|
*
*
*art_name2
*art_autor
*
AZƏRBAYCANDA "HOLLAND EPIDEMIYASI"
NEFT GƏLIRLƏRI AZƏRBAYCANI VARLANDIRARAQ HOLLANDIYANIN 1960-CI ILLƏRINƏ QAYTARMAQDADIR
HÖKUMƏT ÖZƏL MARAQLARA QARŞI GEDƏRƏK CIDDI TƏDBIRLƏR GÖRMƏK
ƏVƏZINƏ PROBLEMIN MÖVCUDLUĞUNU INKAR ETMƏKLƏ MƏŞĞULDUR
Azərbaycanda "holland sindromu" varmı? Gəlin, konkret cavab verməyə tələsməyək. Çünki "hə" də desək, yanılarıq, "yox" da desək. Məsələ burasındadır ki, "holland sindromu" və ya "holland xəstəliyi" kimi tanınan bu iqtisadi fenomenin Hollandiyada müşahidə
olunmuş klassik formasını olduğu kimi Azərbaycanda və ya
AZƏRBAYCANDA "HOLLAND EPIDEMIYASI" NEFT GƏLIRLƏRI AZƏRBAYCANI VARLANDIRARAQ HOLLANDIYANIN 1960-CI ILLƏRINƏ QAYTARMAQDADIR HÖKUMƏT ÖZƏL MARAQLARA QARŞI GEDƏRƏK CIDDI TƏDBIRLƏR GÖRMƏK ƏVƏZINƏ PROBLEMIN MÖVCUDLUĞUNU INKAR ETMƏKLƏ MƏŞĞULDUR Azərbaycanda "holland sindromu" varmı? Gəlin, konkret cavab verməyə tələsməyək. Çünki "hə" də desək, yanılarıq, "yox" da desək. Məsələ burasındadır ki, "holland sindromu" və ya "holland xəstəliyi" kimi tanınan bu iqtisadi fenomenin Hollandiyada müşahidə olunmuş klassik formasını olduğu kimi Azərbaycanda və ya hər hansı başqa bir ölkədə görmək mümkün olmadığı kimi, iqtisadiyyatımızda bu sindromun əsas əlamətlərini görməmək də mümkün deyil. Beləliklə, cavabımız belə olacaq: Azərbaycanda "holland sindromu"nun klassik forması mövcud olmasa da, ölkə iqtisadiyyatında epidemiya effekti baş qaldırmaqdadır. Qənaətimizi əsaslandırmaq üçün ilk növbədə "holland sindromu"nun xarakterini açmalıyıq. Tanış olun: "Holland sindromu" "Wikipedia" elektron ensiklopediyasında yer almış qısa xarakteristikaya görə, "Holland sindromu" təbii resursların istismarı ilə istehsal sektorunun tənəzzülü arasında qarşılıqlı əlaqəni izan etmək üçün istifadə edilən iqtisadi konsepsiyadır. Nəzəri yanaşmaya görə, "Holland sindromu" şəraitində təbii sərvətlərdən daxil olan böyük gəlirlər milli valyutanın mübadilə kursunu artırmaqla istehsal sektorunun rəqabət qabiliyyətini zəiflədir. Təbii ki, qısa ensiklopedik məlumat bu sindrom haqqında tam təsəvvür yarada bilmir. Ona görə də tənbəllik etməyib, bu iqtisadi xəstəliyin epikrizinə, yəni tarixinə və əsas əlamətlərinə göz gəzdirməli olacağıq. "Holland xəstəliyi"nin epikrizi Ötən əsrin 60-cı illərində Hollandiyada nəhəng qaz yataqlarının kəşf edilməsi ölkənin xammal ixracının sıçrayışla genişlənməsinə, milli valyuta olan quldenin möhkəmlənməsinə və iqtisadiyyatın qeyri-energetika sektorunun rəqabət qabiliyyətinin kəskin şəkildə zəifləməsinə gətirib çıxarıb. Bu sindromun özəlliyi ondan ibarətdir ki, ona yoluxan ölkə bir tərəfdən varlanır, digər tərəfdən bu zənginlik ölkəni böhrana aparır. Ona görə də "Holland sindromu" ümumi şəkildə elə bir situasiyanı ifadə edir ki, ölkənin iqtisadi inkişaf göstəriciləri şən və ürəkaçan məhzərə yaratdığı halda, bu gözəlliyin arxasında dərin və strateji baxımdan təhlükəli disproporsiyalar