AZƏRBAYCANDA EITI-LA BAĞLI MÜHÜM HADİSƏLƏRİN XRONOLOJİSİ (2006)
Koalisiyanın məlumatlarına əsasən
Azərbaycanda EİTİ-la bağlı mühüm hadisələrin xronolojisi 2006-ci ili əhatə edir
22 dekabr 2006-cı il
Koalisiyanın növbəti 8-ci Ümumi yığıncağı keçirildi. Yığıncaqda Koalisiyanın 62 üzvü və qonaqlar iştirak edirdilər.
Koalisiya Şurası Kordinatoru Sabit Bağırov Şuranın son Ümumi yöğıncaqdan keçən müddət ərzində fəaliyyəti haqqında məlumat verdi. Sonra Koalisiyanın 2006- 2007-ci illər üçün Fəaliyyət Planı çərçivəsndə həyata keçirilən müxtəlif layihələrin rəhbərləri- Osman Gündüz, Zöhrab İsmayıl, Fəqan Əliyev, Fuat Rəsulov, Vahid Qazi, Ehtiram Əliyev və Oqtay Güləliyev həmin layihələr və yerinə yerilmiş fəaliyyətlər haqqında məlumat verdilər.
Gündəlikdə sonrakı məsələ Monitorinq Qrupunun (MQ) Şuranın Fəaliyyəti haqqında rəyi idi. Bu haqda Qrupun üzvü Fəaqan Əliyev çıxış etdi və Şuranın fəaliyyəti haqqında NMQ-nin rəyini elan etdi. Rəydə Şuranın fəaliyyəti əsasən müsbət qiymətləndirildi və həyata keçirilmiş layihələrin əhəmiyyəti qeyd edildi. Nöqsanlar haqqında danışarkən o, ən əvvəl təmsil etdiyi MQ-nun fəaliyyətindən narazı olduğunu bildirdi və onun tərkibinin gücləndirilməsini təklif etdi. O qeyd edi ki, MQ üzvlərinin sayı bu qrupda işləmək imkanı və səriştəsi olan Koalisiya üzvləri hesabına artırılmalıdır.
Fasilədən sonra yöğıncaq Şuranın hesabatının və MQ rəyinin müzakirəsi ilə davam etdirildi. Çıxışlarda Şuranın fəaliyyəti əsasən qənaətbəxş qiymələndirildi. Eyni zamanda bəzi nöqsanlar və iradlar da bildirildi, təkliflər verildi. Qeyd edildi ki, keçən dövrdə ictimaiyyətin maarifləndirilməsi istiqamətində böyük işlər görülüb. Müxtəlif layihələrin nəticəsində neft gəlirləri, onların saxlanması və xərclənməsi üzərində şəffaflığın artırılmasının nə üçün vacib olması, əks halda hansı fəsadların törənə biləcəyi, bu məsələlərin əhalinin həyatına hansı yöndən və necə təsir edə biləcəyi və s. bu kimi məsələlər geniş ictimaiyyətə çatdırılmış, gənclər və tələbələrin, qadınların, ziyalıların, vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-lərin bu prosesə cəlb edilməsində uğurlu fəaliyyət göstərilib. Nöqsanlardan danışarkən ilk növbədə beynəlxalq tərəfdaşlarla əlaqələrin tələb olunan səviyyədə qurulmaması və həyata keçirilən layihələrdə xüsusi treninq keçmiş Koalisiya üzvlərindən geniş istifadə edilməməsi irad tutuldu. Çıxış edən Şura üzvləri qeyd etdilər ki, bəzi çıxışlarda iradlar əsassız olsa da, haqlı olaraq qeyd edilən çatışmamazlıqlar da var. Xüsusilə beynəlxalq və regional tərəfdaşlarla daha sıx və müntəzəm əlaqələr qurulmalıdır. Müzakirən sonunda Şuranın fəaliyyəti ümumi səsvermə ilə qiymətləndirildi və səs çoxluğu ilə qənaətbəxş hesab edildi.
