|
*
Neft bumu “Holland sindromu” təhlükəsini artırır
*
Neft bumu “Holland sindromu” təhlükəsini artırır
*art_name2
*art_autor
*
Neft bumu “Holland sindromu” təhlükəsini artırır
XƏSTƏLIYIN “MÜALICƏSI” ÜÇÜN ISƏ NEFT GƏLIRLƏRI SƏMƏRƏLI YERLƏŞDIRILMƏLIDIR
Hazırda Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi neft sənayesidir. Onun inkişaf tempi 74 faiz təşkil edir. Iqtisadiyyatın digər
sahələrində artım tempi isə 9-10 faiz arasında dəyişir. Hətta kənd təsərrüfatında artım təqribən 6 faizdir. Bu gün iqtisadiyyata yöhələn investisiyaların böyük bir hissəsi də neft sektorunun payına düşür. Son 10 ildə ölkə iqtisadiyyatına
qoyulmuş 25 milyard dollarlıq investisiyanın 20 milyard dolları neft sektoruna yatırılıb. Ölkənin xarici ticarət dövriyyəsində də neft və neft məhsulları aparıcı rol oynayır. Illik ixracının 90 faizi məhz onların payına düşür. Növbəti
illərdə neft nasilatının sürətlə artması
Neft bumu “Holland sindromu” təhlükəsini artırır XƏSTƏLIYIN “MÜALICƏSI” ÜÇÜN ISƏ NEFT GƏLIRLƏRI SƏMƏRƏLI YERLƏŞDIRILMƏLIDIR Hazırda Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi neft sənayesidir. Onun inkişaf tempi 74 faiz təşkil edir. Iqtisadiyyatın digər sahələrində artım tempi isə 9-10 faiz arasında dəyişir. Hətta kənd təsərrüfatında artım təqribən 6 faizdir. Bu gün iqtisadiyyata yöhələn investisiyaların böyük bir hissəsi də neft sektorunun payına düşür. Son 10 ildə ölkə iqtisadiyyatına qoyulmuş 25 milyard dollarlıq investisiyanın 20 milyard dolları neft sektoruna yatırılıb. Ölkənin xarici ticarət dövriyyəsində də neft və neft məhsulları aparıcı rol oynayır. Illik ixracının 90 faizi məhz onların payına düşür. Növbəti illərdə neft nasilatının sürətlə artması sənayenin bu sahəsinin mövqeyini daha da möhkəmləndirəcək. Məsələn, yaxın 4 ildə Azərbaycanda neft nasilatı ildə 65 mln. tona (2010-cu il) çatacaq. Bu, 2005-ci ildə istehsal olunmuş həcmdən demək olar ki, 3 dəfə, 2006-cı ildə planlaşdırılmış həcmdən isə 2 dəfə çoxdur. Bu rəqəmlər neft sənayesinin ölkə iqtisadiyyatında əsas və aparıcı sahə olduğunu göstərir. Neft sektoru eyni zamanda yüksək əmək haqqı ilə fərqlənir. Ona görə də, iqtisadiyyatın digər sahələrindən işgücünü özünə doğru çəkir. Düzdür, bu hələ özünü ifrat dərəcədə göstərmir, lakin neft sektorunda çalışanların sayı (Sənaye sektorunda çalışan 161,5 min işçinin 60 min nəfəri bu sahədə çalışır) işçi qüvvəsinin qeyri-bərabər paylanmasından xəbər verir. Yuxarıda qeyd etdiklərimiz isə neft sektoru ilə qeyri-neft sektoru arasındakı tarazlığın pozulmasına, ölkə iqtisadiyyatının biristiqamətli inkişafına səbəb olur. Neft sektoru ilə iqtisadiyyatın digər sahələri arasında uçurumu dərinləşdirir. Bu isə “Holland sindromu”nun əlamətlərindən biridir. AZƏRBAYCANIN ILLIK GƏLIRLƏRI BÜDCƏ ILƏ MÜQAYISƏDƏ DƏFƏLƏRLƏ ÇOX OLACAQ Aydındır ki, Azərbaycanda neft nasilatının artması ölkəyə daxil olan valyutanın artan həcmində özünü göstərir. Bu da “Holland sindromu”nun digər əlamətinin ortaya çıxmasına səbəb olur. Ilk dövrdə neft gəlirlərinin təhlükəli olduğunu deməyə tələsməməliyik. Lakin hər il bu məbləğ artacaq və çox böyük rəqəmə çevriləcək. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, əgər 2008-ci ildə neftin qiyməti 45 dollar olarsa, o zaman Azərbaycan təxminən 16,6 mlrd. dollarlıq neft gəlirlərinə malik olacaq. 