|
Kataloqun mündəricatı(/ts_gen/azl/news)
Kataloqun mündəricatı(/ts_gen/azl/news)
*
QARA(nlıq) SƏRVƏT
Bu yaxınlarda Bakı-Tbilsi-Ceyhan neft kəməri işə düşdü. Azərbaycanda bu hadisə bayram kimi qeyd olundu. Həmin gün kimi dindirirdinsə,
deyirdi ki, daha özümüz və uşaqlarımızın gələcəyi üçün narahat olmağa dəyməz. Çünki bir neçə illər ərzində respublikamıza milyardlarla dollar axıb gələcək.
Burası düzdür. Amma gələn pullar kimlərin cibinə axacaq? Neftdən əldən olunan gəlir ölkə sakinlərinin, hər birimizin həyat səviyyəsinə
birbaşa təsir göstərəcəkmi? Əslində, dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, adətən neft ölkələrində neft pullarının insanların yaşayışının yaxşılaşmasına birbaşa və dərhal təsiri olmur. Çünki dövlət əldə olunan vəsaitin yığılmasını,
səmərəli istifadəsini və onun gələcək nəsillər arasında ədalətli bölüşdürülməsini
*
Neft gəlirləri və ondan səmərəli istifadə
Bu günədək Dövlət Neft Fondundan qaçqın və köçkünlərlə bağlı layihələrə 146 milyon AZN xərclənib
Dünyanın karbohidrogen ehtiyatları ilə zəngin ölkələrində neftin iqtisadiyyata böyük təsiri var. Belə ölkələrdə neft gəlirlərinin idarə edilməsilə bağlı
müzakirələr daim gündəmdəki məsələlər sırasına daxildir. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması isə çox vacib şərtdir.
Neft fondları
Neft gəlirlərinin idarəolunması sahəsində şəffaflığın yaradılması dövlətin və xalqın xeyrinədir. Karbohidrogen ehtiyatlarına malik bəzi ölkələrdə neft
gəlirlərindən səmərəli istifadə üçün neft
*
Azərbaycana neft gəlirlərinin sosial-iqtisadı təsirləri və “Holland sindiromu” təhlükəsi
Beynəlxalq təcrübə
Son zamanlar neftin və ümumiyyətlə mineral ehtiyatların bira sıra ölkələrə bəlalar gətirdiyi barədə çoxlu fikirlər səslənir. Elə
təsəvvür yaranır ki, doğurdanda da neft ancaq bəla gətirir və mineral ehtiyatları olmayan ölkələr bu resurslara malik ölkələrdən daha xoşbəxt yaşayırlar. Doğurdanmı neftlə zəngin ölkələr yalnız onun mənfi təsiri ilə üzləşir, yoxsa neftin
ölkə iqtisadiyyatına müsbət təsiri də olur?
Daha doğrusu nefin xeyri çoxdur, yoxsa ziyanı?
Dünyada az da olsa, neft gəlirindən səmərəli istifadə edib sabit iqtisadiyyat qurmuş ölkələr movcuddur. Bu ölkələr dövlət
iqtisadiyyatını neqativ təcrübəyə malik ölkərlərdə olduğu kimi,
*
Neft gəlriləri?
Neft gəlirinin formalaşması və xərclənməsində şəffaflığ necə təmin olunur?
1994-cü ildən başlayaraq həyata keçirilən Milli Neft Strategiyasının reallaşması sayəsində Azərbaycan Respublikası neft və qaz
yataqlarının inkişafı istiqamətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, ölkə iqtisadiyyatına külli miqdarda investisiya cəlb edilib, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının
Azərbaycandan keçməklə dünya bazarlarına nəqli sahəsində nailiyyətlər əldə edilib, 1999-cu ildən etibarən “Əsrin Müqaviləsi” üzrə mənfəət
neftinin ixracı nəticəsində ölkəyə xarici valyutanın davamlı daxil olması təmin edilib. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya bu sahədə əldə olunan gəlirlərdən istifadənin əsas prinsiplərini və
*
Neft gəlirləri ölkənin sosial-iqtisadi inkişafına necə təsir edəcək?
Ilham Şaban: “Ölkəyə böyük pulların gəlməsinə baxmayaraq, bundan orta təbəqə yararlana bilmir”
Son illər neftdən ölkəyə gələn gəlirlərin həcminin artması ilə yanaşı bu gəlirlərdən müxtəlif layihələrə yönələn xərclərin də həcmi artıb.
Ölkədə yeni yollar salınır, körpülər tikilir, su kanalları çəkilir.
