|
ARDNŞ-nin
maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının
qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
ARDNŞ-nin
maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının
qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
 Fevralın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflıq Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə İctimai Birliklərin Koalisiyasının "ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfransı keçirilib. MSŞA üzrə İctimai Birliklərin Koalisiyasının koordinatoru Qubad İbadoğlu, layihənin rəhbəri Zöhrab İsmayıl və ekspert Rövşən Ağayevlə yanaşı yerli ekspertlər, dövlət qurumlarının və ARDNŞ-nin nümayəndələri, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Azərbaycandakı diplomatik korpusunun təmsilçilərin və media mənsublarıi iştirak ediblər.
MSŞA üzrə İctimai Birliklərin Koalisiyasının koordinatoru, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib ki, Azərbaycanda MSŞA QHT koalisiyası olaraq artıq bir neçə müddətdir ki, "ARDNŞ-nin maliyyə axınlarının izlənməsinin təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" çərçivəsində Dövlət Neft Şirkəti maliyyə axınları və şəffaflıq istiqamətində araşdırmalara başlayıb: "Bu araşdırmaları MSŞA QHT-nin üzvü Azad İqtisadiyyata yardım İctimai Birliyi həyata keçirir. Azad İqtisadiyyata Yardım İctimai Birliyinin fəaliyyət proqramı çərçivəsində gördüyü işlərin nəticəsini biz ötən ilin sonlarında sizə təqdim etmişdik. Bu təqdimatın yekun variantının 1-ci mərhələsini əhatə edir. Tədqiqat davamlı olacaq. Təəssüfləndirici haldır ki, dəfələrlə Dövlət Neft Şirkətinə müraciət etsək də, sorğulara cavab ala bilməmişik. Güman edirik ki, nə vaxtsa suallarımız cavablandırılacaq, onda bizim tədqiqatımız daha da zəngin, mükəmməl formaya düşəcək. Biz ARDNŞ ilə üçtərəfli memorandum çərçivəsində əməkdaşlıq edirik. Növbəti mərhələlərdə əməkdaşlığımızı daha da genişləndiriləcəyik". Layihə ilə bağlı geniş məlumat verən Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd MSŞT-yə qoşulmuş yerli şirkətlərdə şəffaflığın, hesabatlılığın artırılmasına yardımçı olmaqdır. Z.İsmayılın dediyinə görə, layihənin birinci məhsulu ARDNŞ-nin maliyyə axınlarının izlənməsinə dair xülasə, ikinci məhsulu isə şirkətin maliyyə axınlarının izlənməsi və şəffaflığın qiymətləndirilməsi üzrə indikatorların hazırlanmasıdır: "ARDNŞ-nin maliyyə axınlarının izlənməsinə dair xülasə 6 bölmədən ibarətdir. Bura Dövlət Neft Şirkətinin gəlirlərinin formalaşması, şirkətin vəsaitlərindən istifadə, debitor və kreditor borcları, şirkətin mənfəəti, maliyyə vəsaitlərinin izlənməsi və büdcə ödənişlərinin hesablanması sahəsində problemlər daxildir. "Neft və neft məhsullarının nəqli ilə bağlı xərclər şirkətin hesabatında ümumiləşdirilmiş formadadır, bu barədə hər hansı dəqiq məlumat verilmir. Lakin tədqiqat zamanı qeyri-rəsmi kanallarla əldə olunan məlumatlara görə, neft və neft məhsullarının nəqlinə çəkilən xərclər onların satış qiymətinin təxminən 7-8%-ni təşkil edir. Şirkətin 2006-cı ildə neft məhsullarının satış dövriyyəsinin 2,5 milyard manat olduğunu nəzərə alsaq, şirkətin nəqletmə xərcləri təxminən 240-250 milyon manat olub" Dövlət Neft Şirkətinin vergi ödənişləri və sosial ayırmaları, borcları, mənfəəti və digər xərcləri haqqında ətraflı məlumat verən Z.İsmayıl sonda layihə üzrə indikatorların işlənməsinin vacibliyini və onların adlarını açıqlayıb: "Hazırlanmış indikatorlar standart sturuktura malikdir və onların hesablanması üçün standart formuldan istifadə olunub. Şəffaflıq hesabatlılığının qiymətləndirilməsi üçün indikatorlara ümumi hesabatlılıq, hesabatın açıqlanma vaxtı, MSŞT prosesində rəsmi və ümumi açıqlamalarda iştirak, maliyyə hesabatı üzrə modelin mövcudluğu, illik mühasibat balansı göstəricilərinin və kənar auditlərin əlçatanlığı və sairə daxildir". Tədbirdə ARDNŞ İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Vaqif Mustafayev və Vergilər Nazirliyinin şöbə rəisi Ağaəli Tahirov da çıxış ediblər. Məlumat üçün bildirək ki, "ARDNŞ-ın maliyyə axınlarının izlənməsinin təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
◄ 1 ... 37 38 39 ... 46 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/2/2008 - 12:38:29
|