|
*
Neft gəlirləri xalqımız üçün göz dağına çevrilir
*
Neft gəlirləri xalqımız üçün göz dağına çevrilir
*art_name2
*art_autor
*
Neft gəlirləri xalqımız üçün göz dağına çevrilir
«Qara qızıl»dan gələn gəlirlərin hazırkı şəkildə idarə olunması Azərbaycanın gələcəyi üçün acı peşmançılıq hazırlayır
2003-cü ildə Azərbaycan hökuməti Ingiltərənin baş hazıri Toni Bleyr tərəfindən irəli sürülən neft gəlirləri üzərində şəffaflıq
təşəbbüsünə qoşulduğunu rəsmən bəyan edib. 2004-cü ildə bununla bağlı həm hökumətdə, həm də 3-cü sektorda koalisiyalar yaradılıb. Qısaca olaraq onu qeyd edək ki, şəffaflıq təşəbbüsünün fəlsəfəsində şirkətlərin verdiklərini, hökumətlərin isə
aldıqlarını ictimaiyyətə açıqlaması durur. Bəs, Azərbaycanda vəziyyət necədir? Şəffaflıq təşəbbüsü ölkədə reallaşa bilirmi?
Bu suallara cavab tapmazdan qabaq bir heçə məqama diqqət yetirək.
200
Neft gəlirləri xalqımız üçün göz dağına çevrilir «Qara qızıl»dan gələn gəlirlərin hazırkı şəkildə idarə olunması Azərbaycanın gələcəyi üçün acı peşmançılıq hazırlayır 2003-cü ildə Azərbaycan hökuməti Ingiltərənin baş hazıri Toni Bleyr tərəfindən irəli sürülən neft gəlirləri üzərində şəffaflıq təşəbbüsünə qoşulduğunu rəsmən bəyan edib. 2004-cü ildə bununla bağlı həm hökumətdə, həm də 3-cü sektorda koalisiyalar yaradılıb. Qısaca olaraq onu qeyd edək ki, şəffaflıq təşəbbüsünün fəlsəfəsində şirkətlərin verdiklərini, hökumətlərin isə aldıqlarını ictimaiyyətə açıqlaması durur. Bəs, Azərbaycanda vəziyyət necədir? Şəffaflıq təşəbbüsü ölkədə reallaşa bilirmi? Bu suallara cavab tapmazdan qabaq bir heçə məqama diqqət yetirək. 200 milyard dolları hara xərcləyək? Azərbaycanda neft entiyatlarının həcmilə bağlı həm yerli, həm də xarici mütəxəssislər fərqli proqnozlar verir. BP ekspertlərinin hesablamalarına görə, Azərbaycanda neft entiyatları 67 ilə tükənə bilər. Yerli mütəxəssislərin proqnozlarına görə isə, əgər istismar işləri indiki templə davam etsə, biz 25 ildən sonra neftsiz qala bilərik. Yerli ekspertlər həmçinin bildirirlər ki, hər iki proqnoz mütləq mənada qəbul edilə bilməz. Yeni texnologiyalar və ideyalar gələcəkdə neftin istismarının daha da intensivləşməsinə səbəb ola bilər. Gələcəkdə nəyin baş verməsindən asılı olmayaraq, bu gün Azərbaycanda neft nasilatının həcmi və nasilatdan gələn gəlirlərin miqdarı artır. Əgər dünya bazarında neftin qiyməti indiki səviyyədə qalsa, 2008-ci ildən sonra neft gəlirlərinin artımı qaçılmaz olacaq. Nasilatla bağlı proqnozların özünü doğruldacağına şübnə etməyən ekspertlər qiymətlər barədə proqnoz verməkdə çətinlik çəkirlər. Odur ki, proqnozlar müxtəlif rəqəmlər üzrə verilir. Məsələn, qeyd olunur ki, neftin qiyməti 45 dollarla götürülsə, 2008-ci ildə Azərbaycanın neft gəlirlərinin yığılmış həcmi 16,6 milyard dollar, 2009-cu ildə 29,2 milyard dollar, 2010-cu ildə isə 45 milyard dollar olacaq. Neftin qiyməti 50 dollar olacağı halda, 2024-cü ildə yığılmış gəlirlərin həcmi 150 milyard dollar proqnozlaşdırılır. 