|
|
|
|
TƏRƏFDAŞLAR |
|
 |
|
 |
|
 |
|
BİZİM KOORDİNATLAR |
Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20 |
|
|
|
|
|
MSŞT Koalisiyasına media ödülü təqdim olundu(12/06/2006)
MSŞT Koalisiyasına media ödülü təqdim olundu(12/06/2006)
Qurum 2006- cı ildə media ilə fəal əməkdaşlığına görə fərqlənib
 Zərdabi
Media Mərkəzi 2006- cı ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Mayın 30-
da Hyatt Regency otelində təşkil olunan təqdimat mərasimində hökümət nümayəndələri,
müxtəlif nazirliklərin məsul işçiləri, beynəlxalq təşkilatların rəhbərləri, millət
vəkilləri, Mətbuat Şurasının üzvləri, KİV təmsilçiləri, şirkətlər, QHT- lər və
s. iştirak edirdilər. Müxtəlif istiqamətlər üzrə keçirilən sorğuda 7 nominasiya
üzrə qaliblər müəyyənləşib. Sevindirici haldır ki, qaliblər arasında Mədən Sənayesində
Şəffaflığın Artırılması Koalisiyası da olub.
Koalisiya QHT və QHT birlikləri arasında 2006- cı ildə media ilə fəal əməkdaşlığa görə nominasiya üzrə fərqlənib. Zərdabi Media Mərkəzi tərəfindən fərqlənmə diplomu və “2006 cı ildə media ilə fəal əməkdaşlığa görə” ödülü təqdimat mərasiminə qatılan Koalisiyanın Şura üzvü Oqtay Gülalıyevə təqdim olunub. Koalisiya təmsilçisi toplantıda çıxış edərək sorğunu təşkil edən və həyata keçirən şəxslərə, həmçinin Zərdabi Media Mərkəzinə təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. Koalisiyanın məqsədlərində danışan O. Gülalıyev təbii sərvətlərin istismarından əldə olunan gəlirlərin şəffaf xərclənməsində vətəndaş cəmiyyətinin aktiv iştirakının vacibliyini bildirib. MSŞT Koalisiyasının iyunun 8- də keçirilən Şura toplantısında bu barədə geniş məlumat verilmiş və quruma hədiyyə edilmiş mükafat Koalisiyanın ofisinə təqdim olunmuşdur.
◄ 1 ... 16 17 18 ... 46 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:29:51
|
|
|