Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Böyük neft gəlirləri özü ilə risklər gətirir

Böyük neft gəlirləri özü ilə risklər gətirir
MÜTƏXƏSSISLƏR HESAB EDIR KI, BU SAHƏDƏ ICTIMAI NƏZARƏT GÜCLƏNDIRILMƏLIDIR Yaxın müddət ərzində ölkəmizə küllü miqdarda neft gəlirlərinin axını gözlənilir. Təxmini hesablamalara görə, neftdən əldə edilən gəlirlər hesabına bu il ölkə iqtisadiyyatına 3 milyard dollar, yaxın 20 il ərzində isə 160 milyard dollar daxil olacaq. Azərbaycan hökuməti neftdən əldə ediləcək gəlirlərin bir qismini qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırlmasına yönlətməyi planlaşdırır. Belə ki, bu il Dövlət Neft Fondundan (DNF) ayrılacaq 110 milyon 311 min manat qaçqın və məcburi köçkünlərin sosial-məişət həyatının yaxşılaşdırılmasına və məskunlaşmasına xərclənəcək. 

Hökumət 38 milyon manatı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycanın payınını maliyyələşməsinə, 90 milyon manatı yeni yaradılan Dövlət Investisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına, 585 milyon manatı isə dövlət büdcəsinə transfer edəcək. Bundan başqa neft gəlirlərinin bir qisminin Bakı şəhərinin su təsərrüfatının yaxşılaşdırılmasına yönəldilməsi də nəzərdə tutulub. Bunun üçün hökumət 90 milyon manatı Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsiinə, 37 milyon manatı isə “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə xərcləyəcək.

Bir sıra mütəxəssislər neft gəlirlərinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağı ilə razılaşsa da sözügedən gəlirlərin bir sıra risk daşıdığı da istisna edilmir. Beynəlxalq təcrübə göstərir ki, neft gəlirlərinin bolluğu bir çox hallarda hökumətlərdə belə bir təsəvvür yaradır ki, bu gəlirlər daimidir. Hətta bu təsəvvürə əsaslanaraq bir çox ölkələrin təcrbəsində xammalın ixracından əldə edilən gəlirlərin kortəbii şəkildə xərclənməsi hallarına da rəst gəlmək mümkündür. Misal üçün Meksika və Nigeriyada hökumət neft gəlirlərinin artmasının ilkin mərhələsində xeyli vəsait əldə etdi. Həmin ölkələr bu gəlirlərdən istifadə edərək büdcə xərclərini kəskin şəkildə artırmaq imkanı əldə etdilər. Ekspertlər hesab edir ki, Nigeriya və Meksika neft gəlirlərindən istifadə edərək xarici borcu və büdcədə yaranmış kəsiri aradan qaldıra bilərdi. Ancaq həmin ölkələr bu variyantdan istifadə etmədi və nəticədə neft gəlirlərinin azalması dövründə ciddi sosial-iqtisadi gərginliklə üzləşdilər. Əlcəzair və Venesuela isə gələcəkdə neft gəlirlərinin artacağına ümid edərək böyük həcmdə xarici borc götürdülər.

