Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 22 May 2008, Cümə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama

İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası çərçivəsində Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadə edilməsi ilə bağlı hesabat hazırlayıb. Hesabatın təqdimatı dekabrın 19-da Hyatt Reycensi Hotelində təşkil edilmişdir. Təqdimetmə mərasimində dövlət qurumlarının, eləcə də Dövlət Neft Fondunun və Dövlət Neft Şirkətinin, şirkətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələri iştirak etmişdirlər.

Koalisiyanın kordinatoru Qubad İbadoğlu koalisiya çərçivəsində həyata keçirilən layihələr ilə bağlı məlumat verərək İqtisadi və Sosial İnkişaf Mərkəzi apardığı tədqiqatın neft gəlirlərindən səmərəli istifadə imkanlarının təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.

İSİM rəhbəri, iqtisad elmləri namizədi Vüqar Bayramov bildirmişdir ki, tədqiqat zamanı həm xarici ölkələrin, xüsusən də Norveç və Qazaxıstanın təcrübəsi ətraflı öyrənilərək ondan istifadə imkanları təhlil edilmişdir. Bununla yanaşı, Dövlət Neft Şirkətinin fəaliyyəti də təhlil obyekti olmuşdur.

V.Bayramov sterilizasiya tədbirlərinin gücləndirilməsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, Neft Fondundan dövlət büdcəsinə ayrılan transferlərin həcminə limitlərin tətbiq edilməsi vacibdir. Norveç Neft Fondundan büdcəyə ayırmalar fondun illik gəlirinin 4 faizindən çox ola bilməz.

V. Bayramovun fikrincə, fondun investisiya portfelinin strukturunda dəyişdirilməsi vacibdir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 55%-i ABŞ dollarında ifadə olunan aktivlərə, 35%-i AVRO-da ifadə olunan aktivlərə, 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir. V.Bayramovun sözlərinə görə, dünya maliyyə bazarındakı tendensiyaya uyğun olaraq dollarla saxlanılan aktivlərin həcminin azaldılması hesabına Avro ilə yığım artırılmalıdır.

Vüqar Bayramov bildirdi ki, neft pullarının səmərəli istifadəsi ilə bağlı xüsusi meyarlar işlənilib və Neft Fondundan vəsaitlərin həmin meyarlar əsasında ayrılması təklif olunur. Başqa tərəfdən, Neft Fondunun vəsaitlərinə iddia edilən qurumlar üçün xüsusi meyarlar sistemi işlənmişdir və bunların da layihələrin maliyyələşdirilməsi zamanı tətbiq edilməsi təklif edilir.

İSİM rəhbəri əlavə etdi ki, neft fondunun vəsaitlərindən səmərəli istifadəsi sektorlar üzrə də qiymətləndirilir və bu zaman yalnız iqtisadi, statistik metodlardan deyil həmçinin eknometrik modellərdən də istifadə edilir. Bu modellər investisiya xarakterli vəsaitlərin səmərəlik dərəcəsini müəyyənləşdirməyə imkan verəcək.

Dövlət Neft Fondunun Müşfiq Bayramov çıxışında tədqiqatın nəticələrinə müsbət münasibət bildirərək belə fəaliyyətin fondun fəaliyyətinə pozitiv dəstək olduğunu bildirmişdir. Onun sözlərinə görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin bəzi təklifləri artıq fondun gündəmində olan məsələlər ilə bağlıdır. M. Bayramov Dövlət Neft Fondu haqqında qanun qəbul edilməsinin vacibliyini bildirərək təmsil etdiyi qurumun benchmark indeksindən istifadə etdiyini və çevik valyuta siyasətinin həyata keçirildiyini dedi.

Daha sonra koalisiya üzvləri Sabit Bağırov, Sevgim Rəhmanov, Mirvari Qəhrəmanlı, Vüsal Qasımlı, Fəridə Hüseynova, Dövlət Statistika Komitəsinin şöbə müdiri Yusif Yusifov, BP Azərbaycanın əməkdaşı Alı Qara, Azərbaycan İqtisadçılar İttifaqının nümayəndəsi Elşad Səmədzadə və tədbirin başqa iştirakçıları neft gəlirlərindən səmərəli istifadə istiqamətləri ilə bağlı öz fikirlərini bölüşdülər.

Qeyd edək ki, layihə Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşdirilib.

Əlavə məlumat üçün İqtisadi və Sosial İnkişaf Mərkəzinin İctimai Əlaqələr Şöbəsi ilə 5 94 42 48 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

 


1 ... 32 33 34 ... 46 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:30:20

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.146309