|
*
bp Azərbaycanda
*
bp Azərbaycanda
*art_name2
*art_autor
*
bp Azərbaycanda
"Gəlirlərin hamıya bərabər və ədalətli mənfəətlər gətirməsinə, sabit və davamlı tərəqqiyə yol açacağına hələ çox vaxt var"
(bp şirkətinin 2005-ci il üçün "Davamlı Inkişaf Haqqında Hesabatı"ndan)
Elxan Şahinoğlu, ("Gün
səhər"n 2 sentyabr sayında dərc olunub)
Bp Avrasiyanın nəhəng operatoruna çevrilir, bəs biz?
Azərbaycan neft və qazının istismarı və dünya bazarlarına nəqli prosesi sürətlənib. Məmləkətimiz gələn il yüz illlik neft istehsalı tarixinin ən
böyük göstəricinə
bp Azərbaycanda "Gəlirlərin hamıya bərabər və ədalətli mənfəətlər gətirməsinə, sabit və davamlı tərəqqiyə yol açacağına hələ çox vaxt var" (bp şirkətinin 2005-ci il üçün "Davamlı Inkişaf Haqqında Hesabatı"ndan) Elxan Şahinoğlu, ("Gün səhər"n 2 sentyabr sayında dərc olunub) Bp Avrasiyanın nəhəng operatoruna çevrilir, bəs biz? Azərbaycan neft və qazının istismarı və dünya bazarlarına nəqli prosesi sürətlənib. Məmləkətimiz gələn il yüz illlik neft istehsalı tarixinin ən böyük göstəricinə nail olacaq: 30 milyon ton neft. Bu çalışmalarda sözün həqiqi və məcazi mənasında ən böyük pay sahibi bp şirkətinindir. Büdcəsi böyük dövlətlərin büdcəsi qədər olan bp Azərbaycanda böyük addımlarla irəliləyir. Bir azdan Qazaxıstan nefti də Bakı-Tbilisi-Ceyhan boru xətti üzərindən dünya bazarına daşınacaq ki, bu da adı çəkilən layihənin əsas operatoru olan bp-nin Avrasiya bölgəsində rolunu artıracaq. Bp qazanacaq və qazandıracaq. Birincinin gerçəkləşəcəyinə şəkki-şübhəmiz yoxdur, bizləri daha çox ikincinin həyata vəsiqə qazanması maraqlandırır. Azərbaycanda korrupsiya böyük miqyas alıb. Korrupsiyanın hökm sürdüyü ölkələrin zəngin enerji resurslarından necə istifadə etdiyi isə bəllidir. Nigeriyanın nefti bizimkindən qat-qat artıqdır. Ancaq, nə faydası, hakimiyyətdəkilər və onların yaxınları varlanır, on milyonlarla nigeriyalı isə kasıblıqdan qurtulu bilmir. "Neft pulları batmasın və ya yeyilməsin deyə, yeni zavod və fabriklər açmaq lazımdır, Sumqayıtın müəssisələrini yenidən bərpa etmək lazımdır" - bu fikir hazırda Azərbaycanda populyardır. Əlbəttə, insanları iş yerləri ilə təmin etmək və yeni məhsullar istehsal etmək vacibdir. Ancaq bu iş də bir planlama, dünya bazarının konyukturasını müəyyənləşdirməyi diqtə edir. Elə bilməyin ki, adını çəkdiyimiz Nigeriyada neft pulları hesabına zavod və fabrik tikmək heç kimin ağlına gəlməyib. Bu işə girişiblər, ancaq nəticə əldə etməyiblər. Həmin fabrik və zavodların məhsulları özünə bazar tapa bilməyib. Odur ki, Azərbaycan neft pullarını yeni istehsal müəssisələrinə xərcləmədən öncə dünya bazarını tədqiq etməlidir. Elə olmasın ki, açılacaq müəssisələr bir heçə ildən sonra qapadılsın. "Biz heç kimə rüşvət vermirik" Ötən il bp-nin xəttiylə Ingiltərənin məşhur iqtisadçılarından biri Bakıya təşrif buyurmuşdu. O, bir heçə jurnalistlə görüşündə korrupsiyanın və inhisarçılığın var olduğu istənilən ölkədə neft pullarının insanlara xoşbəxt həyat gətirməyəcəyini əminliklə söyləyirdi. Bp şirkəti harada çalışdığının fərqindədir. Təsadüfi deyil ki, bp-nin