Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Kataloqun mündəricatı(/ts_gen/azl/news/2007)

Kataloqun mündəricatı(/ts_gen/azl/news/2007)


Icmal: EİTİ-ın İdarə Heyətinin 27 sentyabrda Oslo şəhərində Norveşin Xarici İşlər Naziri cənab Erik Solheimin iştirakı ilə görüş keçirtdi. Nazir demişdir: “Təbii resurslar bir çox ölkədə lənətə çevrilmişdir. EİTİ- gəlir axınları ilə bağlı Şəffaflığın artırılması üzrə gördüyü tədbirlər bu lənəti qırmağın bir hissəsidir”.

Beynəlxalq vətəndaş cəmiyyəti koalisiyası bəyanatla çıxış etmişdir: “Norveç höküməti təbii resurslardan əldə olunan gəlirlərin şəffaflığının qlobal standart təcrübəsinə çevrilməsində mühüm addım atmışdır”. London və Oslo: Bu gün Norveç höküməti şirkət ödənişlərindən, habelə dövlətin neft, qaz və mədən sənayesindən əldə etdiyi gəlirlərin şəffaflığını təmin edən və əsaslı qlobal bir təkan olan EİTİ-ı həyata keçirəcəyini bəyan etmişdir. Dövlət, şirkət və vətəndaş cəmiyyəti qruplarının dəstəklədiyi EİTİ neft, qaz və mədən sənayesindən əldə olunan gəlirlərin tənzimlənməsi prosesini sözü gedən təbii resurslara malik olan ölkələrin vətəndaşlarına daha da hesabatlı etmək məqsədini güdür. 300-dən çox qrupu əhatə edən qlobal vətəndaş cəmiyyəti koalisiyası-PWYP Norveçin bu qərarını alqışlamışdır. Norveç dövlətinin bu addımı EİTİ-ın yalnız inkişaf edən və zəif idarəetməyə malik olan ölkələr üçün qlobal vasitə olmadığını göstərir

Hörmətli katib, xanım Rayz, Bu məktubla biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəklədiyimizi bildirir və tez bir zamanda ABŞ Administrasiyasından EİTİ-ın təsdiqlənmə prosesininin effektiv və etibarlı olmasına zəmanət verən konkret addımlar atmağı təkidlə xahiş edirik.

Bazar günü Yəmənin Neft və Mineral Resurslar Nazirliyi Dunya Bankı ilə birgə ölkənin EİTİ-a qoşulması ilə bağlı “Yəmən şəffaflıq şurasının yaradılması üçün təşəbbüs” üzrə görüş keçirib. Neft və Mineral Resurslar Naziri cənab Xalid Baha Yəmənin EİTİ-a qoşulan ilk ərəb ölkəsi olduğunu və EİTİ-a üzv olan ölkələrin siyahısında 23-cü yeri tutduğunu vurğulamışdı.

Mavritaniya 2006-cı il üçün MHŞT üzrə hesabatını açıqlayıb. Bu dəfə diqqəti çəkən məsələ odur ki, ilk dəfə olaraq Çin şirkəti CNPCİ MHŞT prosesinə cəlb olunmuş və hökumətə ödəmələri haqqında hesabat vermişdir. 2005-ci il üzrə hesabtda bu şirkət ödəmələr haqqında məlumat verməkdən imtina etmişdi.

Liberiya EİTİ-a, yəni dovlətləri, şirkətləri, vətəndaş cəmiyyəti qruplarını və investorları birləşdirən qlobal koalisiyaya qoşulan 14-cü Afrika ölkəsi oldu. EİTİ-ın fəaliyyəti hasilat sənayelərindən (məsələn, neft, brilyant, qızıl və s.) əldə olunan vəsaitin mineralların kəşf edildiyi ölkələrin inkişafına istifadə olunmasının, habelə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəlib.

Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti (DFİD) təsdiqləmə öncəsi (pre-validation) tapşırığının statusuna dair qeydləri dərc edib. Təsdiqləmə öncəsinə dair məktublar Peter Eygendən 16 ölkəyə göndərilmiş və 11 may tarixinə qədər çatdırılmışdır.

