Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

* Neft gəlirləri və ondan səmərəli istifadə

* Neft gəlirləri və ondan səmərəli istifadə
*art_name2
*art_autor
* Neft gəlirləri və ondan səmərəli istifadə Bu günədək Dövlət Neft Fondundan qaçqın və köçkünlərlə bağlı layihələrə 146 milyon AZN xərclənib Dünyanın karbohidrogen ehtiyatları ilə zəngin ölkələrində neftin iqtisadiyyata böyük təsiri var. Belə ölkələrdə neft gəlirlərinin idarə edilməsilə bağlı müzakirələr daim gündəmdəki məsələlər sırasına daxildir. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması isə çox vacib şərtdir. Neft fondları Neft gəlirlərinin idarəolunması sahəsində şəffaflığın yaradılması dövlətin və xalqın xeyrinədir. Karbohidrogen ehtiyatlarına malik bəzi ölkələrdə neft gəlirlərindən səmərəli istifadə üçün neft

Neft gəlirləri və ondan səmərəli istifadə

Bu günədək Dövlət Neft Fondundan qaçqın və köçkünlərlə bağlı layihələrə 146 milyon AZN xərclənib

Dünyanın karbohidrogen ehtiyatları ilə zəngin ölkələrində neftin iqtisadiyyata böyük təsiri var. Belə ölkələrdə neft gəlirlərinin idarə edilməsilə bağlı müzakirələr daim gündəmdəki məsələlər sırasına daxildir. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması isə çox vacib şərtdir.

Neft fondları

Neft gəlirlərinin idarəolunması sahəsində şəffaflığın yaradılması dövlətin və xalqın xeyrinədir. Karbohidrogen ehtiyatlarına malik bəzi ölkələrdə neft gəlirlərindən səmərəli istifadə üçün neft fondları yarıdılıb. Bu fondlar neft gəlirlərinin toplanması və səmərəli istifadə mexanizmidir. Neft sərvəti tükənməz deyil və tükəndikdən sonra iqtisadiyyatın digər sahələri onu əvəz etmək imkanında olmalıdır. Neft gəlirlərinin düzgün idarə olunması, onun nəsillər arasında ədalətli bölüşdürülməsi üçün düzgün strategiya seçilməlidir ki, bu istiqamətdə də neft fondlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Neft gəlirlərindən səmərəli istifadə barədə danışarkən bariz nümünə kimi Norveç dövləti göstərilir. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Neft Fondu yaradılarkən təkcə beynəlxalq maliyyə qurumlarının məsləhətləri deyil, həm də məhz Norveçin təcrübəsi öyrənilib.

Dövlət Neft Fondunun 1,6 milyard dolları var

Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsilə Azərbaycanın neft gəlirləri artacaq və yaxın 20 ildə onun 140 milyard dollara çatacağı proqnozlaşdırılır. Bu qədər vəsait Azərbaycan kimi inkişaf etməkdə olan ölkə üçün xoşbəxtlik sayılmalıdır.

Azərbaycanda Dövlət Neft Fondu (DNF) 1999-cu il dekabrın 29-da yaradılıb. Qurumun əsas vəzifəsi neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması və bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə etməkdir. Hazırda qloballaşan dünya iqtisadiyyatında şəffaflıq təşəbbüsü təbii ehtiyatlarla zəngin ölkələr kimi Azərbaycanda da aktual məsələdir. Qeyd edək ki, fəaliyyətə başladığı gündən bu ilin avqustunadək Neft Fonduna ümumilikdə 2,78 milyard dollar daxil olub.

Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2006-cı ildə qurumun gəlirləri 807842,6 min AZN, xərcləri isə 954287,7 min AZN nəzərdə tutulur.

DNF-in 2006-ci il büdcəsinin gəlirləri Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (684 mln. manat), sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər (7,434 mln. manat), neftin və qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (13,5 mln. manat), bonuslar (67,5 mln. manat), digər gəlirlər və daxilolmalar (90 min), Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər (35318,6 min manat) hesabına formalaşmalıdır.

DNF-in 2006-cı il xərcləri çərçivəsitndə qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 110 mln. 311 min manat nəzərdə tutulur. Fondun məlumatına görə, bu ilin birinci yarısında bu məqsədlə 32,5 milyon manat xərclənib.

Bu ilin yarısında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün 54,4 milyon manat yönəldilib, 226 milyon manat isə dövlət büdcəsinə transfer edilib. Qeyd edək ki, bu il büdcəyə 585 milyon manatın transeri nəzərdə tutulur. Bu ilin yanvar-iyun aylarında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 0,6 milyon manat və 0,5 milyon manat vəsait ödənilib. Bu layihələrə ümumilikdə 127 milyon manatın ayrılması planlaşdırılıb. Bu il fondun büdcəsindən 90 milyon manat Dövlət Investisiya Şirkətinin nizamnamə kapitalinin formalaşdırılmasına, 3976,7 min manat isə qurumun özünün idarə edilməsinə yönəldiləcək.

Bu ilin birinci yarısında Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 423,7 milyon manata bərabər olub.

Hazırda DNF-in hesabında 1,6 milyard dollara yaxın vəsait cəmləşib.

Fondun qaçqın-köçkün xərci

DNF Azərbaycan neft gəlirlərinin idarə edilməsi istiqamətində düzgün yolla irəlilədiyini bildirir. Qeyd edək ki, əsasnaməyə görə, qurumun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə, strateжi əhəmiyyətli infrastruktur obyektlərinin inşası və bərpasında istifadə oluna bilər.

Bu gün Azərbaycan vətəndaşı artıq neft gəlirlərinin onun vəziyyətinə müsbət təsirini hiss etməkdədir. Bu sırada konkret olaraq qaçqın və məcburi köçkün kateqoriyasını göstərmək olar. Biləsuvar rayonundakı 1 saylı köçkün qəsəbəsinin sakini Fərhad Niftəliyev: “Bir neçə il öncə çadırlarda çox acınacaqlı şəraitdə yaşayırdıq. Bu gün isə işıq, su, yol və digər infrastrukturları olan, müasir evlərdə məskunlaşmışıq. Fikrimcə, bu cür yaşayış neft gəlirlərinin təsiri nəticəsində mümkün olub”.

“Dövlətqaçqınkom”dan “Xəzər”ə bildirilib ki, DNF-in ayırdığı vəsait hesabına ötən dövr ərzində Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Ağcabədi rayonlarında qaçqın və məcburi köçkünlər üçün bütün infrastrukturu ilə birlikdə yaşayış qəsəbələri salınıb. Bundan başqa, Şəmkir, Ağstafa, Ismayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan MR-də, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramanı qəsəbələrində məcburi köçkünlər üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisi həyata keçirilib.

“Dövlətqaçqınkom” qəsəbələrlə bağlı layihələrin icrası, bununla əlaqədar tenderlərin həyata keçirilməsi zamanı qeyri-şəffaflığın olması barədə deyilən fikirlərlə razı deyil.

“Dövlətqaçqınkom” rəsmiləri DNF-dən ayrılan vəsaitlərin təyinatı üzrə xərcləndiyini və bu sahədə şəffaflığın təmin olunduğunu bildirirlər.

Əfqan QAFARLI

Yazı Mədən Sənayesində Şəffaflığın Artırılması Azərbaycan QHT Koalisiyasının keçirdiyi müsabiqəyə təqdim olunur



Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:18:40

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.643497