|
Böyük 8-lər Qliniqlz-da EITI-ı dəstəklədilər (6/06/2005)
Böyük 8-lər Qliniqlz-da EITI-ı dəstəklədilər (6/06/2005)
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2005-ci il (EITI və PWYP-in bülletenlərindən
istifadə olunub)
Böyük 8-lər Qliniqlz-da EITI-ı dəstəklədilər: B8-in liderləri – Kanada, Fransa,
Almaniya, İtaliya, Yaponiya, Rusiya, Böyük Britaniya və ABŞ iyulun 6- 8-də Şotlandiyanın
Qliniqlz şəhərində görüşdülər. Gündəlikdə EITI və ümumiyyətlə şəffaflıq məsələləri
də olmuşdur. B8 ölkələri EITI-ı və onu tətbiq edən ölkələri dəstəkləməyi öhdələrinə
götürdülər. Onlar Afrika ölkələrini EITI-ı və müvafiq şəffaflıq prinsiplərini
tətbiq etməyə, Dünya Bankını, BVF-nu və regional inkişaf banklarını isə onları
dəstəkləməyə çağırdılar.
B8 liderlərinin üzərlərinə götürdükləri digər vacib öhdəlik EITI-ın yerinə yetirilməsinin qiymətləndirilməsi üçün meyarların işlənilməsini dəstəkləməkdir. Beynəlıxalq Məsləhət Qrupu tərəfindən yerinə yetirilən bu vəzifə ona görə çox əhəmiyyətlidir ki, hansı ölkələrin doğrudan da daha şəffaf olduğunu və hansılarının yalnız sözdə islahatları etiraf etdiklərini müəyyənləşdirmək üçün aydın hesablama nöqtəsi olmadan EITI inandırıcı ola bilməz. Bir sıra beynəlxalq QHT-lər B8-lərin bu öhdəliklərini yaxşı hal kimi qiymətləndirsələr də, belə hesab edirlər ki, şirkətlərin sahib ölkələrində - bu əsasən B8-ə daxil olan ölkələrdir- gəlirlərin şəffaflığını onların öz şirkətləri tərəfindən təmin edən yerli qanun və qaydalar qəbul edilməlidir. Beynəlxalq Maliyyə İnstitutları özünün ehtiyatlardan asılı olan bütün borclularından gəlirlərin şəffaflığını tələb etməlidirlər. Ehtiyatlarla zəngin inkişaf etməkdə olan ölkələr BVF-nin bu yaxınlarda dərc edilmiş Ehtiyatlardan Əldə Edilən gəlirlərin Şəffaflığı üzrə Vəsaitində göstərildiyi kimi ən yaxşı təcrübəni tətbiq etməyə məcbur edilməlidirlər. 2005-ci ilin əvvəllərində Save the Children təşkilatının (Böyük Britaniya) nəşr etdiyi ehtiyatlardan əldə edilən gəlirlərin şəffaflığını ölçən indeks göstərir ki, B8 hökumətlərinin evdə görüləsi çox işləri var. “Şəffaflığın Ölçülməsi” indeksi göstərdi ki, EITI-ı dəstəkləyən ən çox inkişaf etmiş ölkələr öz şirkətlərindən inkişaf etməkdə olan ölkələrə etdikləri ödənişlərlə bağı şəffaf olmağı tələb etmir.
◄ 1 ... 23 24 25 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:41
|