İyunun 5-də  Beynəlxalq Şəffaflıq Təşkilatı "Böyük səkkizliyin" fəaliyyəti üzrə hesabatını açıqlayıb. "Səkkizliyin" Berlin sammitindən bir gün əvvəl nəşr olunmuş [daha geniş], hesabatda belə bir nəticəyə gəlinib ki, 8 dünya nəhəngi üzrə korrupsiya ilə mübarizə və idarəetmənin yaxşılaşdırılması istiqamətində bir çox tərifəlayiq işlərin görülməsinə baxmayaraq, onların başa çatdırılması lazımi səviyyədə olmayıb.

Nigeriyada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü aktının qüvvəyə minməsini dəstəkləyən aparıcı qeyri-hökumət təşkilatlarından biri olan “ÖDƏDİYİNİ AŞKARLA-Nigeriya”nın yaydığı məlumata görə, bu ölkənin keçmiş prezident Olusegun Obasanjo mayın 23-də ofisi tərk etməzdən əvvəl MSŞT-nin tətbiqini nəzərdə tutan qanun layihəsini qüvvəyə minməsi barədə fərman imzalayıb.

Mayın 12-də Türkmənbaşı şəhərində Türkmənistan, Rusiya və Qazaxıstan arasında yeni qaz kəmərinin inşası ilə bağlı razılaşma əldə olunub. Prezidentlər Qurbanqulu Berdımuxammedov, Vladimir Putin və Nursultan Nazarbayevin iştirakı ilə keçirilən sammitdə Xəzəryanı Qaz Kəməri barədə qəbul olunmuş razılaşmada inşaya dair müvafiq sazişin bu ilin sentyabr ayının 1-dək imzalanması nəzərdə tutulur.

Mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış qarşılıqlı anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilib. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilib və "Mur Stefens" (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunub.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının üzvü İnqilab Əhmədov "Odədiyini açıqla..." (PublishWhatYouPay) beynəlxalq təşkilatının Strateji Məsləhət Qrupuna (SMG) üzv seçilib. O, bu qurumda Qafqaz və Orta Asiya regionunun PWYP üzvü olan vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edəcək.

London - İyunun 20-də Londonda Beynəlxalq Məsləhət Qrupunun 5-ci yığıncağı keçirilib. Yığıncaqda 2006-cı ilin oktyabrında Osloda keçiriləcək MHŞT üzrə 3-cü Beynəlxalq Konfransda qrupun verəcəyi hesabat müzakirə olunmuş, MHŞT-nin tətbiqinin qiymətləndirilməsi metodologiyası konfransa təqdim edilmək üçün təsdiqlənmiş və Şəffaflıq Təşəbbüsü üzrə gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparılmışdır.

VAŞINQTON, 18 fevral, 2006 - Bu gün Afrika Inkişaf Bankı, Asiya Inkişaf Bankı, Inter-Amerika Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbərləri korrupsiyanın həm daxili, həm də xarici problemlərinin həll edilməsi üçün zəruri olan əsas siyasət və təcrübə üzrə əvvəllər görünməmiş razılığa gəldilər.

Bakı, Azərbaycan - Aprelin 5-də Beynəlxalq Məsləhət Qrupunun 4-cü yığıncağı keçirilib. Yığıncaqda BMQ-nin Oslo konfransı haqqında hesabatı, EITI-ın gələcək idarə edilməsi, EITI-ın sub-milli səviyyədə tətbiqi, EITI və digər idarəetmə təşşəbbüsləri ilə əlaqələr, digər şirkətlərin və ölkələrin "Təşəbbüs"ə qoşulmaları haqqında yeniliklər və BMQ-nin digər fəaliyyətləri (EITI sənədlərinin hazırlanması və s.) məsələləri müzakirə edilib. Yığıncaqda müzakirə edilmiş sənədlərlə (rus və ingilis diullərində) tanış olmaq üçün www.eitransparency.org vebsaytına müraciət edin.

Nigeriyanın mədən sektorunda Hart Group tərəfindən keçirilmiş cari müstəqil auditin aralıq hesabatı 2005-ci il dekabrın 31-də başa çatdırılmış və o, 2006-cı il yanvarın 12-də nəşr ediləcək. Hesabat 2003 və 2004-cü illəri əhatə edəcək, 1999-2002-ci illərin hesabatı isə 2006-cı ilin yanvar-fevral aylarında nəşr ediləcək. Gələcəkdə aqreqatlaşdırılmamış hesabat vermə üçün əsas olmaq üçün standart audit nümunələri işlənib hazırlanmışdır.