gizlənir. Qeyd etmək lazımdır ki, "Holland sindromu"na bənzər situasiyalar müxtəlif vaxtlarda müxtəlif ölkələrdə müşahidə olunub. Məsələn, adətən, "ispan sindromu" kimi tanınan situasiyanı xatırlatmaq olar. Hətta bəzi ekspertlər "Holland sindromu"nu sadəcə olaraq, "ispan sindromu"nun növlərindən biri hesab edirlər. Xristofor Kolumb Amerikanı kəşf edəndən sonra 16-cı əsrdə yeni torpaqlarda qızıl və gümüşə sahib çıxan ispanlar pulları ölkənin inkişafına sərf etmək əvəzinə, zinət əşyaları və başqa istehlak malları almağa aludə olublar. Nəticədə Ispaniyada baş qaldıran ağlasığmaz inflyasiya sonda ölkə əhalisinin rifahını Amerikanın kəşfindən əvvəlki səviyyədən də aşağı salıb. Həmçinin 1850-ci illərdə Avstraliyada qızıl yataqlarının kəşfindən sonra burada da analoji situasiya yaşanıb. Nigeriyada "Holland sindromu"nun əlamətləri 1970-ci illərin əvvəllərində dünya bazarında neftin qiymətində növbəti əhəmiyyətli artım dalğasından sonra meydaha çıxıb. 1970-ci illərdə neft idxalçısı olan Böyük Britaniya Şimal dənizində neft yataqlarının irimiqyaslı istismarının başlanmasından sonra iri neft ixracatçısına çevrilib və "Holland sindromu"nu yaşamalı olub. Hətta nümunəvi neft ölkəsi olan Norveç də qısa müdət ərzində xəstəliyin bəzi əlamətlərindən əziyyət çəkib. Indoneziyanı da bu siyahıya əlavə etmək olar. 1970-ci illər və 1980-ci illərin əvvəllərində Meksikada yer alan neft bumu da bu ölkəni "Holland xəstəliyi"nə yoluxdurub. Kolumbiya isə "Holland xəstəliyi"nə kofedən yoluxub. 1970-ci illərdə Braziliyada qıt məhsul və Qvatemalada zəlzələ dünya bazarında kofenin qiymətini göy üzünə qaldırandan sonra kofe təbii qazın 1960-cı illərdə Hollandiyada oynadığı rolu Kolumbiyada təkrarlayıb. Ölkə ixracatının strukturunda kofe bütün başqa ənənəvi ixrac məhsullarını sıxışdırmaqla "qeyri-kofe" sektorunun rəqabət qabiliyyətini kəskin şəkildə zəiflədib. Həmçinin hazırda Avstraliyada metal və mineral məhsullar üzündən, Rusiyada isə neft və təbii qaz üzündən "Holland sindromu"nun əlamətləri qabarmaqda davam edir. "Holland xəstəliyi"nin diaqnostikası "Holland sindromu"nun əlamətləri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Ekspertlər arasında bu sindromun əsas əlamətlərinin sayının 3, 4 və ya 7 olduğunu düşünən qruplar var. Azərbaycan da daxil olmaqla keçmiş sovet respublikalarının heç birində "Holland sindromu"na qarşı effektli tədbirlər müəyyən edilməyib. Bununla belə, bəzi respublikalarda bu mövzuda tədqiqatlar aparılıb. Qazaxıstan Prezidenti yanında Dünya Iqtisadiyyatı və Siyasəti Institutunun beynəlxalq maliyyə təsisatlarının ekspertləri ilə birlikdə hazırladığı material bu baxımdan maraq doğurur. ""Holland xəstəliyi"nin xarici ölkə iqtisadiyyatlarına təsiri: Qazaxıstan üçün ibrət dərsləri" başlıqlı tədqiqat materialında "Holland sindromu"na yoluxmanın aşağıdakı 4 əsas əlaməti müəyən edilib: 1. Xammal ixracının və nəticədə ölkədə pul kütləsinin kəskin artması. 