|
“Neft gəlirlərinin
xərclənməsində şəffaflığın artırılması” layihəsi
“Neft gəlirlərinin
xərclənməsində şəffaflığın artırılması” layihəsi
 Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norvec Krallığının
Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Neft gəlirlərinin
xərclənməsində şəffaflığın artırılması” layihəsini həyata keçirir. Layihə
çərçivəsində nəzərdə tutulan 5 istiqamətdən biri “Regional TV-lərdə
Tok-Şouların təşkili”dir.
Bu istiqamət üzrə mart ayı ərzində 3 regionda – Quba, Zaqatala və Gəncə şəhərlərində hazırlıq işləri aparılıb. Zaqatala şəhərində “Aygün TV”, Quba şəhərində “Qütb TV”, Gəncə şəhərində isə “Alternativ” TV-də Tok-Şouların keçirilməsi üçün danışıqlar aparılıb. Əldə olunan razılığa əsasən aprelin 12-də Qubanın “Qütb TV” kanalında, aprelin 19-da Zaqatalanın “Aygün TV” kanalında, may ayının 13-də isə Gəncənin “Alternativ “ TV-də Tok-Şouların çəkilişləri aparılacaq. Tok-Şoularda iştirak etmək üçün MSŞAK-dan 3 ekspert seçilib. Ekspertlər Mirvari Qəhrəmanlı, Azər Mehtiyev və Qubad İbadoğludur. Ekspetlər M.Qəhrəmanlı aprelin 12-də Qubanın “Qütb TV” kanalında, A.Mehtiyev Zaqatalanın “Aygün TV” kanalında, Q.İbadoğlu isə Gəncənin “Alternativ” kanalında çəkilişləri aparılacaq Tok-Şoularda seçilmiş mövzular ətrafında çıxış edəcəklər. Ekspertlərlə layihənin mahiyyəti, seçilmiş mövzular, Tok-Şouların keçiriləcəyi ilə bağlı müzakirələr aparılıb. Tok-Şoularda aşağıdakı mövzular ətrafında müzakirələr, diskussiya aparılacaq. 1. Azərbaycanın neft strategiyası, onun yaxın müddətli hədəfləri; 2. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunmasında vətəndaş cəmiyyətinin rolu; 3. Neft gəlirlərinin səmərəli idarə edilməsinin Azərbaycan vətəndaşının sosial durumuna təsiri; 4. Neft müqavilələri və BTC – Biz bu haqda nə bilirik? 5. Neft gəlirlərinin Azərbaycanın regionlarının inkişafında, sosial-iqtisadi problemlərinin həllində rolu. İstiqamət üzrə nəzərdə tutulmuş ilk tədbir artıq həyata keçirilib. Aprelin 12-də Quba şəhərində “Qütb TV”-də ekspert M.Qəhrəmanlının iştirakı ilə Tok-şounun çəkilişi aparılıb. Çəkilişdə yerli sakinlərdən 10 nəfər iştirak edib. Tok-şounun efirdə nümayiş olunacağı vaxtla bağlı şebekeye elave melumat verilecek. Layihənin icrasına məsul Mətanət Müslümqızı P.S. Hörmətli Kolisiya üzvləri! MSŞTAK-nin Norveç Kralliğinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Neft gəlirlərinin xərclənməsində şəffafliğin artırilması" layihəsi üzre "Region TV-lərde Tok-Şouların keçirilməsi" istiqamətinin ilk tədbiri keçirilib. Nəzərinizə catdırıram ki, Tok-Şou aprelin 20-də saat 5.00-da Qubanın "Qütb TV" kanalının efirinde yayimlanacaq.
◄ 1 ... 42 43 44 ... 46 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 17/4/2008 - 19:23:37
|