|
MSŞT Аzərbaycanda - xəbərlər
MSŞT Аzərbaycanda - xəbərlər
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norvec Krallığının
Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Neft gəlirlərinin
xərclənməsində şəffaflığın artırılması” layihəsini həyata keçirir. Layihə
çərçivəsində nəzərdə tutulan 5 istiqamətdən biri “Regional TV-lərdə
Tok-Şouların təşkili”dir.
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ötən ilin avqust ayı ilə
müqayisədə 2,017 milyon dollardan bu ilin aprelin 1-ə 3,335 milyon dollaradək
artmışdır. Yalnız bu ilin birinci rübündəki artım 860,48 milyon dollar olmuşdur.
Fondun 2008-ci il üçün büdcəsi 3,6, xərcləri isə 1,68 milyard manat təsdiq
edilsə də bu ilin mayında dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdə
fondun büdcəsinə də baxılması nəzərdə tutulur. Neftin dünya bazar qiymətinin
yüksəlməsi fondun gəlirlərinin artmasına imkan yaradıb.
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norveç Krallığının
Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Neft gəlirlərinin
xərclənməsində şəffaflığın artırılması" layihəsi çərçivəsində "Qadınların MSŞT
proseslərinə cəlb edilməsi" istiqaməti üzrə 12 aprel tarixində Göyçay rayonunda
qadınlar üçün dəyirmi masa keçirdi.Dəyirmi masanin keçirildiyi yer Göyçay QHT
Resurs mərkəzi,məruzəçi Əskər Əhməd. Dəyirmi masada 29 nəfər iştirak
etdi.Tədbirin sonunda dəyirmi masa iştirakçıları arasinda qiymətləndirmə
aparıldı:
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norvec Krallığının
Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Neft gəlirlərinin
xərclənməsində şəffaflığın artırılması” layihəsini həyata keçirir. Layihə
çərçivəsində nəzərdə tutulan 5 istiqamətdən biri “Regional TV-lərdə
Tok-Şouların təşkili”dir.
Gündəlikdə
bir məsələ dururdu: AİMROC (Beynəlxalq Əməliyyat Şirkəti) şirkətinin
fəaliyyətə başlaması il əlaqədar MSŞA Koalisiyası Gəncə şöbəsinin yaxın
perespektivdə görəcəyi işlərə dair müzakirənin aparılması.
Martın
12-də “Avropa” mehmanxanasının konfrans zalında Milli Büdcə Qrupu və Mədən
Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyası “Dövlət
xərcləmələri şəffaflıq və səmərəlilik müstəvisində” mövzusunda birgə Dəyirmi
Masa keçiriblər. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə, “Ekspert”
jurnalının informasiya dəstəyi ilə baş tutan tədbirdə yerli və beynəlxalq
QHT-lərin, dövlət təşkilatlarının, beynəlxalq təşkilatların, xarici ölkə
səfirliklərinin və Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların
təmsilçiləri iştirak ediblər.
Bu
press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və
qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət
təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən
birgə hazırlanmışdır
Fevralın
18-də Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Şurasının
Hökumət Komissiyasının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar
Mövsümovla ilə görüşü keçirilib. Şuranın təşəbbüsü ilə keçirilən görüşdə
üçtərəfli anlaşma memorandumuna dəyişikliklərlə bağlı Koalisiyanın irəli
sürdüyü dəyişikliklər müzakirə olunub. Görüşdə Şura əlaqələndiricisi Qubad
İbadoğlu, üzvlər Fəqan Əliyev, Dünya Sakit, Oqtay Gülalıyev, Mirvari
Qəhrəmanlı və İlham Hüseynli iştirak ediblər.
Fevralın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflıq Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə İctimai Birliklərin Koalisiyasının "ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfransı keçirilib. MSŞA üzrə İctimai Birliklərin Koalisiyasının koordinatoru Qubad İbadoğlu, layihənin rəhbəri Zöhrab İsmayıl və ekspert Rövşən Ağayevlə yanaşı yerli ekspertlər, dövlət qurumlarının və ARDNŞ-nin nümayəndələri, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Azərbaycandakı diplomatik korpusunun təmsilçilərin və media mənsublarıi iştirak ediblər.
Bu gün
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının mənzil qərargahında
Dünya Bankının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Kamboca dövlətinin
Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirildi.Görüşdə MSŞA
Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu təqdimatla çıxış edərək
Azərbaycanın neft sənayesi, hasilat və maliyyə göstəriciləri, eyni zamanda
gələcəyə olan proqnozlar barədə məlumat verdi.
