|
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi
vəziyyət müzakirə olunub
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi
vəziyyət müzakirə olunub
İctimai Birliklərin “Mədən sənayesində
şəffaflığın artırılması” Koalisiyasının koordinatoru Qubad İbadoğlu
noyabrin 1-dən -3-dək Almaniyanın Berlin, 4-dən 6-dək isə Hindistanın Qoa
şəhərlərində beynəlxalq konfransda iştirak edib.
Almaniyada PASOS (Açıq Cəmiyyət İnstitutları Şəbəkəsi) şəbəkəsinin təşkilatçılığı ilə keçirilən konfrans “Aşıq cəmiyyətə doğru oxşar xarici siyasət prioritetləri” mövzusunda olub. Beynəlxalq tədqiqat institutlarının nümayəndələrinin qatıldığı konfranda Avropa Birliyinin şərq qonşularında sabitlik və demokratik islahatları hansı strateji düşüncələr hərəkətə gətirə bilər sualına cavab axtarılıb. Konfransın müzakirəyə təqdim etdiyi çoxsayli mövzular üzrə təşkil olunan panellərdən ikisində Azərbaycanla bağlı vəziyyət daha dolğun və geniş müzakirə edilib. Belə ki, “Avropada enerji təhlükəsizliyi və mədən sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu, “Avropa qonşuluq siyasəti Avropa inteqrasiyasında və “dondurulmuş” münaqişələrin həllində alət kimi” mövzusunda isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri (İSİM) Vuqar Bayramov çıxış edərək, konfrans iştirakçılarının çoxsayli suallarını cavablandırıblar. Konfransin sonraki iş günləri PASOS illik yığıncağı formatında davam etdirilib və təşkilatının daxili işlərinə, o sıradan yeni üzvlərin qəbulu məsələrinə həsr olunub. PASOS təşkilatının icracı direktoru Jeff Lovitin hesabatı dinlənilib. İdarə Heyətinə yeni üzvlər seçilib. Məlumat üçün qeyd ki, PASOS təşkilatının Avropanın 21 ölkəsindən 33 üzvü var. Azərbaycanı bu nüfuzlu şəbəkədə İTM və İSİM təmsil edir. Konfransın yekunda iştırakçılar PASOS üzvlərinin imkanlarından istifadə yolu ilə Avropada inteqrasiyanın gücləndirilməsi, yeni qonşuluq siyasətinin inkişaf etdirilməsi, şəffaflıq təşəbbüslərinin dəstəklənməsi və bu istiqamətdə bir sıra layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilməsi qərarına gəliblər. Avropadakı beynəlxalq konfransdan sonra Qubad İbadoğlu noyabrın 4-dən 6-dək Asiyada tədqiqatçıların toplaşdığı 13-cü İssık-Kul forumunda iştirak edib. Hər il davamlı olaraq Sasakava Sülh Fondu tərəfindən həyata keşirilən bu dəfəki Forum Hindistanda Goa Beynəlxal Mərkəzdə təşkil olunmuşdu. Konfrans “Mərkəzi Asiya və Cənubi Qafqazda daxili vəziyyət və stratejı ölçülər” mövzusuna həsr edilmişdi. Konfransda dünyanın 20-dək ölkəsindən 30-dan çox nümayəndə iştirak edirdi. Konfransda Azərbaycandan İTM sədri Qubad İbadoğlu və Xəzər Universitetinin nəzdində İqtisadi və Biznes Təhsili Mərkəzinin sədri Fuad Rəsulov təmsil olunurdu. Konfransda hər iki ekspertin Azərbaycanda iqtisadi vəziyyət barədə mərüzələri dinlənilib. Belə ki, Qubad İbadoğlu “Azərbaycanın neft və qaz sektorunda cari vəziyyət, inkişaf trendləri və perspektivləri” mövzusunda, Fuat Rəsulov “Azərbaycandaki iqtisadi və sosial vəziyyətin region, xüsusilə də Cənubi Qafqaz ökələri ilə müqayisəsi” mövzusunda çıxış ediblər. Konfransda iştırak edən ekspertlər regionda iqtisadi vəziyyətlə yanaşı, Mərkəzi Asiya Qərblə islam dünyası arasında, Azərbaycanda islam, Qazaxıstanda terror, Rusiya və Çin əməkdaşlığı kimi çoxçeşidli mövzularda müzakirələr aparıblar. Müzakırələrdə ABŞ-ın, Yaponiyanın, Hindistanın, Malayziyanın, Rusiyanın, Cənubi Qafqaz və Mərkəzi Asiyanın tanınmış ekspertləri iştirak ediblər. Məlumat ücün qeyd edək ki, 1-ci İssık-Kul forumu 1995-ci ildə Qirğızıstanda keçirilib. Forum artıq 13 ildir ki, bu adla davamlı şəkildə Asiyanın müxtəlif ölkələrində Mərkəzi Asiyanın və Cənubi Qafqazın siyasi, iqtisadi və geostrateji məsələlərini müzakirə edir. Onun işində adətən Rusiyanın, Mərkəzi Asiyanın və Cənubi Qafqazın alimləri iştirak etdiyindən bu Forum region tədqiqatçıların illik yığıncağı kimi də tanınır. Iqtisadi Tədqiqatlar Mərkəzinin ictimaiyyətlə ələqələr xidməti 09 Noyabr 2007-ci il
◄ 1 ... 31 32 33 ... 46 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:30:18
|