2009-cu ildə yığılmış gəlirlər 29 mlrd. dolları ötəcək, 2010-cu ildə isə 45 mlrd. dollardan çox olacaq. Dünya bazarında neftin qiyməti 50 dollar təşkil edərsə, onda ölkəmizin 20 il ərzində neftdən əldə etdiyi gəlir 150 mlrd. dolları keçəcək. Buna uyğun olaraq Dövlət Neft Fondunun da gəlirləri sürətlə artacaq. Yaxın iki il ərzində də onun gəlirlərinin təxminən 2,5 mlrd. dollar səviyyəsində olacağı gözlənilir. Sonrakı illərdə həmin rəqəm bir heçə dəfə artacaq. Ölkə büdcəsinin formalaşmasında (60 faizdən yuxarı) neft gəlirlərindən ibarət valyuta da rol oynayır və oynayacaq. Azərbaycanın dövlət büdcəsinin neft satışından əldə olunan gəlirdən asılı vəziyyətdə olması “noland sindromu”nun Azərbaycanda özünü göstərən digər amilidir. O, büdcənin formalaşmasında əsas rol oynayır. Deməli, neftin dünya bazarında qiymətinin dəyişməsi dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir göstərir. Buna müvafiq olaraq da, büdcənin kəsir hissəsini qapanması neft gəlirlərindən müəyyən qədər asılı olur. Bu zaman Dövlət Neft Fondunun vəsaitlərindən istifadə olunur. Cari ildə fontdan büdcəyə transfertin həcmi 585 mln. manat təşkil edir ki, bu da ötən ildəki göstəricidən 4 dəfə çoxdur. Ümumiyyətlə, Azərbaycanın illik gəlirləri büdcə ilə müqayisədə dəfələrlə çox olacaq və ölkə təzyiqi onda görəcək. Dünya bazarında neftin qiymət artımından Azərbaycan əhəmiyyətli dərəcədə udsa da, bu, ölkəyə inflyasiya idxalını şərtləndirir. Son iki il ərzində müşahidə olunan inflyasiyada onun rolu var. Neftin xarici bazarda banalaşması idxal mallarının qiymət artımına səbəb olur ki, nəticədə bu ölkədə inflyasiya zənbilinə daxil olan məhsulların dəyərinin artmasına gətirib çıxarır. Hökuməti inflyasiyanın təsirini neytrallaşdırmaq üçün qabaqlayıcı tədbirlər görmək məcburiyyətində qoyur. Indiki halda isə ən ciddi məsələ məzənnə effektidir. Bu istiqamətdə manatın məzənnəsinin möhkəmləndirilməsi həyata keçirilir. O da qeyri-dollarlaşma tendensiyasına səbəb olur. Bu, həm əhalinin əmanətlərinin sturukturunda baş verir, həm də verilən kreditlərin valyuta və manat hissəsində hiss edilir. Proses indi də davam edir və il ərzində daha da sürətlənəcək. MANATIN MƏZƏNNƏSININ MÖHKƏMLƏNMƏSININ IKILI TƏSIRI Ölkəyə daxil olan xarici valyutanın həcminin artması nəticəsində dollar təklifinin çoxluğu və manatın azlığı nəzərə çarpır. Buna eyni zamanda Dövlət Neft Fondunun büdcəyə dollar şəklində vergi ödəmələri və ölkə daxilində ticarət əməliyyatlarının manatla aparılması tələbi də təsir göstərir. Milli Bank həmçinin Dövlət Neft Fondundan büdcəyə köçürülmələri məndudlaşdırmağa çalışır. Mütəxəssislərin fikrincə bu, inflyasiyanın qarşısını almaq üçün əsas amillərdən biridir. Onlar hesab edirlər ki, həmin vəsaitlərin sonradan əhalinin sosial müdafiəsinə yönəldilməsi dövriyyədə pul kütləsinin artmasına səbəb olur. Bu səbəbdən də, DNF-in vəsaitləri yalız nnvestisiya yönümlü layihələrdə istifadə edilə bilər. Milli Bankın uçot dərəcəsini artırması (9 faizdən 9,25 faizə qaldırması) da bu gün maliyyə resurslarının banalaşmasında özünü göstərir. Bu siyasət dövriyyədə olan manat kütləsinin məndudlaşdarılmasına yönəldilib. Bunu inflyasiyanın qarşısının alınması vasitəsi hesab edən