Kamerun Hökuməti 2005-ci ilin mart ayında Londonda keçirilən konfransda MSŞT-də iştirak etmək arzusunu bildirmişdi. 2005-ci ilin iyununda maraqlı tərəfləri müəyyənləşdirmək və uyğun nazirliklərlə əlaqə yaratmaq üçün Dünya Bankının MSŞT ilə bağlı ilk missiyası baş tutdu.

2005-ci ilin aprelində MSŞT-nin tətbiqinə başlandıqdan sonra Qvineya hökuməti iyun ayında maraqlı tərəflərdən ibarət daimi komitə yaratdı. MSŞT üzrə Komitə statistik məlumatların toplanması, auditin keçirilməsi və əlaqələr və imkanların yaradılması məsələləri üçün cavabdeh olan üç altkomitəyə bölünür.

Ölkə səviyyəsində Peru neft, qaz və mədən sənayesində əldə edilən gəlirlərin toplanması və bölüşdürülməsi işində nisbətən yüksək hesabatlılıq və şəffaflıq standartlarını artıq əldə edib. Indiki cəhd maliyyənin mərkəzləşdirilmiş idarəedilməsinin ləğvi kimi daha geniş prosesin bir hissəsidir; o, informasiyanın əlçatanlığı ilə bağlı mövcud qanunvericiliyə əsaslanır və Perunun Böyük Səkkizliyin Şəffaflıq haqqında Konvensiyası qarşısında öhdəlikləri ilə uzlaşır. Hökumət Enerji və Mədən sənayesi nazirinin imzası ilə MSŞT-yə qoşulub və MSŞT üzrə koordinator təyin edib. Bundan başqa, MSŞT-nin Peruda tətbiqi prosesi təbii qaz və aparıcı mədən sənayesi məhsulları istehsal edən Kusko və Kajamarka əyalətləri kimi əsas regionlarda gəlirlərin idarə olunmasına cavabdeh olmaq üçün yerli hökumət və regional layihələri əhatə edəcək.

Mavritaniya hökumətinin MSŞT-ni tətbiqini nəzərdən keçirmək niyyəti olduğu haqqında bir neçə dəfə işarə etməsinin ardınca Dünya Bankının missiyası 2005-ci ilin noyabrında Mavritaniyada oldu. Nümayəndə heyəti MSŞT prinsiplərinə riayət etmək arzusunu bildirən hökumət nümayəndələri ilə görüşdü.

Oktyabr ayında Dünya Bankı missiyası EITI-ın əsas prinsiplərini Parlament və hökumət üzvlərinə izah etdi. Vətəndaş cəmiyyəti və hökumət nümayəndələrinin Qırğızıstan Respublikasına sonrakı məqsədyönlü səfəri ictimaiyyətin MSŞT haqqında məlumatını artırdı.

Oktyabr ayında Dünya Bankı missiyası EITI-ın əsas prinsiplərini Parlament və hökumət üzvlərinə izah etdi. Vətəndaş cəmiyyəti və hökumət nümayəndələrinin Qırğızıstan Respublikasına sonrakı məqsədyönlü səfəri ictimaiyyətin MSŞT haqqında məlumatını artırdı.

Beynəlxalq Məsləhət Qrupu indiyədək iki dəfə görüşüb və EITI-ın gələcəyi ilə bağlı tövsiyələr işləyib hazırlamaqla bağlı iş proqramını yerinə yetirməkdədir. Mədən sənayesi gəlirləri üzərində şəffaflığın artırılmasına çalışan və çox müxtəlif fikirli insanlardan ibarət bu qrupa sədrlik etmək böyük şərəfdir.

Hörmətli kаtiblər Rаys və Snоu, Biz Böyük Səkkizliyin Mədən Sənаyеsində Şəffаflıq Təşəbbüsü üzrə Bəyаnаtınа öz dəstəyimizi bildirmək və təşəbbüsə yаrdım еtmək üçün Аdministrаsiyаyа kоnkrеt аddımlаr аtmаğı məsləhət vеrmək məqsədilə bu məktubu yаzırıq.

Qazaxıstanın "Neft gəlirləri- ictimai nəzarətə" QHT koalisiyası ölkənin MSŞT-in tətbiqi ilə bağlı dörd tərəfli Anlaşma Memorandumunu 2005-ci il dekabrın 9-da Atırauda keçirilən konfransda imzalayıb. QHT koalisiyası iki nəfər nümayəndəsi ilə MSŞT-nin tətbiqi üzrə maraqlı tərələrin Milli Şurasında təmsil olunacaq. Milli Şura bütün maraqlı tərəflərin nümayəndələrindən ibarət olacaq və Qazaxıstanda MSŞT-nin tətbiqi prosesinə və gələcək inkişaı məsələlərinə nəzarət edəcək. Auditoru Seçim Qrupuna da həmçinin Koalisiyadan bir nümayəndə qoşulub və Qrupun dekabrın 9-da ilk iclası keçirilib.