Azərbaycanın MHŞT-yə qoşulan ilk dövlətlərdən biri olduğunu vurğulayan natiq
üçtərəfli Memorandumun imzalanması barədə məlumat verdi və bundan sonra
QHT-lərin İctimai Birliyi kimi Koalisiyanın fəaliyyətə başladığını söylədi.
Q.İbadoğlu Koalisiyanın strukturu, həyata keçirilən layihələr barədə görüş
iştirakçılarına ətraflı məlumat çatdırmaqla yanaşı müxtəlif donorların bu
fəaliyyətə verdikləri dəstəyin əhəmiyyətini qeyd etdi.
30
iyun 2007-ci il tarixində başa çatan 6 ay üzrə “müstəqil mühasiblərin hesabatı
(7-ci hesabat)” ilə bağlı İctimaiBirliklərin Mədən Sənayesində Şəffalığın Artırılması
(MSŞA) Koalisiyasının rəyi təqdim olundu. Koalisiyanın koordinatoru Qubad İbadoğlu
İctimai Birliklərin MSŞA Koalisiyasının 7-ci hesabat üzrə növbəti auditin
nəticələrini açıqlanmasını önəmli hadisə saydığını dedi.
2008 – cİ İl
üçün FƏALİYYƏT proqramI
2007-cı il oktyabrın 20-də keçirilən Ümumi Yığıncaqda
əsas kimi qəbul edilib,
28 dekabr 2007-ci il tarixli Shura yiğincağında son
əlavələr təsdiq olunub.
25
yanvar 2008-ci il tarixdə saat 11.00-da
Beynəlxalq Mətbuat Mərkəzində (F.Əmirov, 1) İctimai Birliklərin Mədən
Sənayesində Şəffaflığın Artırılması üzrə Koalisiyası 2008-ci il üzrə Fəaliyyət
Proqramının təqdimatını keçirəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzi
(İSİM) Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası çərçivəsində
Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadə edilməsi ilə bağlı
hesabat hazırlayıb. Hesabatın təqdimatı dekabrın 19-da Hyatt Reycensi
Hotelində təşkil edilmişdir. Təqdimetmə mərasimində dövlət qurumlarının, eləcə
də Dövlət Neft Fondunun və Dövlət Neft Şirkətinin, şirkətlərin, beynəlxalq və
qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələri iştirak etmişdirlər.
İctimai Birliklərin “Mədən sənayesində
şəffaflığın artırılması” Koalisiyasının koordinatoru Qubad İbadoğlu
noyabrin 1-dən -3-dək Almaniyanın Berlin, 4-dən 6-dək isə Hindistanın Qoa
şəhərlərində beynəlxalq konfransda iştirak edib.
Press-reliz:
Oktyabrın 26-da “Saglam
İnkişaf və Maarifləndirmə” ictimai birliyinin və “Demokratik İslahatçı
Gənclər” ictimai birliyinin birgə keçirdiyi “Gənclərin MHŞT proseslərinə cəlb
olunması” layihəsi çərçivəsində yekun konfrans keçirilmişdi. Konfransda giriş
sözü ilə çıxış edən layihə rəhbəri Asəf Mikayılov layihənin mahiyyəti barədə,
layihə çərçivəsində 4 regionda keçirilən tədbirlər barədə konfrans
iştirakçılarına hesabat məruzəsini təqdim etdi.
05 oktyabr 2007-ci il tarixdə Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyasının mənzil qərargahında Qırğızıstan vətəndaş
cəmiyyətini təmsil edən QHT nümayəndələri ilə görüş keçirildi. Qırğızıstanın
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən Omurbekova Nuriyə,
Yelena Çeremenina, Eraliyeva Nurcamal və Eybiyeva Elina Azərbaycanın MHŞT
sahəsində təcrübəsinin öyrənilməsinin maraqlı olduğunu vurğulayaraq bu
sahədə Azərbaycan QHT-lərinin fəaliyyətinin onlar üçün örnək ola biləcəyini
vurğuladılar. Qırğızıstanda MHŞT ilə bağlı təcrübənin az olduğunu qeyd
edərək nümayəndə heyəti görüşlərdə əldə olunan məlumatların gələcək
fəaliyyətlərində istifadə edəcəklərini söylədilər.
2007-ci
il sentyabrın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın
hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər
və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları)
Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq
təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı
Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin
Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası
hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – yeddinci
hesabat mərhələsi üzrə hesabatlarını (2007-ci ilin ilk 6 ayı) tutuşduraraq
təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və Seçim
Qrupu auditin “Mur Stefens” (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə
qərar vermişdir.