2. Milli valyutanın real kursunun artması. 3. Xammal sektorunda əməyin ödənişinin kəskin artması. 4. Daxili tələbatın ödənilməsinə istiqamətlənmiş iqtisadiyyat sahələri üzərində dövlət himayəçiliyi. Amma bütün dünyada ən etibarlı mənbə sayılan başqa bir tədqiqatda "Holland sindromu" üç əlamətlə təyin edilib. "Holland sindromu"nun klassik iqtisadi modeli 1982-ci ildə iqtisadçılar W.Maks Korden və J.Piter Neari tərəfindən işlənib hazırlanıb və bu günə qədər də bütün dünyada "əsas model" kimi qəbul edilir. Bu modelə görə, "Holland sindromu"nu "ifşa etmək" üçün üç əsas əlaməti qiymətləndirmək lazımdır: 1. Ixracın strukturunda çiçəklənən sektorun (Azərbaycanda neft və qazın - M.T.) xüsusi çəkisinin kəskin artması. 2. Milli valyutanın (Azərbaycanda manatın - M.T.) möhkəmlənməsi. 3. Çiçəklənən sektordan kənarda qalan sahələrin (Azərbaycanda qeyri-energetika sektorunun - M.T.) rəqabət qabiliyyətinin zəifləməsi. Bəzi ekspertlər bu əlamətlərdən doğan effektləri, o cümlədən inflyasiyanı və ya daxili bazara hesablanmış sektorlar üzərində dövlət himayəçiliyini də "Holland sindromu"nun simptomları kimi təqdim edirlər. W.Maks Korden və J.Piter Neari ixrac bumu yaşayan iqtisadiyyatı üç sektora bölür: 1. Çiçəklənən ixrac məhsulları sektoru (bir çox ölkələrdə neft-qaz sektoru - M.T.). 2. Geridə qalan ixrac məhsulları sektoru (ənənəvi qeyri-energetika ixrac sahələri, məsələn, aqrar sektor, yüngül sənaye və s. - M.T.). 3. Qeyri-ixrac məhsulları sektoru (əsasən, ölkədaxili tələbatı ödəyən sahələr, o cümlədən pərakəndə ticarət, xidmət və tikinti sektoru - M.T.). W.Maks Korden və J.Piter Nearinin modelinə görə, "Holland sindromu" şəraitində bu üç sektordan birincisi və üçüncüsü sıçrayışla inkişaf etdiyi halda, ikinci sektor ya tənəzzül edir, ya da çox ləng templə irəliləyir. Təəssüf ki, Azərbaycanda da vəziyyət məhz belədir və aşağıda fikrimizi təsdiqləyən faktları təqdim edəcəyik. Yəqin ki, təhlilimizin yuxarıdakı hissəsini oxuyan oxucularımız artıq "Holland sindromu"nun dərin olmasa da, ortabab bilicisinə çevriliblər və indi Azərbaycan iqtisadiyyatı üzərində aparacağımız müayinə onlar üçün anlaşıqlı olacaq. Beləliklə, mətləb üstünə... Azərbaycanın müayinəsi Azərbaycanda "Holland sindromu"nun olmadığını iddia edənlər adətən, dərin tənlillərə baş vurmadan Azərbaycanda yaranmış vəziyyəti 1960-cı illərdə Hollandiyada yaranmış vəziyyətlə müqayisə edərək tapdıqları fərqləri sübut kimi təqdim edirlər. Amma fərq axtaranların məntiqindən yanaşsaq, "Holland sindromu" ifadəsini tarixə buraxmalıyıq, çünki bu sindromun klassik formasını heç vaxt heç bir ölkədə olduğu kimi müşahidə etmək mümkün olmayacaq. Amma nəzərə alın ki, bu gün "Holland sindromu" dedikdə sadəcə olaraq, 1960-cı illərdə Hollandiyada yaranmış vəziyyət deyil, iqtisadiyyatın ayrı-ayrı sektorlarının disproporsional inkişafı nəzərdə tutulur. Bu zaman hər bir ölkənin spesifikasına