|
MSŞT Dünyada - xəbərlər
MSŞT Dünyada - xəbərlər
Icmal:
EİTİ-ın İdarə Heyətinin 27 sentyabrda Oslo şəhərində Norveşin Xarici İşlər
Naziri cənab Erik Solheimin iştirakı ilə görüş keçirtdi. Nazir demişdir:
“Təbii resurslar bir çox ölkədə lənətə çevrilmişdir. EİTİ- gəlir axınları
ilə bağlı Şəffaflığın artırılması üzrə gördüyü tədbirlər bu lənəti qırmağın
bir hissəsidir”.
Beynəlxalq
vətəndaş cəmiyyəti koalisiyası bəyanatla çıxış etmişdir: “Norveç höküməti
təbii resurslardan əldə olunan gəlirlərin şəffaflığının qlobal standart
təcrübəsinə çevrilməsində mühüm addım atmışdır”. London və Oslo: Bu gün
Norveç höküməti şirkət ödənişlərindən, habelə dövlətin neft, qaz və mədən
sənayesindən əldə etdiyi gəlirlərin şəffaflığını təmin edən və əsaslı qlobal
bir təkan olan EİTİ-ı həyata keçirəcəyini bəyan etmişdir. Dövlət, şirkət və
vətəndaş cəmiyyəti qruplarının dəstəklədiyi EİTİ neft, qaz və mədən
sənayesindən əldə olunan gəlirlərin tənzimlənməsi prosesini sözü gedən təbii
resurslara malik olan ölkələrin vətəndaşlarına daha da hesabatlı etmək
məqsədini güdür. 300-dən çox qrupu əhatə edən qlobal vətəndaş cəmiyyəti
koalisiyası-PWYP Norveçin bu qərarını alqışlamışdır. Norveç dövlətinin bu
addımı EİTİ-ın yalnız inkişaf edən və zəif idarəetməyə malik olan ölkələr
üçün qlobal vasitə olmadığını göstərir
Hörmətli
katib, xanım Rayz, Bu məktubla biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü
dəstəklədiyimizi bildirir və tez bir zamanda ABŞ Administrasiyasından
EİTİ-ın təsdiqlənmə prosesininin effektiv və etibarlı olmasına zəmanət verən
konkret addımlar atmağı təkidlə xahiş edirik.
Bazar
günü Yəmənin Neft və Mineral Resurslar Nazirliyi Dunya Bankı ilə birgə
ölkənin EİTİ-a qoşulması ilə bağlı “Yəmən şəffaflıq şurasının yaradılması
üçün təşəbbüs” üzrə görüş keçirib.
Neft və Mineral Resurslar Naziri cənab Xalid Baha Yəmənin EİTİ-a qoşulan ilk
ərəb ölkəsi olduğunu və EİTİ-a üzv olan ölkələrin siyahısında 23-cü yeri
tutduğunu vurğulamışdı.
Mavritaniya 2006-cı il üçün MHŞT üzrə hesabatını açıqlayıb. Bu dəfə diqqəti
çəkən məsələ odur ki, ilk dəfə olaraq Çin şirkəti CNPCİ MHŞT prosesinə cəlb
olunmuş və hökumətə ödəmələri haqqında hesabat vermişdir. 2005-ci il üzrə
hesabtda bu şirkət ödəmələr haqqında məlumat verməkdən imtina etmişdi.
Liberiya EİTİ-a, yəni dovlətləri, şirkətləri, vətəndaş cəmiyyəti qruplarını və
investorları birləşdirən qlobal koalisiyaya qoşulan 14-cü Afrika ölkəsi oldu.
EİTİ-ın fəaliyyəti hasilat sənayelərindən (məsələn, neft, brilyant, qızıl və s.)
əldə olunan vəsaitin mineralların kəşf edildiyi ölkələrin inkişafına istifadə
olunmasının, habelə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasının təmin
edilməsinə yönəlib.
Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti (DFİD) təsdiqləmə öncəsi
(pre-validation) tapşırığının statusuna dair qeydləri dərc edib. Təsdiqləmə
öncəsinə dair məktublar Peter Eygendən 16 ölkəyə göndərilmiş və 11 may
tarixinə qədər çatdırılmışdır.
İyunun 5-də Beynəlxalq Şəffaflıq Təşkilatı "Böyük səkkizliyin" fəaliyyəti
üzrə hesabatını açıqlayıb. "Səkkizliyin" Berlin sammitindən bir gün əvvəl nəşr
olunmuş [daha
geniş], hesabatda belə bir nəticəyə gəlinib
ki, 8 dünya nəhəngi üzrə korrupsiya ilə mübarizə və idarəetmənin yaxşılaşdırılması
istiqamətində bir çox tərifəlayiq işlərin görülməsinə baxmayaraq, onların başa
çatdırılması lazımi səviyyədə olmayıb.
Nigeriyada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü aktının qüvvəyə minməsini
dəstəkləyən aparıcı qeyri-hökumət təşkilatlarından biri olan “ÖDƏDİYİNİ AŞKARLA-Nigeriya”nın
yaydığı məlumata görə, bu ölkənin keçmiş prezident Olusegun Obasanjo mayın 23-də
ofisi tərk etməzdən əvvəl MSŞT-nin tətbiqini nəzərdə tutan qanun layihəsini qüvvəyə
minməsi barədə fərman imzalayıb.
Mayın 12-də Türkmənbaşı şəhərində
Türkmənistan, Rusiya və Qazaxıstan arasında yeni qaz kəmərinin inşası ilə
bağlı razılaşma əldə olunub. Prezidentlər Qurbanqulu Berdımuxammedov, Vladimir
Putin və Nursultan Nazarbayevin iştirakı ilə keçirilən sammitdə Xəzəryanı Qaz
Kəməri barədə qəbul olunmuş razılaşmada inşaya dair müvafiq sazişin bu ilin
sentyabr ayının 1-dək imzalanması nəzərdə tutulur.
Mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Hökumət Komissiyası, Azərbaycanın hasilat (neft
və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində
Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış
qarşılıqlı anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti
iclası keçirilib. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində
fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə
ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən
daxiolmaları barədə növbəti – altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik)
tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilib
və "Mur Stefens" (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunub.
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının üzvü İnqilab Əhmədov
"Odədiyini açıqla..." (PublishWhatYouPay) beynəlxalq təşkilatının Strateji Məsləhət
Qrupuna (SMG) üzv seçilib. O, bu qurumda Qafqaz və Orta Asiya regionunun PWYP
üzvü olan vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edəcək.
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:30:54
|