mərkəzi bank dolayısı ilə ölkə iqtisadiyyat üçün müəyyən problem yaradır. Milli Bankla bərabər bəzi hökumət üzvləri də manatın müəyyən nəddədək möhkəmləndirilməsinin tərəfdarıdır. Lakin neft pulları ilə manatın möhkəmləndirilməsi “Holland sindromu”nun doğulması entimalını kifayət qədər yüksəldir. Ona görə də, əslində elə bir siyasət həyata keçirmək lazım idi ki, manatın yersiz möhkəmlənməsi baş verməsin. Çünki ölkəyə valyuta axınının çoxaldığı bir dövrdə manatın möhkəmlənməsi Azərbaycan iqtisadiyyatının idxalından asılılığını gücləndirir, ölkədə istehsal olunan qeyri-neft sektoruna aid malların maya dəyərini artırır və onun xarici bazarda rəqabət qabiliyyətini aşağı salır. Yəni dolların məzənnəsinin aşağı düşməsi və manatın getdikcə möhkəmlənməsi daxili bazarda qiymətlərin artması və banalaşma deməkdir. Buna oxşar vəziyyət 1998-ci ildə də yaşanmışdı. Milli valyutanın dəyərinin dollara hisbətən 3800 manatadək qalxması və dolların ucuzlaşması ölkənin idxala işlənməsinə səbəb olumşdu. Idxal mallarının yerli məhsullara hisbətən ucuz olması ölkədə istehsal olunan məhsullarının rəqabət qabiliyyətini aşağı salmışdı. Nəticədə kartofdan tutmuş yumurtayadək bir çox məhsul xaricdən gətirilirdi. Anoloji vəziyyət indi də təkrarlana bilər. Bu ilin dövlət büdcəsinə edilən dəyişikliklər də idxaldan asılılığa artırır. Büdcənin gəlirlərinin artımında nəzərə alınan vəsaitin demək olar ki, üçdə biri məhz idxal hesabına olan artımdan qayhaqlanır. Bu o deməkdir ki, idxal məhsulları artacaq. Ölkəyə gətirilən avadanlıqlar nəzərə alınmasa, idxalın yarısından artığını ərzaq malları təşkil edir. Bu da “noland sindromu”nun başqa bir əlamətidir. Məsələn, Niderlanda enerji daşıyıcılarının satışından əldə olunan vəsaitin həcmi artıqca yerli valyutanın-quldenin məzənnəsi digər aparıcı valyutalara hisbətən möhkəmlənirdi. Bu da özünü ölkədə istehsal olunan məhsullarının maya dəyərinin artımında göstərirdi. Nəticədə əhali daha ucuz idxal mallarının almağa üstünlük verirdi. Sahibkarlar isə idxal məhsullarından daha çox gəlir əldə etdiklərini görüb öz vəsaitlərini istehsal müəssisələrin açılmasına deyil, xarici ölkələrdən mal alaraq ölkələrinə gətirməyə yönəldirdilər. Qısa müddətdən sonra, Niderlandda istehsal tənəzülə doğru getdi. Ölkədə məhsul istehsal etmək müflis olmaq demək idi. Restoranlar, barlar, kazinolar, menmanxanalar və s. əyləncə mərkəzlər yağışdan sonra çıxan göbələklər kimi artırdı. Beləliklə, ölkə iqtisadiyyatı enerji daşıyıcılarının satışından asılı vəziyətə düşürdü. Istehsal sahəsinin rəqabət qabiliyyətinin aşağı düşməsi və xidmət sahələrinin çiçəklənməsi xəstəliyin digər əlamətini ortaya çıxarırdı. Əgər ölkədə keyfiyyətli, rəqabət qabiliyyətli məhsul istehsal edilmirsə, deməli, ixrac ediləcək mallardan danışmağa dəyməz. Eyni vəziyyət neft gəlirləri daxil olduqca Azərbaycanda da özünü göstərə bilər. Hazırda ölkədə xidmət sektoru-otel, restoran və digər VIP sahələr daha çox inkişafa məruz qalır. Bu da məhz neft gəlirlərinin ölkəyə daxil olmasının nəticəsidir. Göründüyü kimi manatın banalaşmasının ikili təsiri var: bir tərəfdən, o inflyasiya yaradan, digər tərəfdən cilovlanmayan amildir. Maraqlıdır ki, neft gəlirlərinin artması nəticəsində “Holland sindromu” təhlükəsm ilə yanaşı