uyğun gələn öz "Holland sindromu" ola bilər. Azərbaycanın "Holland sindromu" da klassik variantı nöqtə-vergülünə qədər olduğu kimi təkrarlamır. Bununla belə, xəstəliyin əlamətləri artıq gözə girir. Azərbaycan iqtisadiyyatının müayinəsini W.Maks Korden və J.Piter Nearinin müəyyən etdiyi diaqnostika üsulu ilə həyata keçirdikdə görəcəyik ki, əslində ölkəmizin iqtisadiyyatı Hollandiyanın 1960-cı illərinə qayıtmaqdadır. Bu modelə əsasən, "Holland sindromu"nun hər üç əlamətinin Azərbaycanda mövcud olduğunu təsdiqləyən faktları gözdən keçrək. 1. Ixracın strukturunda çiçəklənən sektorun xüsusi çəkisinin kəskin artması: Təbii ki, neft-qazın ixracda başqa məhsulları sıxışdırması dinamikasına keçməzdən əvvəl hasilatın artım tempini qısaca olaraq gözdən keçirmək lazımdır. "Əsrin müqaviləsi" bağlanandan sonra 1996-cı ildən etibarən Azərbaycan neft satışından gəlir əldə etməyə başlayıb və hasilatda dinamik artım prosesi başlayıb. Hasilatın Həcmi 1995-ci ildə 9,2 mln. ton, 2000-ci ildə 13,9 mln. ton, 2004-cü ildə 15,5 mln. ton təşkil edib. 2005-ci ildə isə bu göstərici 1995-ci illə müqayisədə 2,4 dəfə artaraq 22,2 mln. tona çatıb. Proqnoza görə, 2006-cı ildə Azərbaycanda 30 mln. ton (22 mln. tonu Azəri-Çıraq-Günəşli yataqlarının payına düşməklə), 2007-ci ildə 46 mln. ton, 2008-ci ildə isə 61 mln. ton neft nasil olunacaq. 1996-ci ildən başlayaraq neft hasilatının artması özünü ixracda aşkar büruzə verib. Xarici ticarət dövriyyəsinin həcmi 2004-cü ildə 7131,4 mln. yeni manatdan 20 faiz artaraq 2005-ci ildə 8558,4 mln. yeni manata çatıb. 2005-ci ildə neft amili xarici ticarət dövriyyəsində 136 mln. yeni manat həcmində müsbət saldonun yaranmasına gətirib çıxarıb. Belə ki, ixracın strukturuna baxdıqda 2005-ci ildə "Mineral məhsullar" mal qrupu üzrə məhsul ixracı əvvəlki illərdə olduğu kimi 76,8 faiz xüsusi çəkiyə malik olmaqla aparıcı yeri tutub. 2004-cü ildə müvafiq göstərici 92,25 faiz olsa da, 2005-ci ildə yer alan azalma qeyri-neft sektorunda inkişafın deyil, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulması ilə bağlı olaraq xam neftin ixraca deyil, boru xəttinə yönəldilməsi ilə izah edilir. 2005-ci ildə kəmərə 8 mln. barrel və ya 1,3 milyon tona yaxın neft vurulub. 2006-cı ildə ixracda mineral yanacaq, neft və neft məhsullarının xüsusi çəkisinin 90 faizə çatacağı gözlənilir. Halbuki 1995-ci ildə bu göstərici 50 faizdən də az olub. Beləliklə, "Holland sindromu"nun birinci əlamətinin mövcudluğu göz önündədir. Ikinci və üçüncü əlamətlərin də mövcudluğunu isbat etmək bizim üçün, təəssüf ki, asan olacaq... 