21 oktyabr 2005-ci il - Vaşinqtonda, Dünya Bankının Qərargahında Beynəlxalq Məşvərət Qrupunun (BMQ) ikinci toplantısı keçirilir. Toplantıda BMQ Sədri Piter Aygen, üzvlər və MSŞT Katibliyinin nümayəndələri iştirak edirlər. Əvvəlcə MSŞT-nin gələcəyi ilə bağlı Larri Qrinvudun (ABŞ hökuməti) və Edvard Bikamın (Anqlo Amerikan şirkəti) təqdim etdikləri iki təqdimatın müzakirəsi aparılır.

05 oktyabr 2005-ci il - Qazaxıstanın "Neft gəlirləri- ictimai nəzarətə" QHT koalisiyası ölkənin HSŞT-in tətbiqi ilə bağlı maraqlı tərəflərin hazırda müzakirə etdikləri Memorandum layihəsi ilə bağlı bəyanat verir və onun mətni ilə bağlı ciddi narahat olduqlarını bildirirlər.

17 sentyabr 2005-ci il - Qırğızıstan Respublikasının yeni təsdiq edilmiş Baş Naziri Feliks Kulov HSŞT-nin tətbiqinin monitorinqini aparan QHT koalisiyasının təkidi ilə Dünya Bankının Prezidenti Pol Volfovitzə, Beynəlxalq Valuta Fondunun İcraçı Direktoru Radriqo de Ratoya, HSŞT katibliyinin rəhbəri, Böyük Britaniya Beynəlxalq İnkişaf Departamentinin başçısı Hillari Benə və AYİB-in Prezidenti Jan Pyer Lemyerə məktubla müraciət edərək Qırğızıstan Respubliksının HSŞT-i tətbiq edəcəyi, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcəyi və razılaşdırılmış meyarlara əməl edəcəyi haqqında öhdəliklərini bir daha təsdiq etmişdir.

Nоrvеç hökumətində ölkəsinin nеft sаhəsində yiyələndiyi təcrübə və səriştədən bəhrələnmək istəyən bir sırа inkişаfdа оlаn digər ölkələrə göstəriləcək yаrdımın həcminin аrtırılmаsı bаrədə müvаfiq qərаr qəbul еdilmişdir. Sözügеdən yаrdım şəffаflıq və kоrrupsiyаyа qаrşı mübаrizəyə yönəldilmiş tədbirlərə dаir müvаfiq tələblərin qаrşılаnmаsı şərti əsаsındа göstəriləcək.

Bu gün Nоrvеç höкuməti ona nеft, qаz və hasilat sənаyеsinin digər sаhələrində əldə еdilən gəlirlərin idаrə оlunmаsı üzrə şəffаflığın təкmilləşdirilməsi və hеsаbаt məsuliyyətinin аrtırılmаsı istiqаmətində ümumdünyа miqyаsındа аtılаn səylər bахımındаn аpаrıcı mövqеni əldə etməsinə imkan verəcək iri miqyаslı yеni bir təşəbbüsün icrаsınа bаşlаyıb.Оslо şəhərində təşкil еdilmiş mətbuat коnfrаnsdа Bеynəlхаlq Inкişаf Nаziri Hildе F. Cоnsоn və Nеft və Еnеrji nаziri Tоrhild Vidvеy bəyаn еtmişlər кi, Nоrvеç, inкişаfdа оlаn ölкələrə təbii еhtiyаtlаrdаn əldə еdilən gəlirlərin idаrə оlunmаsında kömək məqsədilə mаliyyə və tехniкi səriştə şəкlində göstərilən yаrdımın həcmini аrtırаcаq. Bu işlərin icrаsı üçün hər il təхminən 8 mln. АBŞ dоllаrı аyrılаcаq.

Toplantıda iştirak etmiş Sabit Bağırovun verdiyi məlumata əsasən, BMQ 20 nəfərdən ibarətdir və onun başçısı Transparency İnternational Beynəlxalq təşkilatın rəhbəri cənab Piter Aygendir. BMQ-nin üzvləri EITI-ın bütün maraqlı tərəflərini- hökumətləri, sənayeni, investorları və vətəndaş cəmiyyətini təmsil edirlər.

