Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 22 May 2008, Cümə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)
İyulun 20-də Novosti Azərbaycan Agentliyinin konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının uzvəri olan İçtimai Vəsaitin Monitorinqi Mərkəzi ilə Neft Tədqiqatları Mərkəzi Azərbaycanda imzalanan “Hasilatin pay bölgüsü (HPB)” (Production Sharing Agreement) tipli müqavilərə həsr edilən mətbuat konfransı kecirilib. Tədbirdə İçtimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov və Neft Tədqiqatları Mərkəzinin sədri İlham Şaban təqdimatla cixiş ediblər.
Tədbir istirakcilarının yayimladığı press-relizdə bildirilir ki, vətəndaşlardan müstəqillik illərində neft sənayesində neçə “Hasilatin pay bölgüsü (HPB)” (Production Sharing Agreement) tipli müqavilənin imzalandığını soruşmaq mürəkkəb sualdır. “İlk baxışdan adama elə gəlir ki, nəinki mütəxəssislər, hətta ölkəmizin bir çox sadə vətəndaşları belə tərəddüd etmədən cavab verər: “Bu sualın cavabı su içim qədər asandır”. Beləliklə də bütün “məlumatlı” vətəndaşlar inamla qeyd edəcəklər: “Azərbaycan xarici neft-qaz şirkətləri ilə indiyədək 26 HPB tipli müqavilə imzalamışdır”. İlk baxışdan onlar haqlıdırlar, çünki son zamanlar rəsmi və qeyri-rəsmi yayılan məlumatlarda məhz bu rəqəm hallanır.

Lakin əslində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hazırki ana qədər HPB tipli 28 (!) müqavilə imzalayıb.

Bəs Azərbaycan vətəndaşlarına “HPB tipli müqavilələrdən ən birincisi hansıdır” sualı ilə müraciət etsək, onları utandırmarıq ki! Çox ehtimal ki, yenə də özünə güvənən bir çox vətəndaşlar rahatlıqla qeyd edəcəkdir: “Azərbaycan Respublikasının ilk neft müqaviləsi “Azəri”, “Çıraq” və dərin sulu “Günəşli” yataqlarının istismarı üçün imzalanmış və sonradan ölkənin yeni neft strategiyasının başlanğıcı hesab edilən, nəticə etibarı ilə isə “əsrin müqaviləsi” adlandırılan neft müqaviləsidir”. Üstəlik 20 sentyabr tarixi “əsrin müqaviləsi”nin şərəfinə “Azərbaycanda neftçilər günü” kimi qeyd edilir və hər il bu günə həsr edilmiş xüsusi bayram tədbirləri həyata keçirilir.

Lakin çox ehtimal ki, bu müqaviləni yalnız əhəmiyyətinə görə HPB sazişlərinin pioneri adlandırmaq olar. Hesablamalar üçün isə (o cümlədən tarixçilər üçün) ARDNŞ-in “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismarı üçün xarici neft şirkətləri ilə imzaladığı müqavilə sayca ikincidir.

Əslində Azərbaycanın HPB növlü ilk neft müqaviləsi Bakının cənubuna doğru 45-50 km-lik məsafədə yerləşən “Ümbakı”, “Şimali Qaradağ” və “Korgöz” yataqlarının kəşfi və işlənməsi üçün imzalanmış hasilatın pay bölgüsü müqaviləsidir. Bu layihə 10 avqust 1994 cü ildə ABŞ-da ARDNŞ-in o vaxtkı vitse-prezidenti İlham Əliyevlə 1963-cü ildə Nyu-Jersidə yaradılmış özəl neft şirkəti olan BMB Oil İnc.-n prezidenti Əlirza Bozqurt arasında imzalanmışdır. 19 may 1999-cu il tarixində müqavilənin şərtlərinə görə kəşfiyyat işlərinin müddəti başa çatmışdır. Ancaq buna baxmayaraq BMB kəşfiyyat işlərinin aparılmasına dair üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də Şirkət geoloji kəşfiyyat üçün ona ayrılan sahəyə olan hüququndan məhrum oldu. Beləliklə də Azərbaycanın HPB növlü ilk nüft müqaviləsi hətta 5 il belə qala bilmədi.

Digər müqavilələrə gəldikdə isə hazırda HPB növlü imzalanmış 11 layihə üzrə neft, kondensat və qaz hasil edilir. Yalnız iki müqavilə üzrə: D-222 (Yalama) və İnam yataqlarında axtarış işləri davam etdirilir. Dənizdə yerləşən “Araz-Alov-Şərq” neft yatağının işlənməsi üçün imzalanan müqavilə isə İranın hakimiyyət dairələrinin Xəzərin hüquqi statusunun axıradək müəyyən edilməməsini bəhanə edərək dənizin Azərbaycana aid hissəsinə olan ərazi iddiası ucbatından qeyri-müəyyən vaxtadək “dondurulmuşdur”. Elə bu səbəbdən də ARDNŞ-in “Lerik-dəniz” bloku üzrə imzaladığı müqavilə hüquqi qüvvəyə minməmişdir. “Zığ” və “Hövsan” yataqlarının işlənməsi isə təhvil-təslim işlərinin başa çatmamasına görə hələlik gecikir. Beləliklə də daha iki müqavilə hüquqi qüvvəyə malik deyil.

Onu da qeyd edək ki, imzalanmış 12 müqavilə artıq ləğv edilmişdir. Zənnimizcə belə bir hal da maraqlıdır ki, “Zığ” və “Hövsən” yataqları üzrə iki dəfə HPB növlü saziş imzalanmışdır.

Xatırladırıq ki, hələ 3 iyul 1997 ci il tarixdə Moskvada ARDNŞ “Kəpəz” yatağında axtarış işlərinin aparılması və işlənməsinin əsas prinsipləri haqqında Saziş (bu sənədin əsasında sonda HPB növlü müqavilə hazırlanmalı idi) imzalamışdir. Tərəflərin iştirakı payı aşağıdakı kimi bölünməli idi: LUKoil-30%; Rosneft-20%; ARDNŞ-50%. Lakin sonradan “Rosneft” layihədə iştirakından imtina etdi və nəticədə müqavilə ləğv edildi.


1 ... 20 21 22 ... 46 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:29:59

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.284213