|
*
Böyük neft pulları: pis başlanğıc yaxşı heç nə vəd etmir
*
Böyük neft pulları: pis başlanğıc yaxşı heç nə vəd etmir
*art_name2
*art_autor
*
Böyük neft pulları: pis başlanğıc yaxşı heç nə vəd etmir
Azərbaycanda şəffaflıq problemi getdikcə aktuallaşır
Böyük neft pullarının axını ərəfəsini yaşayan Azərbaycan həm də çox böyük təhlükələrlə üz-üzədir. Ölkə beynəlxalq və müstəqil yerli mütəxəssislərin,
beyin mərkəzlərinin illərdən bəri xəbərdarlıq etdiyi problemli mərhələyə qədəm qoyub: çox böyük həcmli vəsaitlər daxil olmağa başlayır, lakin nə iqtisadiyyatımız, nə cəmiyyətimiz, nə də baş verənlərə birbaşa məsul olan
Böyük neft pulları: pis başlanğıc yaxşı heç nə vəd etmir Azərbaycanda şəffaflıq problemi getdikcə aktuallaşır Böyük neft pullarının axını ərəfəsini yaşayan Azərbaycan həm də çox böyük təhlükələrlə üz-üzədir. Ölkə beynəlxalq və müstəqil yerli mütəxəssislərin, beyin mərkəzlərinin illərdən bəri xəbərdarlıq etdiyi problemli mərhələyə qədəm qoyub: çox böyük həcmli vəsaitlər daxil olmağa başlayır, lakin nə iqtisadiyyatımız, nə cəmiyyətimiz, nə də baş verənlərə birbaşa məsul olan hökumətimiz buna hazır deyil. Xüsusilə də hökumətin irihəcmli vəsaitlərin səmərəli, şəffaf, iqtisadiyyatın və cəmiyyətin inkişafına gətirib çıxaracaq şəkildə xərclənməsini təşkil etməkdə maraqdı olmaması Azərbaycanın daha ağır problemlərlə üzləşməsinə gətirib çıxara bilər. Bu gün dövlət başçısı da daxil olmaqla hamının haqqında bəhs etdiyi bu problemlərin əsası qoyulmaqdadır. Belə ki, ölkə büdcəsinin təxminən yarıya qədəri, bəzi ekspertlərin hesablamalarına görə isə yarıdan çoxu neft gəlirləri hesabına formalaşır. Bu, təxminən 2 milyard dollar civarında vəsait deməkdir. Azərbaycanda dövlət idarəetmə sisteminin kəskin korrupsiylalaşması, ilin ötən dövründə müşahidə edilən proseslər bu vəsaitlərin heç də tam təyinatı üzrə xərclənməyəcəyini deməyə əsas verir. Belə ki, hökumət bu ildən başlayaraq irihəcmli infrastruktur layihələrinin büdcə vasitəsilə maliyyələşməsinə başlayıb. Bu ilin büdcəsindən tək bir istiqamətə - modul tipli elektrik stansiyalarının tikintisinə 400 milyon dollara yaxın vəsait ayrılıb. Daha 300 milyon dollara yaxın vəsaitin Bakı şəhərində yol ayrıcları və körpülərin tikintisinə sərf olunması nəzərdə tutulur. Bu böyük layihələrin heç birində ən adi şəffaflıq prinsiplərinə belə əməl olunmur. Astarada istifadəyə verilmiş birinci modul stansiyanın tikintisinə büdcədən vəsait ayrılmamışdan beş ay əvvəl başlanıb. Bu şəraitdə maliyyələşmənin necə və hansı mənbələr hesabına həyata keçirildiyi cəmiyyətə açıqlanmır. Üstəlik stansiyanın konkret neçəyə başa gəldiyinə dair məlumatlar dövlət sirri kimi qorunur. Yol ayrıcları və körpülərə gəlincə, burada vəziyyət daha acınacaqlıdır: tikinti başlansa da hələ körpülərin layihələndirməsi başa çatmayıb, hökumətdə heç kim onların neçəyə başa gələcəyini belə dəqiq bilmir. Prezidentin fərmanlarına əməl olunmur Neft pulları həm də Dövlət Neft Fondu vasitəsilə irihəcmli layihələrin maliyyələşməsinə yönəldilir. Belə ki, bu il fonddan qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 110 mln. 311 min manat, "Bakı-Tiflis-Ceyhan" Əsas Ixrac Boru Kəməri layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsinə 54,4 milyon manat, "Samur-Abşeron" suvarma sisteminin yenidən qurulmasına 37 milyon manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişinə 90 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Çox təəssüflər olsun ki, DNF-nin