisi-Ceyhan neft kəmərinin operatoru) ilə danışıqlarında istədiyinə nail olmayıb. Buna baxmayaraq, danışıqlar hələ də davam edir və şəxsən mən istərdim ki, ExxonMobil BTC Co-ya daxil olsun". BTC kəməri ilə nəql ediləcək hər barrel neftin orta qiyməti 3-3,5 dollar olacaq və bu tarif yalnız BTC Co üzvlərinə ( tikintidə iştirak edən şirkətlərə) şamil ediləcəkdir. Öz neftini BTC ilə sonradan nəql etməyi qərara alan şirkətlər üçün daha yüksək tariflər müəyənləşdiriləcək. "ZƏFƏR-MƏŞƏL" YATAĞINDAKI KƏŞFİYYAT QUYUSUXƏZƏRİN ƏN BAHAL QUYUSUDUR BAKI.24.11.2004.MEDİA-PRESS: Amerika ExxonMobil-in Xəzərin azərbaycan sektorunda "Zəər-Məhəl" yatağında qazdığı kəşfiyyat quyusu $150 milyona başa gəlib. Bu, Xəzərdə indiyədək qazılmış quyuların ən bahalısıdır. Şirkət ekspertlərinin iddiasına görə, quyu "quru" çıxıb. Bu səbəbdən düşünmürəm ki, Exxonmobil həmin yataqda 2-ci bir quyu qazsın. Bu haqda bəyanat verən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev qeyd edib ki, Exxon Mobil layihə dərinliyi 7000 metr olan bu quyunu 7080 metrə çatdırmaqla üzərinə düşən öhdəliklərini tam yerinə yetirib. O ki, qaldı "Zəfər-Məşəl" strukturuna, Exxon Mobil "Zəfər"də kəşfiyyat qazmasını başa vurduqdan sonra quyunu ləğv etməyi qərara alıb, çünki şirkətin mütəxəssislərinə görə, quyuda karbohidrogenlərin kommersiya ehtiyatları aşkarlanmayıb. "Zəfər-Məşəl" prspektiv strukturunun işlənməsi üzrə paybölgüsü prinsipinə əsaslananbu müqavilə 1999-cu il aprelin 27-də imzalanıb və 2000-ci il mayın 8-də Milli Məclisdə rəsmən təsdiqlənib. Layişənin iştirakçıları və pay bölgüsü: ARDNŞ-50%, Exxonmobil( layihənin operatoru) -30%, ConocoPhillips -20%. Strukturun proqnoz ehtiyatları -140 milyon ton, işlənilməsinə tələb lunan investisiyaların həcmi -$5 milyarddır. "Zəfər-Məşəl" strukturu Bakıdan 130 km. cənub-şərqdə yerləşir, 640 kv. km. sahən i əhatə edir və suyun dərinliyi 450-950 metr arasındadır. ARDNŞ PREZİDENTİ HESAB EDR Kİ, EXXONMOBİL "NAXÇIVAN" DƏNİZ BLOKUNDA 2-Cİ KƏŞFİYYAT QUYSUNU QAZACAQ BAKI.24.11.2004.MEDİA-PRESS: "Exxonmobil" şirkəti "Naxçıvan" strukturu üzrə rəqəmləri yenidən öyrənir və yəqin məsləhətləşmələrimiz onunla nəticələnəcək ki, orada yeni kəşfiyyat qazmasına başlanılacaq" . Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev belə deyib. O qey edib ki, "Naxçıvan" strukturu perspektivli sayılır. Hərçənd Exxonmobil ekspertləri iddia edirlər ki, "Naxçıvan"da qazılacaq 2-ci quyu neft və qaz versə də, kommersiya baxımından şirkət üçün maraq doğurmayacaq. Amma mən prinsipcə belə düşünmürəm. Çünki əlimizdə olan bütün göstəricilərə görə və neftin dünya qiymətləri nəzərə alınarsa, məncə. İstənilən yatağın kommersiya marağı doğurduğunu söyləmək olar". N.