Mineral
Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq
Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış
tərəflərin – MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi
ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası – nümayəndələrindən
ibarət Seçim Qrupunun 2007-ci il avqustun 30-da keçirilmiş iclasında MHŞT
üzrə yeddinci hesabat mərhələsinə start verilmişdir.
Azərbaycan
Respublikası Dövlət Neft Fondu 2007, 2008, 2009-cu illər üzrə maliyyə
fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət
satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq, xidmət təkliflərinin
cəlb olunması prosedurunu keçirmişdir.
2005-ci ildən başlayaraq Azərbaycan böyük neft gəlirləri əldə etməyə başlayıb.
Hazırda ölkənin neft gəlirləri dövlət büdcəsində, ARDNF-də və ARDNŞ-də toplanır.
2006-cı ildə Azərbaycan cəmi 4279.4 mln. manat neft gəliri əldə edib ki, bunun
2287.5 mln. manatı xarici neft şirkətlərinin mənfəət vergisi və ARDNŞ-nin dövlət
büdcəsinə ödənişləri, 897.6 mln. manatı ARDNF-in gəlirləri, 1094.3 mln. manatı
isə ARDNŞ-nin xalis mənfəəti olub. Ölkənin neft gəlirləri elə bu mənbələr üzrə
də istifadə edilir. 2006-cı ildə əldə edilmiş neft gəlirləri tamamilə istifadə
edilib.
Iyulun 12-də Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (İSAM) təşkilatçılığı, USAİD və Avrasiya
Fondunun maliyyə dəstəyi ilə “Neft gəlirləri və institusional islahatlar” mövzusunda
Dəyirmi Masa keçirilib.
Mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Hökumət Komissiyası, Azərbaycanın hasilat (neft
və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində
Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış
qarşılıqlı anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti
iclası keçirilib. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində
fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə
ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən
daxiolmaları barədə növbəti – altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik)
tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilib
və "Mur Stefens" (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunub.
Bu gün Mədən Sənаyеsində Şəffаflığın Аrtırılmаsı üzrə QHT Kоalisiyаsı Dünyа Bаnkı
İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin
müzаkirəsini kеçirdi. Tədbirdə Kоаlisiyаnın əlаqələndiricisi Qubаd Ibаdоğlu «Еffеktiv
idаrəеtmənin indikаtоrlаrı üzrə Аzərbаycаnın mövqеyi dinаmikаdа və ölkələrаrаsı
müqаyisədə» mövzusunda təqdimаtlа çıхış еtdi.
14 iyul 2007- ci il tarixdə “Мədən Sənayesində Şəffaflığın Artırılması”
Koalisiyasının Gəncə Numayəndəliyi Xanlar və Samux rayonlarindan dəvət olunmus
ictimai fəal səxslərlə Dəyirmi Masa keçirilmişdir.
İyulun 20-də Novosti Azərbaycan Agentliyinin konfrans zalında Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının uzvəri olan İçtimai
Vəsaitin Monitorinqi Mərkəzi ilə Neft Tədqiqatları Mərkəzi Azərbaycanda
imzalanan “Hasilatin pay bölgüsü (HPB)” (Production Sharing Agreement) tipli
müqavilərə həsr edilən mətbuat konfransı kecirilib. Tədbirdə İçtimai Vəsaitin
Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov və Neft Tədqiqatları Mərkəzinin
sədri İlham Şaban təqdimatla cixiş ediblər.
İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası
Şurasının əlaqələndiricisi Qubad İbadoğlu 12-14 iyun 2007-ci ildə Jakarta şəhərində
səfərdə olub. Səfər Beynəlxalq Şəffaflıq İndonesiya (BŞ-İndoneziya) təşkilatının
dəvəti ilə reallaşıb. Səfərin əsas məqsədi mədən sənayesində şəffaflıq təşəbbüsünü
dəstəkləyən yerli qeyri-hökümət təşkilatları üçün təşkil olunan seminarda
Azərbaycanda MŞHT-nin tətbiqi və koalisiya quruculuğu təcrübəsi barədə məlumat
vermək olub.
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının üzvü İnqilab Əhmədov
"Odədiyini açıqla..." (PublishWhatYouPay) beynəlxalq təşkilatının Strateji Məsləhət
Qrupuna (SMG) üzv seçilib. O, bu qurumda Qafqaz və Orta Asiya regionunun PWYP
üzvü olan vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edəcək.
2007-ci il iyunun 12-də Naftiran
Intertrade Co. Limited (NİCO) şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul
olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair
Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır.
