Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 12 May 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

15 ölkə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü yerinə yetirəcəkdir

15 ölkə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü yerinə yetirəcəkdir
2 oktyabr 2007-ci il EİTİ Katibliyinin Press Relizi
Icmal: EİTİ-ın İdarə Heyətinin 27 sentyabrda Oslo şəhərində Norveşin Xarici İşlər Naziri cənab Erik Solheimin iştirakı ilə görüş keçirtdi. Nazir demişdir: “Təbii resurslar bir çox ölkədə lənətə çevrilmişdir. EİTİ- gəlir axınları ilə bağlı Şəffaflığın artırılması üzrə gördüyü tədbirlər bu lənəti qırmağın bir hissəsidir”.

Təfərrüatıyla

EİTİ təsdiqləmə prosesini onu həyata keçirəcəyini öhdəsinə götürən şirkət və ölkələr üçün inkişaf etdirmişdir. Cümə axşamı keşirilən görüşdə idarə Heyəti 15 ölkənin namizədilər siyahısına daxil edilməsi və onların prosesin həyata keçirməkdə davam edəcəklərinə dair razılığını əldə etmişdir. Bu ölkələr Azərbaycan, Niger, Nigeriya, Kamerun, Qabon, Qana, Qvineya, Qazaxstan, Qırğızıstan, Liberiya, Mali, Mavritaniya, Peru və Yəməndir. Onların özlərini tam təsdiq etməsi üçün 2 il müddət verilir.

Digər 9 ölkədən olan qrupla bağlı İdarə Heyəti namizəd ölkələrin statusuna dair keçirəcəyi qərarın müəyyən olunması üçün həmin ölkələrdən 2007-ci ilin sonuna qədər əlavə məlumat alınacağı qənaətinə gəlmişdir. Bu ölkələr Çad, Demokratik Konqo Respublikası, Ekvatorial Qvineya, Konqo Respublikası, Madaqaskar, Syerra-Leone, Sao-Tome və Prinsipal, Trinidad və Tobaqo və Timor Lestedir.

İdarə heyətinin rəhbəri cənab Peter Eigen hal-hazırda 15 ölkə ilə əldə olunmuş və ilin sonunadək digər 9 ölkə ilə əldə olunacaq əməkdaşlığa dair razılaşmanı EİTİ-ın inkişafında “tarixi andır.” ilə müqayisə etmişdir. O söyləmişdir: “Bu ölkələrin hökümətləri vətəndaş cəmiyyəti və şirkətlərlə açıq və səmimi şəraitdə işləməyi öhdələrinə götürüblər. Bu isə görülən işin gedişatını dəyişəcək real potensialın olmasından xəbər verir. Zəngin resurslara malik ölkələrin hökümətlərinin milyonlarla kasıb insanların yaşayışının yaxşılaşdırılması üçün gəlirlərin bölüşdürülməsi işinə böyük təsir göstərəcdir”.

Görüşdə Norveçin Xarici İşlər Naziri Norveç Hökümətinin EİTİ həyata keçirəcəyini elan etmişdir. Bu isə Norveçin inkişaf edən ölkə olaraq yalnız EİTİ-ya dəstək olması demək deyil, həmçinin, onu öz tərəfindən həyata keçirməsi deməkdir.
Katibliyin Başçısı, cənab Conas Moberq Nazirin sözlərinə bunu əlavə etmişdir: ”Norveçin EİTİ-ya qoşulması Təşəbbüsün dövlətli ölkələrin kasıb, lakin təbii resurslarla zəngin olan ölkələrə nə etməli olduqlarını yeritməyə yardım edən bir klub olması fikrini həmişəlik aradan götürür”.

Daha ətraflı məlumat əldə etmək üçün kontakt şəxsə müraciət edə bilərsiniz: Eddi Riç, EİTİ Katibliyi, +47 22 24 42 09 (ofis) və ya + 47 909 14064 (mobil)

Jurnalistlər üçün qeydlər

EİTİ-hökümət, şirkət, vətəndaş cəmiyyəti, investor və beynəlxalq təşkilatların koalisiyasıdır. Bu qurumlar Beynəlxalq Şəffaflıq təşkilatının Məsləhət Komitəsinin banisi və başçısı olan Peter Eygenin rəhbərliyi ilə EİTİ-ın İdarə Heyətində təmsil olunurlar. EİTİ-ın Katibliyi formal olaraq 26 Sentyabr 2007-ci ildə Osloda açılmışdır. Norveç Höküməti ona sədrlik edir.
Neft, qaz və minerallarla zəngin olan ölkələrdə yaşayan milyonlarla insan üçün bu təbii resurslar lənətə çevrilmişdir. EİTİ şirkətlərin ödənişlərini və hökümətlərin neft, qaz və mədənlərdən əldə etdikləri gəlirlərin tam yoxlanılması və hesabatlılığını təmin etməklə mövcud vəziyyəti dəyişməyi qarşısına məqsəd qoymuşdur.

Namizəd statusuna nail olmaq üçün rəhbərlik edən ölkənin höküməti bu niyyəti haqda ictimaiyyəti məlumatlandırmalı, habelə vətəndaş cəmiyyəti və şirkətlərlə işləməli, yüksək rütbəli dövlət adamını bu iş üçün təyin etməli və digər maraqlı tərəflərlə razılaşdırılmış iş planını dərc etməlidir. Tam güzəşt olunan ölkələr siyahısına düşmək üçün ölkə Təşəbbüsə imza atmalı, hökümətin neft, qaz və mədən sektorundan əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatı hazırlamalı, açıqlamalı və yaymalıdır. Hal-hazırda hələ ki, heç bir ölkə bu meyarlara qarşı formal olaraq təsdiq olunmamışdır. Buna baxmayaraq bir şox ölkə artıq prosesə başlamış və irəliləmişdir. EİTİ-yın təsdiq Bələdçisi və digər məlumatlar www.eitransparency.org vebsaytından əldə edə bilərsiniz.


1 ... 11 12 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:30:51

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.144639