Əliyevin sözlərinə görə, Exxonmobillə saziş elədir ki, "biz heç nə itirmrik. Əgər şirkət qazmırsa, biz quyu haqqında məlumat almırıq, ancaq pul alırıq. Lakin biz quyunu da qaza, informasiyanı da ala bilərik, ancaq onların ödəməli olduğu pulu itirə bilərik. Ona görə də imzaladığımız saziş yataq sahibinin maraqlarını qoruyur. Xatırladaq ki,"Naxçıvan" blokunda ilk kəşfiyyat qazması hələ 2002 -ci ildə aparılıb. Çıxan neftin cüzi olması səbəbəindən dərinlik 6700 metr olanda qazma dayandırılıb. ARDNŞ mütəxəssisləri çoxdan bəri təkid edirdilər ki, quyunun layihə dərinliyini daha 50 metr artırmaq gərəkdir. Onların fikrincə , ExxonMobil ekspertlərinin ehtimallarına rəğmən , bu sahədə karbohidrogenlər daha dərində yerləşir. "Naxçıvan" bloku Bakıdan 85 km. cənubdadır. Sahəsi-280 kv. km., dərinlik bəzi yerlərdə - 800 metrdir. ARDNŞ və ExxonMobil-in müqavilədə hərəyə 50% payı var. Yatağın işlənməsinə təqribən $2 milyard tələb olunur. "Naxçıvan"ın proqnoz ehtiyatları - 110 milyon ton neft və 85 milyard kub metr qaz həcmindədir. GÜRCÜSTANIN BAŞ NAZİRİ VƏ BP-AZEBAİJAN-IN MƏTBUAT XİDMƏTİ BTC KƏMƏRİ TİKİNTİSİNİN DONDURULMASI İMKANI BARƏDƏ ŞAİYƏLƏRİ TƏKZİB EDİRLƏR BAKI.19.11.2004.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəmərinin tikintisi qeyri-müəyyn müddətə təxirə salına bilər. Məlumatı yayan "Sunday Times" britaniya qəzeti iddia edir ki, Böyük Britaniya parlamenti BP şirkətinin Türkiyə və Azərbaycandakı fəaliyyətini araşdırmaq niyyətindədir. Xatırladaq ki, BP layihə dəyəri $3 milyarddan artıq olan BTC ixrac neft kəmərini çəkir və onu 2005-ci ilin baharında istismara verməyə hazırlaşır. "Sunday Times"ın iddiasına görə, britaniya parlamenti təhlükəsizliyinə əlavə $60 milyon ayrılmış bü kəmərin təhlükəsizliyinin real dərəcəsi ilə maraqlanıb və yoxlamalar, ən azı, tikintinin bir müddət dayanmasına gətirə bilər. Qəzetin proqnozlarına görə, yoxlamalar nəticəsində BP ciddi cərimələrə məruz qala bilər, həmçinin müqavilə bağladığı şirkətlər və kredit aldığı banklar, o sıradan Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı qarşısında hesabat verməli olar. Azərbaycan ərazisində kəmərin tikintisi demək olar ki, başa çatıb, Gürcüstanda da işlər tamamlanmaq üzrədir. Lakin Türkiyədə tikinti yazda başa çatacaq. Rosbalt agentdiyi xatırladır ki, Gürcüstanda kəmərin tikintisi daim əhalinin etiraz dalğaları ilə müşayiət olunur. İndinin özündə də mitinqləri davam etdirən ölkənin cənub regiolnu Camsxe-Cavaxeti sakinləri iddia edirlər ki, BP onları aldadıb və guya kəmərin çəkilişi üçün kəndlilərdən satın alınmış torpaq sahələrinin pulunu ödəməyib, ya da az ödəyib. Sakinlər ən radikal tədbirlərə əl atacaqlırı ( yəni tikintini başa çatdırmağa imkan verməyəcəkləri) ilə hədələyirlər. Məlum olub ki, Britaniyanın "The Guardian" qəzeti də oxşar məlumat yayıb. Qəzetin yazdığına görə, BTC neft kəmərini yoxlamış amerika məsləhətçi şirkəti "World Parlson" kəmərin gürcüstan sahəsində 1265 qüsur aşkarlayıb. Eyni hal kəmərin azərbaycan sahəsində də mövcuddur. Bu sözlərin cavabını ilk verənlərdən biri Gürcüstanın baş naziri Zurab Jvaniya olub. "The Guardian"nın iddialarını şərh edən Z.Jvaniya deyib :"BTC tikintisini dayandırmaq üçün heç bir əsas yoxdur". RİA-"Novosti" Jvaniyadan sitat gətirir:" Mənim Londonda BP rəhbərliyi ilə uzün sürən və maraqlı görüşüm olub. Mən onların planları ilə yaxından tanış oldum. Odur ki, kəmərin tikintisinin müvəqqəti dayandırılmasına dair söz-söhbətləri əsassız sayıram". "The Guardian"ın