|
STATOİL işlədiyi hər bir ölkədə ödədiyi vergi ödəmələrini dərc etdirmişdir
STATOİL işlədiyi hər bir ölkədə ödədiyi vergi ödəmələrini dərc etdirmişdir
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2005-ci il (EITI və PWYP-in
bülletenlərindən istifadə olunub)
Norveç
neft şirkəti STATOİL işlədiyi hər bir ölkədə ödədiyi vergi ödəmələrini dərc
etdirmişdir. Bu neft şirkətləri tərəfindən ayrı- ayrı ölkələrin hökumətlərinə
ödəmələrin şəffaflığığını daha da artırmaq üçün edilən qlobal cəhdlərə dəyərli
bir töhvədir.
“2004-cü il üçün Davamlı İnkişaf Hesabatı" adlandırdığı bu sənəddə STATOİL dünyanın bir neçə inkişaf etməkdə olan ölkəsi də daxil olmaqla 26 ölkəsinə birbaşa və dolayı vergi ödəmələrini dərc etdirib. Şirkət həmçinin keçən il yeni lisenziya imzalayarkən Braziliya hökumətinə 2,6 milyon amerika dolları ödədiyini də açıqlamışdır. Baxmayaraq ki, bir çox neft şirkətləri hər hansı bir ölkənin hökumətinə ödəmələrini dərc etdirmək müddəasını, məsələn Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində dəstəkləyir, onlardan heç biri fəaliyət göstərdikləri bütün ölkələr üzrə bunu etmirlər. PWYP beynəlxalq koalisiyasınıln koordinatoru H. Parhamın fikrincə “STATOİL nümayiş etdirir ki, o, hökumətlərlə işgüzar əlaqələrində şəffaflığın artırılması fikrində ciddidir. Bununla yanaşı, STATOİL gələcək açıqlamalarının tam olmasını istəyirsə, bəzi çox mühüm boşluqları doldurmalıdır.” Məsələn, STATOİL hökumətlərə nağd ödəmələrdən başqa digər ödəmələri açıqlamayıb. Bir çox ölkələrdə hökumət gəlirlərinin ən böyük mənbəyi vergi ödəmələrindən deyil, “mənfəət nefti” adlandırılan hasilatdan pay bölgüsündəndir. STATOİL PWYP-yə bildirib ki, o, bu məlumatları açıqlamaq əzmindədir, lakin digər investisiya partnyorları ilə danışıqlar aparmalıdır. Bəzi ölkələrdə isə şirkət müqavilələrin konfidensial olması şərtlərinə əməl etməlidir.
◄ 1 ... 16 17 18 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:52
|