Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mədən Sənayesində Şəffaflığın Artırılması
üzrə QHT Koalisiyasının yaradılmasının 3 illiyi münasibəti ilə mətbuat konfransı
keçirilib (14/05/2007)
Tədbirdə çıxış edən Koalisiya Şurasının əlaqələndiricisi Qubad
İbadoğlu bildirib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı hökumət
komissiyasının indiyə qədər açıqladığı 5 hesabata rəy verilib və burada təklif
və iradların nəzərə alınması tövsiyyə edilib. Onun sözlərinə görə, "Əsrin müqaviləsi"
çərcivəsində imzalanan müqavilələr üzrə əsaslı xərclərin artması və bununla əlaqədar
kompensasiya vaxtının uzanması Koalisiyanı narahat edir. "Azəri-Çıraq-Günəşli"
yatağı çərçivəsində ümumi xərclərin 8 milyard dolları ötməyəcəyi proqnozlaşdırılsa
da, artıq xərclər 14 milyard dolları keçib. Nəticələr onu göstərir ki, kapital
xərcləri ciddi nəzarət altına alınmalıdır”. Q.İbadoğlu təklif edib ki, kapital
xərclərinin xeyli artması səbəblərini araşdırmaq üçün hökuməti, Beynəlxalq Əməliyyat
şirkətini və koalisiyanı təmsil edən İşçi Qrup yaradılmalıdır. Koalisiyanın əlaqələndiricisi
ARDNŞ-nın hesabatlılıq sisteminin və ödəmələrin ziddiyyətli xarakter daşıdığını
vurğulayıb.
Tədbirdə çıxış edən Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı hökumət komissiyasının indiyə qədər açıqladığı 5 hesabata rəy verilib və burada təklif və iradların nəzərə alınması tövsiyyə edilib. Onun sözlərinə görə, "Əsrin müqaviləsi" çərcivəsində imzalanan müqavilələr üzrə əsaslı xərclərin artması və bununla əlaqədar kompensasiya vaxtının uzanması Koalisiyanı narahat edir. "Azəri-Çıraq-Günəşli" yatağı çərçivəsində ümumi xərclərin 8 milyard dolları ötməyəcəyi proqnozlaşdırılsa da, artıq xərclər 14 milyard dolları keçib. Nəticələr onu göstərir ki, kapital xərcləri ciddi nəzarət altına alınmalıdır”. Q.İbadoğlu təklif edib ki, kapital xərclərinin xeyli artması səbəblərini araşdırmaq üçün hökuməti, Beynəlxalq Əməliyyat şirkətini və koalisiyanı təmsil edən İşçi Qrup yaradılmalıdır. Koalisiyanın əlaqələndiricisi ARDNŞ-nın hesabatlılıq sisteminin və ödəmələrin ziddiyyətli xarakter daşıdığını vurğulayıb.
Koalisiya Şurasının üzvü İnqilab Əhmədov Böyük Britaniya hökumətinin rəhbəri tərəfindən irəli sürülən bu təşəbbüsün son dərəcə vacib siyasi mahiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu təşəbbüsə iki konsepsiyadan yanaşıla bilər. Birincisi, bu, Toni Bleyer tərəfindən irəli sürülən adi bir siyasi bəyanatdır və o, siyasi arenadan gedəndən sonra unudulacaqdır. İkincisi isə bu, hökumət rəhbərlərinin özlərindən asılı olmayan labüd bir məsələdir. Azərbaycanın da bu cür labüd bir təşəbbüsə qoşulması çox mühüm bir addımdır.
Koalisiya Şurasının üzvü Oqtay Gülalıyev əhalinin neftdən gələn gəlirlər və onların xərclənməsi barədə məlumatlandırılması çox vacib bir amil hesab edərək bu istiqamətdə addımların atılmsını vacib hesab edib.
Müstəqil Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri, Koalisiya üzvü Telman Zeynalov isə qeyd edib ki, neft sənayesində olan şəffaflıq təkcə gəlir və xərclərin düzgün aparılması ilə bitmir. Ekoloji baxımdan da bu sahədə bir sıra ciddi problemlər mövcüddur.
Qeyd edək ki, MSŞT Koalisiyası 3 il ərzində təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi, eyni zamanda, əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün koalisiya tərəfindən indiyə qədər 19 layihə həyata keçirilib və cari ildə daha bir neçə layihənin icrası nəzərdə tutulur. Koalisiya yaradılarkən 29 QHT və 3 fərdi şəxsdən ibarət idisə, hazırda 94 QHT və 13 fərdi üzvü özündə birləşdirir.