22 avqust, 2005-ci il – Kanadanın Talisman Enerji şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Jeyms Baki Talisman şirkətinin Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün (HSŞT) prinsiplərinə əməl edəcəyi haqqında öhdəliyini rəsmi olaraq təsdiq edib.

EITI beynəlxalq Məsləhət Şurası yaradıldı: 2005-ci il martın 15-də EITI-in Londonda keçirilmiş ikinci beynəlxalq konfransında EITI-ın gələcəyi üzrə Beynəlxalq Məsləhət Qrupunun (BMQ) yaradılması qərara alınmışdı. Artıq Qrupun tərkibi müəyyənləşib və gələcəkdə Təşəbbüsün daha effektiv həyata keçirilməsini necə təşkil etmək haqqında müzakirələr avqust ayında başlanacaq.

Böyük 8-lər Qliniqlz-da EITI-ı dəstəklədilər: B8-in liderləri – Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Rusiya, Böyük Britaniya və ABŞ iyulun 6- 8-də Şotlandiyanın Qliniqlz şəhərində görüşdülər. Gündəlikdə EITI və ümumiyyətlə şəffaflıq məsələləri də olmuşdur. B8 ölkələri EITI-ı və onu tətbiq edən ölkələri dəstəkləməyi öhdələrinə götürdülər. Onlar Afrika ölkələrini EITI-ı və müvafiq şəffaflıq prinsiplərini tətbiq etməyə, Dünya Bankını, BVF-nu və regional inkişaf banklarını isə onları dəstəkləməyə çağırdılar.

Qazaxıstan EITI-ı tətbiq etmək niyyətini elan edir: İyunun 15-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev EITI-ı tətbiq etməyə başlamaq haqqında öz ölkəsinin niyyətini açıqlayıb.

Peru EITI-ın tətbiqinə başlayır: 2005-ci ilin mayın 15-də Peru Enerji və Mədən Naziri ölkəsinin EITI-ın tətbiqinə başladığını elan edən Bəyannaməni imzalamışdır. EITI Perunun B8-lə imzaladığı şəffaflığı artırmaq haqqında razılaşmada nəzərdə tutulan yaxşı idarəetmə haqqında daha geniş tədbirlər planının tərkib hissəsidir.

Sao Tome və Prinsipidə vətəndaş cəmiyyəti nümayəndələri seminar keçirmişlər: EITI prinsiplərinə uyğun olaraq International Alert təşkilatı BMT İnkişaf Proqramı və Sao Tome QHT-ləri Assosiasiyası ilə birlikdə konfrans keçirib. Konfransa yerli vətəndaş cəmiyyəti nümayəndələri, hökumət rəsmiləri, neft şirkətləri və beynəlxalq ekspertlər cəlb ediliblər.

Konqo Demokratik Respublikası: 11- 12 mayda, Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada EITI-ın tətbiqinə başlanılması üçün seminar keçirilib.

Qvineya: 27- 28 apreldə Konakridə EITI-ın tətbiqinə başlanılması üçün seminar keçirilib. Qvineya Baş Naziri Selu Dalein Dialo nitq söyləyərək EITI-ın tətbiqi üzrə öhdəliklərini ifadə edib.

Nigeriya: EITI-ın geniş və ətraflı məlumatlar toplanmış vebsaytı (www.neiti.org) işə başlayıb.

Norveç neft şirkəti STATOİL işlədiyi hər bir ölkədə ödədiyi vergi ödəmələrini dərc etdirmişdir. Bu neft şirkətləri tərəfindən ayrı- ayrı ölkələrin hökumətlərinə ödəmələrin şəffaflığığını daha da artırmaq üçün edilən qlobal cəhdlərə dəyərli bir töhvədir.

2005 – ci il mart ayının 17-də Londonda EITI-ın beynəlxalq konfransı keçirilmişdir. Britaniya hökumətinin ev sahibliyi etdiyi konfransda vətəndaş cəmiyətinin, hökumətlərin, beynəlxalq maliyə institutlarının, mədən sənayesinin və KİV-lərin birlikdə 300-dən artıq nümayəndəsi iştirak etmişdir. Konfransın əsas məqsədi iştirakçıların daha çox şəffaflığa nail olmaq haqqında öhdəliklərini yeniləmək üçün imkan yaratmaq və yerli hökumətlər tərəfindən Təşəbbüsün tətbiqi meyarları sistemini razılaşdırmaq idi.

