Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Mətbuat üçün açıqlama (31/05/2008)

Mətbuat üçün açıqlama (31/05/2008)
Mayın 31-də Caspian Plazada “Mədən sənayesində şəffaflığı artırılması” (MSŞA) QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı keçirilib. Tədbirdə Koalisiya Şurasının Əlaqələndiricisi Qubad İbadoğlu X Ümumi Yığıncaqdan ötən dövr ərzində Koalisiya Şurasının gördüyü işlər, qarşılaşdığı çətinliklər və gələcək planlar barədə məlumat verib. Məlumatda bildirilib ki, hazırda Koalisiya üzvlərinin sayı 131-yə çatıb ki, onların da 116-sı QHT-lərin təmsilçisi, 15 nəfər isə fərdi üzv kimi bu Alyansda birləşiblər. Koalisiyanın beynəlxalq səviyyədə nüfuzunun artdığını bildirən natiqin verdiyi məlumata görə, dövr ərzində  Azərbaycanda MSŞT-nin tətbiqini öyrənmək üçün Kamboca dövlət nümayəndə heyətinin, Ukrayna və Qazaxıstan MSŞA Koalisiyasının nümayəndələri Azərbaycana səfər ediblər.

Bu dövr ərzində Koalisiyanin gördüyü işlərə gəlincə, Əlaqələndiricinin verdiyi məlumata görə, MHŞT üzrə 7-ci hesabat və auditor şirkətinin rəyləri təhlil edilib və Koalisiyanın xüsusi rəyləri açıqlanıb, Memorandumun, o sıradan da mövcud hesabat sisteminin  təkmilləşdirilməsinə dair Təkliflər hazırlanaraq Hökümət Komissiyasına təqdim edilib və bununla əlaqədar müzakirələr aparılıb, müxtəlif istiqamətlər üzrə 10  siyasət yazısı hazırlanıb, onlardan 4-nün ictimai müzakirəsi keçirilib, neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənilməsi, təhlil edilməsi və hesabatın hazırlanması istiqaməti üzrə və ARDNŞ-in maliyyə axınlarının izlənilməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi istiqamətində ilkin tədqiqat başa çatdırılıb. Neft gəlirlərinin şəffaflığı mövzusunda İctimai TV-də, 3 regional (Gəncə, Zaqatala və Quba)  televeziyada tok-şoular,Bakı və region Universitetlərində “Neft gəlirləri və onların səmərəli istifadəsi” mövzusunda 8 dəyirmi masa,“Dövlət xərcləmələri:şəffaflıq və səmərəlilik müstəvisində”, “Neft gəlirlərinin yerləşdirilməsi və idarə edilməsi: risklərdən necə sigortalanmalı?” adlı konfranslar, “Neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması”  məqsədilə 2 regionda (Göyçay, Xaçmaz şəhərlərində) orta məktəb müəllimləri və “Qadınların MSŞT cəlb edilməsi” məqsədilə xanımlar üçün seminarlar  keçirilib. Yaxın gələcəkdə görülən işlərə gəlincə, şirkətlərin fəaliyyətinin indikatorlar əsasında qiymətləndirmə sisteminin yaradılması və fərdi hesabatlılığa keçidlə bağlı vəkillik işinin qurulması, Neft Fondu haqqında Qanun layihəsinin  hazırlanması və populyarlaşdırılması, Qeyri-neft və qeyri- qaz (məsələn, dağ mədən) təbii ehtiyatlarının “Təşəbbüs”lə əhatə edilməsi məqsədilə müvafiq təklif hazırlanması, Azərbaycanda EİTİ qiymətləndirilməsi və  hesabatın hazırlanması, region Universitetlərində tələbə-gənclər üçün seminarın keçirilməsi, MSŞT hesabatları üzrə təhlillərin aparılması, kontrakt hüququna dair  təlimin təşkili nəzərdə tutulub. Eyni zamanda Koalisiyanin aylıq bülleteninin və rüblük jurnalının nəşri də davam etdiriləcək. Koalisiyanın qarşılaşdığı çətinliklər sırasında isə MSŞ təşəbbüsünün Mədən sənayesinin bütün sahələrində  tətbiqinə nail olunmaması  və şirkətlər tərəfindən hökümətə ödənişlər  barəsində fərdi hesabatlılığa keçid təmin edilməməsi qeyd olunub.

Müzakirələr zamanı Ümumi Yığıncağın iştirakçıları Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin təmsilçiliyinə nail olmaq, Neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənməsi, təhlil edilməsi və hesabatların hazırlanması məqsədilə bütün tərəflərdən olan mütəxəssislərin  iştirakı ilə ekspert qrupu yaratmaq,  Mədən sənayesində şəffaflığın artırılması və gəlirlərin səmərəli idarə edilməsi məqsədilə “Neft Fondu haqqında” Qanunun ilkin variantını hazırlamaq və vəkillik fəaliyyəti qurmaq, neft sektorundan daxilolmalar barəsində ən azı ildə 1 dəfə parlamentdə  hesabatlılığın təminatına çalışmaq və MSŞ təşəbbüsünün tətbiqində və dəyərləndirilməsində vətəndaş iştirakçılığının intensivliyini yüksəltmək məqsədilə hökümət Komissiyası, neft-qaz şirkətlərinin təmsilçiliyi ilə işçi qaydada Daimi Komitənin yaradılması barədə təkliflər səslənib.

Ümumi Yığıncaqda həmçinin Mədən sənayesində şəffaflığı artırılması QHT Koalisiyasının  ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramı da qəbul edilib.

 


1 ... 47 48 49 ... 53 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:26:56

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.404162