|
Sao Tome və Prinsipidə vətəndaş cəmiyyəti nümayəndələri seminar
keçirmişlər
Sao Tome və Prinsipidə vətəndaş cəmiyyəti nümayəndələri seminar
keçirmişlər
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2005-ci il (EITI və PWYP-in
bülletenlərindən istifadə olunub)
Sao Tome və Prinsipidə vətəndaş cəmiyyəti nümayəndələri
seminar keçirmişlər: EITI prinsiplərinə uyğun olaraq International Alert
təşkilatı BMT İnkişaf Proqramı və Sao Tome QHT-ləri Assosiasiyası ilə birlikdə
konfrans keçirib. Konfransa yerli vətəndaş cəmiyyəti nümayəndələri, hökumət
rəsmiləri, neft şirkətləri və beynəlxalq ekspertlər cəlb ediliblər.
Nigeriyadan, Anqoladan, Ekvatorial Qvineyadan və Çaddan olan vətəndaş cəmiyyəti təmsilçiləri öz təcrübələrindən danışmış və vətəndaş cəmiyyəti tərəfindən yararlı monitorinq tədbirlərinə ehtiyac olduğunu təkidlə bildirmişlər. Tövsiyələr ondan ibarət olmuşdur ki, neft pulları gəlməyə başlamazdan əvvəl ölkə davamlı inkişafı təmin etmək üçün dərhal mühüm addımlar atsın, yeni qəbul edilmiş neftin menecmenti qanunu təsirli olaraq qüvvəyə minsin, vətəndaş cəmiyyətinə effektli monitorinq aparmaq imkanı verilsin, yerli vətəndaş cəmiyyəti Sao Tome və Prinsipidə neft məsələəri istiqamətində konstruktiv töhvələrini versin. Konfransın ən müsbət nəticəsi o oldu ki, iştirakçılar neft problemlərini daha yaxşı anlamaq və onlara cəlb edilməklə kifayətlənmədilər, həmçinin eyni problemləri yaşayan region ölkələri vətəndaş cəmiyyətləri arasında körpü yaratdı. International Alert təşkilatının yardımı ilə ölkənin neft sənayesində monitorinq aparmaq üçün yerli jurnalistləri resurslarla təmin edəcək media mərkəz də açılıb.
◄ 1 ... 20 21 22 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:46
|