|
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT
nümayəndələri ilə görüş keçirilib.
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT
nümayəndələri ilə görüş keçirilib.
 05 oktyabr 2007-ci il tarixdə Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyasının mənzil qərargahında Qırğızıstan vətəndaş
cəmiyyətini təmsil edən QHT nümayəndələri ilə görüş keçirildi. Qırğızıstanın
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən Omurbekova Nuriyə,
Yelena Çeremenina, Eraliyeva Nurcamal və Eybiyeva Elina Azərbaycanın MHŞT
sahəsində təcrübəsinin öyrənilməsinin maraqlı olduğunu vurğulayaraq bu
sahədə Azərbaycan QHT-lərinin fəaliyyətinin onlar üçün örnək ola biləcəyini
vurğuladılar. Qırğızıstanda MHŞT ilə bağlı təcrübənin az olduğunu qeyd
edərək nümayəndə heyəti görüşlərdə əldə olunan məlumatların gələcək
fəaliyyətlərində istifadə edəcəklərini söylədilər.
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Sevgim Rəhmanov qurumun yaranması, fəaliyyəti və normativ sənədləri barədə məlumat verərək həyata keçirilən layihələrlə Azərbaycanın mədən sənayesində şəffaflığa tam nail olunmadığını söylədi. Ancaq, bununla belə həm hökumətlə, həm də yerli və xarici neft şirkətləri ilə müzakirələrin aparıldığını qeyd edən Şura üzvü MHŞT sahəsində mövcud normativ sənədlərin təkmilləşdirilməsi məqsədilə təkliflərlə çıxış edildiyini açıqladı. Qonaqlara MSŞA Koalisiyasının Kütləvi İnformasiya Vasitələri ilə əlaqələri və bu sahədə həyata keçirilən fəaliyyətlə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadə məlumat verdi. Tədbirdə iştirak edən Koalisiya üzvləri ilə müzakirələrdə qonaqlar Qırğızıstanda vətəndaş cəmiyyətinin vəziyyəti, mövcud problemlərlə bağlı məlumat verdilər və gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsini əhəmiyyətli hesab etdiklərini söylədilər.
◄ 1 ... 29 30 31 ... 46 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:30:14
|