Müzakirəyə çıxarılan növbəti məsələ Koalisiya Əsasnaməsinə dəyişikliklərin müzakirəsi idi. Dəyişikliklər layihəsi Şurada hazırlanmış və müzakirə edilmişdi. Bununla belə yığıncaq iştirakçıları yeni təklifləri fəal müzakirə etdilər. Bir neçə yeni dəyişiklik və düzəlişlər təklif edildi. Koalisiya Əsasnaməsinin son variantını səsə qoymaq üçün yetərsay kifayət etmədiyindən bunun üçün elektron səsvermə keçirmək, Koalisiya üzvlərinin 2/3-si səs verərsə qəbul etmək qərara alındı.
Sonra yığıncaq 2007-ci il üçün Proqram Sənədin müzakirəsi ilə davam etdirildi. Bu sənəddə cari vəziyyət təhlil edilir, Koalisiyanın 2007-ci ildə fəaliyyətinin əsas prioritetləri sahələri və həmin prioritetlər üzrə yerinə yetirilməsi vacib olan fəaliyyətlər göstərilir. Müzakirənin sonunda bəzi təkliflər də nəzərə alınmaqla sənəd qəbul edildi.
Gündəlikdə duran sonuncu məsələnin- Koalisiya üzvünün Etik Kodeksinin müzakirəsini Koalisiya üzvləri arasında email vasitəsi ilə aparmaq qərara alındı. Bununla da Ümumi yöğıncaq sona çatdı.
(Ümumi yığıncağda çəkilmiş fotoşəkillər)
Dekabr, 2006-cı il
Koalisiyanın "Mədən Sənayesində Şəffaflıq" adlı bülleteninin 5-ci sayı nəşr olunur 
Noyabr, 2006-cı il
MSŞT-nin əsas istinad kitabı- "Vəsait" (Source Book) Azərbaycan dilinə tərcümə edilərək nəşr olunur 
Noyabr, 2006-cı il
Koalisiyanın "Mədən Sənayesində Şəffaflıq" adlı bülleteninin 5-ci sayı nəşr olunur 
08 noyabr 2006-cı il
"Neft gəlirləri hаmımızındır" kоmpаniyаsı çərçivəsində jurnаlistlər аrаsındа keçirilən yаzı müsabiqəsinə yekun vurulur. Bu məqsədlə BMM-də keçirilən mətbuat konfransında qaliblər elan edilir və mükafatlandırılırlar. 
Müsabiqəyə aşağıdakı yazılar təqdim edilmişdi:
Müsabiqədə iştirak etmiş digər yazılar bunlardır:
30 oktyabr 2006-cı il
Binəqədi Oil şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu
(http://oilfund.az/index_az.php?n=10778 )
Binəqədi Oil şirkəti Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı" adlanan sənəddə qeyd olunur ki, Binəqədi Oil şirkəti Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərdiyi üçün MHŞT üzrə hökumət Komissiyası tərəfindən Memoranduma qoşulmaq barədə dəvət almışdır. Sənəddə bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən digər hasilat şirkətləri kimi MHŞT-ni tətbiq etmək və Memorandumun bütün digər tərəfləri ilə əməkdaşlıq etmək niyyətilə Binəqədi Oil "Qoşulma Aktını" imzalayaraq Memoranduma qoşulur.
Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 23-ə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri,o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Inpex Azərbaycan şirkəti isə Memoranduma 2005-ci il iyulun 19-da qoşulub.
Binəqədi Oil Azərbaycanda fəaliyyətə yeni başladığı üçün Təşəbbüsün həyata keçirilməsi ilə bağlı əvvəlki hesabat mərhələsində iştirak edə bilməyib. "Qoşulma Aktı"nı imzalamaqla Binəqədi Oil Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - beşinci hesabat dövrü (2006-cı ilin ilk 6 ayı) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.
20 oktyabr 2006-cı il
"Neft gəlirləri hamımızındır" ictimai təbliğat kampaniyasına yekunu:
20 oktyabr 2006-cı il
Bakıda "Neft gəlirləri hamımızındır" ictimai təbliğat kampaniyası çərçivəsində konfrans keçirilir 
Oktyabr 2006-cı il
MSŞT üzrə apreldə (2006) Bakıda keçirilmiş beynəlxalq konfransda edilmiş məruzə və çıxışların toplandığı kitab (ingilis dilində) nəşr edilir »
17 oktyabr 2006-cı il
MSŞT üzrə Osloda keçirilən beynəlxalq konfransda Azərbaycan beynəlxalq Şəffaflıq Təşəbbüsü üzrə İdarə Heyətinə üzv seçilir.
