Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

EITI Beynəlxalq Məsləhət Qrupunun ilk yığıncağı keçirildi (26/08/2005)

EITI Beynəlxalq Məsləhət Qrupunun ilk yığıncağı keçirildi (26/08/2005)
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2005-ci il (EITI və PWYP-in bülletenlərindən istifadə olunub)
Toplantıda iştirak etmiş Sabit Bağırovun verdiyi məlumata əsasən, BMQ 20 nəfərdən ibarətdir və onun başçısı Transparency İnternational Beynəlxalq təşkilatın rəhbəri cənab Piter Aygendir. BMQ-nin üzvləri EITI-ın bütün maraqlı tərəflərini- hökumətləri, sənayeni, investorları və vətəndaş cəmiyyətini təmsil edirlər.

Sənayeni 4 nəfər- Şevronun vitse- prezidenti, BP-nin vitse- prezidenti, Anqlo- Amerikan şirkətinin vitse- prezidenti və Petrobraza (Braziliya) şirkətinin nümayəndəsi.

Hökumətləri- Fransa, Norveç, ABŞ, Azərbaycan, Nigeriya, Peru nümayəndələri və daha bir “Təşəbbüs”ü tətbiq edən ölkə (hələ müəyyən edilməyib) nümayəndəsi. Azərbaycan Hökumətini MHŞT üzrə Hökumət Komissiyasının Sədri S. Şərifov təmsil edib.

QHT sektorunu 4 nəfər təmsil edir. Karin Lissakers- Açıq Cəmiyyət İnstitutu (C. Sorosun müşaviri- Nyu York), Qevin Heyman- Qlobal Uitnes (Direktor), Patrik Lafon (Kamerun), Sabit Bağırov- Azərbaycan QHT Koalisiyası.

İnvestorları təmsil edir: F&C Assets Management.

BMQ-nin digər üzvləri: Ben Mellor- EITI katibliyinin rəhbəri, Tim Ayers- EITI katibliyi, Çarlz Makkerson- Dünya Bankı, Martin ston- BVF.

Toplantı əsasən tanışlıq xarakteri daşıyıb və yaxın dövr üçün bəzi məsələlər müzakirə edilib. S. Bağırovun hazırladığı təkliflər BMQ üzvləri arasında yayılıb.

Toplantıda EITI-ın gələcək inkişafı ilə əlaqədar bir sıra sənədlər BMQ üzvlərinə paylanıb. Bu sənədlər üzrə təkliflər və rəylər BMQ-nin oktyabrda keçiriləcək növbəti toplantısınadək hazırlanmalıdır. Hər bir QHT istər aydıca, istərsə də Koalisiya çərçivəsində bu sənədlərin müzakirəsində iştirak edib, öz təkliflərini BMQ-yə göndərə bilər.

Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun ilk toplantısı keçirilib
(ARDNF-nin məlumatı)

2005-ci il avqustun 26-da Londondakı Lancaster House binasında Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) ilk toplantısı keçirilib. Azərbaycan hökumətini BMQ-də təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, MHŞT üzrə hökumət Komissiyasının sədri cənab Samir Şərifov toplantıda iştirak edib.

BMQ-nin sədri, Transparency International təşkilatının rəhbəri cənab Piter Aygenin sədrliyilə keçən toplantıda “MHŞT-nin gələcəyinə baxış” mövzusunda prezentasiyalar iştirakçılara təqdim olunub, Təşəbbüsün ratifikasiyası və Təşəbbüs üzrə gələcək fəaliyyət mövzusunda müzakirələr aparılıb. Toplantıda BMQ-ə üzv olan ölkələrin yüksək səviyyəli rəsmiləri, o cümlədən, Nigeriyanın Mineralların İnkişafı naziri xanım Obi Ezekvesili, Norveçin Beynəlxalq İnkişaf üzrə Dövlət katibi cənab Leiv Lunde, ABŞ Dövlət katibinin ikinci müavini cənab Larry Qrinvud, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin, Fransa Xarici İşlər Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Global Witness təşkilatının və Açıq Cəmiyyət İnstitutunun, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Cənab S. Şərifov Azərbaycanda MHŞT-nin tətbiqi çərçivəsində 2 hesabatın artıq açıqlandığını, növbəti hesabatın isə Azərbaycan hökuməti və Azərbaycanda fəaliyyət göstərən hasilat (neft və qaz) şirkətləri tərəfindən artıq hazırlanmaq üzrə olduğunu toplantı iştirakçılarının diqqəyinə çatdırıb. O, Şəffaflıq Təşəbbüsünün Böyük Britaniyanın Baş naziri cənab Toni Bleyer tərəfindən elan olunduğu ilk konfransdan (London, 17 iyun, 2003) artıq iki il keçməsinə və MHŞT-ə 20-dən artıq ölkənin qoşulmasına baxmayaraq, çox az sayda ölkələrin Təşəbbüsü tətbiq etdiyini vurğulayıb. Komissiya sədri Azərbaycan hökumətinin MHŞT-nin bütün dünyada həyata keçirilməsi üçün praktiki işlər görülməsinə tərəfdar olduğunu bildirib. Cənab Şərifov Azərbaycanın MHŞT-nin tətbiqi ilə bağlı təcrübəsini artıq Qazaxıstanla bölüşdüyünü və daha çox sayda ölkələrin Təşəbbüsə qoşulması üçün onlara dəstək olmağa hazır olduğunu bəyan edib.

Toplantıda MHŞT-nin tətbiqi üzrə real işlər görən ölkə kimi Azərbaycanın regionda bu sahədə liderliyi ələ almasına dair fikirlər səslənib. BP şirkətinin Vitse-Prezidenti cənab Qraham Bakster və digər çıxışçılar Azərbaycanda Şəffaflıq Təşəbbüsünün müvəffəqiyyətlə həyata keçirilməsini yüksək qiymətləndirdiklərini vurğulayıblar.

BMQ-nin növbəti toplantısı oktyabrın 21-də Vaşinqtonda keçiriləcək. Qrupun daha bir toplantısının isə aprel ayının 5-6-da Bakıda keçirilməsi nəzərdə tutulur. BMQ-nin yaradılması barədə qərar Şəffaflıq Təşəbbüsü üzrə 2-ci London konfransında (17 mart, 2005-ci il) verilib və MHŞT-ə qoşulmuş ölkələrə Təşəbbüsü həyata keçirməkdə köməklik göstərmək və yeni ölkələrin Təşəbbüsə qoşulmasını təmin etmək məqsədi daşıyır. Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin koordinatorluğu ilə yaradılmış 16 nəfərdən ibarət qrupa inkişaf etmiş ölkələrin, mineral ehtiyatlarla zəngin və Şəffaflıq Təşəbbüsünü tətbiq etmiş ölkələrin, hasliat sənayesində fəaliyyət göstərən şirkətlərin və qeyri-hökumət təşkilatının təmsilçiləri daxildir. Britaniya hökuməti Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə birlikdə BMQ-də müşahidəçi və katiblik funksiyalarını həyata keçirir.


1 ... 26 27 28 ... 57 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:37

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.646505