Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 19 Noyabr 2008, Çərşənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət

Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
Heç kimə sirr deyil ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı və  vətəndaş rifahının təminatı    neft gəlirlərinin şəffaflığı və onlardan səmərəli istifadə olunması, eyni zamanda  bu prosesdə ictimai iştirakçılıq  milli inkişaf strategiyasının başlıca vəzifəsi olmalıdır. Ona görə də   əldə edilən gəlirlər və onun xərclənməsi üzərində ictimai nəzarətin təmin edilməsinin  vacibliyini nəzərə alaraq bu ilin oktyabr ayının 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentliyinə  seçki ilə əlaqədar Milli Büdcə Qrupu və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə   QHT Koalisiyası adından Sizlərə müraciət edirik.

Hörmətli namizəd, 

 Heç kimə sirr deyil ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı və  vətəndaş rifahının təminatı   neft gəlirlərinin şəffaflığı və onlardan səmərəli istifadə olunması, eyni zamanda  bu prosesdə ictimai iştirakçılıq  milli inkişaf strategiyasının başlıca vəzifəsi olmalıdır. Ona görə də   əldə edilən gəlirlər və onun xərclənməsi üzərində ictimai nəzarətin təmin edilməsinin  vacibliyini nəzərə alaraq bu ilin oktyabr ayının 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentliyinə  seçki ilə əlaqədar Milli Büdcə Qrupu və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə   QHT Koalisiyası adından Sizlərə müraciət edirik.

 Dəyərli namizəd, nəzərdən qaçırmayın ki, qoşulduğunuz növbəti prezident seçkisi  Azərbaycanın müstəqillik tarixinin ən məsuliyyətli və şərəfli dövrünə təsadüf etməkdədir. Ictimaiyyətə  təqdim olunacaq proqramlar və seçki platformaları yalniz özündə müasir dövrün aktual və ictimai əhəmiyyətli məsələlərini əks etdirəcəyi tədqirdə uğur qazana bilər. Hazırda  aktuallığına və ictimai  əhəmiyyətinə görə ön sırada duran məsələlərdən biri  neft gəlirlərinin  şəffaf və səmərəli idarə olunmasıdır. İctimai maraq kəsb  edən bu istiqamətə Sizlərin münasibət bildirməyiniz  və prezident seşilərsinizsə bu sahədəki fəaliyyətiniz haqda proqramınızın  təbliğatınızda geniş yer alması vacibdir. Bununla Siz əldə ediləcək neft gəlirlərinin  səmərəli və şəffaf idarə olunmasına  verəcəyiniz töhfə ilə ictimai diqqətin  cəlb edə bilərsiniz.

 Rəsmi statistik məlumatlara görə,  01 sentyabr 2008-ci il tarixinə, Dövlət Neft Fondunun aktivlərinin həcmi 10 milyard ABŞ dollarını keçmişdir. Bu il üçün dövlət büdcəsinin gəlirləri 10 milyard 484 milyon manat proqnozlaşdırılmışdır. Məlumdur ki,  boyük neft dollarlarınin Azərbaycana axınının müsbət cəhətləri ilə yanaşı kifayət qədər problemli tərəfləri də mövcuddur..  Ən ciddi problemlərdən biri isə boyük neft dollarlarının xərclənməsi ilə bağlıdır - neft dollarları hansı məqsədlə və necə xərclənəcək? Bu pullar yalnız cari layihələrə xərclənəcək,  yoxsa gələcək nəsillər üçün də saxlanılacaq? Neft dollarının ölkəyə axını Holland sindromuna səbəb olacaqmı? Bu və bu kimi suallar xeyli müddətdir ki, vətəndaşlarımızı narahat edir. Azərbaycan hökuməti isə bu narahatlıqlardan uzaq məsafədə  durur və cari lahiyələri maliyyələşdirməkdə xəsislik etmir. Belə ki, qısa bir müddət ərzində dövlət büdcəsinin investisiya xərclərinin həcmi yüzlərlə dəfə artaraq 2007-ci ildə 1,9 mlrd. manata çatmışdır (büdcə xərclərinin 30.4%-i). 2008-ci ildə isə dövlət investisiya xərcləri 4,3 mlrd. manat və ya cəmi büdcə xərclərinin 40%-i məhz investisiya məqsədlərinə yönəldiləcəkdir. Eyni zamanda 2008-ci ildə bütün mənbələr üzrə sərf olunacaq dövlət investisiya xərcləri gözlənilən ÜDM-in təxminən 20%-i həcmində olacaqdır.

  Dövlət invetsiya xərclərinin təxminən 70%-nin infrastruktur və sosial layihələr olduğunu nəzərə alsaq, bu layihələrin formalaşmasında və icrasinda vətəndaşların iştirak imkanlarının artırılmasına, şəffaflığın və səmərəliliyin təminatına  böyük ehtiyacın olduğunu görərik.

 Milli Büdcə Qrupu və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası olaraq bəyan edirik  ki, neft gəlirlərinin şəffaf və səmərəli idarə olunması istiqamətində milli, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir namizədlə əməkdaşlıq etməyə  hazırıq. Eynı zamanda, təkidlə diqqətə çatdırmaq istəyirik ki, prezidentliyə  namizədlərin platformalarında  əldə ediləcək neft gəlirlərinin  şəffaf və səmərəli idarə olunması məsələlərinə geniş yer ayrılması Koalisiyanı təmsil edən 100-dən çox QHT-nin, Milli Büdcə Qrupunda təmsil olunan 10 nəfərədək  tanınmış ekspertin və bütövlükdə  cəmiyyətin  maraqları ilə üst-üstə düşəcəkdir.

Odur ki, Sizlərdən  aşağıdakı məsələlərin platformanizda əks etdirilməklə, çıxışlarınızda istifadə olunmaqla ictimai diqqət mərkəzinə gətirilməsini və bununla da gələcək fəaliyyətinizlə bağlı seçici maraqının artmasını  təklif  edirik:

  • Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Qanun qəbul edilməsi yolu ilə Fondun vəsaitlərinin  idarə olunmasına parlament nəzarətinin təminatı;
  • Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Fondun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələrinin təmsilçiliyinə nail olmaqla ictimai nəzarətin artrırılmasını;
  • Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan və Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin fərdi hesabatlılığa keçidi;
  • Azərbaycan Respublikası Dövlət büdcəsinin proqramlar əsasında təsnifatı işlərinin sürətləndirilməsini;
  • İnvestisiya layihələrinin həyata keçirilməsində ictimai iştirakçılığın təminatı üçün hüquqi və  institutsional əsasların yaradılmasını.

 Sizləri Azərbaycanın parlaq gələcəyi  naminə əməkdaşlığa dəvət  edirik. 

Milli Büdcə Qrupunun İdarə Heyəti
«Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası
Bakı şəhəri, 12 senytabr 2008-ci il
 


1 ... 54 55 56 ... 61 A


Sənədin sonuncu korrektə tarixi: 23/9/2008 - 14:41:12

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.39072