Azərbaycan beynəlxalq Şəffaflıq Təşəbbüsü üzrə İdarə Heyətinə üzv seçilmişdir
(mənbə: http://oilfund.az/index_az.php?n=10777 )
2006-cı il oktyabrın 16-da Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 3-cü beynəlxalq konfrans öz işinə başlamışdır. Konfransda Azərbaycandan nümayəndə heyəti iştirak etmişdir. Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov Azərbaycanın Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində fəaliyyətinə dair çıxış etmiş və ölkəmizin öz təcrübəsini digər dövlətlərlə bölüşməyə hazır olduğunu bəyan etmişdir. Konfransda çıxış edən digər iştirakçılar Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiklərini bildirmişlər.
Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsün fəaliyyətinin koordinasiya edilməsi məqsədilə İdarə Heyətinin yaradılması qərara alınmışdır.
Konfransın qərarına əsasən, İdarə Heyətinə 8 ölkənin üzvlüyü təsdiq olunmuşdur. Onlardan 5-i Şəffaflıq Təşəbbüsünü tətbiq edən ölkələr - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan Respublikası və Nigeriya, 3-ü isə Təşəbbüsü dəstəkləyən ölkələr- ABŞ, Böyük Britaniya və Almaniyadır. Bundan başqa, İdarə Heyətində beynəlxalq qeyri-hökumət təşkilatlarının, hasilat sənayesi şirkətlərinin və investisiya şirkətinin nümayəndələri də təmsil olunacaqlar.
Şəffaflıq Təşəbbüsünü beynəlxalq səviyyədə ilk olaraq həyata keçirən və Təşəbbüs üzrə neft gəlirlərinə dair artıq 4 hesabat açıqlamış Azərbaycanın İdarə Heyətinə üzv təsdiq olunması ölkənin Təşəbbüsün tətbiqində dünya ölkələri arasında aparıcı rolunu bir daha nümayiş etdirdi.
10 oktyabr 2006-cı il
"Neft gəlirləri hamımızındır" ictimai təbliğat kampaniyasına həsr edilmiş üçüncü pres- reliz yayılır 
03 oktyabr 2006-cı il
"Neft gəlirləri hamımızındır" ictimai təbliğat kampaniyasına həsr edilmiş ikinci pres- reliz yayılır 
02 oktyabr 2006-cı il
Koalisiya Şurası üzvlərinin ACİ YF-nın Qərbi Afrika üzrə İcraçı Direktoru xanım Dr. Nana Tanko ilə görüşü keçirilir. Görüşdə qonaq MSŞA Koalisiyasının yaranması, fəaliyyəti və gələcək planları ilə tanış olur.
25 sentyabr 2006-cı il
"Neft gəlirləri hamımızındır" ictimai təbliğat kampaniyasının birinci həftəsinə həsr edilmiş pres- reliz yayılır 
22 sentyabr 2006-cı il
Seçim Qrupunun növbəti iclası keçirilib. İclasa Koalisiyanın nümayəndəsi Qubad İbadoğlu sədrlik edib. "Deloyt" şirkəti müsabiqənin qalibi elan olunub.
Şəffaflıq Təşəbbüsü üzrə beşinci mərhələnin hesabatlarına "Deloyt" şirkəti rəy verəcək
2006-cı il sentyabrın 22-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - beşinci hesabat mərhələsi üzrə hesabatlarını (2006-cı ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və Deloyt şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, beşinci hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 5 nüfuzlu auditor şirkətinə ("Deloyt", "Praysuoterhauskupers", "Ernst ənd Yanq", KPMG və "Mur Stefens Azərbaycan") şirkətlərinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir. (ARDNF-nin məlumatı)
18 sentyabr 2006-cı il
"Neft gəlirləri hamımızındır" ictimai təbliğat kampaniyasının başlanması elan edildi 
08 sentyabr 2006-cı il
4-cü auditin nəticələrinə dair Koalisiya Rəyi açıqlandı 
Avqust 2006-cı il
"Mədən Sənayesində Şəffaflıq" informasiya büllüteninin ikinci sayı çapdan çıxdı 
18 avqust 2006-cı il
Azərbaycan Respublikası höküməti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə (2005-ci il üzrə illik) növbəti hesabatını və Müstəqil Mühasiblərin (Deloitte audit şirkəti) rəyini açıqlayırlar. Bu Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olan Azərbaycanın MHŞT çərçivəsində açıqladığı artıq dördüncü hesabatdır. Bu barədə Memorandum tərəflərinin birgə pres-relizi yayılır.
