Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 22 May 2008, Cümə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Mətbuat üçün açıqlama 11.02.2008
Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının mənzil qərargahında Dünya Bankının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirildi.Görüşdə  MSŞA Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu təqdimatla çıxış edərək Azərbaycanın neft sənayesi, hasilat və maliyyə göstəriciləri, eyni zamanda gələcəyə olan proqnozlar barədə məlumat verdi. Azərbaycanın MHŞT-yə qoşulan ilk dövlətlərdən biri olduğunu vurğulayan natiq üçtərəfli Memorandumun imzalanması barədə məlumat verdi və bundan sonra QHT-lərin İctimai Birliyi kimi Koalisiyanın fəaliyyətə başladığını söylədi. Q.İbadoğlu Koalisiyanın strukturu, həyata keçirilən layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat çatdırmaqla yanaşı müxtəlif donorların bu fəaliyyətə verdikləri dəstəyin əhəmiyyətini qeyd etdi.

Kamboca nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat və Maliyyə Nazirliyinin baş katibi Hanq Çuon Naron neftdən əldə olunan gəlirlərin monitorinqinin həyata keçirilməsinin ölkə üçün əhəmiyyətlini vurğulayaraq bu sahədə Azərbaycan QHT Koalisiyasının fəaliyyətinin təqdirəlayiq olduğunu söylədi. Qonaq Azərbaycanın bu sahədə əldə etdiyi uğurların çox maraqlı və örnək olduğunu qeyd edərək hökumətlə MSŞA Koalisiyasının əlaqələrinin necə qurulması barədə məlumat verilməsini istədi.

Koalisiyanın əlaqələndiricisi Q.İbadoğlu qurum tərəfindən verilən təkliflərin hökumət tərəfindən qəbul edilməsində müəyyən çətinliklərin olduğunu, xüsusən layihələrin icrası zamanı şirkətlərin xərcləri ilə bağlı informasiyaların əldə edilməsinin mümkün olmadığını açıqladı. Müstəqil auditorların hökumətin və şirkətlərin Hesabatlarına verdiyi Rəylərdə davamlı olaraq problemlərin təkrarlandığını nəzərə çatdıran qurum rəsmisi uçot, hesabat standartlarının, ölçü vahidlərinin müxtəlifliyi və digər səbəblərdən əldə edilən gəlirlərlə bağlı fərqlərin aşkar edildiyini qonaqların diqqətinə çatdırdı.

Görüşdə iştirak edən digər Şura üzvləri Fəqan Əliyev, İlham Hüseynli və Dünya Sakit Koalisiyanın həyata keçirdiyi fəaliyyət nəticəsində vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində meyllərin gücləndiyini, mədən sənayesinin digər sahələri üzrə şəffaflığın həyata keçirilməsinə diqqət yetirildiyini bildirdilər.

 Görüşün sonunda Azərbaycan və Kambocanın Qeyri Hökumət təşkilatları arasında əlaqələrin qurulmasının əhəmiyyəti vurğulandı. Qonaqlar əminliklərini bildirdilər ki, MSŞA Koalisiyasının fəaliyyəti Azərbaycanda mədən sənayesindən əldə olunan gəlirlərin şəffaflığına istiqamətlənməklə ölkənin rifahına xidmət edəcək.

Əlavə məlumat əldə etmək  istəyənlər  «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadəyə (050 333 3448) müraciət edə bilər.


1 ... 36 37 38 ... 46 A


Sənədin sonuncu korrektə tarixi: 16/2/2008 - 12:38:27

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.187887