Zərdabi
Media Mərkəzi 2006- cı ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Mayın 30-
da Hyatt Regency otelində təşkil olunan təqdimat mərasimində hökümət nümayəndələri,
müxtəlif nazirliklərin məsul işçiləri, beynəlxalq təşkilatların rəhbərləri, millət
vəkilləri, Mətbuat Şurasının üzvləri, KİV təmsilçiləri, şirkətlər, QHT- lər və
s. iştirak edirdilər. Müxtəlif istiqamətlər üzrə keçirilən sorğuda 7 nominasiya
üzrə qaliblər müəyyənləşib. Sevindirici haldır ki, qaliblər arasında Mədən Sənayesində
Şəffaflığın Artırılması Koalisiyası da olub.
İyunun
8-də Mədən Sənayesində Şəffaflığın Artırılması (MHŞT) QHT Koalisiyasının mənzil
qərargahında Qazaxstanın MHŞT sahəsində fəaliyyət göstərən ekspertlərlə görüşü
keçirilib. Görüşdə Koalisiyanın Şura üzvləri, Qazaxstanın Soros Fondunun
nümayəndəsi Anton Artemyev və Qazaxstan MHŞT təmsilçisi Malik İsabekov iştirak
ediblər.
İyunun
7-də 14-cü Beynəlxalq Xəzər Neft, Qaz Konfransının sonuncu günü üçüncü sessiya
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) həsr olundu.
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü–Gəlirlərin Şəffaflığında Beynəlxalq Standartlara
Doğru” adlandırılan sessiyanı giriş sözü ilə Norveçin Azərbaycandakı səfiri Yon
Remberq açaraq MHŞT-nin neft və qaz hasilatı həyata keçirilən ölkələrdə
mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı üzrə Yüksək səviyyəli
Komitəsinin Nyu-Yorkda keçirilən 15-ci sessiyası zamanı Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığı, Norveç və Azərbaycan hökumətləri birgə bəyanatla
çıxış etmişlər.
Birgə bəyanatda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsü barədə məlumat verilmiş, onun Azərbaycanda uğurla həyata keçirilməsi
və Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il üçün “BMT-nin Dövlət
Qulluğu Mükafatı”na (UN Public Service Award) layiq görülməsi xüsusi qeyd olunmuşdur.
ARDNF-in İcraçı Direktoru Şahmar Mövsümov Koalisiyanın yaradılmasının 3 ili
münasibəti ilə təbrik məktubu göndərir. Məktubda deyilir: Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyasına
100-dən artıq üzvü özündə birləşdirən Mədən Sənayesində Şəffaflığın Artırılması
Koalisiyasının yaradılımasının 3 ili tamam olur. Bu münasibətlə Koalisiya üzvlərini
təbrik edirəm.
“Azərbaycan” Universitetində “Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına
təsiri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa “Мədən Sənayesində
Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun
olaraq həyata keçirilmişdir.
18 may, 2007-ci il. Prezident İlham Əliyev Dövlət Neft Fondunun Müşahidə
Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
17 may, 2007 Vahid Layihə çərçivəsində "Universitetlərdə dəyirmi masaların
keçirilməsi" istiqaməti üzrə iki universitetdə dəyirmi masalar keçirilir. »
Tədbirdə çıxış edən Koalisiya Şurasının əlaqələndiricisi Qubad
İbadoğlu bildirib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı hökumət
komissiyasının indiyə qədər açıqladığı 5 hesabata rəy verilib və burada təklif
və iradların nəzərə alınması tövsiyyə edilib. Onun sözlərinə görə, "Əsrin müqaviləsi"
çərcivəsində imzalanan müqavilələr üzrə əsaslı xərclərin artması və bununla əlaqədar
kompensasiya vaxtının uzanması Koalisiyanı narahat edir. "Azəri-Çıraq-Günəşli"
yatağı çərçivəsində ümumi xərclərin 8 milyard dolları ötməyəcəyi proqnozlaşdırılsa
da, artıq xərclər 14 milyard dolları keçib. Nəticələr onu göstərir ki, kapital
xərcləri ciddi nəzarət altına alınmalıdır”. Q.İbadoğlu təklif edib ki, kapital
xərclərinin xeyli artması səbəblərini araşdırmaq üçün hökuməti, Beynəlxalq Əməliyyat
şirkətini və koalisiyanı təmsil edən İşçi Qrup yaradılmalıdır. Koalisiyanın əlaqələndiricisi
ARDNŞ-nın hesabatlılıq sisteminin və ödəmələrin ziddiyyətli xarakter daşıdığını
vurğulayıb.
