|
*
Çoxtərəfli Inkişaf Bankları korrupsiya ilə mübarizə probleminə Ümumi Yanaşmanı
razılaşdırdılar
*
Çoxtərəfli Inkişaf Bankları korrupsiya ilə mübarizə probleminə Ümumi Yanaşmanı
razılaşdırdılar
Çoxtərəfli Inkişaf Bankları korrupsiya ilə mübarizə probleminə Ümumi Yanaşmanı razılaşdırdılar News Release No. 2006/275/S Əlaqələr: Vaşinqtonda: Emmi Linn Stilvell Telefon: 1- 202 390-4120 astilwgll@worldbank.org VAŞINQTON, 18 fevral, 2006 - Bu gün Afrika Inkişaf Bankı, Asiya Inkişaf Bankı, Inter-Amerika Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbərləri korrupsiyanın həm daxili, həm də xarici problemlərinin həll edilməsi üçün zəruri olan əsas siyasət və təcrübə üzrə əvvəllər görünməmiş razılığa gəldilər. Liderlər korupsiyanın izahı haqqında olan təsəvvürlərin standartlaşdırılması, özlərinin tədqiqat qaydaları və prosedurlarının koordinasiyasının yaxşılaşdırılması, informasiya ilə bölüşmənin gücləndirilməsi, razılaşmanın təmin edilməsi və bu təsisatlardan hər hansı biri tərəfindən atılan addımların digərləri tərəfindən dəstəklənməsi zərurəti üzrə razılığa gəldilər. Onlar Dünya bankı Qrupunun və BVF-nin sentyabrda keçiriləcək illik görüşündə saziş imzalamaq məqsədilə Fırıldaqçılıq və Korrupsiyanın qarşısının alınması və onunla mübarizə üçün vahid sistemin işlənib hazırlanmasında işlərin gedişi haqqında onlara iki aydan bir məlumat vermək üçün işçi qrup yaratdılar. Bankların rəhbərləri həmçinin korupsiyaya qarşı mübarizə aparmaqda ölkələrin gücünü artırmaq üçün onlara daha uzun müddətə kömək etmək, şəffaflığı və hesabatlılığı daha da gücləndirmək məqsədilə vətəndaş cəmiyyəti və mətbuat, məhkəmələr kimi digər maraqlı tərəflər və təsisatlarla əməkdaşlığı yaxşılaşdırmaq üçün konkret təklifləri birgə işləyib hazırlamaq haqqında razılaşdılar
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:30:31
|