|
MƏDƏN SƏNAYESİ XƏBƏRLƏRİ (Oktyabr 2004-cü il)
MƏDƏN SƏNAYESİ XƏBƏRLƏRİ (Oktyabr 2004-cü il)
Müxtəlif informasiya mənbələrinin məlumatlarından istifadə olunub AZƏRBAYCANIN XARİCİ BORCU $1,55 MLRD.-DIR BAKI/26.10.04/TURAN: İlkin göstəricilərə görə Azərbaycanın xarici dövlət borcu bu il oktyabrın 1-ə $1 550 mln. olub. Ölkə ümumi daxili məhsulu (ÜDM) ilə tutuşdurduqda bu, yetərincə yolveriləbilən borc səviyyəsidir. Bu barədə hökumətdəki qaynaq bildirib. Bu il hökumət $200 mln. olan xarici borc limitindən $140-150 mln. işlədib. İlin sonuna kimi Dünya Bankı (DB) tərəfindən $15 mln.-a yaxın dəyəri olan "Bazar xidmətlərinin inkişafı" layihəsinin maliyyələşdirilməsi haqqında kredit sazişinin bağlanması gözlənilir, layihə ölkənin poçt sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. İslam İnkişaf Bankı ilə isə Xaçmaz yarımstansiyasının və Yaşma-Dərbənd elektrik verilmə xəttinin tikintisi layihəsi üzrə $13,5 mln.-lıq, Samur-Abşeron kanalının Vəlvələçay-Taxtakörpü bölümünün tikintisi layihəsi üzrə isə $10 mln.-luq kredit sazişi bağlanacaq. Plana görə, 2005-ci ildə Azərbaycan xarici borclanmalara üzrə əsas məbləğə və faizlərə xidmət üçün $143 mln. yönəldəcək. Bunun $20-i dövlət büdcəsi hesabına, qalan məbləğ isə debitor qurumlar tərəfindən ödənəcək.--09B-- NEFT FONDUNUN İDARƏEDİLMƏSİNİN GƏLİRLİLİYİ İKİ DƏFƏ AZALIB BAKI/26.10.04/TURAN: Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri 2004-cü ilin yanvar-sentyabr aylarında 194 mlrd. manat ($42,7 mln.-a yaxın) və ya 4,6% artaraq 4 209 mlrd. manata ($857,7 mln.-a yaxın) olub. Ötən ilin uyğun dönəmində isə artım 477,4 mlrd. manat ($97 mln.) təşkil etmişdi. Bu ilin ilk doqquz ayında fondun gəlirləri 819,8 mlrd. manat, xərcləri isə 625,4 mlrd. manat olub. Bu, ötən ilin uyğun dönəminin göstəricilərindən uyğun olaraq 640,2 mlrd. manat (44%) və 367,2 mlrd. manat (36,4%) azdır. Sözügedən dönəmdə neft sazişlərinin gerçəkləşdirilmiəsindən gəlirlər 819,8 mlrd. manat olub. Bundan 677,8 mlrd. manat mənfəət neftinin satışından gəlib (ötən ilin uyğun dönəmində 653,7 mlrd. manat olmuşdu). Bakı-Supsa boru kəməri ilə neftin Azərbaycan ərazisindən keçməsinə görə tranzit ödənişindən 47,7 mlrd. manat (48,1 mlrd. manat), bonus ödənişlərindən 7,9 mlrd. manat (559,8 mlrd. manat), akr ödənişlərindən 6,3 mlrd. manat (63,1 mlrd. manat) gəlib. Xarici şirkətlər tərəfindən dövlət əmlakının kirayələnməsinə görə fonda 2,3 mlrd. manat (0,6 mlrd. manat) gəlib. Doqquz ay ərzində Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 77,8 mlrd. manat əldə edilib. Bu, ötən ilin uyğun dönəminin göstəricisindən 56,9 mlrd. manat və ya 42% azdır. Özü də aktivlərin idarə edilməsindən gəlirlilik demək olar ki, iki dəfə azalaraq illik 2% təşkil edib. 2004-cü ilin 9 ayında onun büdcəsinin yerinə yetirilməsi çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi və sosial-məişət durumunun yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 15,7 mlrd. manat yönəldilib (2003-cü ilin yanvar-sentyabr aylarında 76,2 mlrd. manat olmuşdu). Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 36,4 mlrd. manat (574,6 mlrd. manat) verilib, dövlət büdcəsinə transfert kimi isə 488 mlrd. manat (320 mlrd. manat) yönəldilib. ARDNF-in idarəedilməsi ilə bağlı xərclər 51,7 mlrd. manat olub. O cümlədən aparatın saxlanması ilə bağlı xərclər 2,3 mlrd. manat, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərclər (məzənnə fərqi itkiləri) 49,4 mlrd. manat olub. Bu il dövlət büdcəsinə vergi kimi 33,6 mlrd. manat köçürülüb (bu başlıca olaraq 2003-cü ilə görə mənfəət vergisi olub). "RV INVESTMENT" AZƏRBAYCANIN QIZIL YATAQLARININ İŞLƏNMƏSİNƏ BAŞLAYIR BAKI/12.10.04/TURAN: "RV Investment Services Group LLC" (ABŞ) şirkəti Azərbaycanın perspektivli qızıl yataqlarının işlənməsinə başlayır. Bu məqsədlə o, sentyabr ayında İngiltərənin "VEIN ltd." şirkəti ilə Tovuz rayonunda "Gədəbəy", "Qoşa" və Odrubad yataqlar qrupundan "Piyazbaşı","Ağyurd","Şakərdərə" və "Kələki" yataqlarında qazma işlərinin görülməsi üzrə gerçəkləşdirilməsinə podrat sazişi bağlayıb. "VEIN ltd."-nin mütəxəssisləri Azərbaycana oktyabrın 20-də gələcəklər. Bu barədə TURAN-a "RV Investment" şirkətinin Azərbaycan ofisinin başçısı Füzuli Səmədov bildirib. Onun sözlərinə görə, iş planına uyğun olaraq 2006-cı ilin iyununa kimi sürəcək yataqların işlənməsinə $50 mln. yatıralacaq. Bu vəsaitlər maşın və mexanizm alınmasına, filizlərin işlənməsinə və s. yönəldiləcək. Gözlənilir ki, bu yataqlarda 4 mindən çox adam işləyəcək. Qızıl yataqlarının işlənməsi üzrə PSA tipli saziş "Azərqızıl" Dövlət Konserni və "RV Investment Services Group LLC" şirkəti arasında 20 avqust 1997-cu ildə bağlanıb və Milli Məclis tərəfindən 1998-ci ilin mart ayında təsdiq edilib. Hazırda Azərbaycan tərəfindən saziş iştirakçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyidir, qazancın 51%-i ona çatacaq. Sazişdə Azərbaycanın Gədəbəy, Tovuz, Ordubad, Kəlbəcər, Zəngilan rayonlarında 9 qızıl yatağının işlənməsini nəzərdə tutulur. Son iki rayon erməni işğalı altındadır. * Saziş meydançasında 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 mln. ton mis var. İlkin göstəricilərə görə, layihə çərçivəsində sərmayələr $500 mln. olacaq. Saziş müddəti 25 ildir.-
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:30:20
|