Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Yanvar 2009, Çərşənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Kataloqun mündəricatı(/ts_gen/azl/news/2007)

Kataloqun mündəricatı(/ts_gen/azl/news/2007)


Kanadanın "Talisman Enerjy" neft şirkəti maliyyə şəffaflığı ilə bağlı şirkətin siyasətini açıqlayır. Şirkət fəaliyyət göstərdiyi hər bir ölkədə ödədiyi vergiləri və royaltiləri dərc etdirir.

Nigeriya: - "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün (EITI) tətbiqinə hökumətin münasibətinin təhlili IMF Article IV report on Nigeria (BVF: Nigeriya üzrə Articl IV hesabatı) hesabatına daxil edilmişdir.

EITI-in vebsaytı – http://www.eitransparency.org/ fəliyyətə başladı. Vebsaytda EITI haqqında ümumi məlumat, ayrı- ayrı ölkələördə onun tətbiqində uğurlar və problemlər, ona qoşulan ölkələr və şirkətlər haqqında məlumatlar yerləşdirilmişdir.

Qırğızıstan Respublikası Hökuməti, Dünya Bankı və DFİD-nin iyunun 30-da Bişkekdə təşkil etdikləri konfransda Qırğızıstan Respublikasının EITI təşəbbüsünün tətbiqinə başladığı rəsmən elan edilmişdir.

2004-cü il iyunun 26-da Nigeriyanın Prezidenti Olusegun Obasanjo və Sao Tome və Principinin Prezidenti Fradique De Menezes Nigeria və Sao Tome və Principi arasında Birgə İnkişaf Zonasında şəffaflıq və idarəetmə haqqında birgə deklarasiya imzalamışlar.

2003-cü ilin may ayında Qanada bütün maraqlı tərəflərin iştirak etdiyi seminar keçirildi. 2003-cü ilin iyun ayında EITI-ın tətbiq ediləcəyi pilot ölkə elan edilir. DFİD və Qana arasında görüş keşirilmiş və EITI-ın tətbiqi üzrə plan tərtib edilmişdir. EITI ilə bağlı fəaliyyətləri əlaqələndirmək üçün katibliyin yaradılması əsas tövsiyələrdən biri o olmuşdur. Bunu Qananın Mədən Sənayesi Nazirliyi öz öhdəsinə götürmüşdür. Texniki Dəstək DFİD-dən olmuşdur.

Mayın 31-də Caspian Plazada “Mədən sənayesində şəffaflığı artırılması” (MSŞA) QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı keçirilib. Tədbirdə Koalisiya Şurasının Əlaqələndiricisi Qubad İbadoğlu X Ümumi Yığıncaqdan ötən dövr ərzində Koalisiya Şurasının gördüyü işlər, qarşılaşdığı çətinliklər və gələcək planlar barədə məlumat verib. Məlumatda bildirilib ki, hazırda Koalisiya üzvlərinin sayı 132-yə çatıb ki, onların da 116-sı QHT-lərin təmsilçisi, 16 nəfər isə fərdi üzv kimi bu Alyansda birləşiblər.

İctimai Birliklərin “Mədən sənayesində  şəffaflığın artırılması” Koalisiyası 17 iyun 2008-ci ildə  Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən  layihəsi çərçivəsində  Irşad Hotelində beynəlxalq və yerli şirkətlərin iştirakı ilə “MHŞT-in Azərbaycanda tətbiqi: 5 illik dövrə retrospektiv baxış”  mövzusunda konfrans keçirib. Konfransda MHŞT üzrə Milli Hökumət Komissiyanın sədri,  Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov,  Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberg, Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərinin nümayəndələri, Dünya Bankının və Açıq Cəmiyyət İnstitunun təmsilçiləri və Koalisiya üzvləri iştirak edirdi. Konfransı giriş sözü ilə İctimai Birliklərin MSŞA Koalisiyasının Şura üzvü  Fəqan Əliyev və Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberg çıxış etdilər. Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberg çıxışında diqqəti  hökümətlə vətəndaş cəmiyyət arasında dialoqun üstünlüklərinə cəlb etdi.