özünün müstəqil auditi həyata keçirilsə də, ondan maliyyələşən layihələrin icrasına nəzarət sistemi hələ də yaradılmayıb. Məsələn, tədqiqatçı-jurnalist Hicran Həmidovanın apardığı araşdırma göstərib ki, dövlət başçısının "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Erməhistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" 2001-ci il 22 avqust tarixli 562 saylı və "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli 577 saylı fərmanı ilə ayrılan vəsaitlər səmərəli xərclənməyib, vəsaitlərin bir hissəsi təyinatından yayındırılıb: "Məsələn, tender sənədlərində müqavilə qiymətləri 18 faiz əlavə dəyər vergisi (ƏDV) ilə birgə göstərilib. Əslində sözügedən fərmanlarla tikilən evlərdən ƏDV tutulmamalıdır. Lakin tender qaydalarına görə də sifarişçi və podratçı təşkilatlar müqaviləni imzaladıqdan sonra ona dəyişiklik edilə bilməz. Belə çıxır ki, 18 faiz hesablanıb. Həmin fərmanlar üzrə xərclənən 297,5 mlrd. manatın 18 faizi 53,1 mlrd. manat, yəni təxminən 10,8 mln. dollardır. Sifarişçilərin təqdim etdikləri rəqəmlərdən məlum olur ki, evlərin tikintisinə ümumilikdə 139,4 mlrd. köhnə manat, yəni 28,3 mln. dollar sərf ediblər. Vəsaitin daha çox hissəsi - 158 mlrd. manat (32,2 mln. dollar) sosial obyektlər, infrastrukturun yaradılmasına sərf olunub. Tədqiqat zamanı sönbətləşdiyim ekspertlərin fikrincə, 158 mlrd. manat böyük vəsaitdir və bu vəsaitin nəqiqətən də sözügedən məqsədlərə sərf olunduğunu demək çətindir. Infrastrukturda kifayət qədər maliyyə maxinasiyaları etmək mümkün olduğundan çox güman ki, vəsaitin əsas hissəsi bu məqsədlə həmin sahəyə yönəldilib". N.Həmidovanın sözlərinə görə, iki təşkilatın sifarişçisi olduğu qəsəbələr eyni layihə üzrə tikilib və burada eyni tikinti təşkilatları işləsə də, nədənsə qiymətlər ciddi şəkildə fərqlənir. Nəticədə arada təxminən 10 mlrd. manat (təqribən 2 mln. dollar) ətrafında fərq meydana çıxır. Hicran xanım bildirir ki, layihədən kəharaçıxmalar kifayət qədər maliyyə vəsaitinin təyinatından yayındırıldığını deməyə əsas verir. Evlərin qiymətlərində də şişirtmələr fantastik həddədir. Köçkünlər üçün evlər demək olar ki, kommersiya qiymətlərinə yaxın tikilir. Vəsaitlərin əsas hissəsi məhz burada korrupsiyaya uğrayır: "Bundan başqa, tikinti işləri keyfiyyətsiz aparılıb. Monitorinq aparılan bütün evlərin keyfiyyətsiz tikildiyi aşkarlanıb. Məsələn, müşahidə aparılan tikililərdə dərin divar çatları, döşəmə taxtalarının keyfiyyətsiz olması, bir çox hallarda taxtaların qopması müşahidə olunur. Tikinti normalarına əməl edilməməsi və tikinti materiallarının düzgün istiafdə edilməməsi nəticəsində isə hətta bir ev yerlə yeksan olub. Məlum olub ki, o yerdə heç geoloji kəşfiyyat işləri aparılmayıb. Bundan başqa, layihə institutu evin uçma səbbəini araşdırarkən məlum olub ki, tikintinin bünövrəsi düzgün qoyulmayıb, tikinti materialları təyinatından yayındırılıb və əsasən keyfiyətsiz materiallardan istifadə olunub". Jurnalistin fikrincə, bu gün Neft Fondu vəsaitlərindən istifadə mexanizminin işlənməsinə entiyac var. Dövlət qurumları, DNF və "Qaçqınkom" yaxasını kəhara çəkir, proseslərdə müşahidəçi qismində görünməyə çalışır, şəffaflığı təmin etmirlər: "Bu məsələdə "Qaçqınkom" xüsusi "fəallıq" göstərir, bütün imkanlarından istifadə edərək jurnalistlərin informasiyalara çıxışını maksimum dərəcədə məhdudlaşdırır, onların qəsəbələrdə işləməsini əngəlləyir. Onlar yaxşı bilirlər ki, verilən hər bir məlumat və konkret rəqəmlər korrupsiyanın