|
*
Azərbaycana neft gəlirlərinin sosial-iqtisadı təsirləri və “Holland sindiromu” təhlükəsi
*
Azərbaycana neft gəlirlərinin sosial-iqtisadı təsirləri və “Holland sindiromu” təhlükəsi
*art_name2
*art_autor
*
Azərbaycana neft gəlirlərinin sosial-iqtisadı təsirləri və “Holland sindiromu” təhlükəsi
Beynəlxalq təcrübə
Son zamanlar neftin və ümumiyyətlə mineral ehtiyatların bira sıra ölkələrə bəlalar gətirdiyi barədə çoxlu fikirlər səslənir. Elə
təsəvvür yaranır ki, doğurdanda da neft ancaq bəla gətirir və mineral ehtiyatları olmayan ölkələr bu resurslara malik ölkələrdən daha xoşbəxt yaşayırlar. Doğurdanmı neftlə zəngin ölkələr yalnız onun mənfi təsiri ilə üzləşir, yoxsa neftin
ölkə iqtisadiyyatına müsbət təsiri də olur?
Daha doğrusu nefin xeyri çoxdur, yoxsa ziyanı?
Dünyada az da olsa, neft gəlirindən səmərəli istifadə edib sabit iqtisadiyyat qurmuş ölkələr movcuddur. Bu ölkələr dövlət
iqtisadiyyatını neqativ təcrübəyə malik ölkərlərdə olduğu kimi,
Azərbaycana neft gəlirlərinin sosial-iqtisadı təsirləri və “Holland sindiromu” təhlükəsi Beynəlxalq təcrübə Son zamanlar neftin və ümumiyyətlə mineral ehtiyatların bira sıra ölkələrə bəlalar gətirdiyi barədə çoxlu fikirlər səslənir. Elə təsəvvür yaranır ki, doğurdanda da neft ancaq bəla gətirir və mineral ehtiyatları olmayan ölkələr bu resurslara malik ölkələrdən daha xoşbəxt yaşayırlar. Doğurdanmı neftlə zəngin ölkələr yalnız onun mənfi təsiri ilə üzləşir, yoxsa neftin ölkə iqtisadiyyatına müsbət təsiri də olur? Daha doğrusu nefin xeyri çoxdur, yoxsa ziyanı? Dünyada az da olsa, neft gəlirindən səmərəli istifadə edib sabit iqtisadiyyat qurmuş ölkələr movcuddur. Bu ölkələr dövlət iqtisadiyyatını neqativ təcrübəyə malik ölkərlərdə olduğu kimi, yalnız neft üzərində formalaşdırmır. Neft gəlirlərindən səmərəli istifadəsi ölkələri sırasına ABŞ, Kanada, Norveç, Avstraliya kimi inkişaf etmiş dövlətlər daxildir. Onların neft və digər mineral sənayesi, habelə bu sənayedən əldə olunan gəlirlərin istifadəsi praktikası böyük maraq kəsb edir və güman etmək olar kı, hər bir neft ölkəsi bu təcrübədən bəhrələnib neft amilinin neqativ fəsadlarından sovuşmaq istəyir. Pozitiv təcrübəyə malik ölkələr üçün bir sıra ümumi oxşar cəhətlər movcudur ki, onları ayrı-ayrılıqda məhz belə əlverişlı praktikanının formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bu oxşar cəhətlər aşagıdaklardan ibarətdir: Bu təcrübənin daşıyıcıları yüksək inkişaf etmiş ölkələrdir. Neft sənayesinin inkişafının başlanması artıq formalaşmış və böyük iqtisadi inişaf dövrünə təsədüf edir. Səmərəli dövlət idarəetmə sistemi movcudur. Dünyada ən yüksək demokratik imnstitutlar bu ölkələrdə fəaliyyət göstərir. Neft gəlirlərindən ölkə daxilində az istifadə olunur. İctimai özünüidarə qurumları xüsusilə də yerli qurumlar) bu sahədə müstəsna rola malik olub hasilat şirkətlərinə böyük təsir göstərirlər. Yüksək şəffaflıq movcuddur. Popilizm və səmərəli istifadə problemləri var. Məlum olduğu kimi, əksər tranzit ölkələrdə həyat səviyyəsi arzu olunandan aşağı səviyyədədir. İqtisadiyyatın inkişaf dinamikasına yenicə qədəm qoyduğunu, vergilərin səmərəsiz yığımını, dövlət büdcəsinin zəif imkanlarını, əsasən də vaxtaşırı olaraq ödəmələrin, xüsusilə də sosial ödəmələrin ( əməkhaqqı və müavinətlər) həyata keçrilmədiyini nəzərə alaraq bu halların istər-istəməz sosial