|
Bakıda Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq tədbirlər keçirilmişdir (05/04/2006)
Bakıda Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq tədbirlər keçirilmişdir (05/04/2006)
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2006-cı il (EITI və
PWYP-in bülletenlərindən istifadə olunub)
Bakı, Azərbaycan - Aprelin 5-də Beynəlxalq Məsləhət Qrupunun
4-cü yığıncağı keçirilib. Yığıncaqda BMQ-nin Oslo konfransı haqqında hesabatı,
EITI-ın gələcək idarə edilməsi, EITI-ın sub-milli səviyyədə tətbiqi, EITI və digər
idarəetmə təşşəbbüsləri ilə əlaqələr, digər şirkətlərin və ölkələrin "Təşəbbüs"ə
qoşulmaları haqqında yeniliklər və BMQ-nin digər fəaliyyətləri (EITI sənədlərinin
hazırlanması və s.) məsələləri müzakirə edilib. Yığıncaqda müzakirə edilmiş sənədlərlə
(rus və ingilis diullərində) tanış olmaq üçün
www.eitransparency.org vebsaytına
müraciət edin.
BMG-nin Bakıda keçirilmiş 4-cü yığıncağı haqqında ARDNF-nin məlumatı: Bakıda Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq tədbirlər keçirilmişdir 2006-cı il aprelin 5-də Bakıda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun toplantısı keçirilmişdir. Toplantının açılış mərasimində ABŞ, Böyük Britaniya, Fransa və Norveçin Azərbaycandakı səfirləri çıxış etmiş, Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirdiklərini bildirmişlər. ABŞ-ın Azərbaycandakı səfiri cənab Reno Harniş Azərbaycanı Şəffaflıq Təşəbbüsünün tətbiqi üzrə dünyada ?lider ölkə? adlandırmışdır. Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Lori Bristou təmsil etdiyi hökumətin bəyan etmiş olduğu Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakını təqdirəlayiq hal hesab etdiyini bildirib. Açılış mərasimindən sonra BMQ-nin toplantısı qrupun rəhbəri cənab Piter Aygenin sədrliyilə öz işinə başlamış və iclasda MHŞT-nin müxtəlif ölkələrdə tətbiqinin hazırkı vəziyyəti və bu Təşəbbüsün həyata keçirilməsilə bağlı qrupun gələcək fəaliyyəti müzakirə olunmuşdur. Görüş iştirakçıları 2006-cı ilin oktyabrında Norveçin paytaxtı Osloda keçirilməsi planlaşdırırlan MHŞT üzrə 3-cü beynəlxalq konfransa hazırlıq işləri barədə də müzakirə aparmışlar. Toplantıda ABŞ hökumətinin, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin, Fransa və Norveç Xarici İşlər Nazirliklərinin, Nigeriyanın Minerallar Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, BP, Şevron, Petrobras, Anqlo Amerikan şirkətlərinin, habelə Global Witness və Açıq Cəmiyyət İnstitutu kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.
◄ 1 ... 42 43 44 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:10
|