Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

* Neft gəlirləri risk amillərini artırır

* Neft gəlirləri risk amillərini artırır
*art_name2
*art_autor
* Neft gəlirləri risk amillərini artırır ŞƏFFAFLIĞIN OLMAMASI ISƏ ONUN XƏRCLƏNMƏSI ZAMANI MƏNIMSƏMƏLƏRƏ SƏBƏB OLUR Bu il Azərbaycanda neft hasilatı bütün tarixi ərzində rekord həcmə - 30 mln. tona çatacaq. Gələn il bu göstərici 47 mln., 2009-cu ildə isə 65 mln. ton təşkil edəcək və 2010-cu ildə həmin səviyyədə saxlanılacaq. Onun 54 mln. tonu konsorsiumun, qallanı isə ARDNŞ-in payına düşəcək. Buna müvafiq olaraq Azərbaycanın gəlirləri dəyişəcək. Lakin xam neft hasilatının dinamikası, istismar və kapital xərclərinin dəyişikliyə məruz qalması proqnozu tərtib etməkdə çətinlik yaradır. Bu səbəbdən də neft gəlirləri ilə bağlı təqribi proqnozlar vermək mümkündür. Məsələn, dünya bazarında neftinin bir barelinin orta qiyməti 45 dollar olduğu halda Azərbaycan 20

Neft gəlirləri risk amillərini artırır

ŞƏFFAFLIĞIN OLMAMASI ISƏ ONUN XƏRCLƏNMƏSI

ZAMANI MƏNIMSƏMƏLƏRƏ SƏBƏB OLUR

Bu il Azərbaycanda neft hasilatı bütün tarixi ərzində rekord həcmə - 30 mln. tona çatacaq. Gələn il bu göstərici 47 mln., 2009-cu ildə isə 65 mln. ton təşkil edəcək və 2010-cu ildə həmin səviyyədə saxlanılacaq. Onun 54 mln. tonu konsorsiumun, qallanı isə ARDNŞ-in payına düşəcək. Buna müvafiq olaraq Azərbaycanın gəlirləri dəyişəcək. Lakin xam neft hasilatının dinamikası, istismar və kapital xərclərinin dəyişikliyə məruz qalması proqnozu tərtib etməkdə çətinlik yaradır. Bu səbəbdən də neft gəlirləri ilə bağlı təqribi proqnozlar vermək mümkündür. Məsələn, dünya bazarında neftinin bir barelinin orta qiyməti 45 dollar olduğu halda Azərbaycan 20 il ərzində təkcə “Azəri-Çıraq-Günəşli” dəniz yataqları blokunun işlənməsi layihəsinin gerçəkləşdirilməsindən 150 mlrd dollar gəlir götürə biləcək. Neftin qiyməti dünya bazarında 60 dollardan aşağı düşməsə, onda neft gəlirlərinin həcmi daha yüksək olacaq. Artım isə bir sıra fəsadlar yarada bilər. Çünki ölkədə ümumi daxili məhsulun həcmi sürətlə artır. Cari ilin yanvar-avqust aylarında bu göstərici 34,4 faiz olub ki, onun da əsasını neft sektorundakı inkişaf təşkil edir. Növbəti illərdə də artım tempi (2007-ci ildə 26,3 faiz proqnozlaşdırılır) yüksək olacaq. Buna uyğun olaraq büdcə gəlirləri də artacaq. Bu isə iqtisadiyyatın yüksək xərclərə alışması deməkdir. Unutmayaq ki, neft hasilatı həmişə yüksək olmayacaq. 2011-ci ildən başlayaraq azalmaya doğru gedəcək. Hasilat tempinin aşağı düşməsi ilə Azərbaycanın bəzi obyektiv və subyektiv risqləri olacaq. Əgər Azərbaycan tərəfi vaxtında qabaqlayıcı tədbirlər görməsə, neqativ halların qarşısını almaq mümkün olmayacaq. Azərbaycanın isə problemlərlə qarşılaşmamaq üçün imkanları var. Çünki hazırda dövlət büdcəsinin, neft və sabitləşdirmə fondlarının formalaşmasında neft gəlirləri önəmli rol oynayır. Çalışmaq lazımdır ki, həmin vəsaitlərin hesabına qeyri-neft sektoru inkişaf etdirilsin. Çünki hasilat azaldıqca və yeni yataqlar aşkar edilmədikcə ümumi daxili məhsulun və büdcə xərclərinin indiki artım templərini saxlamaq mümkün olmayacaq. ÜDM-in artımını təmin etmək üçün iqtisadiyyatın digər sahələri inkişaf etdirilməli və neftdən asılı olmayan sahələrdən gələn gəlirlər neft gəlirlərini əvəz etməlidir. Bunun üçün həmin sahələrdə istehsal olunan məhsular həm də rəqabət qabiliyyətliliyi ilə seçilməlidir ki, hasilat azalmağa doğru getdikcə ölkə iqtisadiyyatı ağır vəziyyətə düşməsin. Bunun üçü isə iqtisadiyyatın neftdən asılılığından qurtaracaq strategiya həyata keçirilməlidir. Bu istiqamətdə ilk addımlar atılır. Ölkə üçün önəmli olan layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Məsələn dövlət büdcəsindən modul tipli elektrik stansiyalarının tikintisinə 400 milyon dollar, Bakı şəhərində yol ayrıcıları və körpülərin tikintisinə 300 mln. dollar xərclənəcək. Azərbaycan üçün çox önəmli olan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsinin maliyyələşdirilməsi də gündəmdədir. Bundan başqa, ölkə üçün önəmli olan infrastruktur layihəlirinin maliyyələşdirilməsində də dövlət büdcəsindən ayırılan vəsaitlər önəmli rol oynayır. Növbəti illərdə də bu istiqamətdə büdcə vəsaitlərindən istifadənin həcmi artacaq. Qeyd edək ki, dövlət büdcəsinin üçdə iki hissəsini neft gəlirləri təşkil edir. Neft gəlirlər artıqca, büdcənin gəlir və xərcləri də artır. Ölkənin gələn il büdcəsinin Nazirlər Kabineti tərəfindən bəyənilən əsas parametrləri də bunu deməyə əsas verir. Onun gəlirləri ötən illə müqayisədə 39,1 faiz artaraq 5,336 mlrd. manat, xərcləri isə 42 faiz artaraq 5,715 mlrd. manat təşkil edə bilər.

