|
.:. Mədən Sənayesində Şəffaflığın Artırılması .:.
Neft Fondu Haqqında Qanun layihəsinin ictimai müzakirəsi keçirilib Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyanın “Caspian Plaza”dakı ofisində Koalisiyanın 2009-cu il üçün nəzərdə tutulan fəaliyyət planı çərçivəsində hazırlanmış “Neft Fondu Haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə keçirilib.
MSŞT Koalisiyasının informasiya xidmətinin yaydığı məlumata görə, müzakirələrdə qanun layihəsinin müəllifi, MSŞT koalisiyasının Şura üzvü Əliməmməd Nuriyev sənəddə əksini tapmış prinsiplər barədə ətraflı məlumat verib.
Ə.Nuriyev bildirib ki, layihənin hazırlanması prosesində Neft Fondu, gəlirlərin idarə olunması, ölkə vətəndaşları və gələcək nəsillərin mənafeyi naminə neft və qazın kəşfiyyatı, bağlanmış sazişlərin həyata keçirilməsindən əldə edilən gəlirlərin yığılması, səmərəli idarə olunması və bu fəaliyyətə nəzarətin təşkili kimi məsələlərə dair ən xırda detallar belə nəzərə alınıb.
Müzakirələrdə iştirak edən işçi qrupunun digər üzvləri də Neft Fondu Haqqında Qanunun əhəmiyyətindən danışıblar. İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, müzakirəyə çıxarılmış layihə Dövlət Neft Fondunun məqsədini, idarə olunmasını və statusunu müəyyənləşdirir.
Tədbirdə MSŞT Koalisiyasının üzvləri ilə yanaşı, ayrı-ayrı QHT təmsilçiləri, müstəqil ekspert ve iqtisadçılar da iştirak edib.
Qeyd edək ki, qanun layihəsi ətrafında müzakirələr davam etdiriləcək. Növbəti tədbirlərin millət vəkillərinin, neft hasilatı ilə məşğul olan şirkətlərin, müvafiq dövlət qurumları təmsilçilərinin və daha geniş spektri əhatə edən ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
◄ 1 ... 7 8 9 ... 92 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 2/2/2010 - 21:49:39
Sənədin digər dillərdəki variantları: /eng/ |