|
|
|
|
TƏRƏFDAŞLAR |
|
 |
|
 |
|
 |
|
BİZİM KOORDİNATLAR |
Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20 |
|
|
|
|
|
İctimai Birliklərin “Mədən
sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin
yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda
Dəyirmi Masanın
PRESS-RELİZİ (Bakı şəhərı,
BMM, 18/04/2008)
İctimai Birliklərin “Mədən
sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin
yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda
Dəyirmi Masanın
PRESS-RELİZİ (Bakı şəhərı,
BMM, 18/04/2008)
 Azərbaycan
Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ötən ilin avqust ayı ilə
müqayisədə 2,017 milyon dollardan bu ilin aprelin 1-ə 3,335 milyon dollaradək
artmışdır. Yalnız bu ilin birinci rübündəki artım 860,48 milyon dollar olmuşdur.
Fondun 2008-ci il üçün büdcəsi 3,6, xərcləri isə 1,68 milyard manat təsdiq
edilsə də bu ilin mayında dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdə
fondun büdcəsinə də baxılması nəzərdə tutulur. Neftin dünya bazar qiymətinin
yüksəlməsi fondun gəlirlərinin artmasına imkan yaradıb.
Bununla belə, hələ də fondun vəsaitlərinin yerləşdirilməsi istiqamətləri ilə bağlı bəzi narahatçılıqlar qalmaqdadır. ARDNF-in investisiya portfelinin aktivlər üzrə bölgüsündə qiymətli kağızlar üstünlük təşkil edir. Bu il aprelin 1-ə olan məlumata görə, həmin istiqamətə 2,495 milyon dollar yönəldilmişdir ki, bu da bütün aktivlərin 75,49 faizini təşkil edir. Bu maddə altında səhmlərə cəmi 2,81 milyon dollar, yəni bütün aktivlərin 0,09 faizi yönəldilmişdir. Halbuki, hətta ölkə prezidenti də neft gəlirlərinin səhmlərin alınmasına yönəldilməsinin tərəfdarı olduğunu bildirmişdir və bu istiqamət daha gəlirləri hesab edilir. Dünyada ipoteka böhranı müşahidə edildiyi bir vaxtda ipoteka istiqrazlarına yönəldilən vəsaitin həcmi (3,65 milyon dollar) səhmlərin alınmasına yönəldilən puldan çoxdur. ARDNF-in investisiya portfelinin coğrafi bölgüsündə Amerika daha öndədir. Portfelin 49,37 faizi bu qitənin daha doğrusu Birləşmiş Ştatların payına düşür. ABŞ-da iqtisadi böhranın dərinləşməsinə baxmayaraq bu ölkənin investisiya portfelində öndə olması fondun gəlirlərinə heç də pozitiv təsir göstərmir. Əgər 2007-ci ildə fondun aktivlərinin xarici valyutalar üzrə bölgüsündə ABŞ dollarının çəkisi 55 faiz idisə bu il aprelin 1-ə olan məlumata əsasən bu pay 63,03 faizədək artırılıb. ABŞ dolları ilə aktivlərin saxlanmasının gəlirli olmamasına baxmayaraq fond dollar ilə yığımları artırmışdır. 2007-ci ildə ARDNF Society Generale (Fransa) Bankında 25 milyon avro depozit yerləşdirib və 2 həftədən sonra geri götürüb. Bu bankın xalis gəlirlərinin kəskin azaldığı (2006-cı ildə 5,2 milyard avrodan 2007-ci ildə 0,9 milyard avroyadək azalıb) və adının bir sıra maliyyə qalmaqallarında hallandığı bir vaxtda fondun iki həftəlik depozit əməliyyatını izah etmək çətindir. ARDNF-in investisiya siyasəti göstərir ki, Norveç modelinin öyənilib tətbiq edildiyi bildirilsə də fondun iş prinsipin tamamilə fərqlidir. Eyni zamanda ARDNF-in bankları seçərkən tətbiq etdiyi qiymətləndirmə mexanizmi mükəmməl deyil. Fond sterilizasiya əvəzinə stabilləşmə siyasətinə üstünlük verir. Vugar Bayramov. Neft gəlirlərinin yerləşdirilməsi və idarə edilməsi: risklərdən necə sığortalanmalı
◄ 1 ... 44 45 46 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 21/4/2008 - 15:26:4
|
|
|