Əhali səbirsizliklə öz həyatında neft gəlirlərinin müsbət təsirini gözləyir. Insanların bir çoxu hesab edir ki, neft pullarının ölkəyə xeyri dəyəcək, milyardlardan bütün ölkə vətəndaşlarına birbaşa və ya dolayısı ilə xırda-para nə isə
çatacaq, digərləri tamam fərqli mövqe tutaraq, yaxın gələcəkdə neft pullarının Azərbaycana ciddi problemlər gətirəcəyini proqnzlaşdırırlar.
*
Böyük neft pullarının yönələcəyi ünvanlar...
Onların əksəriyyəti əhalinin yaşayış səviyyəsinə ciddi təsir göstərməyəcək
Əgər Azərbaycan əhalisi arasında sorğu keçirilsə, yəqin ki, insanları ən az maraqlandıran mövzulardan biri neft gəlirlərinin hara
xərclənməsi olacaq. Nə qədər paradoksal görünsə də, artıq azərbaycanlılar neft gəlirlərindən gözlərini çoxdan yığıblar və hətta ölkəyə yaxın bir heçə ildə 10 milyardlarla neft dollarının axacağına dair proqnozlar verilsə də, bu, bizlərdə o
qədər də böyük optimizm yaratmır.
Indiyə qədər gələn milyardlardan nə gördük ki, bundan sonra gələnlərdən nə görək? Azərbaycanın dünyanın korrupsiya liderlərindən olması,
sosial ədalətsizliyin, təbəqələşmənin nəddən artıq dərinləşməsi camaatımıza «neftli
*
Neft gəlirləri risk amillərini artırır
ŞƏFFAFLIĞIN OLMAMASI ISƏ ONUN XƏRCLƏNMƏSI
ZAMANI MƏNIMSƏMƏLƏRƏ SƏBƏB OLUR
Bu il Azərbaycanda neft hasilatı bütün tarixi ərzində rekord həcmə - 30 mln. tona çatacaq. Gələn il bu göstərici 47 mln., 2009-cu ildə
isə 65 mln. ton təşkil edəcək və 2010-cu ildə həmin səviyyədə saxlanılacaq. Onun 54 mln. tonu konsorsiumun, qallanı isə ARDNŞ-in payına düşəcək. Buna müvafiq olaraq Azərbaycanın gəlirləri dəyişəcək. Lakin xam neft hasilatının dinamikası,
istismar və kapital xərclərinin dəyişikliyə məruz qalması proqnozu tərtib etməkdə çətinlik yaradır. Bu səbəbdən də neft gəlirləri ilə bağlı təqribi proqnozlar vermək mümkündür. Məsələn, dünya bazarında neftinin bir barelinin orta qiyməti 45
dollar olduğu halda Azərbaycan 20
MÜTƏXƏSSISLƏR HESAB EDIR KI, BU SAHƏDƏ ICTIMAI NƏZARƏT GÜCLƏNDIRILMƏLIDIR
Yaxın müddət ərzində ölkəmizə küllü miqdarda neft gəlirlərinin axını
gözlənilir. Təxmini hesablamalara görə, neftdən əldə edilən gəlirlər hesabına
bu il ölkə iqtisadiyyatına 3 milyard dollar, yaxın 20 il ərzində isə 160
milyard dollar daxil olacaq. Azərbaycan hökuməti neftdən əldə ediləcək
gəlirlərin bir qismini qaçqın və məcburi köçkünlərin vəziyyətinin
yaxşılaşdırlmasına yönlətməyi planlaşdırır. Belə ki, bu il Dövlət Neft
Fondundan (DNF) ayrılacaq 110 milyon 311 min manat qaçqın və məcburi
köçkünlərin sosial-məişət həyatının yaxşılaşdırılmasına və məskunlaşmasına
xərclənəcək.
*
Neft bumu “Holland sindromu” təhlükəsini artırır
XƏSTƏLIYIN “MÜALICƏSI” ÜÇÜN ISƏ NEFT GƏLIRLƏRI SƏMƏRƏLI YERLƏŞDIRILMƏLIDIR
Hazırda Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi neft sənayesidir. Onun inkişaf tempi 74 faiz təşkil edir. Iqtisadiyyatın digər
sahələrində artım tempi isə 9-10 faiz arasında dəyişir. Hətta kənd təsərrüfatında artım təqribən 6 faizdir. Bu gün iqtisadiyyata yöhələn investisiyaların böyük bir hissəsi də neft sektorunun payına düşür. Son 10 ildə ölkə iqtisadiyyatına
qoyulmuş 25 milyard dollarlıq investisiyanın 20 milyard dolları neft sektoruna yatırılıb. Ölkənin xarici ticarət dövriyyəsində də neft və neft məhsulları aparıcı rol oynayır. Illik ixracının 90 faizi məhz onların payına düşür. Növbəti
illərdə neft nasilatının sürətlə artması
*
Neft gəlirləri xalqımız üçün göz dağına çevrilir
«Qara qızıl»dan gələn gəlirlərin hazırkı şəkildə idarə olunması Azərbaycanın gələcəyi üçün acı peşmançılıq hazırlayır
2003-cü ildə Azərbaycan hökuməti Ingiltərənin baş hazıri Toni Bleyr tərəfindən irəli sürülən neft gəlirləri üzərində şəffaflıq
təşəbbüsünə qoşulduğunu rəsmən bəyan edib. 2004-cü ildə bununla bağlı həm hökumətdə, həm də 3-cü sektorda koalisiyalar yaradılıb. Qısaca olaraq onu qeyd edək ki, şəffaflıq təşəbbüsünün fəlsəfəsində şirkətlərin verdiklərini, hökumətlərin isə
aldıqlarını ictimaiyyətə açıqlaması durur. Bəs, Azərbaycanda vəziyyət necədir? Şəffaflıq təşəbbüsü ölkədə reallaşa bilirmi?