Mayın 31-də Caspian Plazada “Mədən sənayesində şəffaflığı artırılması” (MSŞA) QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı keçirilib. Tədbirdə Koalisiya Şurasının Əlaqələndiricisi Qubad İbadoğlu X Ümumi Yığıncaqdan ötən dövr ərzində Koalisiya Şurasının gördüyü işlər, qarşılaşdığı çətinliklər və gələcək planlar barədə məlumat verib. Məlumatda bildirilib ki, hazırda Koalisiya üzvlərinin sayı 131-yə çatıb ki, onların da 116-sı QHT-lərin təmsilçisi, 15 nəfər isə fərdi üzv kimi bu Alyansda birləşiblər. Koalisiyanın beynəlxalq səviyyədə nüfuzunun artdığını bildirən natiqin verdiyi məlumata görə, dövr ərzində  Azərbaycanda MSŞT-nin tətbiqini öyrənmək üçün Kamboca dövlət nümayəndə heyətinin, Ukrayna və Qazaxıstan MSŞA Koalisiyasının nümayəndələri Azərbaycana səfər ediblər.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norvec Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində nəzərdə tutulan 5 istiqamətdən biri  “Regional TV-lərdə Tok-Şouların təşkili”dir.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norvec Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində nəzərdə tutulan 5 istiqamətdən biri  “Regional TV-lərdə Tok-Şouların təşkili”dir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ötən ilin avqust ayı ilə müqayisədə 2,017 milyon dollardan bu ilin aprelin 1-ə 3,335 milyon dollaradək artmışdır. Yalnız bu ilin birinci rübündəki artım 860,48 milyon dollar olmuşdur. Fondun 2008-ci il üçün büdcəsi 3,6, xərcləri isə 1,68 milyard manat təsdiq edilsə də bu ilin mayında dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdə fondun büdcəsinə də baxılması nəzərdə tutulur. Neftin dünya bazar qiymətinin yüksəlməsi fondun gəlirlərinin artmasına imkan yaradıb.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması" layihəsi çərçivəsində "Qadınların MSŞT proseslərinə cəlb edilməsi" istiqaməti üzrə 12 aprel tarixində Göyçay rayonunda qadınlar üçün dəyirmi masa keçirdi.Dəyirmi masanin keçirildiyi yer Göyçay QHT Resurs mərkəzi,məruzəçi Əskər Əhməd. Dəyirmi masada 29 nəfər iştirak etdi.Tədbirin sonunda dəyirmi masa iştirakçıları arasinda qiymətləndirmə aparıldı:

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Norvec Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində nəzərdə tutulan 5 istiqamətdən biri  “Regional TV-lərdə Tok-Şouların təşkili”dir.

Gündəlikdə bir məsələ dururdu: AİMROC (Beynəlxalq Əməliyyat Şirkəti) şirkətinin fəaliyyətə başlaması il əlaqədar MSŞA Koalisiyası Gəncə şöbəsinin yaxın perespektivdə görəcəyi işlərə dair müzakirənin aparılması.

Martın 12-də “Avropa” mehmanxanasının konfrans zalında Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyası “Dövlət xərcləmələri şəffaflıq və səmərəlilik müstəvisində” mövzusunda birgə Dəyirmi Masa keçiriblər. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə, “Ekspert” jurnalının informasiya dəstəyi ilə baş tutan tədbirdə yerli və beynəlxalq QHT-lərin, dövlət təşkilatlarının, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri iştirak ediblər.

Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır

Fevralın 18-də Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Şurasının Hökumət Komissiyasının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla ilə görüşü keçirilib. Şuranın təşəbbüsü ilə keçirilən görüşdə üçtərəfli anlaşma memorandumuna dəyişikliklərlə bağlı Koalisiyanın irəli sürdüyü dəyişikliklər müzakirə olunub. Görüşdə Şura əlaqələndiricisi Qubad İbadoğlu, üzvlər Fəqan Əliyev, Dünya Sakit, Oqtay Gülalıyev, Mirvari Qəhrəmanlı və İlham Hüseynli iştirak ediblər.

Fevralın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflıq Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə İctimai Birliklərin Koalisiyasının "ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfransı keçirilib. MSŞA üzrə İctimai Birliklərin Koalisiyasının koordinatoru Qubad İbadoğlu, layihənin rəhbəri Zöhrab İsmayıl və ekspert Rövşən Ağayevlə yanaşı yerli ekspertlər, dövlət qurumlarının və ARDNŞ-nin nümayəndələri, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Azərbaycandakı diplomatik korpusunun təmsilçilərin və media mənsublarıi iştirak ediblər.