Şəffaflığın Ölçülməsi layihəsində gəlirlər üzərində şəffaflığı dəstəkləməkdə şirkətlərin və hökumətlərin rolunu qiymətləndirmək üçün standartlar işlənib hazırlanmışdır. Burada həmçinin zaman keçdikcə onların bu sahədəki fəaliyətlərundəki inkişafı izləmək üçün əsas götürüləcək meyarlar sistemi də təqdim edilir. Layihənin nəticələri həm neft- qaz sənayesində fəaliyət göstərən şirkətlər, həm də bir neçə ölkə arasında liderləri və geridə qalanları üzə çıxardır. Bu nəticələr investorlar, QHT-lər, reytinq agentlikləri və şirkətlərə və hökumətlərə daha artıq şəffaf olmaları üçün təzyiq edə biləcək hər bir müvafiq təşkilat və insanlar tərəfindən istifadə ediləcəkdir.

EITI təşəbbüsünə hələlik qoşulmamış Qazaxstanın “Neft gəlirləri – ictimai nəzarətə” ("Нефтяные доходы - под контроль общества!”) koalisiyası Qazaxstan Respublikası Parlamentinə müraciət edərək deputatları Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləməyə çağırmışdır.

ABŞ Kongresinin 2004-cü ilin dekabrında Xarici Yardımlar haqqında qəbul etdiyi akta görə Beynəlxalq Maliyə İnstitutları bundan sonra verdikləri kreditlərdə və maliyyə yardımlarında gəlirlərin şəffaflığının təmin olunmasını əsas müqavilə şərti kimi tələb etməlidirlər.

Şell – öz vebsaytında bəyanat çap etmişdir. Bəyanatda Şell şirkətlərin fərdi açıqlamalarını müdafiə etdiyini bildirir.

Qırğızıstanda EITI-ın ölkədə tətbiqi ilə bağlı yerli QHT-lər və ümumi əhali arasında məlumatlılığı artırmaq məqsədi ilə QHT Konsorsiumu yaradılmışdır. Konsorsium vətəndaş cəmiyəti təşkilatları üçün treninq proqramları həyata keçirəcək və hökumət rəsmiləri və idarələri, həmçinin Qırğızıstan Respublikasında EITI prosesində iştirak edən şirkətlər və beynəlxalq maliyə institutları ilə effektiv əlaqələr yaradacaq.

EITI vebsaytında [www.eitransparency.org] EITI üzrə istinad kitabının layihəsi müzakirəyə çıxarılmışdır. Kitab əsasən 2003-cü ilin iyun ayında Londonda razılaşdırılmış EITI prinsipləri əsasında qurulmuşdur. Həmin vaxtdan bəri EITI təşəbüsü əhəmiyətli dərəcədə yayılmışdır.

2005-ci il yanvar ayının 12-dən Trinidad və Tobaqoda EITI-ın tətbiqinə başlanmışdır. Bunadək hökumət dövlət müəisələri, özəl sektor və vətəndaş cəmiyəti ilə məsləhətləşmələr aparmışdır.

Oktyabr ayının 29-da Qırğızıstan Respublikası hökuməti özünün EITI üzrə ilk rəsmi hesabatını dərc etdirmiş və Qırğızıstan Respiublikası EITI üzrə tövsiyə olunan ümumi formalar üzrə məlumatları açıqlayan ilk ölkə olmuşdur. Hesabat ölkənin mühüm qızıl hasilatı sektorunu əhatə edir. Hesabat əsas maliyə gəlirləri axınları haqqında ayrı- ayrı bəndlər üzrə məcmu məlumatlardan ibarətdir.

Sentyabr ayının 23-də Frank Zonası Maliyyə Nazirlərinin görüşü keçirilmişdir. 1964-cü ildə yaradılmış Frank Zonası, valyutaları Fransa frankına bağlanmış Afrika ölkələrinin monetar birliyidir. Nazirlər Konqo və Qabon ölkələrinin təşəbüs üzrə ğötürdükləri öhdəlikləri və beynəlxalq ictimaiyət və BVF-nin dəstəklədiyi şəffaflıq sahəsindəki cəhdlərini alqışlamışlar.


1 2 3


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:26:22

Sənədin digər dillərdəki variantları: /eng/

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.551705