|
MSŞA QHT Koalisiyasının növbəti XI
Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
MSŞA QHT Koalisiyasının növbəti XI
Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
 Mayın 31-də
Caspian Plazada “Mədən sənayesində şəffaflığı artırılması” (MSŞA) QHT
Koalisiyasının növbəti XI
Ümumi Yığıncağı keçirilib. Tədbirdə Koalisiya Şurasının Əlaqələndiricisi Qubad
İbadoğlu X Ümumi Yığıncaqdan ötən dövr ərzində Koalisiya Şurasının gördüyü
işlər, qarşılaşdığı çətinliklər və gələcək planlar barədə məlumat verib.
Məlumatda bildirilib ki, hazırda Koalisiya üzvlərinin sayı 132-yə çatıb ki,
onların da 116-sı QHT-lərin təmsilçisi, 16 nəfər isə fərdi üzv kimi bu Alyansda
birləşiblər.
Koalisiyanın beynəlxalq səviyyədə nüfuzunun artdığını bildirən natiqin verdiyi məlumata görə, dövr ərzində Azərbaycanda MSŞT-nin tətbiqini öyrənmək üçün Kamboca dövlət nümayəndə heyətinin, Ukrayna və Qazaxıstan MSŞA Koalisiyasının nümayəndələri Azərbaycana səfər ediblər. Bu dövr ərzində Koalisiyanin gördüyü işlərə gəlincə, Əlaqələndiricinin verdiyi məlumata görə, MHŞT üzrə 7-ci hesabat və auditor şirkətinin rəyləri təhlil edilib və Koalisiyanın xüsusi rəyləri açıqlanıb, Memorandumun, o sıradan da mövcud hesabat sisteminin təkmilləşdirilməsinə dair Təkliflər hazırlanaraq Hökümət Komissiyasına təqdim edilib və bununla əlaqədar müzakirələr aparılıb, müxtəlif istiqamətlər üzrə 10 siyasət yazısı hazırlanıb, onlardan 4-nün ictimai müzakirəsi keçirilib, neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənilməsi, təhlil edilməsi və hesabatın hazırlanması istiqaməti üzrə və ARDNŞ-in maliyyə axınlarının izlənilməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi istiqamətində ilkin tədqiqat başa çatdırılıb. Neft gəlirlərinin şəffaflığı mövzusunda İctimai TV-də, 3 regional (Gəncə, Zaqatala və Quba) televeziyada tok-şoular,Bakı və region Universitetlərində “Neft gəlirləri və onların səmərəli istifadəsi” mövzusunda 8 dəyirmi masa,“Dövlət xərcləmələri:şəffaflıq və səmərəlilik müstəvisində”, “Neft gəlirlərinin yerləşdirilməsi və idarə edilməsi: risklərdən necə sigortalanmalı?” adlı konfranslar, “Neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması” məqsədilə 2 regionda (Göyçay, Xaçmaz şəhərlərində) orta məktəb müəllimləri və “Qadınların MSŞT cəlb edilməsi” məqsədilə xanımlar üçün seminarlar keçirilib. Yaxın gələcəkdə görülən işlərə gəlincə, şirkətlərin fəaliyyətinin indikatorlar əsasında qiymətləndirmə sisteminin yaradılması və fərdi hesabatlılığa keçidlə bağlı vəkillik işinin qurulması, Neft Fondu haqqında Qanun layihəsinin hazırlanması və populyarlaşdırılması, Qeyri-neft və qeyri- qaz (məsələn, dağ mədən) təbii ehtiyatlarının “Təşəbbüs”lə əhatə edilməsi məqsədilə müvafiq təklif hazırlanması, Azərbaycanda EİTİ qiymətləndirilməsi və hesabatın hazırlanması, region Universitetlərində tələbə-gənclər üçün seminarın keçirilməsi, MSŞT hesabatları üzrə təhlillərin aparılması, kontrakt hüququna dair təlimin təşkili nəzərdə tutulub. Eyni zamanda Koalisiyanin aylıq bülleteninin və rüblük jurnalının nəşri də davam etdiriləcək. Koalisiyanın qarşılaşdığı çətinliklər sırasında isə MSŞ təşəbbüsünün Mədən sənayesinin bütün sahələrində tətbiqinə nail olunmaması və şirkətlər tərəfindən hökümətə ödənişlər barəsində fərdi hesabatlılığa keçid təmin edilməməsi qeyd olunub. Müzakirələr zamanı Ümumi Yığıncağın iştirakçıları Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin təmsilçiliyinə nail olmaq, Neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənməsi, təhlil edilməsi və hesabatların hazırlanması məqsədilə bütün tərəflərdən olan mütəxəssislərin iştirakı ilə ekspert qrupu yaratmaq, Mədən sənayesində şəffaflığın artırılması və gəlirlərin səmərəli idarə edilməsi məqsədilə “Neft Fondu haqqında” Qanunun ilkin variantını hazırlamaq və vəkillik fəaliyyəti qurmaq, neft sektorundan daxilolmalar barəsində ən azı ildə 1 dəfə parlamentdə hesabatlılığın təminatına çalışmaq və MSŞ təşəbbüsünün tətbiqində və dəyərləndirilməsində vətəndaş iştirakçılığının intensivliyini yüksəltmək məqsədilə hökümət Komissiyası, neft-qaz şirkətlərinin təmsilçiliyi ilə işçi qaydada Daimi Komitənin yaradılması barədə təkliflər səslənib. Ümumi Yığıncaqda həmçinin Mədən sənayesində şəffaflığı artırılması QHT Koalisiyasının ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramı da qəbul edilib. Mədən Sənayesində Şəffaflığın Artırılması “QHT Koalisiyasının XI ümumi yığıncağı”nın Protokolu
◄ 1 ... 49 50 51 ... 53 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:26:51
|