tikilən boru xəttində qüsurların olması barədə məlumatına toxunan baş nazir deyib ki, onun məlumatına görə, bütün xətt boyunda tikintiyə çox ciddi nəzarət var və təhlükəsizlik məsələsində azacıq şübhə yaranan kimi , hər şey başdan-başa yoxlanılır. Öz növbəsində BP -Azerbaijan şirkəti mətbuat xidmətinin başçısı Tamam Bayatlı Media-Press agentliyinə bildirib ki, "BTC boru kəməri dünyanın ən ciddi yoxlanılan layihələrindən biridir. Onun inşasına maya buraxmış beynəlxalq maliyyə qurumları beynəlxalq məsləhətçiləri işə cəlb edəcələr və onlar da kəmərin işlədiyi müddətdə onun işinin təhlükəsizliyini daim nəzarətdə saxlayacaqlar". T. Bayatlı həmçinin vurğulayıb ki, BTC CO boruçəkmə şirkəti həm görülən işlərin , həm də boruya gələcək texniki xidmətin yüksək keyfiyyətinə əsla şübhə etmir. Paslanmanın qarşısını almaq üçün hətta katod müdafiəsi tətbiq olunub. İstismar dövründə boruya vaxtaşırı " intellestual pig" deyilən elektron cihaz buraxılacaq və o, borunun kipliyini (hermetikliyini) yoxlayacaq. Xanım Bayatlının sözlərinə görə, BTC Co şirkəti qeyri-hökumət və ekologiya təşkilatlarının və KİV nümayəndələrinin barəsində yazdıqları nöqsan və qüsurların hamısından xəbərdardır və indiyədək deyilənlərin heç biri təsdiqini tapmayıb.Tamam Bayatlı vurğulayıb ki, BTC kəmərinin tikintisi cədvələ uyğun davam edir və Bakıdan Ceyhanadək uzanan marşrutda boruların 99 faizi qaynaqlanıb. NATİQ ƏLİYEV DEYİR Kİ, BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN TİKİNTİSİ ÜZRƏ XƏRCLƏR BÜDCƏDƏN KƏNARA ÇIXACAQ BAKI/15.11.04/TURAN: Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisinin xərcləri layihənin büdcəsindən artıq olacaq. Bu barədə jurnalistlərə ARDNŞ prezidenti Natiq Əliyev bildirib. Onun sözlərinə görə, bu günə kimi "BTC" layihəsi çərçivəcində $3 mlrd.-dan çox xərclənib. "Layihə büdcədən kənara çıxacaq, çünki Gürcüstan vç Türkiyədə tikinti işləri xeyli ləngidi",- deyə o bildirib. Əliyev qeyld edib ki, Türkiyədə ləngimələr onunla bağlı olub ki, yerinə yetirilməli məsələlər, özəlliklə də təşkilati məsələlər vaxtında həll edilməyib. "Kəmərin Türkiyə bölməsinin çətinliyi nəzərə alınaraq bütün materiallar və mexanizmlər öncədən sifariş verilməli, işçi qüvvəsi dəqiq hesablanmalı idi, bütün bunlar böyük gecikmə ilə gerçəkləşdirilib, çünki BTC-nin düşmənlərinin hərəkətləri üzündən layihənin maliyyələşdirilməsi ilə bağlı bölməyə vaxtında sanksiya verilmədi, bu düşmənlər onun tikintisinə indi də mane olurlar",- deyə ARDNŞ başçısı bildirib. Onun sözlərinə görə, layihənin "baş verə biləcək 5% və ya 7%" bahalaşması" sifarişçilərin və podratçı şirkətlərin suçu üzündən baş vermir. "BTC-nin çox güclü düşmənləri var, onlar yolverilən və yolveriməz bütün üsullardan istifadə edərək onun tikintisinə mane olmağa çalışırlar. Nəticədə, biz çox vaxt itirdik, bu da layihənin bahalaşmasına səbəb olur",- deyə o vurğulayıb. Bununla belə, N.