2. Milli valyutanın möhkəmlənməsi: "Holland sindromu"nun ikinci əlamətini təşkil edən bu tendensiya son iki il ərzində Azərbaycanda şiddətlənib. Ara-sıra valyuta mübadiləsi məntəqələrinə müraciət edənlər və ya belə məntəqələrin qarşısındakı qiymət lövhələrinə diqqətlə yanaşanlar yəqin ki, dolların belə sürətlə ucuzlaşması ilə bağlı təəccüblərini dəfələrlə dilə gətiriblər. Təbii ki, biz manatın bahalaşdığını dedikdə sadəcə olaraq, müşahidələrimizlə kifayətlənə bilmərik və konkret rəqəmlərin təqdim edilməsi zəruridir. Bəri başdan deyək ki, 2004-cü ilin axırları və 2005-ci ilin əvvəllərində dolların məzənnəsi 4900 manatdan yüksək olub. 2005-ci il ərzində manat sürətlə banalaşmağa başlayıb və ilin sonunda və 2006-cı ilin əvvəllərində dolların məzənnəsi təqribən 4590 manat təşkil edib. Cari il ərzində isə manat banalaşmaqda davam edib və hazırda dolların kursu təqribən 4380 manat ətrafındadır. Manatın banalaşması prosesi oxucularımız bu məqaləni oxuduqları anlarda da davam edir. Manatın kəskin möhkəmlənməsinə yol verməmək üçün Milli Bank 2005-ci il ərzində valyuta bazarına 50 mln. dollara yaxın həcmdə müdaxilə edərək dollar kutləsi alıb və nəticədə rəsmi valyuta ehtiyatlarının həcmi 13 faiz artaraq 1 mlrd. dolları aşıb. 2006-cı ildə dövlət büdcəsi xərclərinin 60 faizdən çoxunun xarici valyutada olan neft gəlirləri hesabına maliyyələşməsi və 2007-ci ildə bu göstəricinin artacağı ilə bağlı proqnozlar manatın bahalaşmaqda davam edəcəyini söyləməyə əsas verir. Manatın real məzənnəsinin artması prosesinin qarşısını almaq əslində kompleks tədbirlər olmadan mümkün deyil. Milli Bank problemə iki cür yanaşa bilər və hər iki halda problemlər ortaya çıxır: - Milli Bank ölkəyə daxil olan valyutanı fəal şəkildə alıb əvəzində dövriyyəyə manat kütləsi buraxır. Nəticədə inflyasiya artır və manatın hisbi sabit məzənnəsi saxlanmaqla real məzənnəsi möhkəmlənir. - Yaxud valyuta satışı əvəzində Milli Bank ölkədə dollar kütləsinin artımına üstünlük verir ki, bu da sabit qiymətlər fonunda yenə də milli valyutanın real məzənnəsinin möhkəmlənməsinə gətirib çıxarır. Manatın məzənnəsinin möhkəmlənməsi qeyri-neft sektorunun rəqabət qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Çünki milli valyutanın möhkəmlənməsi nəticəsində ölkədə istehsal olunan məhsullarla müqayisədə, eyniadlı məhsulların idxalı daha ucuz başa gəlir. Bu səbəbdən istehlakçılar onları almağa, iş adamları da həmin məhsulları istehsal etmək əvəzinə onların ticarəti ilə məşğul olmağa üstünlük verirlər. Nəticədə ənənəvi qeyri-neft sənaye istehsal sahələri tənəzzülə uğrayır. Beləliklə, biz "Holland sindromu"nun üçüncü əlamətinə gəlib çatdıq. 3. Çiçəklənən sektordan kənarda qalan sahələrin rəqabət qabiliyyətinin zəifləməsi: W.Maks Korden və J.Piter Nearinin modelinə görə, Azərbaycanda "Holland sindromu" şəraitində neft-qaz sektoru ilə qeyri-ixrac məhsulları sektoru (pərakəndə ticarət, xidmət və tikinti) inkişaf etdiyi halda, ənənəvi ixrac yönümlü qeyri-neft sahələri yalnız daxili bazara işləməkdədir. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı sahəsində vəziyyət yaxşı olmadığı kimi, ağır və ya yüngül sənaye məhsullarımızın da ixrac potensialından danışmaq yersizdir. Məsələn, siz Azərbaycanda istehsal edilən toxuculuq və ya qənnadı məhsulunun xarici ölkələrə uğurlu ixracını təsəvvür edə bilirsinizmi?.. Qısası, W.Maks Korden və J.Piter Nearinin modelinə görə, "Holland sindromu" şəraitində heç də qeyri-neft sektoru ümumilikdə tənəzzülə uğramır, sadəcə olaraq, həmin sahələrin ixrac potensialı zəifləyir. Yəni Azərbaycanın qeyri-neft istehsal sahələri yalnız daxili bazarda əhəmiyyətli paya malikdir. Manatın möhkəmlənməsi isə burada mühüm rol oynayır. Ölkədə yoxsulluq səviyyəsi yüksəkdir, əhalinin pul gəlirlərinin 50 faizdən çox hissəsi ərzağa xərclənir, eyni zamanda, ticarət dövriyyəsinin 60 faizdən çoxunu ərzaq məhsulları təşkil edir. Belə bir şəraitdə manatın möhkəmlənməsi nəticəsində aşağı keyfiyyətli və insan orqanizmi üçün təhlükəli olan ərzaq məhsullarının Azərbaycan bazarına daxil olması əhalinin sağlamlığı üçün təhlükə doğurmaqla yanaşı, həm də ərzaq istehsalı üçün baza rolunu oynayan kənd təsərrüfatında durğunluğa gətirib çıxarır. Manatın banalaşması ölkəyə təkcə ərzaq məhsullarının deyil, bütün məhsulların ucuz daxil olmasına gətirib çıxarır ki, bu da eyniadlı məhsulların yerli istehsalçılarının bazardan sıxışdırılıb çıxarılması ilə nəticələnir. 1998-ci ildə məşğul əhalinin yarıdan çoxunun cəmləşdiyi kənd təsərrüfatının ümumi daxili məhsulda (ÜDM) payı 18,7 faiz təşkil edirdisə, 2004-cü ildə 10,8 faizə, 2005-ci ildə 9 faizə düşüb. Emal sənayesin ÜDM-də payı 2004-cü ildə 8,3 faizdən 2005-ci ildə 7,2 faizə enib. Neft sektorunun ÜDM-də payına gəlincə, bu göstərici 1998-ci ildə 10,5 faizdən 2004-cü ildə 30,7 faizə, 2005-ci ildə isə 42 faizə yüksəlib, 2006-cı ildə 43 faizə, yaxın bir heçə ildə isə 70 faizə yüksələcəyi proqnozlaşdırılır. Hazırda məşğul əhalinin yalnız 2 faizinin neft sektorunun payına düşdüyünü nəzərə alsaq, paradoksu daha aydın görmək olar. "Holland xəstəliyi"nin terapiyası Azərbaycanda qəribə vəziyyət yaranıb: "Holland sindromu"nun mövcud olduğunu düşünən ekspertlər qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlərin görülməsini təklif edirlər, hökumət isə cavab verir ki, biz bu tədbirləri çoxdan görürük. Sübut kimi müxtəlif dövlət proqramları, o cümlədən regionların inkişafı ilə bağlı proqram, kiçik və orta sahibkarlığın inkişafına yöhələn güzəştli kreditlər, kənd təsərrüfatına verilən vergi güzəştləri və başqa çoxsaylı tədbirlər sadalanır. Doğrudan da əgər qeyri-neft sektoruna belə qayğı göstərilirsə, onda nəyə görə "Holland sindromu"nun qarşısını almaq mümkün olmayıb? Ona görə ki, hökumətin bu tədbirləri dağınıq kampaniya xarakteri daşıyır və məqsədli şəkildə "Holland sindromu"na qarşı yönəlməyib. Dünya təcrübəsində "Holland sindromu"na qarşı mübarizənin bəzi metodları populyarlıq qazanıb. Xəstəliyin təsirini zəiflətmək üçün adətən, mərkəzi banklar xarici valyutanı kütləvi şəkildə alaraq dövriyyəyə milli valyuta buraxırlar, amma bu zaman inflyasiya təhlükəsi artır və belə olan halda sterilizasia zərurəti