45 dollar olanda isə bu, 140 milyard dollar, indiki dünya bazarı qiymətinə, yəni 65 dollara olarsa, yığılmış gəlirlərin həcmi 2024-cü ildə 200 milyard dollar səviyyəsində olacaq. Artıq dünya bazarında neftin bir barreli 78 dollardır. Hətta Azərbaycan neftinin 78 dollar 20 sentə satılan vaxtları olur. Belə davam edərsə və Yaxın Şərqdə mühaqişələrə son qoyulmasa, Iranla bağlı məsələlər öz həllini tapmasa, dünya bazarında neftin qiymətinin 80 dolları ötmə entimalı kifayət qədər real görünür. Bu isə Azərbaycanın nəzərdə tutulan məbləğdən daha artıq gəlir əldə edəcəyini göstərir. Istənilən halda, Azərbaycana böyük neft gətirləri gələcək. Bəs, Azərbaycan iqtisadiyyatı bu gəlirləri nəzm etməyə hazırdırmı? Indiki halda buna heç kəs inanmır. Bir heçə gün öncə Almaniyanın ölkəmizdəki yeni səfiri Per Kristofer Stantina keçirdiyi mətbuat konfransında neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün təhlükəli olduğunu bildirib. Səfir qeyd edib ki, hökumət baş verə biləcək xoşagəlməz nadisələrin qarşısını almaq istəyirsə, xarici ölkələrə sərmayə qoymalıdır. Hökumətin özünün marağı olmasa... Mütəxəssislər hesab edir ki, neft gəlirlərinə ictimai nəzarət nə qədər güclü olsa belə, hökumətin ambisioz maraqlarının qarşısı alınmasa, şəffaflığın təmin edilməsi mümkün deyil. Təsəvvür edin, indiki halda, neftin qiymətinin kifayət qədər yüksək olduğu bir şəraitdə, hətta bir dolların müqavilə qiymətindən aşağı göstərilməsi, il ərzində 100 milyonlarla dolların dövriyyədən kənarlaşdırılması deməkdir. 45 dollarla 75 dollar arasında kifayət qədər böyük fərq var. Hökumətin istəyi olmasa, ortada qalan fərqin tam şəffaflıqla xərclənməsi mümkün deyil. Yəni sönbət xalqın etibar etdiyi və iradəsini ifadə edən bir hökumətin iqtisadi siyasətindən gedir. Azərbaycanda hazırda şəffaflığa ən böyük entiyacı olan neft gəlirləridir. Bu ilin büdcəsinin formalaşması Neft Fondundan 1 milyard dolların çıxarılması banasına başa gələcək. Bu qədər vəsaitin üzərində ictimai nəzarət və dövlət maliyyə nəzarətinin səviyyəsi ekspertləri qane etmir. Neft gəlirlərinin xərclənmə istiqaməti isə, əsasən sosial yönümlüdür. Yəni yollar çəkilir, körpülər salınır, məktəblər, xəstəxanalar və digər iaşə obyektləri tikilir, müxtəlif layihələr icra edilir. Bu layihələrin icrası zamanı məhimsəmələrə yol verildiyi Azərbaycan reallığında şübnə doğurmur. Təkcə, Ələt-Qazıməmməd yolunun çəkilişində yeyintilərə yol verilməsi üzündən asfalt örtüyünün dağılması və ora yenidən asfalt basılması göstərir ki, vəsaitlərin düzgün xərclənməsinə nəzarət yetərincə deyil. Holland sindromunun simptomları görünür Azərbaycanda artıq Holland xəstəliyinin əlamətləri müşahidə olunmaqdadır. Daxili istehsalın aşağı, yoxsulluq nəddinin yuxarı olduğu bir məqamda tikinti bumunun vüsət alması, istehlak bazarında banalaşmanın olması və s. göstəricilər ölkə iqtisadiyyatının neft