Bu suallara cavab tapmazdan qabaq bir heçə məqama diqqət yetirək.
200
*
bp Azərbaycanda
"Gəlirlərin hamıya bərabər və ədalətli mənfəətlər gətirməsinə, sabit və davamlı tərəqqiyə yol açacağına hələ çox vaxt var"
(bp şirkətinin 2005-ci il üçün "Davamlı Inkişaf Haqqında Hesabatı"ndan)
Elxan Şahinoğlu, ("Gün
səhər"n 2 sentyabr sayında dərc olunub)
Bp Avrasiyanın nəhəng operatoruna çevrilir, bəs biz?
Azərbaycan neft və qazının istismarı və dünya bazarlarına nəqli prosesi sürətlənib. Məmləkətimiz gələn il yüz illlik neft istehsalı tarixinin ən
böyük göstəricinə
*
Böyük neft pulları: pis başlanğıc yaxşı heç nə vəd etmir
Azərbaycanda şəffaflıq problemi getdikcə aktuallaşır
Böyük neft pullarının axını ərəfəsini yaşayan Azərbaycan həm də çox böyük təhlükələrlə üz-üzədir. Ölkə beynəlxalq və müstəqil yerli mütəxəssislərin,
beyin mərkəzlərinin illərdən bəri xəbərdarlıq etdiyi problemli mərhələyə qədəm qoyub: çox böyük həcmli vəsaitlər daxil olmağa başlayır, lakin nə iqtisadiyyatımız, nə cəmiyyətimiz, nə də baş verənlərə birbaşa məsul olan
*
Neft pulları gəlir, hara getdiyi hələ qaranlıqdı
Çəhrayı rənglənmiş yeni şəhərciklər köçkünlərə heç də eynirəngli həyat vəd etmir
Üç qurum arasında bölünən vəsaitlərin sorağı ilə....
On beş ilə yaxın bir müddətdi ki, yurd-yuvasından digərgin düşmüş insanlar Azərbaycanın korrupsiyalaşmış hökuməti üçün böyük pulların mənimsənilməsində alətə
çevrilib. Dünənə qədər yazılarımın birində mənim qeyd-şərtsiz faşist düşərgələri ilə müqayisə etdiyim çadır şəhərciklərindən, yayda istisindən domna sobaları ilə, qışda lampası yanmış soyuducu ilə müqayisə edilməsi mümkün olan yük
vaqonlardan, Afrikanın cəngəlliklərindəki qəbilələlərin yaşadığı palçıq daxmalara bənzər damlardan "şəhər tipli qəsəbələrə" köçürülən məcburi köçkünlərin yeni güzəranı ilə
*
AZƏRBAYCANDA "HOLLAND EPIDEMIYASI"
NEFT GƏLIRLƏRI AZƏRBAYCANI VARLANDIRARAQ HOLLANDIYANIN 1960-CI ILLƏRINƏ QAYTARMAQDADIR
HÖKUMƏT ÖZƏL MARAQLARA QARŞI GEDƏRƏK CIDDI TƏDBIRLƏR GÖRMƏK
ƏVƏZINƏ PROBLEMIN MÖVCUDLUĞUNU INKAR ETMƏKLƏ MƏŞĞULDUR
Azərbaycanda "holland sindromu" varmı? Gəlin, konkret cavab verməyə tələsməyək. Çünki "hə" də desək, yanılarıq, "yox" da desək. Məsələ burasındadır ki, "holland sindromu" və ya "holland xəstəliyi" kimi tanınan bu iqtisadi fenomenin Hollandiyada müşahidə
olunmuş klassik formasını olduğu kimi Azərbaycanda və ya
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:30:27
Sənədin digər dillərdəki variantları: /eng/ |