|
*
Neft gəlriləri?
*
Neft gəlriləri?
*art_name2
*art_autor
*
Neft gəlriləri?
Neft gəlirinin formalaşması və xərclənməsində şəffaflığ necə təmin olunur?
1994-cü ildən başlayaraq həyata keçirilən Milli Neft Strategiyasının reallaşması sayəsində Azərbaycan Respublikası neft və qaz
yataqlarının inkişafı istiqamətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, ölkə iqtisadiyyatına külli miqdarda investisiya cəlb edilib, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının
Azərbaycandan keçməklə dünya bazarlarına nəqli sahəsində nailiyyətlər əldə edilib, 1999-cu ildən etibarən “Əsrin Müqaviləsi” üzrə mənfəət
neftinin ixracı nəticəsində ölkəyə xarici valyutanın davamlı daxil olması təmin edilib. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya bu sahədə əldə olunan gəlirlərdən istifadənin əsas prinsiplərini və
Neft gəlriləri? Neft gəlirinin formalaşması və xərclənməsində şəffaflığ necə təmin olunur? 1994-cü ildən başlayaraq həyata keçirilən Milli Neft Strategiyasının reallaşması sayəsində Azərbaycan Respublikası neft və qaz yataqlarının inkişafı istiqamətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, ölkə iqtisadiyyatına külli miqdarda investisiya cəlb edilib, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Azərbaycandan keçməklə dünya bazarlarına nəqli sahəsində nailiyyətlər əldə edilib, 1999-cu ildən etibarən “Əsrin Müqaviləsi” üzrə mənfəət neftinin ixracı nəticəsində ölkəyə xarici valyutanın davamlı daxil olması təmin edilib. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya bu sahədə əldə olunan gəlirlərdən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini muəyyənləşdirir. Məhz bununla bağlı olaraq neft gəlirlərini və onun şəffaf idarəçiliyi ilə bağlı məsələlər hazırda ölkədə aktuallığını xeyli artırıb. 2002-ci ildə keçrilən Dayanıqlı İnkişaf Üzrə Ümumdünya Sammitində Böyük Britanıyanın baş naziri Toni Bleyer tərəfindən irəli sürülən “Mədən sənayesində şəffaflıq təşəbüsü”strategiyası Azərbaycanin əldə etdiyi neft və qaz gəlirlərinin istifadəsində şəffaflığa nəzarət olunması üçün üçün stimulverici rol oynayıb. Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərin toplanması üçün Azərbaycan Respublikası Prezidentinin 1999-ci il dekabr ayında 240 saylı fərmanı ilə yaradılan Azərbaycan Dövlət Neft Fondu (ADNF) bu sahədə strateji əhəmiyyətə malik institutdur və beynəlxalq qurumların illik hesabatlarında Azərbaycanın adının daha çox korrupsiyalaşmış ölkələr sırasında ardıcıl olaraq göstərilməsi bu fonda gəlirlərin daxilolmasına və xərclənməsinə ciddi ictimai nəzarət tələb edir. ADNF Azərbaycanın mənfəət neftinin satışından daxil olan vəsaitlərin və digər növ gəlirlərin bir ünvanda yığılaraq idarə edilməsi üçün yaradılan struktur olduğundan və həmin gəlirlərin qabaqcıl sektorların inkişafına və perespektivli layihələrin reallaşdırılmasına sərf olunması üçün nəzərdə tutulduğundan, bu ADNF-a ictimai marağı daha da artırır. ADNF-nin formlaşması mənbələri və vəsaitin necə, hansı meyarlara uyğun olaraq sərf olumnası Mədən Sənayesində Şəffaflığın Artırlmasının əsas təşəbbüsüdür. Azərbaycan Respublikasında neft və qazın kəşfiyyatı və işlənilməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən əldə edilən gəlirlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etmək məqsədilə 29 dekabr 2000-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublkiasının Prezideniti Fərman imzaladı. Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bu günkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yıgılmasını və səmərəli idarə olunmasını təmin etməkdir. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər Sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər: 1) Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla); 2) neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar); 3) karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər; 4) neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla); 5) neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər; 6) neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər; a) Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim edilməsindən, və yaxud satışındankənar əldə edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair; b) qrantlar və diqər təmənnasız yardımlar; c) qanunvericiliyə uyğun olaraq diqər gəlirlər və daxilolmalar. d) Fondun idarə olunan vəsaiti investisiya reytinqli banklarda və aktivlərdə yerləşdirilir. e) Fondun vəsaitinin uçotu və istifadə edilməsi haqqında hesabatın tərtib edilməsi və aparılması qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir. Vəsaitlələr aşağıdakı istifadə olunur: 1)Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərancamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun olaraq həyata keçirilir. 2) Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və srateji əhəmiyyətli infrastruktur öbyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər. 3) Hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri haqqında məlumat və eləcə də onun faktiki istifadəsi barədə illik hesabat mətbuatda dərc edilir. 4) Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə, eləcə də, Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun (öhdəliyinin, təminatının) və/ yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz. 5) Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq olaraq azaddır. ADNF-in vəsaiti aşağıdakı məqsəd vəistiqamətlərə xərclənməlidir: iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kişik sahibkarlığın inkişafı; infrastruktur sahələrin genişmiqyaslı inkişafı; yoxsuluğun azaldılması üzrə tədbirlərin həyata keçrilməsi və digər sosial problemlərin həlli; iqtisadiyyatın intelllektual və texnoloji bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması; “insan kapitalı”nın ikişafı ( yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkədə), kadrların professionallıq səviyyəsini artırlması); ölkənin müdafiə qabliyyətinin ğucləndirilməsi; azad edilmiş ərazilərin yenidənqurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçrilməsi. Azərbaycan Dövlət Neft Fonduna toplanan gəlirlərin formalaşması və vəsaitlərin istifadəsi haqqında Fondun hesabatlarının verilməsi idarə olunmada şəffaflığın təminidə və ictimai məlumatlandırma üçün yetərli deyil. 1994-cü ildən bəri Azərbaycanda neft sənayesində xarici tərəfdaşlarla birgə aparılan işlərin nəticəsi kimi, ölkəmizə böyük miqdarda neft gəlirləri daxil olmağa başlayıb. Azərbaycan Respublikasının Konstitusiyasının 14-cü maddəsinə əsasən təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Yəni, təbii ehtiyatlar üzərində mülkiyyət hüququ tamamilə dövlətə məxsusdur. Neftin respublika həyatında oynadığı bu müstəsna rola baxmayarəq, neft və ya karbohidrogen ehtiyatları, onların istifadəsi, istismarı, gəlirin bölüşdürülməsi haqqında ayrıca qanun və ya dövlət proqramı yoxdur. Lakin strateji əhəmiyyətinə və respublika iqtisadiyyatında oynadığı həlledici rola görə neft ehtiyatları, habelə neftlə əlaqədar fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyəti hüquqi tənzimlənmə mexanizmindən kənarda qala bilməzdi. Belə tənzimlənmə mexanizmləri isə yalnız Azərbaycən Respublikası Prezidentinin fərman və sərəncamlarında nəzərdə tutulur. Bütün gösrəilənlər onu deməyə əsas verir ki, karbohidrogen ehtiyatlarında əldə olunan gəlirlər formalaşması və idarə olunması istiqmətində şəffaflığın təmin olunması məqsədi ilə ADNF-ın işi ilə yaxından tanışlıq üçün mübüt şarait yaradilmasına ehtiyac vardır. Daxilolmalar və istifadələrin aydınlaşdırılması məqsədi ilə bütün vasitələrin xərclənməsi prosesi araşıdırılması və xərclənmiş vəsaitin səmərəsini və şaffaflığın necə təmin olunmasının tədqiqatı üçün imkan yaradılmalıdır. Dünya bazarında neftin qalxması və paralel olaraq, Azərbaycanında gəlirlərinin artmasına gətirib cıxarır. Heft qiymətinin qalxaması, gəlirlər artdıqca budcənin artması və qeyri-neft sektorunun inkişafın zəif olması gələcək üçün təhlükə mənbəy olaraq qalır. Azərbaycan Təhlükənin ilk simptomları. 2005-ci ildə neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 42% təşkil edirdisə, 2009-cu ildə 50, 2010-cu ildə isə 55% olacaq. Büdcədə də neft gəlirlərinin çəkisi getdikcə artır və bu il 58,4 %-ə dirənəcək. Deməli, iqtisadiyyatımız neftə bağlanıb. Ola bilsin ki, bu, təhlükə mənbəyi deyil. Ancaq qeyri-neft sektoru paralel inkişaf etməsə, acınacaqlı bir proses başlaya bilər. Ölkədə baş alıb gedən xidmət bumu - restoranlar, şadlıq evləri, o cümlədən tikinti bumu birbaşa neft gəlirlərindən asılıdır. Rəqabətə davamlı məhsulu istehsal edib xarici bazara çıxarmaq imkanımız yoxdur. Bütün bunlar pulu xidmətə xərcləməyə məcbur edir. Acnacaqlı olsada deməliyik, Azərbaycanın siyasi, sosial və iqtisadı gələcyinin əsas elementi olan neft gəlirlərinin formalaşması və istifadə olunması. Daha dəqiq desək Azərbaycan Dövlət Neft Fondun fəaliyyəti haqqında əhalinin 3% məlumatı var. Buda neft gəlirinə ictimai nəzarətin olmaması deməkdir. Bu gün Azərbaycanda Mədən sənayesində şəffaflığın təmin olunması, gələcək sosial-iqtisadi inkişafı təmin etmək məqsədi neft gəlirlərindən səmərəli istifadə üçün bəzi zəruri işlər sual olaraq qalır: Qeyri-neft istehsal sahələrini necə inkişaf etdirib rəqabət qabiliyyətliliyini təmin etməli; Neft gəlirlərindən bütün əhali təbəqələrinin faydalanmasını necə təmin etməli; “Neft qarğışından” necə xilas olmalı? Punhanə Elçın Yazı Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyanın keçirdiyi jurnalist müsabiqəsinə təqdim olunacaqdır.
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:18:36
|