gəlirləri üzərində formalaşdığını göstərir. Neft gəlirləri üzərində formalaşan iqtisadiyyatın davamlılığı və uzunömürlülüyü şübnə altındadır. Neft gəlirləri hesabına artımdan əldə olunan vəsaitlərin böyük hissəsi qeyri-ticari sektora istiqamətlənib. Bu sektora tələbatın artması, sonda qiymətlərin banalaşmasına səbəb olur. Əgər qeyri-ticari sektorda idxal və ixrac oluna bilməyən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşmış bölmədə qiymətlər tələb amilinin təsirilə banalaşıbsa, ticari sektorda məsrəf amilinin təsirilə banalaşıb. Bu da, bütövlükdə, ölkə iqtisadiyyatında qiymətlərin banalaşmasına gətirib çıxarıb. Neftin qara üzü Neft xalqlara heç də həmişə xoşbəxtlik gətirmir. Neft ölkəsinin xalqları bir çox iqtisadi, siyasi, ekoloji və psixoloji problemlərlə üzləşir. Neft gəlirlərinin çoxalması nəticəsində ölkədə Holland xəstəliyinin bir əlaməti olan, texnologiyaların əvəzolunması və resursların yerdəyişməsi nəticəsində ən yaxşı texnologiyalar neft sektoruna yönəldilir, ən səmərəli kapital bu sektora cəlb olunur. Ən yüksək ixtisaslı əmək resursları da bu sahəyə qoyulur. Dövlət xərclərinin artımı neft gəlirlərinin artdığı bir dövrdə Iranda, Nigeriyada və Venesuelada çox populyar olub. Bu dövlət xərclərinin artımı sonda iqtisadiyyatda kifayət qədər ciddi problemlər yaradıb. Bu problemlərin ən qabarığı inflyasiyadır ki, artıq bu, Azərbaycanda müşahidə olunur. Inflyasiya faktorundan entiyatlanan hökumət, indiki halda, neft gəlirlərini sosial entiyacların qarşısını almağa yönəltmək niyyətində deyil. Vətəndaşlar isə neft gəlirlərinin daha çox onların əməkhaqlarının artırılmasına, insanlar arasında bölüşdürülməsinə üstünlük verirlər. Ekspertlər hesab edir ki, bu yanaşmalar sənvdir. Indiki halda dövlət xərclərinin, iri investisiya, infrastruktur layihələrinin maliyyələşdirilməsinin əleyninə olan ekspertlər bildirirlər ki, bu gələcəkdə çox ciddi problemlər yarada bilər. Gözlənilən təhlükələr Qeyd edildiyi kimi, neft gəlirləri artıq bir heçə ölkədə təhlükə yaradıb. Ən ciddi təhlükə Nigeriyada olub. Burada dövlət səviyyəsində baş verən oğurluqlar Nigeriya iqtisadiyyatını bərbad vəziyyətə qoyub. 1993-99-cu illər ərzində Nigeriyanın prezidenti olmuş San Baçi hakimiyyətdən kənarlaşdıqdan sonra onun hakimiyyəti dövründə 4,3 milyard dollarlıq neft gəlirinin oğurlandığı məlum olub. Beynəlxalq səviyyədə aparılan araşdırmalardan sonra beynəlxalq qurumların köməkliyilə San Baçinin 130 bankda saxladığı 645 min dollar vəsait Nigeriya dövlətinə qaytarılıb. Beynəlxalq təşkilatlar tərəfindən neft gəlirlərinin xərclənməsində şəffaflıq göstəricisinə görə müsbət qiymətləndirilən Indoneziyada da neft gəlirlərindən daxil olan 40 milyard dolların hara xərcləndiyi axtarılsa da, ünvan tapılmır. Qeyd olunduğu kimi, neftin digər təhlükəli tərəfi psixoloji amillərlə bağlıdır. Nefti olan ölkənin vətəndaşlarında arxayınçılıq və hətta tənbəllik də yaranır. Sadə