|
05 aprel
2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
05 aprel
2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
 Gündəlikdə
bir məsələ dururdu: AİMROC (Beynəlxalq Əməliyyat Şirkəti) şirkətinin
fəaliyyətə başlaması il əlaqədar MSŞA Koalisiyası Gəncə şöbəsinin yaxın
perespektivdə görəcəyi işlərə dair müzakirənin aparılması.
Gündəlikdə duran məsələ ilə bağlı Şöbənin şura üzvü İ.Abbasov çıxış etdi. O öz çixişında aşağıdakılar barəsində danışdı. AİMROC şirkəti regionun 3 bölgəsində (Daşkəsən rayonunun Çovdar, Gədəbəy rayonunun Qaradağ, Xanlar rayonunun Kürəkçay kəndləri) mədənçıxarma işləri ilə bağlı dəqiqləşdirici kəşfiyyat işlərinə başlamışlar. Məlumdur ki, mədənçıxarma işlərində sosial və ətraf mühitə güclü təsirlər olur. Buna görə də şöbənin qarşısında duran məsələlərdən biri də şirkətin fəaliyyətinə bir neçə istiqamətdə nəzarətin həyata keçirilməsidir/ Şöbə üzvlərinin şirkətin məsul şəxsləri ilə görüşlərindən məlum olmuşdur ki, şirkət ətraf mühitə vurulan zərbələri minimuma endirmək məqsədi ilə son məhsulun alınmasında ən müassir texnalogiyalardan istifadə etməyi, eləcə də, təsirlərə məruz qalmış icmalarda və ümumiyyətlə regionda böyük həsmdə sosial-sərmayə proqramlarının da həyata keçirməsini nəzərdə tutmuşdur. Gündəlikdə duran məsələ ilə bağlı qərara alındı: -Şöbə şirkətlə bundan sonra da, sıx əlaqə saxlamağı, -eyni zamanda qeyd olunan rayonların icra strukturları, bələdiyyələr və icmalarla əlaqəni möhkəmləndirməyi, -icmalarda məlumatlandırıcı və maarifləndirici işlərin genişləndirilməsininə dair ardıcıl, davamlı işlərin aparılmasını v. s. O da qeyd olunmalıdır ki, sözügedən şirkətin məsul məmurları ilə ilkin danışıqlarda onların Memoranduma qoşulmalarına dair razılıq əldə olunmuşdur. MSŞA Koalisiyası Gəncə şöbəsinin informasiya xidməti
◄ 1 ... 41 42 43 ... 46 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 17/4/2008 - 19:23:32
|