|
|
|
|
TƏRƏFDAŞLAR |
|
 |
|
 |
|
 |
|
BİZİM KOORDİNATLAR |
Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20 |
|
|
|
|
|
Yəmən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulduqdan sonra
şəffaflıq şurasını açacaq
Yəmən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulduqdan sonra
şəffaflıq şurasını açacaq
Sana, Yəmən nyus
 Bazar
günü Yəmənin Neft və Mineral Resurslar Nazirliyi Dunya Bankı ilə birgə
ölkənin EİTİ-a qoşulması ilə bağlı “Yəmən şəffaflıq şurasının yaradılması
üçün təşəbbüs” üzrə görüş keçirib.
Neft və Mineral Resurslar Naziri cənab Xalid Baha Yəmənin EİTİ-a qoşulan ilk
ərəb ölkəsi olduğunu və EİTİ-a üzv olan ölkələrin siyahısında 23-cü yeri
tutduğunu vurğulamışdı.
Şəffaflığın gücləndirilməsində, qlobal korrupsiyanın ləğv edilməsində və hesabatlılığın artırılmasında bir vasitə kimi EİTİ-ın beynəlxalq aləmdə oynadığı rolu nazir Baha tərifləmişdir. O, demişdir: “EİTİ neftlə zəngin bütün ölkələrdə şəffaflığın gücləndirilməsi və insanların neft, gaz və mədənlərdən toplanan gəlirlərin necə istifadə olunduğunu dəqiq bilmələri üçün yaradılmışdır”. Həmçinin, nazir əlavə etmişdir: “Bu, həmin ölkələrdə yoxsulluqla mübarizə aparmaq və güclü igtisadiyyata malik olmaq üçün qeyd olunan gəlirlərin idarə olunmasını yaxşılaşdırmağa imkan verir”. Cənab Baha Tender və Auksionlara dair yeni Qanun, Milli Anti-Korrupsiya Orqanı, azad media və interaktiv vətəndaş cəmiyyəti təşkilatları, həmçinin, Nəzarət və Auditə dair Mərkəzi Təşkilatın (COCA) yaxşılaşdırılmış idarəetmənin vasitələri olduğunu qeyd etmişdir.
◄ 1 ... 8 9 10 ... 12 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:30:46
|
|
|