Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 12 May 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular

Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norvec Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində nəzərdə tutulan 5 istiqamətdən biri  “Regional TV-lərdə Tok-Şouların təşkili”dir.

Bu istiqamət üzrə 3 regionda – Zaqatala şəhərində “Aygün TV”, Quba şəhərində “Qütb TV”, Gəncə şəhərində isə “Alternativ” TV-də Tok-Şouların keçirilməsi nəzərdə tutulub. Aprel ayının 12-də Qubanın “Qütb TV”  kanalında, 19-da Zaqatalanın “Aygün TV”  kanalında, may ayının 13-də isə Gəncənin “Alternativ “ TV-də Tok-Şouların çəkilişlərinin aparılması ilə bağlı razılıq əldə olunub.

Tok-Şoularda iştirak etmək üçün MSŞAK-dan 3 ekspert seçilib. Ekspertlər Mirvari Qəhrəmanlı, Azər Mehtiyev və Qubad İbadoğludur. Artıq aprelin 12-də Qubanın “Qütb TV” kanalında ekspert M.Qəhrəmanlının iştirakı ilə Tok-Şounun çəkilişi aparılıb. Veriliş aprel ayının 20-də “Qütb TV”-də saat 17.00-da efirdə nümayiş olunub. Veriliş 1 ssat müddətində efirdə yayımlanıb. İstiqamət üzrə nəzərdə tutulan ikinci Tok-Şounun cəkilişi isə aprel ayının 19-da Zaqatalanın “Aygün TV” kanalında aparılıb. İkinci Tok-Şouda ekspert qismində A.Mehtiyev iştirak edib. MSŞTAK-nın Şura üzvü A.Mehtiyevlə aşağıdakı mövzular ətrafında müzakirələr, diskussiya aparılıb: 

1.  Azərbaycanın neft strategiyası, onun yaxın müddətli hədəfləri;

2.  Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunmasında vətəndaş cəmiyyətinin rolu;

3.  Neft gəlirlərinin səmərəli idarə edilməsinin Azərbaycan vətəndaşının sosial durumuna təsiri;

4.  Neft müqavilələri və BTC – Biz bu haqda nə bilirik?

5.  Neft gəlirlərinin Azərbaycanın regionlarının inkişafında, sosial-iqtisadi problemlərinin həllində rolu.

Qeyd edək ki, çəkiliş zamanı yuxarıda qeyd edilən mövzularla yanaşı Zaqatala sakinlərini maraqlandıran digər suallar da cavablandırılıb. Dünya bazarında neftin qiymətinin artması ilə əlaqədar baş verən dəyişikliklər, ölkədə həyata keçirilən sosial yönümlü islahatların mahiyyəti, xalqın milli sərvəti olan və bir zaman tükənəcək neftə alternativ digər mənbələrin axtarılması, neft ixrac edən bəzi ölkələrdə əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün tətbiq edilən təcrübələrin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü və sair.

Çəkilişdə yerli sakinlərdən 15 nəfər iştirak edib.  

Tok-şounun Zaqatalanın “Aygün TV”-nin efirində nə zaman nümayiş olunacağı ilə bağlı Koalisiya üzvlərinə əlavə məlumat veriləcək.

Layihənin icrasına məsul
Mətanət Müslümqızı


1 ... 45 46 A


Sənədin sonuncu korrektə tarixi: 25/4/2008 - 19:13:10

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.139638