Azərbaycandakı təmsilçisi, ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) prezidenti Devid Vudvord "biz heç kimə rüşvət vermirik" ifadəsini söyləməkdən yorulmur. Az qala bütün infrastrukturun "şirinlik" və "hörmət" əsasında işlədiyi məmləkətdə yabançı şirkətin özünü qorumağa və ləkələməməyə çalışması qibtə doğurur. Ancaq bp Azərbaycanda inşaat və sosial məsələlərin həlli məqsədilə bəzi şirkət və təşkilatlarla əməkdaşlıq edir ki, onlar bu və ya digər nazırə və ya tanınmış millət vəkilinə bağlıdırlar. Yabançı şirkətin təmsilçiləri bunun da cavabını verməyə hazırdılar: "Azərbaycanda elə bir şirkət göstərin ki, kiməsə bağlı olmasın". Haqlı cavabdır. Bp-nin Azərbaycandakı çalışmalarıyla bağlı 2003 və 2004-cü illərdəki "Davamlı Inkişaf Haqqındakı Hesabatı"nda eyni təşkilat və eyni problemdən söz açılır: "Beynəlxalq "Transparency International" Azərbaycanda rüşvətxorluğun yüksək həddə olduğunu açıqlayır". Devid Vudvordun şirkətin 2005-ci il hesabatıyla bağlı həftə içində düzənlədiyi təqdimat mərasimindən sonra sənədi diqqətlə vərəqlədim. Hesabatda "Transparency International"ın adını çıxmaq şərtilə rüşvətlə bağlı problem yerində saxlanılıb. Sənəddə belə bir ifadəyə rast gəlmək mümkündür: "Azərbaycandakı siyasi və iqtisadi şərait xarici sərmayəçilər və biznes sahələri üçün problemli mühit olmaqda davam edir. Xüsusilə korrupsiya çəmiyyətdə geniş yayılmış bir problem olaraq qalır". "bp xalqın hakimiyyətdə ədalətli təmsil olunduğu ölkədə işləmək istəyir" Azərbaycan Ingiltərə baş hazıri Toni Bleyerin bir heçə il öncə irəli sürdüyü Mədən Sənayesində Şəffavlıq Təşəbbüsünə (MSŞT) qoşulsa da, neft pullarının inkşiaf və tərəqqiyə yol açasağına yönəlik şübhələr azalmayıb. Neft pullarının Neft Fondunda toplanması məsələni həll etmir. Problem pulların fonddan çıxarılaraq hansısa layihənin xərclənməsi prosesində üzə çıxacaq. Bu halda şəffavlığı nədəf götürən MSŞF-in də bir yararı qalmayacaq. Buna görədir ki, bp-nin hesabatında "bizim Azərbaycanda gördüyümüz işlər nəticəsində yaranan gəlirlərin hamıya bərabər və ədalətli mənfəətlər gətirməsinə, sabit və davamlı tərəqqiyə yol açacağına hələ çox vaxt var" ifadəsi yer alıb. Görəsən, "hələ çox vaxt var" nə deməkdir, 10 və ya 15 il, yoxsa neftin tükənəcəyi 25 ildən sonra? Insafən, bp şirkəti Azərbaycanda şəffavlığa nail olmaq istiqamətində əlindən gələni etməyə çalışır. Azərbaycanı MSŞF-ə qoşub, Neft Fondunun yaradılmasının dəstəkçisi olub, təlim və biznes strukturlarına yardım mərkəzləri açıb və s. Ancaq şirkət başçıları da anlamamış deyillər ki, bütün hallarda neft pulları Azərbaycanın rifanına xidmət etməsə, bu bp-yə yaxşı heç nə vəd etməyəcək. Azərbaycan nefti hesabına BP varlanacaq, neftin yiyələrinin durumusa dəyişməyəcək - bu ən azı şirkətin dünyadakı imicinə zərərdir, ən çoxu isə... Vaxtilə qonşu Iranda ard-arda baş verən inqilabların başlıca səbəbi xarici neft şirkətlərinin və şanın varlanması qarşılığında yerli sakinlərin kasıblıq girdabından qurtulmamasıydı. Devid Vudvord da çalışdığı ölkədə yarana biləcək təhlükənin fərqindədir. O, ötən il "Forbs" dərgisinə