NEFT VƏSAITLƏRI ÜZƏRINDƏ ICTIMAI NƏZARƏT ZƏIFDIR

Dövlət Neft Fondundan dövlət büdcəsinə ayırılacaq vəsaitin həcmi də hər il artır. Bu il Fondan büdcəyə transfertin həcmi 585 mln. manat təşkil edir ki, bu da ötən ilki göstəricidən çoxdur. Ondan əsasən büdcənin kəsir hissəsini qapamaq üçün istifadə olunur. Dövlət Neft Fondundan bir sıra layihələrin maliyyələşdirilməsi üçün də kifayət qədər böyük məbləğdə vəsait ayrılır. Qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün 2004-cü ildə 89 mlrd. AZM, ötən il 202 mlrd AZM ayırılmışdı. Bu il isə bu məqsədlə Fonddan ayırılan məbləğ 110 mln. 311 min AZN təşkil edir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsində də ARDNF önəmli rol oynayır. BTC-nin tikintisinin maliyyələşdirilməsi üçün 2004-cü ildə 184,9 mlrd. AZM, 2005-ci ildə isə 105 mlrd. AZM xərclənib. Bu il isə Fondan dövlət payının maliyyələşdirilməsinə 54,4 mln. manat yönəldilib. Dövlət Neft Fondu Azərbaycanın digər layihələrdə də payını maliyyələşdirir. Məsələn, “Oğuz-Qəbədə-Bakı” su kəmərinin tikintisinə 90 milyon manat (layihənin ümumi dəyəri 300 mln. dollar) xərclənəcək. Bundan başqa,”Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması üçün 37 mln. manat ayırılacaq. Neft vəsaitlərinin təyinatı üzrə xərclənməsi isə diqqət mərkəzində olmalıdır. Fonddan indiyə qədər xərclənən vəsaitlərin həcmini əksəriyyət bilmir. Aydın olur ki, insanlar neft vəsaitləri üzərində ictimai nəzarətin həyata keçirilməsində öz iştiraklarında maraqlı deyillər. Əhalinin çoxu yoxsulluğun azaldılması və iqtisadi inkişaf proqramı çərçivəsində qaçqın və məcburi köçkünlərin yaşayış səviyyələrinin yaxşılaşması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyini bildirir. Onların ARDNF-dən dövlət büdcəsinə edilən transfertlər barədə bir o qədər də məlumatlı olmadıqlarından buna laqeyid yanaşırlar. Fonddan müxtəlif proqramlara, o cümlədən məcburi köçkünlərə vəsaitlərin ayrılması bəzi məmurlara yeyinti üçün şərait yaradır. Qaçqın və məcburi köçkünlər üçün inşa edilən evlərə ayrılan vəsaitlərin bir hissəsi mənimsənilir, binaların əksəriyyəti standartlara cavab vermir. Qiymətlərin həddindən artıq şişirdilmə hallarına rast gəlinir. Bu da ilk növbədə tikinti materiallarının qiymətlərində özünü göstərir. Taxta-şalbanın bir kubu 160-170 dollar olduğu halda, sənədlərdə bu rəqəm daha yüksək göstərilir və ya həmin qiymətə daha ucuz və nazik taxta alınır. Fərq isə mənimsənilir. Eyni vəziyyət digər tikinti