yaranır. Bu məqsəd üçün ən effektli tədbir sabitləşdirmə fondunun yaradılmasıdır. Qeyd edək ki, Azərbaycanda bir heçə il əvvəl sabitləşdirmə fondunun yaradılması kortəbii xarakter daşıdığına, məqsədləri və funksiyaları aydın şəkildə müəyyən edilmədiyinə və Dövlət Neft Fondunu təkrarladığına görə ömrü qısa oldu və tezliklə ləğv edilərək fonda birləşdirildi. Hazırda Azərbaycanda Neft Fondu həm də sabitləşdirici funksiya daşıyır. Amma bütün bunlara baxmayaraq, Azərbaycanda "Holland sindromu"na qarşı təsirli mübarizə çox sadə bir səbəbdən mümkün deyil. Bu səbəb ondan ibarətdir ki, "Holland sindromu"na qarşı mübarizə aparmalı olan hökumət strukturları Azərbaycanda belə bir sindromun ümumiyyətlə, mövcud olmadığını iddia edirlər. Bir müddət əvvəl iqtisadi inkişaf hazıri Neydər Babayev Azərbaycanda inflyasiyanın təkrəqəmli olmasını əsas göstərərək, ölkədə "Holland sindromu"nun olmadığını iddia etmişdi. Nalbuki W.Maks Korden və J.Piter Nearinin bütün dünyada qəbul edilən modelinə görə, inflyasiya "Holland sindromu"nun əlaməti yox, effektlərindən biri ola bilər. Milli Bank valyuta bazarına münasibətdə tutduğu müdaxilə siyasətinə dəyişikliklər etməklə sürətli inflyasiyanın qarşısını ala bilər, amma bu, "Holland sindromu"nun da qarşısının alınması demək deyil; bu, sadəcə olaraq, sindromun mənfi təsirlərinin müəyyən dövr üçün zəiflədilməsi deməkdir. Aydın məsələdir ki, hökumət mövcudluğunu etiraf etmədiyi problemə qarşı təsirli mübarizə apara bilməz. Ona görə də, "Holland xəstəliyi"nə qarşı uzun-uzadı mübarizə tədbirlərinin sadalanması mənasız bir işdir. Hazırkı şərait üçün ən düzgün təklif o ola bilər ki, hökumət Azərbaycanda "holland sindromu"nun mövcudluğunu etiraf etsin. Sonrakı mərhələdə "Holland sindromu"nun Azərbaycanla bağlı spesifik tərəfləri və dərinliyi müəyyən edilməlidir. Yalnız bundan sonra konkret dövlət proqramının hazırlanması uğurlu alına bilər. Həm də yeni proqramın məhz ""Holland sindromu"na qarşı mübarizə tədbirləri haqqında Dövlət Proqramı" adlanması da zəruridir. Belə bir proqram təbii ki, ayrı-ayrı sahələrin inkişafını nəzərdə tutan müxtəlif adlar daşıyan dağınıq proqramlar sistemindən daha təsirli ola bilər. Bir daha qeyd edək ki, bütün bunların baş tutması üçün hökumət problemin mövcudluğunu rəsmi olaraq etiraf etməlidir. Amma rəsmi qurumlar hələlik tərslik edirlər. Azərbaycan isə getdikcə 1960-cı illərin Hollandiyasına daha çox bənzəməkdədir. Təkcə korrupsiya, inhisarçlıq və başqa buna bənzər məsələlərdə fərqlər ortaya çıxır. Görünür, elə buna görədir ki, Azərbaycanda yaranmış vəziyyəti sadəcə olaraq, "Holland sindromu" deyil, bəzən "Holland-Afrika sindromu" adlandırırlar... Müşfiq Tofiqoğlu P.S. Məqalə Mədən Sənayesində Şəffaflığın Artırılması QNT Koalisiyasının "Neft gəlirləri hamımızındır" kampaniyası çərçivəsində keçirdiyi müsabiqəyə təqdim edilir.
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 14:36:55
|