yatırımların əsasən Abşeron bölgəsində, xüsusilə Bakıda toplanması baş verir. Bu gün vergilərin 95 faizinin Bakıda toplanması bundan xəbər verir. Digər bölgələrdə onun cüzi dərəcədə olması da, Azərbaycan iqtisadiyyatı üçün çox təhlükəlidir. Nalbuki bölgələrdə yabançı sərmayələrin fəaliyyəti üçün hər cür şərait və zəngin xammal entiyatları var. SONRAKI PEŞMANÇILIQ Yuxarıda qeyd etdiyimiz kimi Milli Bankın “məzənnə nücumu” həm də dövriyyəyə əlavə manat kütləsinin buraxılmasının məndudlaşdırılması siyasətidir. Indiki halda manatın möhkəmlənməsi qiymət artımına mənfi təsir göstərir. Bu zaman manat qıtlığı yaranır, bankların əməliyyat aparmasını məndudlaşdırır və son nəticədə onların kreditvermə qabiliyyətinə təsir edir. Bu təhlükəli əməldir. Azərbaycanda ümumi daxili məhsulun artması prosesi sürətlə gedirdisə, dövriyyəyə mütləq əlavə manat kütləsi buraxılmalıdır. Dollarla əməliyyatların azalması isə manata tələbatı artırır. Burada sönbət real dövriyyədən gedir. Gizli dövriyyədə isə dollar onsuz da kifayət qədər yüksəkdir. Yəni Azərbaycan manatı hələ də tam öz funksiyasını yerinə yetirə bilmir. Bu siyasətin acı nəticələrini müəyyən dövrdən sonra görəcəyik. Beləliklə, neft bumunun yeni mərhələsinin başlanması “noland sindromu” təhlükəsini artırır. Yuxarıda qeyd etdiyimiz kimi bu “xəstəliyin” bəzi əlamətləri indi təhlükəli olmasa da, Azərbaycanda özünü göstərir. Həmin əlamətlər milli valyutanın xarici valyutalara hisbətən möhkəmlənməsi, ixrac mallarının rəqabət qabiliyyətinin azalması, iqtisadiyyatın, xüsusilə sənayenin bir tərəfli inkişafı, büdcənin neft gəlirlərinə bağlı olmasıdır. ÇIXIŞ YOLU “Nollan sindromu”nun qarşısını almaq üçün isə neftlə bağlı olmayan sahələrin inkişaf etdirilməsi üçün lazımi olan yatırımlar həyata keçirilməlidir. Azərbaycan gözlənən çıxış yolu kimi xarici təcrübəni, xüsusilə də Norveç modelindən istifadə etməlidir. Norveç Neft Fondunun investisiya xarakterli əməliyyatları ölkə büdcəsinin 10 faizini təşkil edir. Bu, “Holland sindromu”nun aradan qaldırmağa kömək edir. Hökumətin siyasətində bu durur. Bundan başqa, neft sektoru ilə qeyri-neft sektorunun fəaliyyətini əlaqələndirən dövlət strategiyası hazırlanmalıdır. Ixracda qeyri-neft sektorunun həcmi artırılmalı, buna müvafiq olaraq bu sahə inkişaf etdirilməli və ona qoyulan investisiyanın strategiyası hazırlanmalı və həyata keçirilməli, iqtisadiyyatının birtərəfli inkişafının qarşısını almaq və onun hər tərəfli inkşafına təkan vermək üçün sərbəst bölgələr yaradılması diqqət mərkəzində olmalıdır. Bu gün dünyada çox sayda sərbəst bölgələr var ki, onlar ölkələrin xarici ticarət həcmini artırmaq, idxalat və ixracatı asanlaşdırmaq, valyuta gəlirlərini və yaşayış səviyyəsini artırmaq, sənayenin inkişafına təkan vermək, ölkəyə müasir texnologiyanın gətirilməsinə xidmət etmək üçün qurulur. Deməli, dövlət kommersiya fəaliyyətinə deyil, ilk növbədə infrastrukturun yaradılmasına, iri layihələrin maliyyələşdirilməsinə diqqəti artırılmalıdır. Neft gəlirlərinin bir hissəsi xarici maliyyə qurumlarına idaredilməyə verilməlidir. Pünnan ƏFƏNDIYEV Yazı Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QNT Koalisiyasının keçirdiyi müsabiqəyə təqdim olunur.
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:18:25
|