İctimai Birliklərin MSŞA Koalisiyası 5-ci hesabat üzrə növbəti auditin
nəticələrinin açıqlanmasını önəmli hadisə sayır və bunu Azərbaycan hökumətinin
ölkədə fəaliyyət göstərən neft və qaz şirkətləri ilə birgə mədən sənayesində
şəffaflığın artırılması yolunda atılan daha bir vacib addım kimi
qiymətləndirir. Koalisiya məmnuniyyətlə onu da qeyd etmək istərdi ki, 4-cü
hesabatla bağlı Koalisiyanın bəzi təklifləri nəzərə alınıb və bu da son
hesabatın keyfiyyətinə müsbət təsir etmişdir. Bütün bunlarla yanaşı MSŞA
Koalisiyası Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı
Anlaşma Memorandumunun tərəflərindən biri kimi 5-ci hesabat üzrə növbəti
auditin nəticələrini müstəqil surətdə təhlil edərək, aşağıdakı nəticələrə
gəlmişdir
»
Koalisiyanın 9-cu Ümumi yığıncağı keçirilib. Yığıncaqda 66 Koalisiya üzvü
iştirak edib.
Novxanıda AF- Hotelin konfrans zalında Şuranın növbəti iclası keçirilir. İki
gün ərzində Koalisiyanın 2009-cu ilədək strategiyasının əsas müddəaları müzakirə
edilir. O cümlədən, Koalisiyanın missiyası, hədəfləri, məqsədləri, fəaliyyət qrupları,
fəaliyyət istiqamətləri, zəif və güclü cəhətləri (SWOT analiz), onun idarəetmə
sisteminin təkmilləşdirilməsi, Şura üzvləri arasında iş bölgüsü, Koalisiya Əsasnaməsinin
son variantının hazırlanmasının başa catdırılması, layihələrin işlənməsi, donorlara
təqdim edilməsi və icraçıların müəyyənləşdirilməsi prosedurlari, mövcud üzvlər
və üzvlüyə yeni müraciətlər, regional bölmələr, Koalisiya ofisinin imkanları və
onun tələblərə uyğun yenilənməsi və bir sıra digər məsələlər üzrə müzakirələr
aparılır, müvafiq qərarlar qəbul edilir.
Şura keçən ilin yekunlarına, Koalisiya daxili yeniliklərə və gələcək planlara
həsr edilmiş mətbuat konfransı keçirir və
mətbuat üçün açıqlama verir.
Azərbaycan Respublikası höküməti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan
Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə mədən hasilatı sənayesində əldə etdiyi
məcmu daxilolmaları barədə (2006-cı ilin yanvar- iyun ayları üzrə altı aylıq)
növbəti hesabatını və Müstəqil Mühasiblərin (Deloitte audit şirkəti) rəyini
açıqlayırlar. Bu Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olan Azərbaycanın
MHŞT çərçivəsində açıqladığı artıq beşinci hesabatdır. Bu barədə
Memorandum tərəflərinin birgə pres-relizi yayılır.
18
yanvar 2007-cı il - Beynəlxalq Mətbuat Mərkəzində Koalisiya Şurası mətbuat
konfransı keçirir. Şura üzvləri Koalisiyanın 2007-ci il üçün
Proqram Sənədlə jurnalistləri tanış edir və Koalisiyanın 2007-ci ildə planlaşdırdığı
işlər haqqında məlumat verirlər. Mətbuat Konfransının ikinci hissəsində Tarif
Şurasının qiymətlərin qaldırılması ilə bağlı son qərarına Koalisiya Şurasının
münasibəti bildirilir və bu barədə
xüsusi açıqlama jurnalistlərə paylanır. »
Son illər ölkəmizdə neft sektoru yüksək templə inkişaf etməkdədir. Хаm neftin
və neft məhsullarının satışından daxilolmalar 2006-cı ildə büdcə xərclərinin,
əmək haqqlarının, pensiya və təqaüdlərin, sosial yardımların artırılmasında müstəsna
rol oynamışdır. Neft fondundan olan ayırmalar hesabına ötən il qaçqın düşərgələrinin
ləğv edilməsi, su təchizatı problemlərinin aradan qaldırılması, yol infrastrukturunun
inkişafı və bir sıra digər istiqamətlərdə iri maliyyə tutumlu layihələrə başlanmışdır.
Ümumilikdə əhalinin sosial problemlərinin həllində nisbi irəliləyiş müşahidə olunmuşdur.
2007-ci il mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın
hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər
və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası
arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş
Seçim Qrupunun növbəti iclası keçirilmişdir.
◄ 1 2 3 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 25/4/2008 - 19:13:6
|