|
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy
verəcək
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy
verəcək
ARDNF Mətbuat Xidmətinin məlumatı
 2007-ci
il sentyabrın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın
hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər
və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları)
Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq
təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı
Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin
Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası
hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – yeddinci
hesabat mərhələsi üzrə hesabatlarını (2007-ci ilin ilk 6 ayı) tutuşduraraq
təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və Seçim
Qrupu auditin “Mur Stefens” (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə
qərar vermişdir.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, yeddinci hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 5 nüfuzlu audit şirkətinə (Deloitte, PricewaterhouseCoopers, Ernst & Young, Moore Stephens və KPMG) şirkətlərinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir. “Mur Stefens” şirkəti 1907-ci ildə Londonda yaradılıb. Hazırda 93 ölkədə fəaliyyət göstərən “Moore Stephens International” dünyanın mühasibatlıq və konsaltinq xidmətləri göstərən aparıcı beynəlxalq şəbəkəsidir.
◄ 1 ... 28 29 30 ... 53 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:27:36
|