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının mənzil qərargahında Dünya Bankının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirildi.Görüşdə  MSŞA Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu təqdimatla çıxış edərək Azərbaycanın neft sənayesi, hasilat və maliyyə göstəriciləri, eyni zamanda gələcəyə olan proqnozlar barədə məlumat verdi. Azərbaycanın MHŞT-yə qoşulan ilk dövlətlərdən biri olduğunu vurğulayan natiq üçtərəfli Memorandumun imzalanması barədə məlumat verdi və bundan sonra QHT-lərin İctimai Birliyi kimi Koalisiyanın fəaliyyətə başladığını söylədi. Q.İbadoğlu Koalisiyanın strukturu, həyata keçirilən layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat çatdırmaqla yanaşı müxtəlif donorların bu fəaliyyətə verdikləri dəstəyin əhəmiyyətini qeyd etdi.

 30 iyun 2007-ci il tarixində başa çatan 6 ay üzrə “müstəqil mühasiblərin hesabatı (7-ci hesabat)” ilə bağlı İctimaiBirliklərin Mədən Sənayesində Şəffalığın Artırılması (MSŞA) Koalisiyasının rəyi təqdim olundu. Koalisiyanın koordinatoru Qubad İbadoğlu İctimai Birliklərin MSŞA Koalisiyasının 7-ci hesabat üzrə növbəti auditin  nəticələrini açıqlanmasını önəmli hadisə saydığını dedi. 

 2008 – cİ  İl  üçün  FƏALİYYƏT proqramI  2007-cı il oktyabrın 20-də  keçirilən Ümumi Yığıncaqda əsas kimi qəbul edilib, 28 dekabr 2007-ci il tarixli Shura yiğincağında son əlavələr təsdiq olunub.

25 yanvar 2008-ci il tarixdə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində (F.Əmirov, 1) İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Koalisiyası 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası çərçivəsində Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadə edilməsi ilə bağlı hesabat hazırlayıb. Hesabatın təqdimatı dekabrın 19-da Hyatt Reycensi Hotelində təşkil edilmişdir. Təqdimetmə mərasimində dövlət qurumlarının, eləcə də Dövlət Neft Fondunun və Dövlət Neft Şirkətinin, şirkətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələri iştirak etmişdirlər.

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının  koordinatoru Qubad İbadoğlu noyabrin 1-dən -3-dək  Almaniyanın  Berlin, 4-dən 6-dək isə Hindistanın Qoa şəhərlərində  beynəlxalq konfransda iştirak edib.

Press-reliz: Oktyabrın 26-da “Saglam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin və “Demokratik İslahatçı Gənclər” ictimai birliyinin birgə keçirdiyi “Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdi. Konfransda giriş sözü ilə çıxış edən layihə rəhbəri Asəf Mikayılov layihənin mahiyyəti barədə, layihə çərçivəsində 4 regionda keçirilən tədbirlər barədə  konfrans iştirakçılarına hesabat məruzəsini təqdim etdi.

05 oktyabr 2007-ci il tarixdə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının mənzil qərargahında Qırğızıstan vətəndaş cəmiyyətini təmsil edən QHT nümayəndələri ilə görüş keçirildi. Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən Omurbekova Nuriyə, Yelena Çeremenina, Eraliyeva Nurcamal və Eybiyeva Elina Azərbaycanın MHŞT sahəsində təcrübəsinin öyrənilməsinin maraqlı olduğunu vurğulayaraq bu sahədə Azərbaycan QHT-lərinin fəaliyyətinin onlar üçün örnək ola biləcəyini vurğuladılar. Qırğızıstanda MHŞT ilə bağlı təcrübənin az olduğunu qeyd edərək nümayəndə heyəti görüşlərdə əldə olunan məlumatların gələcək fəaliyyətlərində istifadə edəcəklərini söylədilər.

2007-ci il sentyabrın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – yeddinci hesabat mərhələsi üzrə hesabatlarını (2007-ci ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və Seçim Qrupu auditin “Mur Stefens” (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə qərar vermişdir.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin – MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası – nümayəndələrindən ibarət Seçim Qrupunun 2007-ci il avqustun 30-da keçirilmiş iclasında MHŞT üzrə yeddinci hesabat mərhələsinə start verilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq, xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirmişdir.

2005-ci ildən başlayaraq Azərbaycan böyük neft gəlirləri əldə etməyə başlayıb. Hazırda ölkənin neft gəlirləri dövlət büdcəsində, ARDNF-də və ARDNŞ-də toplanır. 2006-cı ildə Azərbaycan cəmi 4279.4 mln. manat neft gəliri əldə edib ki, bunun 2287.5 mln. manatı xarici neft şirkətlərinin mənfəət vergisi və ARDNŞ-nin dövlət büdcəsinə ödənişləri, 897.6 mln. manatı ARDNF-in gəlirləri, 1094.3 mln. manatı isə ARDNŞ-nin xalis mənfəəti olub. Ölkənin neft gəlirləri elə bu mənbələr üzrə də istifadə edilir. 2006-cı ildə əldə edilmiş neft gəlirləri tamamilə istifadə edilib.