Əliyev bildirib ki, kəmərin tikintisi artıq son mərhələdədir, artıq işlərin 98%-i yerinə yetirilib. Azərbaycanda tikinti işləri demək olar ki, başa çatdırılıb, dəmir yolu üzərindən və Kür çayından bir sıra keçidlər tikilməlidir, həmçinin nasos-kompressor stansiyalarında bir sıra işlərin görülməsi (sınaqdan keçirilmə və testləşdirilmə) qalıb. Gürcüstanda 3 km borunun qaynaq edilməsi qalıb. Türkiyədə işlər çox yaxşı templərlə gedir, Türkiyə tərəfinin dediyinə görə, işlər 2005-ci ilin mart ayında tam başa çatdırılmalıdır. Ancaq N.Əliyevin sözlərinə görə, Türkiyədə nasos-kompressor stansiyalarında işlər kəmərin tikintisinin başa çatmasına kimi tam bitirilməyəcək. Buna görə də ötərgi sxem hazırlanır. Həmin sxemə görə, ilkin neftin qəbulu üçün nasos və kompressorlar quraşdırılacaq, daha sonra onlarda işlər davam etdiriləcək. ARDNŞ başçısı düşünür ki, Azərbaycan nefti yüklənmiş ilk tanker Ceyhan limanından 2005-ci ilin iyun ayında çıxacaq. Əliyev həm də deyib ki, 15-16 dekabrda Londonda BTC-nin idarəetmə komitəsinin yığıncağı olacaq və orada iştirakçılar sözügedən layihənin gerçəkləşdirilməsi üzrə işlər proqramını və layihənin 2005-ci il büdcəsini təsdiq edəcəklər. * BTC-nin tikintisinə bütövlükdə $2,95 mlrd. tələb edilir (layihənin toplam dəyəri kredit faizləri və doldurma xərcləri ilə birgə $3,6 mlrd.-dır). Layihənin iştirakçıları BP (30.1%); ARDNŞ (25.00%); "Unocal" (8.90%); "Statoil" (8.71%); TPAO (6.53%); ENI (5.00%); "Itochu" (3.40%); "Conoco Phillips" (2.50%); INPEX (2.50%), "Total" (5.00%) və "Amerada Hess" (2.36%) şirkətləridir. BTC neft kəmərinin uzunluğu 1767 km-dir, bunun 443 km-i Azərbaycanda, 248 km-i Gürcüstanın, 1076 km-i Türkiyənin payına düşür. Boru kəmərinin buraxılış gücü ildə 50 mln. tondur. Tikinti işləri 2003-cü ilin aprel ayında başlayıb və 2005-ci ilin birinci üçaylığında bitəcək. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin 2-ci yarısına nəzərdə tutulur.--09B-- BRİTANİYANIN "SALANS" ŞİRKƏTİ ARDNŞ-İN YENİDƏNQURULMASI ÜZRƏ TÖVSİYYƏLƏR İŞLƏNMƏSİNƏ BAŞLAYIB BAKI/15.11.04/TURAN: Britaniyanın "Salans" şirkəti ARDNŞ-in yenidənqurulması üzrə tövsiyyələr işlənməsinə başlayıb. İşlər Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vəsaiti ilə görülür, AYİB bunun üçün $1 mln. qrant ayırıb. ARDNŞ prezidenti Natiq Əliyev jurnalistlərə bildirib ki, ARDNŞ-in yenidənqurulması üzrə təkliflərin işlənməsi 2005-ci ilin sonuna kimi sürəcək. ""Salans" bizə öz tövsiyyələrini təqdim etməlidir, 6 ay ərzində biz onunla bütün bu təklifləri razılaşdırmalı, razılaşdıqlarımızı müəyyən etməli və hökumətə verməliyik",- deyə o vurğulayıb. N.Əliyev bildirib ki, ARDNŞ-in yenidənqurulmasında başlıca məqsəd dövlət funksiyaları ilə kommersiya funksiyalarının ayrıd edilməsidir. Onun sözlərinə görə, bu mərhələdə ARDNŞ-dən onun başqa qurumlarını təkrarlayan və həmçinin müstəqil işləməyi bacaran və yalnız neft sənayesinə deyil, iqtisadiyyatın başqa bölmələrinə də xidmət göstərməyi bacaran şirkətlər çıxarılacaq. Əliyev həmçinin bildirib ki, ARDNŞ rəhbərliyi şirkətin quruluşunu yetərincə sadələşdirmək və istehsal münasibətlərini "şəffaflaşdırmaq" istəyir. Bununla bağlı olaraq 2005-ci ildən ARDNŞ-in bir sıra müəssisələri ARDNŞ rəhbərliyi tərəfindən təsdiq ediləcək xərclər smetasına əsaslanan iş prinsipinə keçiriləcək. Ancaq o, bu müəssisələrin adını çəkmək istəməyib.