materiallarının qiymətlərində də özünü göstərir. Nəticədə bir binanın tikintisi onun üçün ayırılan vəsaitin ən azı 30 faizinin mənimsənilməsinə şərait yaradır. Bura məcburi köçkünlər üçün salınan qəsəbələrdə infrastruktların yaradılması zamanı təyinatı üzrə istifadə edilməyən pulları da nəzərə alsaq milyonlarla manat kimlərinsə, cibinə gedir. Qısa müddətdə həmin qəsəbələrdə tikilmiş evlərin yarasız vəziyyətə düşməsi- döşəmənin sıradan çıxması, suvağın tökülməsi, yağış yağarkən tavanın damması və s. bundan xəbər verir. Bundan başqa, məcburi köçkünlərin ərzaq və enerжi xərclərinin ödənilməsi üçün ayrılan vəsaitlər də yeyinti üçün optimal mənbədir. Ümumiyyətlə Fondun vəsaitlərinin ünvanına çatdırılmasında problemlər var. Neqativ vəziyyət modul elektrik stansiyaların, körpü və yol ayrıcıların tikintisində də özünü gəstərəcəyi şübhə doğurmur. Çünki Azərbaycan dünyanın ən çox korrupsiyaya uğramış ölkələri arasında ön sıralarda yerləşir. Bu da deməyə əsas verir ki, vəsaitin bir hissəsi məmurlar tərəfindən mənimsəniləcək. Əgər körpülərdən birinin xərcinin əvvəlcə 50 mln.dollar təşkil etdiyi bildirilir, sonra isə xərclərin 10 mln. dollar artaraq 60 mln. dollara çatdığı ictimaiyyətin beyninə yeridilirsə, sözsüz ki, vəsait “oğurlanacaq”. Sabah tikinti materiallarının bahalaşdığını, daşınma xərclərinin artığını bəhanə gətirərək yuxarıdakı 400 və 300 mln. dollarlıq layihələrin müvafiq olaraq 450 və 350 mln. dollaradək bahalaşmasını kim inkar edə bilər ki? Məncə, heç kim. Bir sözlə vəsaitin xərclənməsinə ictimai nəzarət azdır, şəffaflıq yoxdur, onun monitorinqini aparmaq isə müşkül məsələdir. Mais Güləliyev bu barədə fikirləri çox maraqlıdır:”Təəəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın qeyri-şəffaf neft sənayesi və imzalanmış müqavilələr haqqında ictimaiyyətin məlumatsızlığı, dövlət büdcəsinə ödəmələrin açıqlanmaması və ictimaiyyətin dövlət hakimiyyətinə nəzarət mexanizminin olmaması korrupsiya hallarının daha da genişlənməsinə və neft hasilatından mümkün ola biləcək potensial faydaların əldə edilməsinə böyük şübhə doğurur”. Bu gələcəkdə ölkəni ciddi iqtisadi və siyasi problemlər qarşısında qoya bilər. Ona görə də indidən tədbirlər görülməli, ciddi islahatlar həyata keçirilməlidir. Şəffaflığı təmin etmək üçün birinci növbədə vətəndaşların neft gəlirləri ilə bağlı maarifləndirilməsi və məlumatlandırılması vacibdir. Ölkədə neft gəlirləri elə xərclənməlidir ki, sosial-iqtisadi inkişafa təkan versin.