insanlar gözləyir ki, işləməsələr belə, gələn vəsaitlər hesabına güzəranı yaxşılaşacaq. Negemon dövlət aparatının təşkilini də təhlükə hesab etmək olar. Son dövrlər Azərbaycanda bir heçə hazırlik (Müdafiə Sənayesi, Fövqəladə Hallar, Turizm və Gənclər-Idman hazırlikləri) yaradılıb ki, bu da əlavə dövlət xərci deməkdir. Şişman dövlət aparatının təşkili də neft gəlirləri üzərində vətəndaş cəmiyyətinin nəzarətinin təşkilinə imkan vermir. Təhlükələr o zaman reallaşır ki, ölkədə demokratiyanın inkişafı zəif olsun, iqtisadiyyat korrupsiyaya bulaşsın, mənkəmə sistemi bərbad vəziyyətdə olsun və s. Bütün bunlar Azərbaycanda müşahidə olunur. Azərbaycan xarici təcrübədən yararlana bilər Neft gəlirlərinin idarəedilməsi üzrə Azərbaycan elə böyük təcrübəyə malik deyil. Təhlükənin aradan qaldırılması üçün neft gəlirlərinə ictimai və siyasi nəzarətin olması vacib sayılır. Azərbaycanda vətəndaş cəmiyyətinin zəif inkişafı, QNT və siyasi təşkilatların neft gəlirləri üzərində nəzarətini zəiflədir. Neft Fondunun Müşahidə Şurasında ictimaiyyətin real nümayəndələrinin təmsil olunmaması, Dövlət Neft Şirkətində aparılan struktur islanatlarının kollegiallıqdan kənar olması, bu qurumda hesabatlılıq, kənar auditin aparılması neft gəlirləri üzərində həm yerli, həm də xarici nəzarətin mövcudluğunu mümkünsüz edir. Ekspertlər hesab edir ki, ölkədə qeyri-neft sektorunun büdcəsi ayrıca hesablanmalı, büdcə kəsiri müəyyənləşdirilməlidir. Xərclərin artım tempi qeyri-neft sektorunun büdcə kəsirinə uyğun olmalıdır. Bu halda, təhlükənin baş verməsinin qarşısını almaq olar. Əks halda, gözlənilən təhlükələr reallaşa bilər. Məsələn, Norveç və Küveyt dünya bazarına eyni həcmdə neft çıxarır. Amma Norveçin adam başına düşən milli gəliri Küveytin adambaşına düşən milli gəlirindən 2 dəfə çoxdur. Göründüyü kimi, əsas məsələ neftdən kənar sahələrin daha yaxşı inkişafından və təşkil olunmasından gedir. Əgər Azərbaycanda neft gəlirləri iri investisiya layihələrinə yatırılmaqda davam etsə, təhlükə qaçılmaz olacaq. Çünki neft tükənəndən sonra həmin investisiya sahələrinin istismarı zamanı xərclər yaranacaq ki, hökumət həmin xərcləri ödəyəndə kifayət qədər böyük maliyyə öndəlikləri qarşısında qalacaq. Iqtisadçılar hesab edirlər ki, neft gəlirlərinin düzgün istifadəsini təşkil etmək üçün iqtisadi-siyasət şurası yaradılmalıdır. Şurada dövlətin iqtisadi orqanlarının rənbərləri, yerli və beynəlxalq səviyyəli analitiklər təmsil olunmalıdır. Onların birgə məşvərətçiliyilə qəbul olunmuş qərarlar əsasında müəyyən dövr üçün fəaliyyət proqramları və planlar işlənməlidir. Artıq Qazaxıstanda, Pakistanda və Yaponiyada bu cür qurumlar fəaliyyət göstərir. Və öz effektini verir. Ruslan XƏLIL Yazı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının «Neft gəlirləri hamımızındır» kampaniyası çərçivəsində elan edilmiş müsabiqəyə təqdim edilir.
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 14:36:39
|