Azərbaycanda isə mütəxəssislər hesab edir ki, neft gəlirlərinin ölkəyə daxil olması ilə bağlı gözlənilə biləcək ən böyük risk faktoru hökumətinin həmin gəlirlərin idarə edilməsi ilə əlaqədar kifayət qədər təcrübəsinin olmaması ilə bağlıdır. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının kooridinatoru Sabit Bağırovun sözlərinə görə, ölkəmizin neft gəlirlərinin idarə edilməsi ilə bağlı kifayət qədər təcrübəsinin olmaması bir sıra obyektiv və subyektiv səbəbəblərlə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan uzun müddət SSSRI-nin tərkibində olub və bu səbəbdən də onun neftin satılması ilə bağlı lazımı təcrübəsinin olmaması çox təbiidir: “Digər tərəfdən Sovet dövründə Azərbaycanın heç bir valyuta ehtiyatı olmayıb. Ona görə də, Azərbaycan hökuməti valyutanın hansı banklarda və necə yerləşdirilməsi barədə kifayət qədər geniş məlumata malik deyil. Bu təcrübə ölkəmizdə yeni-yeni formalaşmağa başlayıb. Hazırda Azərbaycanın 2,5 milyard dollara yaxın valyuta ehtiyatı Dövlət Neft Fondu və Milli Bank tərəfindən idarə edilir. Bu prosesdə həmin qurumlar xarici menecerlərin təcrübəsindən də istifadə edir. Buna baxmayaraq, hazırda bu istiqamətdə yerli kadırlar da hazırlanır”. Əsas risk faktorlarından biri isə qanunvericiliyin kifayət qədər təkmilləşdirilməməsi və bir sıra sahələrdə korrupsiyanın mövcudluğudur. S.Bağırov təklif edir ki, neft gəlirləri ilə bağlı yarana biləcək riskləri aradan qaldırmaq üçün bu sahədə ictimai nəzarət gücləndirilməlidir. Onun fikrincə, hər bir Azərbaycan vətəndaşı bu gəlirlərdən necə və hansı məqsədlər üçün istifadə edilməsində maraqlı olmalıdır.

Iqtisadçı, ekspert Inqilab Əhmədov isə hesab edir ki, böyük həcmdə neft gəlirlərinin ölkə iqtisadiyyatına daxil olması əsasən infilyasiya riski daşıyır. Onun sözlərinə görə, investisiya layihələrinə yönələn neft vəsaitləri üzərində dövlətin maliyyə nəzarətinin zəif olması da nəticədə risk yarada bilər: “Infilyasiya ilə yanaşı iri həcmli neft gəlirləri milli valyutanın möhkəmlənməsinə, bir sıra qeyri-neft sektoru sahəsində rəqabətə davamlılığın azalmasına gətirib çıxarır. Bu səbəbdən də çox çalışdığımız halda davamlı qeyri-neft sektoru məhsullarının ixracına nail ola bilmirik. Onu da deyim ki, əksər ölkələr bu prosesdən artıq keçib və bu əlamətlər bu və ya digər şəkildə “Holland sindromu”nun çalarları hesab edilir. Bu risklər ondan qaynaqlanır ki, bir çox dövlətlərdə böyük məbləğdə neft pulları ölkəyə daxil olarkən hökumət islahatlara bir qədər önəm vermir və nəticədə bir sıra problemlərlə qarşılaşır. Digər tərəfdən isə bu gəlirlər cəmiyyətdəki müəyyən dairlərin varlanmasına, cəmiyyətin kasıb təbəqəsinin isə yoxsullaşmasına gətirib çıxarır”. I.Əhmədovun fikrincə, bu gəlirlərin xərclənməsi böyük bir strategiyaya və proqrama söykənməlidir. Bunun üçün vəsaitlərin daha çox hansı sahələrə yönəldiləcəyini göstərən və infilyasiyaya necə təsir edəcəyini müəyyən edən proqram sənədi hazırlanmalıdır: “Artıq neft gəlirlərinin hansı sahələrə yönəldilməsi ilə bağlı praktika mövcuddur. Belə ki, artıq 1 milyard dollara yaxın neft pulları birbaşa investisiya layihələrinə yönəldilib. Bu özüözlüyündə böyük bir məbləğdir. Investisiya yönümlü layihələrin həyata keçirilməsi infilyasiyaya ən az təsir edən istiqamətlərdən biridir. Vəsaitlərin investisiya layhələrinə yönlədilməsi ilə yanaşı həmin vəsaitlər sosial və digər layihələrin həyata keçirlməsinə də xərclənməlidir”.

Vüsalə FAMILQIZI

Yazı “Neft gəlirləri hamımızındır” kompaniyası çərçivəsində жurnalistlər arasında keçirilən müsabiqəyə təqdim edilir

Qeyd: Yazının çap variantı “525-ci qəzet”in 5 avqust şənbə sayında çap edilib. Həmin variant Şəffaflıq Təşəbbüsləri Mərkəzinin ofisinə təqdim edilib.



Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 14:36:31

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.615874