Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 12 May 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

Publish What You Pay Norveçin EİTİ-ı həyata keçirmək haqqında öhdəliyini dəstəkləyir (27/09/2007)

Publish What You Pay Norveçin EİTİ-ı həyata keçirmək haqqında öhdəliyini dəstəkləyir (27/09/2007)
Beynəlxalq vətəndaş cəmiyyəti koalisiyası bəyanatla çıxış etmişdir: “Norveç höküməti təbii resurslardan əldə olunan gəlirlərin şəffaflığının qlobal standart təcrübəsinə çevrilməsində mühüm addım atmışdır”. London və Oslo: Bu gün Norveç höküməti şirkət ödənişlərindən, habelə dövlətin neft, qaz və mədən sənayesindən əldə etdiyi gəlirlərin şəffaflığını təmin edən və əsaslı qlobal bir təkan olan EİTİ-ı həyata keçirəcəyini bəyan etmişdir. Dövlət, şirkət və vətəndaş cəmiyyəti qruplarının dəstəklədiyi EİTİ neft, qaz və mədən sənayesindən əldə olunan gəlirlərin tənzimlənməsi prosesini sözü gedən təbii resurslara malik olan ölkələrin vətəndaşlarına daha da hesabatlı etmək məqsədini güdür. 300-dən çox qrupu əhatə edən qlobal vətəndaş cəmiyyəti koalisiyası-PWYP Norveçin bu qərarını alqışlamışdır. Norveç dövlətinin bu addımı EİTİ-ın yalnız inkişaf edən və zəif idarəetməyə malik olan ölkələr üçün qlobal vasitə olmadığını göstərir

PWYP-ın beynəlxalq koordinatoru, xanım Radika Sarin hadisə ilə bağlı fikrini belə bildirmişdir:“Bu gün Norveç EİTİ-ı həyata keçirəcəyini elan edən ilk inkişaf etmiş ölkə kimi tarixin yeni səhifəsini yazmışdir. Gəlirlərin şəffaflığı və hesabatlılığı qaz, neft və mədən sənayesi üçün qlobal standart olmalıdır. Biz bu addıma görə Norveç hökümətini alqışlayır və onun EİTİ həyata keçirməsini digər üzv ölkələrərin yüksək standartlara sahib olmalarına və aanlaşıqlı hesabatların verilməsinə yol açacagını düşünürük”.

2000-2005-ci illərdə Norveçin ümumi ixracının 60 % karbohidrogenlər təşkil etmişdir. Ölkə Beynəlxalq Valyuta Fondunun müəyyən etdiyi təbii resurslarla zəngin olan ölkələr kateqoriyasına tam uyğundur. PWYP hələ ki EİTİ-ya qoşulmayan və mədən sənayesində qlobal iştirakçılar olan Avstraliya, Kanada, ABŞ və Cənubi Afrika kimi ölkələrin də Norveç hökümətinin addımını atacaqlarına ümid bəsləyir.

Global Witness Kampaniyaları üzrə Direktor, həmçinin PWYP koalisiyasının üzvü cənab Gevin Keyman soyləmişdir: “EİTİ-ın yarandığı tarixindən 5 il keçməsinə baxmayaraq şəffaflıq hələ ki heç yerdə kodlaşdırılmış qlobal standarta yaxınlaşmamışdır”.

“Digər ölkələr, Böyük 8 daxil olmaq şərtilə, səlahiyyətlərində olan qayda və prosedurlar vasitəsilə şəffaflıq tələblərinə cavab vermək üçün səylərini artırıb irəliləməlidirlər”.

PWYP, həmçinin, Norveç hökümətinin sahiblik etdiyi yeni EİTİ Katibliyinin açılmasını da alqışlamışdır. Katiblik rəsmən Oslo şəhərində 26 sentyabrda açılmışdır.

“EİTİ-ı güclü edən amillərdən birisi onun dövlət, şirkət və vətəndaş cəmiyyətini bərabər hüquqlu saymasıdır. Mədən sənayesində ümumi məqsədimiz olan şəffaflığa tam nail olmaq üçün birlikdə işləməliyik”, PWYP-ın Norvec üzrə koordinatoru xanım Mona Tousen vurğulamışdır. O, həmçinin soyləmişdir:“Biz EİTİ-ın Norveç Katibliyinin açılmasını digər ölkələr üçün bir çağırış kimi qəbul edir və alqışlayırıq. Gəlin EİTİ-ın həqiqətən qlobal təşəbbüsə çevrilməsinə nail olaq.”


1 ... 10 11 12 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:30:50

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.186906