|
|
|
|
TƏRƏFDAŞLAR |
|
 |
|
 |
|
 |
|
BİZİM KOORDİNATLAR |
Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20 |
|
|
|
|
|
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
 Mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Hökumət Komissiyası, Azərbaycanın hasilat (neft
və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində
Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış
qarşılıqlı anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti
iclası keçirilib. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində
fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə
ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən
daxiolmaları barədə növbəti – altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik)
tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilib
və "Mur Stefens" (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunub.
Mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış qarşılıqlı anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilib. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilib və "Mur Stefens" (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunub. Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, altıncı hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı şirkətlər tərəfindən ödəniləcək. Qeyd edək ki, müsabiqə zamanı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 5 nüfuzlu auditor şirkətinə (Deloitte, PriceWaterHouseCoopers, Ernst & Young, Moore Stephens və KPMG) iştirakla bağlı dəvətlər göndərilmişdi. "Mur Stefens" şirkəti 1907-ci ildə Londonda yaradılıb. Hazırda 93 ölkədə fəaliyyət göstərən "Moore Stephens International" dünyanın mühasibatlıq və konsaltinq xidmətləri göstərən aparıcı beynəlxalq şəbəkələrindən biridir.
◄ 1 2 3 ... 12 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:30:34
|
|
|