miqyasını hesablamağa əsas verir. Odur ki, mümkün olduğu qədər məlumatların KIV-ə sızmamasında maraqlıdırlar. Məlumatların əlçatmazlığının izahı budur". Nigeriya-Norveç: hansına daha yaxınıq? Neft gəlirlərinin xərclənməsi sahəsində şəffaflıq məsələləri ilə bağlı monitorinqi həyata keçirən Himayədar Humanitar Təşkilatının rənbəri Himayət Rizvanqızı da neft gəlirlərinin xərclənməsi sahəsindəki vəziyyətdən çox harahatdır. Onun dediyinə görə, ölkə Hasilat Sənayesində Şəffaflıq üzrə Beynəlxalq Təşəbbüsə qoşulsa da, bu təşəbbüsün yalnız gəlirləri əhatə etməsi xərclərlə bağlı problemin diqqətdən kənarda qalmasına gətirib çıxarıb: "Azərbaycanın bununla bağlı öhdəliyi olmadığına görə hər hansı açıqlamalara da məsuliyyət daşımır. Gəlirlərin xərclənməsində tamamilə qeyri-şəffaf mühit mövcuddur. Bunu apardığımız monitorinqə, sıx təmasda olduğumuz beynəlxalq təşkilatların rəylərinə, hesabatlarına əsaslanıb deyirəm". Göründüyü kimi, hələlik Azərbaycanda neft pullarının xərclənməsi sahəsində şəffaflıq təmin olunmur. Bəs şəffaflığın olmaması hansı fəsadlara gətirib çıxarır və şəffaflığı təmin etmək üçün nə lazımdır? Yaranan fəsadlardan ən yumuşağı korrupsiyaya yaranan şəraitdir. "Qaranlıq mühitdə qaranlıq əməllər törətmək çox asan olur" deyən həmsönbətimiz bildirir ki, ümumiyyətlə, vəsaitlərin qeyri-şəffaf xərclənməsi son nəticədə neft pullarının Azərbaycan üçün itirilməsi deməkdir: "Halbuki əslində neft pulları elə xərclənməlidir ki, ölkədə sosial-iqtisadi inkişafa təkan versin və yoxsulluq azalsın". Şəffaflığın necə təmin olunmasına gəlincə, bunun üçün birinci növbədə siyasi iradə lazımdır. Himayət xanım bildirir ki, qanunların işləməsinin də bu istiqamətdə yardımı böyük ola bilər: "Gərəkdir ki, şah qanun yox, qanun şah olsun. Bizim cəmiyyətdə hələ ki, şah qanundur, kimin əlində bir balaca səlaniyyət varsa, istədiyini edir". Puldan hər zaman səmərəli istifadə etmədikdə xoşbəxtlik əvəzinə bədbəxtlik gətirdiyini deyən N.Rizvanqızı qeyd edir ki, bəzən zəngin təbii resurslara malik olan ölkələrdə yoxsulluq daha çox olur, nəinki digərlərində: "Bunun da səbəbi odur ki, həmin ölkələr təbii sərvətlərdən gələn gəlirlərin xərclənməsini yaxşı təşkil edə bilmirlər. Tutaq ki, Qananın, Indoneziyanın, Anqolanın təcrübəsində olduğu kimi. Azərbaycana gəldikdə, hələ ki, biz neft gəlirlərinin həyatımıza gətirdiyi müsbət şeyləri hiss edirik. Eyni zamanda onu da nəzərə almalıyıq ki, bizdə qeyri-neft sektorunun inkişafına hələ indi diqqət yetirilməyə başlayır. Neft sektoru yüksək inkişaf edən sahə olaraq qalır və bilirsiniz ki, bu sektor az əməktutumlu sahədir, burada az adam çox gəlir yaradır. Bax, yaranan bu çox gəlir digər sahələri diqqətdən kənarda qoyur. Eyni zamanda Azərbaycan iqtisadiyyatı hazırda elə vəziyyətdədir ki, gələn gəlirləri nəzm eləmək gücündə deyil. Yəni belə bir təhlükə var ki, əldə edilən milyardlarla gəlirdən ölkə heç nə qazana bilməyəcək. Əgər bu baş verərsə, təbii ki, Azərbaycanı qarşıda kütləvi yoxsulluq problemi gözləyə bilər. Ola bilsin ki, hər şey bu şəkildə baş verməsin, çünki hökumət istər beynəlxalq təşkilatların, istərsə də yerli ekspertlərin iradlarını nəzərə alaraq, bu prosesin qarşısını almaq üçün müəyyən tədbirlər görməyə başlayıb. Bəzi ekspertlər hesab edirlər ki, bir qədər gecikmişik və ona görə də "Holland sindromu"ndan yan keçə bilməyəcəyik. Ola bilsin ki, Nigeriya variantı olmayacaq, amma bizdə artıq Norveç variantı da mümkün deyil. Indiki situasiya göstərir ki, bizim