Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 22 May 2008, Cümə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş

Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
 30 iyun 2007-ci il tarixində başa çatan 6 ay üzrə “müstəqil mühasiblərin hesabatı (7-ci hesabat)” ilə bağlı İctimaiBirliklərin Mədən Sənayesində Şəffalığın Artırılması (MSŞA) Koalisiyasının rəyi təqdim olundu. Koalisiyanın koordinatoru Qubad İbadoğlu İctimai Birliklərin MSŞA Koalisiyasının 7-ci hesabat üzrə növbəti auditin  nəticələrini açıqlanmasını önəmli hadisə saydığını dedi.

“Lakin qeyd etmək yerinə düşərdi ki, hesabatlarda olan uyğunsuzluqların say çoxluğu və təkrarçılığı narahatlıq yaradır. Bu uyğunsuzluqların 8-i hökumətlə xarici şirkətlərin hesabatları arasında, 4-ü hökumətlə yerli şirkətlərin hesabatları arasında meydana çıxıb. Müstəqil mühasiblərin bundan əvvəlki hesabatında da (6-cı hesabat) - 31 dekabr 2006-cı il tarixdə başa çatan il üzrə hökumətin və yerli və xarici şirkətlərin hesabatlarının tutuşdurulması zamanı - 12 uyğunsuzluq olub. Bunların 9-u hökumətlə xarici şirkətlərin hesabatları arasında, 3-ü isə hökumətlə yerli şirkətlərin hesabatları arasında yaranıb. Bu uyğunsuzluqların əksəriyyəti məzmunca da oxşar olub. Müvafiq hesabatların hazırlanması və təqdim edilməsi sahəsində artıq kifayət qədər təcrübə toplanmasına rəğmən (artıq 7-ci dəfədir ki, belə hesabatlar hazırlanır) hesabatlarda bu qədər “səhv”lərə yol verilməsi, bunların sayının azalmaq əvəzinə artmağa doğru meyllənməsi və xüsusilə, uyğunsuzluqların məzmunca təkrarlanması yolverilməz hesab olunmalıdır. Koalisiyanın əvvəlki rəylərində də bu məsələ dəfələrlə tərəflərin diqqətinə çatdırılsa da problemin davam etməsini təəssüf hissi ilə qeyd etməliyik. Koalisiya bu vəziyyəti hesabatları hazırlayan tərəflərin məsələyə kifayət qədər ciddi münasibət göstərməməsi kimi qiymətləndirir”.

Q.İbadoğlu bildirdi ki, hökumətin auditor şirkətinə təqdim etdiyi hesabatda xarici şirkətlərin ödədiyi mənfəət vergisinin məbləği dollarla, ictimaiyyətə açıqladığı hesabatda isə manatla göstərilib.

İqtisadçı-ekspert dedi ki, hesabat dövründə ölkəmizin xeyrinə planlaşdırılan dəyişikliklər gözlənildiyi kimi qeydə alınmayıb: “Hesabat dövründə (2007-ci ilin 6 ayında) ABƏŞ tərəfindən hasil edilən bütün neftin təxminən 20 faizə qədəri hökumətin payına düşüb. Xatırladım ki, ötən ilin müvafiq dövründə bu nisbət 11,8 faiz, ötən il ərzində isə 13 faiz olub. Bunu təsdiq edən aşağıdakı rəqəmlərə nəzər yetirək. bp-nin müvafiq hesabatından məlumdur ki, 2007-ci ilin 6 ayında ABƏŞ-in bütövlükdə kapital xərcləri -1.337 mlrd.dollar, əməliyyat xərcləri  isə 180 mln. dollar olub. O da məlumdur ki, bu dövr ərzində saziş çərçivəsində cəmi yüklənmiş xam neft 14 milyon 877 min 266,75 ton təşkil etmişdir. 2007-ci ilin 6 ayında Brent markalı neftin Aralıq dənizi hövzəsi üçün orta  aylıq  qiymətinin  63,31 dollar olmasını nəzərə alsaq, 2007-cı ilin 6 ayında cəmi 6.952 mln. dollar məbləğində ümumi gəlir əldə edilib. Kapital və əməliyyat xərclərini çıxandan sonra hesabat dövründə bölüşdürülməli olan mənfəət nefti 5.435 mln. dollar məbləğində qalır. Onda Azərbaycan hökumətinə çatan məbləğ 1.630 mln. dollar olmalıdır. Hesabatda göstərildiyi kimi, dövr ərzində xarici şirkətin hasilatında hökumətin natural şəkildə payı 16 mln. barrel, pul şəklində payı isə 23,2 mln. dollar təşkil edib. Bu isə o deməkdir ki, həmin dövrə olan orta qiymətlə  dövlətin bu dövr üçün ümumi payı 1.035 mln.dollar olur. Bu isə bölüşdürülməli olan mənfəətin 20 faizinə qədərini təşkil edir.

Yerli şirkətlərin, xüsusilə ARDNŞ-in hesabatlılıq sistemi və hökumətə ödəmələri ziddiyyətli xarakter daşıyır. Son  hesabatlar üzrə audit rəyinin təhlili göstərdi ki, yerli şirkətlərdən hökumətə daxilolmalar haqqında məlumat yenə də ziddiyyətlidir.

Konkret olaraq yerli şirkətlərin ödədikləri mənfəət vergisinin həcmi ilə əlaqədar narahatlıq Koalisiyanın əvvəlki rəylərində (xüsusilə 5-ci hasabat rəyində) ifadə olunub.

Anlaşılmazlıq yaradan da məhz son 3 ilin ilk 6 ayları üzrə yerli şirkətlərin hökumətə ödənişlərinin məbləğlərində olan cüzi dəyişikliklərdir. Halbuki, həm hasilat həcmlərinin artması, həm də dünya neft bazarının əlverişli konyukturası prosesin kəskin artıma doğru meylli olmasına gətirib çıxartmalı idi”.


1 ... 35 36 37 ... 46 A


Sənədin sonuncu korrektə tarixi: 12/2/2008 - 10:39:47

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.177644