--09B-- AYİB VƏ ARDNŞ "ŞAHDƏNİZ"İN "MƏRHƏLƏ-1" LAYİHƏSİNDƏ ARDNŞ-İN PAYININ MALİYYƏLƏŞDİRİLMƏSİNƏ KREDİT AYRILMASI ÜZRƏ BÜTÜN SƏNƏDLƏRİ RAZILAŞDIRIBLAR BAKI/05.11.04/TURAN: Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" layihəsində ARDNŞ-in payının maliyyələşdirilməsinə $170 mln. kredit ayrılması üzrə bütün sənədlər üzrə ilkin razılaşma əldə ediblər. ARDNŞ prezidenti Natiq Əliyev jurnalistlərə bildirib ki, sənədin AYİB-lə razılaşdırılması proseduru noyabrın 4-də Bakıda başa çatıb. "Biz kreditin ayrılması üzrə bütün sənədləri razılaşdırıb və paraflamışıq. Son sənədə dekabr ayında Londonda qol çəkiləcək", - o vurğulayıb. Kreditin toplam məbləğindən $110 mln. ARDNŞ-in "Şahdəniz" yatağındakı payının maliyyələşdirilməsinə, $60 mln. qazın Türkiyə bazarına çıxarılmasını nəzərdə tutan Cənubi Qafqaz qaz kəmərinə yönəldiləcək. N.Əliyev kreditin ayrılma şərtlərini açıqlamayıb. Ancaq bildirib ki, gərək olarsa AYİB daha çox vəsait ayıra bilər. "Biz özümüz $170 mln. istədik, ancaq gərək olarsa bank maliyyələşdirməni artıra bilər",- deyə ARDNŞ başçısı bildirib. * "Şahdəniz" yatağının işlənməsi üzrə saziş 4 iyun 1996-cı ildə Bakıda bağlanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən təsdiqlənib. Layihə iştirakçıları aşağıdakılardır: BP (operator 25,5%), "Statoil" (25,5%), ARDNŞ (10%), "LUKAgip" (10%), NICO (10%), "TotalFinaElf" (10%) və TPAO (9%). * "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" layihəsi 178 mlrd. kub. metr qaz və 34 mln. ton kondensat çıxarılmasını nəzərdə tutur. Bundan başqa, "Mərhələ-1" uzunluğu 690 km olan Cənubi-Qafqaz qaz kəmərinin tikintisi daxildir, bunun 442 km-i Azərbaycandan, 248 km-i isə Gürcüstandan keçəcək. Qaz kəmərinin tikintisinin dəyəri $0,9 mlrd.-dır. ARDNŞ-in layihədəki 10%-lik payının maliyyələşdirilməsi üçün $320 mln. gərəkdir, bunun $170 mln.-u AYİB-dən alınacaq, qalan məbləğ ARDNŞ-in öz ehtiyatlarından veriləcək. * "Şahdəniz" yatağının ehtiyatları 625 mlrd. kubmetr qaz və 101 mln. ton kondensatdır. --09B- ARDNŞ VƏ CASPİAN ENERGY "KYRÖVDAĞ" YATAĞININ İŞLƏNMƏSİNİN PB SAZİŞİNİ BAĞLAYIBLAR BAKI.05.11.2004.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft şirkəti ( ARDNŞ ) və Caspian Energy Group (Böyük Britaniya) "Kürovdağ" onşor neft yatağı ürə ray bölgüsü (PB) sazişi bağlayıblar. ARDNŞ nümayəndəsinin "İnterfaks Azərbaycan" agentliyinə bildirdiyinə görə, bu yatağı ARDNŞ ( 51%) və Caspian Energy Groupun (49%) 1997-ci ildə yaratdıqları "Shirvanoil" müştərək müəssisəsi (MM) işləyirdi. Lakin MM forması tərəfləri razı salmadığından, məhsulun pay bölgüsü (MPB) sazişinə keçmək qərara alınıb. Bu ilin 9 ayında "Kürovdağ" yatağında 192 min ton neft ( keçən ilin eyni dövrünə nisbətən 14 min ton az) , 9,* milyon kubmetr qaz ( 1,2 milyon kubmetr az) çıxarılıb. .Azərbaycanın ən iri onşor yataqlarından sayılan Kürovdağ 1955-ci ildə aşkarlanıb və 1956-cı ildən işlənməkdədir. İndi bu yataq 600 metrdən 3500 metrədək dərinlikdə yerləşən 13 məhsuldar üfüqü əhatə edir
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:30:18
|