NEFT GƏLIRLƏRINDƏN SƏMƏRƏLI ISTIFADƏ EDILMƏLIDIR

Neft vəsaitləri səmərəli yerləşdirilməsə, 2008-2010-cu illərdə Azərbaycan üçün ən böyük problem inflyasiya olacaq. Ona görə də, ondan səmərəli istifadə edilməsi inflyasiyanın səviyyəsinin kəskin qalxmasının və onun idarəolunmaz vəziyyətə çatmasının qarşısını ala bilər. Ilk növbədə antiinflyasiya tədbirləri həyata keçirilməlidir. Yalnız manatın məzənnəsinin dollara nisbətən möhkəmləndirilməsi bu istiqamətdə çıxış yolu deyil və inflyasiyanın qarşısını lazımi şəkildə almağa imkan vermir. Unutmayaq ki manatın dollara nisbətən möhkəmlənməsinin ikili təsiri var. O inflyasiya da yarada bilir. Hazırda monetar amilin inflaysiya təsiri təqribən 38 faizdir. Neft gəlirləri böyük məbləğ təşkil edəcəyindən o, daha səmərəli idarə olunmaqla yanaşı, istifadəsi də diqqət mərkəzində olmalıdır. Bu vəsait kiçik və orta biznes sektoruna yönəldilməli və yeni müəssisələr Bakıdan çox regionlarda açılmalıdır. Xüsusilə regionlarda kənd təsərüfatının inkişaf etdirilməsi məqsədilə neft gəlirləri kredit kimi istifadə edilə bilər. Bundan başqa, vəsaitin bir hissəsinin yoxsulluğun azaldılması proqramı çərçivəsində, xüsusilə iş yerlərinin açılmasına yönəldilməsi effektli hesab olmasa da, indiki halda neft vəsaitlərini saxlayıb, dəyərsizləşdirməkdənsə, onu səmərəli, şəffaf proqramlara yatırmaq da məqsədəuyğundur. Ümumiyyətlə, həmin maliyyə daha uzun müddətdə istiqraz, depozit və pul bazarıda yerləşdirilə bilər. Hazırda Dövlət Neft Fondun vəsaitləri yalnız istiqrazlara yerləşdirilib və səhm əməliyyatlardan uzaqdır. Halbuki neft satışından əldə olunan valyutanın xaricə çıxarılması və onun ölkə üçün daha səmərəli sahələrə yatırılması çox önəmlidir. Eyni zamanda neft gəlirlərinin daşınmaz əmlakda yerləşdirilməsi də mümkündür. Gələcəkdə müəyyən problemlə üzləşməmək üçün maliyyə intizamı möhkəmləndirilməli, satınalmalar üzrə nəzarət gücləndirilməlidir. Digər tərəfdən büdcənin şəffaflığının təmin edilməsi istiqamətində böyük işlər görülməlidir. Hazırda Azərbaycan xarici borclarını da azaltmağa meyillidir. Neftdən gələn gəlirləri bu istiqamətə yönəltməklə inflyasiyanı artım tempini müəyyən qədər aşağı salmaq olar. Şimal qonşumuz Rusiya bu istiqamətdə hərəkət edir. Çünki borcların tez qaytarılması nəticəsində ölkə faiz ödəməkdən azad olur. Ixracatda qeyri-neft sektorunun həcmini artırmaq məqsədilə o inkişaf etdirilməli və həmin sahəyə qoyulan investisiyanın həcmi artırılmalıdır. Ölkədə qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaq azad iqtisadi zonaların yaradılması sürətləndirilməlidir. Bundan başqa, insan amilinə xüsusi diqqət yetirilməli, peşəkar mütəxəssislər hazırlanmalıdır. Ölkədə neft gəlirləri elə xərclənməlidir ki, sosial-iqtisadi inkişafa təkan versin. Deməli, insan (intellektual) potensialının və qeyri-neft sektorunun prioritetli inkişafı dжiqqət mərkəzində olmalıdır.

Ceyhun ARXILI

Yazı Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının keçirdiyi müsabiqəyə təqdim olunur.



Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:18:29

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.602685