gərginlikıərə gətirib çıxardığının şahidi oluruq. Bu məndada neft gəlirlərinin sabit və yüksək dinamikası bu problemləri nisbətən yumşaldır. Eyni hall digər büdcə ayırmalarında da özünü büruzə verir. Bütovlükdə isə neft amili hökümət üçün müəyyən “yastıq” rolunu oynayır və bir tərəfdən cəmiyyətin hakimiyyətdən total narazılıığının qarşısını alır, digər tərəfdən isə islahatlar aparılmasına və bu yolda qeyri-populiyar addımlar atırılmasına şərait yaradır. Ancaq təəssüf ki, hökümət praktikada bu imkandan fəal istifadə etmək əvəzinə çox zaman arxayınlaşır. Azərbaycan iqtisadyyatının neft gəlirlərindən asılı olması ölkədə hər bir sahə demək olar ki, neft amilindən asılı vəziyyətdədir. Ancaq reallıq ondan ibarətdir ki, məhz neft gəlirinin sabit artımı və üstəlik, əlverişli konyunkturun movcudluğu, iqtisadiyyatın digər sahələrinin o qədər yüksək sürətlə inkişaf etmədiyi bir şəraitdə əməkhaqqıının səviyyəsi artır, hökümət bu addımı atmaqla, şübhəsiz, müəyyən mənada populizmə də yol vermiş olur. Çünki əməkhaqı artımı ilə ÜDM-in arımı arasında olan fərq birincinin xeyrinə artırsa, bütövlükdə bu iqtisadiyyat üçün müsbət hal deyil. Ən azı ona görə ki, bu mənzərə əmək məhsuldarlığının adekvat olaraq aşağı düşməsindən xəbər verir. Neft problemini geniş səciyyələndirilir ki, bu problemi aşagdakı kimi təsnif etmək olar: Dünya bazarındakı konyukturdan sıx asılılıq; “Holland sindiromu” Bazar qüuvvələrinin zəifləməsi Dövlət idarəetmə sistemində islahatların zəifləməsi; Korrupsiyanın çiçəklənməsi; Əhalinin qeri-real ğözləmələri və motivasiyanın zəifləməsi. Digər sektorlardan fərqli olaraq, neft biznesi ən qeyr-demokratik biznes kimi qiymətlədnirilir. Məslən, əgər kənd təsərrüfatı biznesi ilə hamı məşğul ola bilərsə, neft biznesi bununn əskinə olaraq dar çərçivədə adamlarla, əsasən də hakimiyyətə yaxın dairələrlə məxsus biznesdir. Və bu, bütün dünyada belədir. Əbəs yerə demirlər ki, neft siyasətdir. Pisxoloji cəhətdən neft amilinin digər fəsadları da var. Sosial-pisxoloji durum əhalinin indiyə qədər də neft gəlirlərdindən böyük gözləntiləri ilə səciyyələnir. Əhalinin böyük əskəriyyərti, xüsuilə də yoxsul hissəsi ədalətli olaraq hesab edir ki, neft hasilatında və neft gəlirlərində real paylar var kı, dövlət bu payı vaxt itirmədən onların arasında bölüşdürməldir. Holland Sindromu Azərbaycanda mineral ehtiyatlardan səmərəli istifadə olunmaması, qeyri-neft sektorunun inkişaf etdirilməməsi ölkəni Nigeriya, Anqola, Yeni Qveniya, Trinidad-Tabaqo taleyinə doğru sürgləyir. Azərbaycanda da iqtisadi artımla neft qiymətlərinin konyukturu arasında korrelyasiya müşahidə olunurdu. Bəzi ekspertlər hesab edir ki, Azərbaycanda “Holland Sindiromu” yoxdur. Əslində neft sektorunda işçilərin şəratinin, əmək haqlarının sənayenin digər sektorundan qat-qat yaxşı olması öz-özlüyündə artıq “Holland Sindorumu”nun bir sıra simptomudur. Valyuta məzənəsinin qeyri-real səviyyədə, bütövlükdə isə digər sektorların ixrac potensalınn aşağı olması bu “xəstəliyin” movcudluğunu bir daha təsdiq edir. Azərbaycanda artıq məhşür “Holland Sindiromu”nun əsas simptomları görünmədkədir: Manatın məzənnəsinin qeyri-səmərəli səviyyədə müəyyənləşməsi Emal sənayesinin tədricən sıxışdırılıb çıxarılması Azərbaycanda “Holland Sindromu”nun qarşısını almaq üçün neftin rolunun iqtisadiyyatda azalmasına yönələn səylər