və "Tayms" qəzetinə verdiyi müsahibələrdə deyirdi: "bp xalqın hakimiyyətdə ədalətli təmsil olunduğu ölkədə işləmək istəyir". Bundan sonra da Milli Məclis tribunasından bp-yə qarşı nücumlar başlamışdı. "bp Azərbaycanın daxili işlərinə qarışır", "bp ofisində müxalifət mətbuatı paylanır" - bu, Milli Məclisdə səslənən ittinamlardan bir heçəsiydi. Daha sonra Vudvord bu tipli açıqlamalarına ara verdi, ona qarşı nücumlar da dərnal səngidi. "Əməkdaşlara gördükləri işə görə uyğun ödəniş verilir(mi?)" Azərbaycandakı xarici neft şirkətlərinin yerli işçilərə münasibətinin dəyişməsinə də entiyac var. Əlbəttə xarici şirkət rənbərləri "biz etik normalara riayət edirik, ayrı-seçkiliyə yol vermirik" ifadəsini daim səsləndirə bilərlər. Ancaq fərqli fikirlər də daim qulağıma çatır. Neft yataqlarında və Səncəçal terminalında çalışan tanışlarım az deyil. Onlar iş şəraitindən, iş bölgüsündən və qidalanmadan razılıq etsələr də, maaşlarından şikayətçidirlər. "Əməkdaşlara gördükləri işə görə uyğun ödəniş verilir" - bu, bp-nin 2003-cü ildəki "Davamlı Inkişaf Haqqındakı Hesabatı"ndandır. Əlbəttə, təyin olunan maaşlar Azərbaycanda orta aylıq əmək haqqından yüksəkdir. Ancaq məsələnin psixoloji tərəfi də var. Istənilən insan eyni işə görə başqasının ondan dəfələrlə çox maaş aldığını müşahidə etdikdə məyus olar, hətta davamlı stress keçirər. Bir tanışım bəzi azərbaycanlı işçilər arasında "6-cı sort" deyiminin gündəmə gətirildiyini söyləyir, yəni şərti olaraq birinci və ikinci sıralarda ingilislər, amerikalılar, ardınca nindistanlılar, sinqapurlular və malayziyalılar gəlir. 6-cı, sonuncu sırada isə vətəndaşlarımız "qərar" tutub. Nədən azərbaycanlı işçi öz vətənində nindlidən və ya malayziyalıdan az maaş almalıdır? Yalnız ona görəmi ki, xaricdən gətirilən işçinin əmək stajı çoxdur. Axı neft kontraktlarına cəlb olunan azərbaycanlı işçi də neftin istismar edildiyi bu 10 ildə böyük təcrübə toplayıb, bu halda onun əmək haqqını qaldırmaq olmazmı? Xarici neft şirkətləri bu nəssas məsələyə diqqət yetirməlidirlər. Elə olmasın ki, ötən ilin noyabrında və bu ilin fevral ayında "Mc Dermott" şirkətində baş verənlər gələcəktə kütləvi nal alsın (yerli işçilər maaşlarının artırılmasını və sığorta olunmalarını tələb edirdilər - E.Ş.). Rəqəmlərə diqqət yetirək. Bp-nin 2004-cü ildə "Açıq sönbət" sistemi (hər bir işçi sistemin telefon nömrəsinə zəng edərək anohimliyini qorumaqla şikayətini şirkət rənbərliyinə çatdıra bilər - E.Ş.) vasitəsilə şirkətə 27 məlumat daxil olmuşdu. 2005-ci ilin "Davamlı Inkişaf Haqqındakı Hesabatı"nda "Açıq sönbət" sisteminə konkret nə qədər zəngin olduğu göstərilməsə də, "Attestasiya prosesi" bölməsində oxuyuruq: " 150 fərdi məsələ qaldırılmış və onların sayı seçib təmizləmə nəticəsində 51 potensial etik problemədək azalmışdır". Şikayətlərin sayı artır. Necə ki, bp Azərbaycanda gəlirlərin hamıya bərabər və ədalətli mənfəətlər gətirməsini arzulayır, biz də xarici neft şirkətlərinə yerli işçilərlə gəlmələrə bərabər və ədalətli münasibət bəsləməsini arzulayırıq.
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:18:20
|