neft pulları ilə gözlədiyimiz xoşbəxt həyat mümkün olmayacaq. Çünki hökumət bir sıra çox mühüm tədbirlərin həyata keçirilməsini artıq gecikdirib". Nef Fondunun vəsaitlərinin büdcə vasitəsilə xərclənməsi daha məqsədəuyğundur Azərbaycanda nəinki büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq təmin edilmir: ümumiyyətlə, büdcəyə koseptual yanaşma düzgün deyil. "Ilin ortasında büdcədə dəqiqləşdirmə aparılır, gəlirlər artırılır, digər tərəfdən gələn il üçün büdcəyə Neft Fondundan transferlər edilir". Iqtisadi Tədqiqatlar Mərkəzi Idarə Heyətinin sədri Qubad Ibadoğlu bildirir ki, bu, proqnozlaşma işinin düzgün olmamasının göstəricisidir. Ikinci bir tərəfdən Neft Fondundan büdcəyə ayrılan vəsaitlərin xərc istiqamətləri ayrıca proqram maddələri üzrə reqlamentləşdirilməyib: "Yəni o vəsaitlər bir növ büdcənin gəlirlərinə daxil olur və büdcənin xərclərində digər gəlirlərlə birgə maliyyələşmə mənbəyi kimi çıxış edir. Bu baxımdan büdcədə nə qədər şəffaflıq varsa, həmin vəsaitlərin şəffaflığı da o səviyyədədir, əlavə şəffaflıq axtarmağa dəyməz. Bir məsələ çox əhəmiyyətlidir ki, Neft Fondu parlamentdə müzakirə olunmur, amma büdcə olunur. Büdcə parlamentdə müzakirə olunarkən ictimaiyyət daha çox məlumatlandırılır. Yəni büdcə Neft Fondundan daha çox müzakirə olunduğundan, ona ictimai nəzarət daha asandır". Qubad bəyin fikrincə, Fondun vəsaitinin büdcə vasitəsilə bölünməsi daha məqsədəuyğundur, nəinki öz büdcəsindən birbaşa: "Çünki Neft Fondu vəsaitlərinin monitorinqini aparmaq mümkün deyil, fondun büdcəsi, ümumiyyətlə, icmal büdcənin tərkibində ümumi istiqamətlər üzrə müzakirə olunur, fondun büdcəsindəki dəyişiklikləri ölkə başçısı sərbəst proqramla aparmaq imkanına malikdir. Büdcə ilə bağlı dəyişikliklər parlament vasitəsilə keçirilir. Bilirsiniz ki, parlamentdə də bu müzakirələr istənilən səviyyədə keçmir, qurumun təsir imkanları yoxdur. Bu baxımdan mən deyirəm ki, ən yaxşı halda büdcə şəffaflığı fondun vəsaitlərinin də şəffaflığı deməkdir". Şəffaflığın olmaması neft gəlirlərinin məhimsənilməsi, büdcədə nəzərdə tutulan təyinatından kənarlaşdırılması ilə bahəm vəsaitlərin bölüşdürülməsindən daha çox kimlərin faydalandığını - cəmiyyətinmi, ayrı-ayrı fərdlərinmi, vəsaiti bölüşdürmək qərarı verənlərinmi, onu icra edənlərinmi, subpodratçılarınmı - bunu qiymətləndirmək imkanlarını məndudlaşdırır. O baxımdan Neft Fondundan vəsaitlərin xərclənməsi, əsasən də qaçqın və məcburi köçkünlərin məhzil şəraitinin yaxşılaşdırılması, digər infrastruktur obyektlərinin tikintisi ilə bağlı çox təəssüflər olsun ki, ümumiyyətlə şəffaflıqdan uzaqdır: "Dövlətin maliyyə-nəzarət sistemlərindən biri Hesablama Palatasıdar, lakin bu qurum hələ neft gəlirlərinin istifadəsi ilə bağlı bir audit yoxlaması belə aparmayıb". Iqtisadçı-alim şəffaflığı təmin etmək üçün birinci növbədə vətəndaşların neft gəlirlərilə bağlı maarifləndirilməsini və məlumatlandırılmasını vacib hesab edir: "Ikincisi, QNT-lərin bu prosesdə iştirakı vacibdir, vətəndaş cəmiyyəti aktiv olmalıdır, ölkədə demokratik institutlar yaradılmalıdır. Şəffaflıq hökumətin hesabatlılığı deməkdir. Hökumətin hesabatlılığı, etibarlılığı olmalıdır, prosesdə cəmiyyətin müxtəlif vasitələrlə iştirakı təmin olunmalıdır, tutaq ki, QNT-lər, mətbuat, parlament vasitəsilə". Həbibə ABDULLA Yazı Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QNT Koalisiyasının keçirdiyi müsabiqəyə təqdim olunur
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:18:14
|