daha səmərəli olmalıdır. Azərbaycanda neftin iqtisadiyyatdan rolunu azaldmaq üçün aşağıdakı tədbirləri həyata keçirmək lazımdır: Neft gəlirlərinin daha aktiv akkumuliyasiyası həyata keçrilməlidir. Onun manəsiz iqtisadi dövriyyəyə axınının qarşısı alınmalıdır; Neft gəlirləri rəqabətyönumlü sahələrə yönəldilməlidir; Neft fondundan dövlət büdcəsinə yönəldilən transferin həciminə limit qoyulmalı və bu rəqəm makroiqtisadı inkişaf məqsədlərindən asılı olmalıdır; Dövlət əhəmiyyətli infrastruktur və kommunikasya obyektlərinə yönələ investisiya daha cəlbedici görünür; İnstitisoinal və dövlət idaəretmə islahatları ən azı paralele aparılmalı, hətta birinci investisiya prosesini qabqlamaldır. “Reusrslar lənəti” Son zamanlar “Resursların Lənəti” deyilən bir nəzriyyə meydana gəlib. Nəzəriyyənin qısa məğzi ondan ibarətdir ki, zəngin ehtiyatlar malik ölkələr sankı Allahın bəlasına duçar olub çox ağır sosial duruma düşürlər. Bu sosial durum heç də subyektiv xarakter daşımır, bu və ya digər dövlət başçısının səriştəsizliyi ilə də bağlı deyil. “Resursları Lənəti” daha fundamental xarakter daşıyıb müəyyən mənada tarixin və iqtisadi qanununauyğunluğun məntiqi ilə “poqramlaşdıılıb”. Sadaladığımız ölkələr üçün bir sıra ümumi xarakterik cəhətlər movcuddur ki, onlar həm də Azərbaycanda özünü büruzə verir. Oxşar cəhətlər aşağıdakılardan ibarətdir: Ölkədə demokratiyanın tam formalaşmaması; Dövlət idarəetmə sisteminin qeyri-qənaətbəxş olub, böyük həcimdə ictimai vəsaitin, o cümlədən reursların satışından əldə edilən gəlirlərin şəffaf və səmərəli istfadəsində çətinliklərin olması; Korrupsiyanın səviyyəsinin yüksəkliyi; Cəmiyyətdə qeyri-bərabər gəlir durumunun movcudluğu; Ölkədə yoxsuluğun səviyyəsinin yüksək olması; Mineral resursların əsas etibarilə dünyanın məşhur transmilli şirkətlərin iştirakı ilə PSA tipli sazişlər çərçivəsində işlənməsi. Oxşar cəhətlərlə yanaşı, Azərbaycan neqativ təcrübəyə malik ölkələrdən fərqləndirən ümudverici xüsuiyyətlərdə var: İslahatların qısa tarixi Demokratik institutların yenicə formalaşması və bu səbələrdən pisxoloji cəhətdən onlara etimadın qeyri-qənaətbəxş olması; Sövet dövründən miras qalmış nisbətən yüksək təhsil səviyyəsi İxracatda neftin xüsusi çəksinin çoxluğunun birmənalı şəkildə mənfi qiymətləndirmək düzgün olmazdı. Tarixdə çoxlu misal var ki, məhz bu, ölkənin tərəqqisində müstəsna əhəmiyyətə malikdır. Məsələn, 50-ci illərdə Avstraliya zəif inkşafı etmiş periferik ölkə idi. Yüksək sürətlə inkşaf edən və eyni zamanda, təbii ehtiyatlar cəhtdən kasıb olan Yaponiya nefti İran körfəzi, bütün digər mineralları-dəmir filizi, kömür, boksit, fosfor, pambıq və buğdanı isə Avstraliya satırdı. Bu məhsulların satışından əldə edilən gəlir sonralar yeyinti, turizm və maşınqayırmaq sahələrinin inkişafına yönəldı və Avstraliya tədricənin inkişaf etmiş ölkəyə çevrildi. Hazırda isə Avsraliyanın ixracının yalnız 42 faizinin mineral xammal təşkil edir. Emal məhsulları ixracın 35 faizini təşkil edir. Azərbaycan sosial-iqtisadi inkişafın gələcək perespektivini təmin etmək məqsədi ilə, neqativ ölklərin (Nigeriya, Anqola, Yeni Qveniya, Trinidad-Tabaqo) təcrübəsindən nəticə çıxarmalı, inkişaf etmiş ölkələrin (ABŞ. Kanada, Norveç, Avstraliya) təcrübəsindən faydalanmalıdır. Elçin Loğmanoğlu
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 14:36:16
|