|
“MHŞT-in Azərbaycanda tətbiqi: 5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
“MHŞT-in Azərbaycanda tətbiqi: 5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
 İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası 17 iyun 2008-ci ildə Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihəsi çərçivəsində Irşad Hotelində beynəlxalq və yerli şirkətlərin iştirakı ilə “MHŞT-in Azərbaycanda tətbiqi: 5 illik dövrə retrospektiv baxış” mövzusunda konfrans keçirib. Konfransda MHŞT üzrə Milli Hökumət Komissiyanın sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberg, Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərinin nümayəndələri, Dünya Bankının və Açıq Cəmiyyət İnstitunun təmsilçiləri və Koalisiya üzvləri iştirak edirdi. Konfransı giriş sözü ilə İctimai Birliklərin MSŞA Koalisiyasının Şura üzvü Fəqan Əliyev və Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberg çıxış etdilər. Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberg çıxışında diqqəti hökümətlə vətəndaş cəmiyyət arasında dialoqun üstünlüklərinə cəlb etdi.
Sonra MHŞT üzrə Milli Hökumət Komissiyanın sədri Şahmar Mövsümov son 5 ildə MHŞT Azərbaycanda tətbiqi nəticəsində qazanclar, nailiyyətlərdən danışdı. Son zamanlar müzakirə olunan yeni təşəbbüslərə, ideyalara münasibət bildirərək, diqqəti Azərbaycanda həyata keçiriləcək beynəlxalq dəyərləndirmə prosesinə cəlb etdi. Şahmar Mövsümov bu prosesin Azərbaycanda çox ağır və və ciddi müzakirələr nəticəsində əmələ gəldiyini vurğuladı və qeyd etdi ki, bütün bu nailiyyətlər beynəlxalq səviyyədə layiqli qiymətləndirilir. O, Azərbaycan Dövlət Neft Fonduna BMT-nin Dövlət Qulluğunda Şəffaflığa görə verdiyi mükafatı misal göstərdi. Ş.Mövsümov Azərbaycan höküməti adından BMT-yə təqdim ediləm MHŞT qətnaməsinin qəbuluna çalışdıqlarını bildirdi. MHŞT-in Azərbaycanda tətbiqi prosesində vətəndaş cəmiyyətinin iştirakı barədə İctimai Birliklərin MSŞA Koalisiyasının Əlaqələndiricisi Qubad İbadoğlu çıxış etdi. Q.Ibadoğlu əvvəlcə konfrans iştirakçılarını Koalisiyanın missiyası, strateji məqsədləri və bu il üçün nəzərdə tutulan Fəaliyyət Proqramı barədə məlumatlandırdı. Sonra o konfrans iştirakçılarının diqqətini Koalisiyanın narahatlıqlarına cəlb etdi. Qeyd etdi ki, ictimai qərarların qəbulunda vətəndaş içtirakçılığı sahəsində passivlik müşahidə olunur, dövlət orqanlarının, mədən sənayesi şirkətlərin MHŞT-yə marağı azalır və bu müstəvidə vətəndaş cəmiyyəti ilə təmaslarda artıq əvvəlki intensivlik yoxdur, donorların vətəndaş cəmiyyətini əvvəlki templə dəstəkləməməsi səbəbindən ötən illər ərzində yaranmış potensialın itirilməsi təhlükəsi yaranır, MHŞT tətbiq olunan ölkələrdə mineral resurslardan asılılıq artır, investisiya mühiti pisləşir, milli iqtisadiyyatın rəqabət qabliyyətliliyi aşağı düşür, cəmiyyətdə sosial differsiallaşma güclənir və korrupsiya çoxalır. O təklif etdi ki, maraq qruplarının (hökumət-şirkətlər-vətəndaş cəmiyyət institutlarının Koalisiyası) formatında daimi əsaslarla fəaliyyət göstərən qurum yaradılsın, hesabat formaları üzrə açıqlanan göstəricilər siyahısı genişləndirilsin, Memorandumda müvafiq dəyişikliklər edilməklə şirkətlərin fərdi açıqlamaları tətbiq olunsun, mədən sənayesinin digər sahələrində də şəffaflıq təşəbbüsünün tətbiqi vasitəsilə hesabatlılıq genişləndirilsin, mədən sənayesində fəaliyyət göstərən şirkətlər auditdən keçsin. Çıxışlardan sonra müzakirələr başladı, müzakirə zamani Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlı Dövlət Neft Fondu ilə səmərəli əməkdaşlıq qurduqlarını bildirdi. Eyni zamanda M.Qəhrəmanlı Dövlət Neft Fondunun, Azərbaycan Dövlət Neft Şirkətinin maliyyəsi ilə icra olunan layihələr barədə məlumatın alınmasında qarşılaşdıqları çətinliklərdən danışdı. Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl bildirdi ki, MHŞT üzrə hökümət komissiyasının fəaliyyəti formal xarakter daşıyır, bu istiqamətdə görülən işlər yalnız kemiyyət yüklüdür. Hesabatların sayına görə Azərbaycan dünyada lider ölkə olsa da onun keyfiyyətində heç bir dəyişiklik yoxdur, birinci və sonuncu hesabat formaları arasında da fərq görsənmir. İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin sədri Sabit Bağırov cıxışı zamanı diqqəti 2 məqama çəkdi, o qeyd etdi ki, birincisi, Norveç Hökümətinin rəsmi olaraq MHŞT-ni dəstəkləməsi və bu prosesə qoşulması mühüm hadisədir, ikincisi isə MHŞT ++ təşəbbüsünün reallaşması bu istiqamətdə görülən işlərə keyfiyyət dəyişikliyi gətirə biləcək. Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov əvvəlcə Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə barədə konfrans iştirakçılarını məlumatlandırdı. Sonra isə qeyd etdi ki, Azərbaycanda MHŞT-nin tətbiqi nəticəsində dövlət orqanlarına olan inam xeyli artmışdır.
◄ 1 ... 48 49 50 ... 53 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:26:54
|