18 iyul 2006-cı il
"Neft gəlirləri hаmımızındır" kоmpаniyаsı çərçivəsində jurnаlistlər аrаsındа keçirilən yаzı müsаbiqəsi elan edilir 
07 iyul 2006-ci il
Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzi (ETTTM) Oğuz rayonunda "Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər" mövzusunda Dəyirmi Masa keçirir. Dəyirmi Masa ACİ-Yardım Fondu tərəfindən dəstəklənən Bələdiyyələrin informasiya açıqlığı və vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək Layihəsi çərçivəsində və "Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyasının fəaliyyət planına uyğun olaraq həyata keçirilir.
30 iyun 2006-cı il
Bakı Mətbuat Mərkəzində MSŞA QHT-lər koalisiyasının növbəti 7-ci Ümumi yığıncağı keçirildi. Yığıncaqda Koalisiyanın 49 üzvü və qonaqlar iştirak edirdilər.
Koalisiya Şurası Kordinatoru Sabit Bağırov Şuranın son Ümumi yöğıncaqdan keçən müddət ərzində fəaliyyəti və növbəti dövr üçün planları haqqında məlumat verdi. Sonra Koalisiyanın 2006- 2007-ci illər üçün Fəaliyyət Planı çərçivəsndə həyata keçirilən müxtəlif layihələrin rəhbərləri- Sevgim Rəhmanov, Oqtay Güləliyev, Fəqan Əliyev, Osman Gündüz, Zöhrab İsmayıl, Vahid Qazi, Fuat Rəsulov, Ehtiram Əliyev və İlham Hüseynov həmin layihələr, hazırkı vəziyyət və nəzərdə tutulan işlər haqqında məlumat verdilər. Bu məlumatlardan sonra Himayət Rizvanqızı Monitorinq Qrupunun (MQ) Şuranın fəaliyyəti haqqında rəyini elan etdi. Rəydə Şuranın fəaliyyəti əsasən müsbət qiymətləndirilsə də, bəzi ciddi iradlar da bildirildi.
Daha sonra Koalisiya üzvləri məruzələri və MQ-nin rəyini müzakirə etdilər və Şuranın fəaliyyətini qiymətləndirdilər. Müzakirələrdə 21 nəfər çıxış etdi və sonda səsvermə ilə Şuranın fəaliyyəti məqbul qiymətləndirildi.
Gündəlikdə növbəti məsələ Koalisiyanın rəsmi qeydiyyatdan keçməsi və hüquqi statusunun rəsmiləşdirilməsi ilə bağlı Mayis Güləliyevin təklifi idi. Təklifin müəllifi çıxış etdi və təklifin mahiyyətini açıqladı. Müzakirələrdən sonra Ümumi yığıncaq Koalisiaynın fəaliyyətinin indiki formada davam etdirilməsini daha məqsədəuyğun hesab etdi.
Daha sonra yığıncaq iştirakçıları Koalisiya üzvlərinin yenidən qeydiyyatdan keçməsi haqqında Fuad Qəhrəmanlının təklifini müzakirə etdilər. Ümumi yığıncaq bu məqsədlə işçi qrupun yaradılması və müvafiq təkliflərin hazırlanması barədə qərar qəbul etdi.
Fasilədən sonra Koalisiya üzvləri Şuranın tərkibinin genişləndirilməsi məsələsini müzakirə etdilər. Şura üzvlərinin sayının daha 2 nəfər artırılaraq 11 nəfərə çatdırılması qərara alındı. Mehriban Vəzir və Nəriman Ağayev yeni Şura üzvləri seçildilər.
Ən sonda Koalisiya üzvlüyünə ərizə vermiş 7 nəfər üzvlüyə qəbul edildi.