Iyulun 12-də Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (İSAM) təşkilatçılığı, USAİD və Avrasiya Fondunun maliyyə dəstəyi ilə “Neft gəlirləri və institusional islahatlar” mövzusunda Dəyirmi Masa keçirilib.

Mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış qarşılıqlı anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilib. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilib və "Mur Stefens" (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunub.

Bu gün Mədən Sənаyеsində Şəffаflığın Аrtırılmаsı üzrə QHT Kоalisiyаsı Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsini kеçirdi. Tədbirdə Kоаlisiyаnın əlаqələndiricisi Qubаd Ibаdоğlu «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı üzrə Аzərbаycаnın mövqеyi dinаmikаdа və ölkələrаrаsı müqаyisədə» mövzusunda təqdimаtlа çıхış еtdi.

14 iyul 2007- ci il tarixdə “Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Xanlar və Samux rayonlarindan dəvət olunmus ictimai fəal səxslərlə Dəyirmi Masa keçirilmişdir.

İyulun 20-də Novosti Azərbaycan Agentliyinin konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının uzvəri olan İçtimai Vəsaitin Monitorinqi Mərkəzi ilə Neft Tədqiqatları Mərkəzi Azərbaycanda imzalanan “Hasilatin pay bölgüsü (HPB)” (Production Sharing Agreement) tipli müqavilərə həsr edilən mətbuat konfransı kecirilib. Tədbirdə İçtimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov və Neft Tədqiqatları Mərkəzinin sədri İlham Şaban təqdimatla cixiş ediblər.

İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Şurasının əlaqələndiricisi Qubad İbadoğlu 12-14 iyun 2007-ci ildə Jakarta şəhərində  səfərdə olub. Səfər Beynəlxalq Şəffaflıq İndonesiya (BŞ-İndoneziya) təşkilatının dəvəti ilə reallaşıb. Səfərin əsas məqsədi mədən sənayesində şəffaflıq təşəbbüsünü dəstəkləyən yerli qeyri-hökümət təşkilatları üçün təşkil olunan seminarda  Azərbaycanda MŞHT-nin tətbiqi və koalisiya quruculuğu təcrübəsi barədə məlumat vermək olub.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının üzvü İnqilab Əhmədov "Odədiyini açıqla..." (PublishWhatYouPay) beynəlxalq təşkilatının Strateji Məsləhət Qrupuna (SMG) üzv seçilib. O, bu qurumda Qafqaz və Orta Asiya regionunun PWYP üzvü olan vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edəcək.

2007-ci il iyunun 12-də Naftiran Intertrade Co. Limited (NİCO) şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır.

Zərdabi Media Mərkəzi 2006- cı ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Mayın 30- da Hyatt Regency otelində təşkil olunan təqdimat mərasimində hökümət nümayəndələri, müxtəlif nazirliklərin məsul işçiləri, beynəlxalq təşkilatların rəhbərləri, millət vəkilləri, Mətbuat Şurasının üzvləri, KİV təmsilçiləri, şirkətlər, QHT- lər və s. iştirak edirdilər. Müxtəlif istiqamətlər üzrə keçirilən sorğuda 7 nominasiya üzrə qaliblər müəyyənləşib. Sevindirici haldır ki, qaliblər arasında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası da olub.

İyunun 8-də Mədən Sənayesində Şəffaflığın Artırılması (MHŞT) QHT Koalisiyasının mənzil qərargahında Qazaxstanın MHŞT sahəsində fəaliyyət göstərən ekspertlərlə görüşü keçirilib. Görüşdə Koalisiyanın Şura üzvləri,  Qazaxstanın Soros Fondunun nümayəndəsi Anton Artemyev və Qazaxstan MHŞT təmsilçisi Malik İsabekov iştirak ediblər.

İyunun 7-də 14-cü Beynəlxalq Xəzər Neft, Qaz Konfransının sonuncu günü üçüncü sessiya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) həsr olundu. “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü–Gəlirlərin Şəffaflığında Beynəlxalq Standartlara Doğru” adlandırılan sessiyanı giriş sözü ilə Norveçin Azərbaycandakı səfiri Yon Remberq açaraq  MHŞT-nin neft və qaz hasilatı həyata keçirilən ölkələrdə mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.

Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı üzrə Yüksək səviyyəli Komitəsinin Nyu-Yorkda keçirilən 15-ci sessiyası zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Norveç və Azərbaycan hökumətləri birgə bəyanatla çıxış etmişlər. Birgə bəyanatda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü barədə məlumat verilmiş, onun Azərbaycanda uğurla həyata keçirilməsi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı”na (UN Public Service Award) layiq görülməsi xüsusi qeyd olunmuşdur.

ARDNF-in İcraçı Direktoru Şahmar Mövsümov Koalisiyanın yaradılmasının 3 ili münasibəti ilə təbrik məktubu göndərir. Məktubda deyilir: Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına 100-dən artıq üzvü özündə birləşdirən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yaradılımasının 3 ili tamam olur. Bu münasibətlə Koalisiya üzvlərini təbrik edirəm.

“Azərbaycan” Universitetində “Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda dəyirmi masa keçirilib.  Dəyirmi masa “Мədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq həyata keçirilmişdir.

18 may, 2007-ci il. Prezident İlham Əliyev Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

17 may, 2007 Vahid Layihə çərçivəsində "Universitetlərdə dəyirmi masaların keçirilməsi" istiqaməti üzrə iki universitetdə dəyirmi masalar keçirilir.  »

Tədbirdə çıxış edən Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı hökumət komissiyasının indiyə qədər açıqladığı 5 hesabata rəy verilib və burada təklif və iradların nəzərə alınması tövsiyyə edilib. Onun sözlərinə görə, "Əsrin müqaviləsi" çərcivəsində imzalanan müqavilələr üzrə əsaslı xərclərin artması və bununla əlaqədar kompensasiya vaxtının uzanması Koalisiyanı narahat edir. "Azəri-Çıraq-Günəşli" yatağı çərçivəsində ümumi xərclərin 8 milyard dolları ötməyəcəyi proqnozlaşdırılsa da, artıq xərclər 14 milyard dolları keçib. Nəticələr onu göstərir ki, kapital xərcləri ciddi nəzarət altına alınmalıdır”. Q.İbadoğlu təklif edib ki, kapital xərclərinin xeyli artması səbəblərini araşdırmaq üçün hökuməti, Beynəlxalq Əməliyyat şirkətini və koalisiyanı təmsil edən İşçi Qrup yaradılmalıdır. Koalisiyanın əlaqələndiricisi ARDNŞ-nın hesabatlılıq sisteminin və ödəmələrin ziddiyyətli xarakter daşıdığını vurğulayıb.

İctimai Birliklərin MSŞA Koalisiyası 5-ci hesabat üzrə növbəti auditin nəticələrinin açıqlanmasını önəmli hadisə sayır və bunu Azərbaycan hökumətinin ölkədə fəaliyyət göstərən neft və qaz şirkətləri ilə birgə mədən sənayesində şəffaflığın artırılması yolunda atılan daha bir vacib addım kimi qiymətləndirir. Koalisiya məmnuniyyətlə onu da qeyd etmək istərdi ki, 4-cü hesabatla bağlı Koalisiyanın bəzi təklifləri nəzərə alınıb və bu da son hesabatın keyfiyyətinə müsbət təsir etmişdir. Bütün bunlarla yanaşı MSŞA Koalisiyası Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı Anlaşma Memorandumunun tərəflərindən biri kimi 5-ci hesabat üzrə növbəti auditin nəticələrini müstəqil surətdə təhlil edərək, aşağıdakı nəticələrə gəlmişdir » 

Koalisiyanın 9-cu Ümumi yığıncağı keçirilib. Yığıncaqda 66 Koalisiya üzvü iştirak edib.

Novxanıda AF- Hotelin konfrans zalında Şuranın növbəti iclası keçirilir. İki gün ərzində Koalisiyanın 2009-cu ilədək strategiyasının əsas müddəaları müzakirə edilir. O cümlədən, Koalisiyanın missiyası, hədəfləri, məqsədləri, fəaliyyət qrupları, fəaliyyət istiqamətləri, zəif və güclü cəhətləri (SWOT analiz), onun idarəetmə sisteminin təkmilləşdirilməsi, Şura üzvləri arasında iş bölgüsü, Koalisiya Əsasnaməsinin son variantının hazırlanmasının başa catdırılması, layihələrin işlənməsi, donorlara təqdim edilməsi və icraçıların müəyyənləşdirilməsi prosedurlari, mövcud üzvlər və üzvlüyə yeni müraciətlər, regional bölmələr, Koalisiya ofisinin imkanları və onun tələblərə uyğun yenilənməsi və bir sıra digər məsələlər üzrə müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir.


1 2 3


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:26:19

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.538807