Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 22 May 2008, Cümə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

23 yanvar 2008: Mətbuat üçün açıqlama

23 yanvar 2008: Mətbuat üçün açıqlama
25 yanvar 2008-ci il tarixdə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində (F.Əmirov, 1) İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Koalisiyası 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirəcək.

Bu sənəd beynəlxalq və regional səviyyədə müşahidə olunan dəyişiklikləri, ölkə daxilində qərarlaşmış tendensiyaları, strateji fəaliyyət istiqamətlərini, eləcə də koalisiyadaxili ictimai rəyi nəzərə almaqla hazırlanıb.

2008-ci ilin seçki ili olduğunu nəzərə alaraq,  prezidentliyə namizədlər, onların təmsil etdikləri siyasi partiyalarla  əməkdaşlıq istiqamətində layihələrin həyata keçirilməsinə zərurət yaranır. Bu istiqamətdə layihələrin  məqsədi prezidentliyə namizədlərin platformasında  neft gəlirlərinin ədalətli bölgüsü, səmərəli idarəedilməsi və şəffaf istifadəsi üzrə Koalisiyanın təkliflərinin daxil edilməsi və  onun təbliğat vasitələrindən birinə çevrilməsidir.

MSŞA Koalisiyasının beynəlxalq və regional miqyasda  diqqət mərkəzində olması əldə olunmuş nəticələrin Azərbaycan sərhədlərindən kənarda da yayılması və bir sıra ölkələr üçün önəmli təcrübə rolunu oynaması bu istiqamətdə fəaliyyətin əhəmiyyətini artırır.

MSŞA Koalisiyasının 2008-ci il üzrə Fəaliyyət Proqramında prioritet olan 5 əsas sahə də açıqlanır ki, bunlar dövlət orqanları və neft-qaz sektorunda fəaliyyət göstərən  şirkətlərin  hesabatlılığın və şəffaflılığın artırılması, ARDNF-nin maliyyələşdirdiyi layihələrin monitorinqi və onların səmərəliliyinin qiymətləndirlməsi, Azərbaycanda MSŞT-nin tətbiqinin dəyərləndirilməsi prosesində MSŞA Koalisiyasının iştirakı, digər  vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlığın gücləndirilməsi və vəkillik fəaliyyətinin genişləndirilməsi, beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsidir.

Əlavə məlumat əldə etmək  istəyənlər  «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadəyə (050 333 3448) müraciət edə bilər.


1 ... 33 34 35 ... 46 A


Sənədin sonuncu korrektə tarixi: 5/2/2008 - 16:32:40

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.145192