Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 20 Noyabr 2008, Cümə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MƏDƏN SƏNAYESİ XƏBƏRLƏRİ (Yanvar, 2005-cü il)

MƏDƏN SƏNAYESİ XƏBƏRLƏRİ (Yanvar, 2005-cü il)

Müxtəlif informasiya mənbələrinin məlumatlarından istifadə olunub

RUSİYA HÖKUMƏTİNİN "KAPRİZ"LƏRİ ÜZÜNDƏN "KTK" SƏHMDARLARI HƏR İL BAKI-TBİLİSİ-CEYHANLA 12 MLN TON NEFT İXRAC ETMƏYİ PLANLAŞDIRIR

BAKI/04.01.05/TURAN: Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) magistralının genişlənməsinin gecikdirilməsi onun üçün nəzərdə tutulan Qazaxıstan neftinin Rusiyadan yan keçməklə ixrac edilməsinə səbəb ola bilər. "KTK"-nın iri tərəfdaşı - "Tengizşevroyl" (TŞO) BM neft hasilatının artımına hazırlaşaraq alternativ yollar arayır. Neft nəqliyyatdındakı bu cür təzyiqlər yeni daşımaçılar üçün imkanlar açır.

"RusEnergy"-nin bildirdiyinə görə, KTK səhmdarları şurasının yaxın zamanlara nəzərdə tutulmuş yığıncağına onun əsas payçısı "ChevronTexaco" (ABŞ) şirkəti yeni müzakirə arqumenti hazırlayıb. "KTK"-da 15% və "Tengizşevroyl"da 50% payı olan şirkət bildirmək istəyir ki, şirkətin 2006-cı ildən alacağı əlavə milyonlarla ton neft Qafqazdan ötürüləcək.

"Tengiz" və "Korolevskoe" yataqlarını işləyən TŞO hasilatın artırılması ilə bağlı iri layihə gerçəkləşdirir.

"ChevronTexaco" Rusiya hökumətinin KTK tariflərinin artırılması ilə bağlı təkliflərinə qarşı çıxır. Bu tələbdən imtinaya əsaslanan Rusiya hökuməti indi onu KTK-nın ötürmə gücünün artırılmasına verdiyi razılığı yerinə yetirməyə məcbur edir. Neft ixracatçısı olan səhmdarlar Qazaxıstanın dəstəyi ilə KTK ilə ötürülən neft həcminin ildə 28 mln. tondan 67 mln tona qaldırılmasına çalışırlar. Əks halda "Tengizşevroyl" nefti çıxarmaqda çətinlik çəkəcək.

KTK-nin işə düşdüyü 2001-ci ildə Rusiya 1 ton üçün $25-lıq tarif müəyyən etmişdi. Neftin çənlərə doldurulması və əlverişsiz hava üzünddən ildə 320 gündən az işləyən Novrosiysk limanında boş dayanmalarla bağlı başqa xərclərlə birgə Tengiz neftinin limana kimi daşınması $30-a başa gəlir. Ötən ildən isə Rusiya təmsilçiləri bir neçə dəfə tarifin $38-ə kimi artırılmasının vacibliyini bildiriblər. Bundan sonra TŞO səhmdarları altenrativ ixrac yolları aramağa başladılar.

"ChevronTexaco" bu fikirdədir ki, ildə 12 mln. tona yaxın neft Bakı-Tbilisi-Ceyhanla (BTC) göndərilə bilər, rəsmi Moskva isə bunu Rusiya üçün əlverişsiz sayır. Həmçinin, Qazaxıstan neftinin bu ixracatçısından başqa şirkətlər də nümunə götürə bilərlər.

Qeyd edək ki, 2005-ci ilin aprel ayından BTC-nin neftlə doldurulmasına başlanacaq və bu ilin üçüncü rübündə Azərbaycan nefti doldurulmuş ilk tanker Ceyhandan çıxacaq. "Total" (Fransa), "Eni" (İtaliya), "Inpex" (Yaponiya) və "ConocoPhillips" (ABŞ) şirkətləri də Xəzərin Qazaxıstan bölməsindəki "Kaşaqan" yatağından çıxardıqları nefti dünya bazarlarına BTC ilə çıxarmaq istəyirlər.--



Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:30:22

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.310755