12 iyun 2006-cı il
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri ilə görüşü haqqında məlumatı:
Şahmar Mövsümov Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri ilə görüşüb
2006-cı il iyunun 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri ilə görüşüb. QHT nümayəndələri Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda həyata keçirilməsi prosesində əldə olunan nailiyyətləri qeyd etmiş və bu sahədə gələcək fəaliyyət barədə təkliflərini vermişlər. Ş. Mövsümov QHT Koalisiyasının MHŞT üzrə hökumət Komissiyası ilə Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində əməkdaşlığına yüksək qiymət verdiyini bildirərək bu əməkdaşlığın davam edəcəyinə inamını ifadə etmişdir. Tanışlıq xarakteri daşıyan görüş konstruktiv şəraitdə keçmiş və Azərbaycan hökumətinin Şəffaflıq Təşəbbüsünün tətbiqi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində apardığı siyasətin bundan sonra da davam etdiriləcəyi qeyd olunmuşdur.
06 iyun 2006-cı il
Azad Iqtisadiyyat Mərkəzi və Neftçilərin Hüquqlarını müdafiə Komitəsi "ARDNŞ-nin auditinin yubanması və şirkətin fəaliyyətindəki şəffaflığın vəziyyətinin ictimai müzakirəsi" layihəsinin icrasına başlayır 
19 may 2006-cı il
Azadlıq radiosunun axşam verilişində Koalisiyanın "Dövlət orqanları və neft şirkətlərinin informasiya açıqlığı" layihəsinin ekspertləri Ələsgər Məmmədli və Azər Həsrətin 30 dəqiqəlik verilişi olub. Layihə çərçivəsində Koalisiyanın üzvü Multimediya İnformasiya və Texnologiya mərkəzi tərəfindən hazırlanan Dövlət orqanlarının və neft şirkətlərinin internet resurslarının Reytinq cədvəli ətrafında müzakirələr xeyli maraq doğurub. Geniş məlumat Radionun saytında ( http://www.azadliq.org/BroadcastSchedule.aspx ) və www.informasiya.org saytında yerləşdirilib.
8, 16, və 18 may 2006-cı il
"Azərbaycanın Mədən Sənayesinin fəaliyyəti haqqında region ictimaiyyətinin məlumatlılığının artırılması" layihəsi çərçivəsində Zaqatala, Balakən və Mingəçevir şəhərlərində konfranslar keçirilir 
16 may 2006-cı il
(MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmiş və növbəti - dördüncü hesabat mərhələsi üzrə hesabatların (2005-illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və Deloyt şirkəti müsabiqənin qalibi elan olunmuşdur. Aşağıda MHŞT üzrə Hökumət Komissiyasının bu haqda məkumatıdır:
MHŞT üzrə dördüncü mərhələnin hesabatlarına "Deloyt" şirkəti rəy verəcək
2006-cı il mayın 16-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - dördüncü hesabat mərhələsi üzrə hesabatlarını (2005-illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və Deloyt şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, dördüncü hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı şirkətlər tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 nüfuzlu auditor şirkətinə ("Deloyt", "Praysuoterhauskupers", "Ernst ənd Yanq" və "Mur Stefens Azərbaycan") şirkətlərinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.
Azərbaycan hökuməti MHŞT çərçivəsində öz hesabatlarını artıq üç dəfə açıqlayıb. 2003-cü və 2004-cü ili əhatə edən hesabatlar "Deloyt ənd Tuş" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, 2005-ci ilin ilk 6 ayı üzrə hesabat isə AGN Mak şirkəti tərəfindən tutuşdurularaq təhlil olunub və onlara rəy verilib.
11 may 2006-cı il
MSŞA Koalisiyasının Şura üzvləri Sabit Bağırov, Qubad Ibadoğlu, Telman Zeynalov, İnqilab Əhmədov və Oqtay Gülalıyev İngiltərənin Azərbaycandakı səfirliyində sözü gedən ölkənin Xarici İşlər Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə nümayəndəsi Anqus Millerlə görüşüb. Tanışlıq Xarakteri daşıyan görüşdə Britaniyalı qonaq təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək Ingiltərə şirkətlərinin ölkəmizlə geniş iqtisadi əlaqələr qurduğunu, Xüsusən Xəzər regionunda neft- qaz sektorunun istismarında səmərəli fəaliyyət göstərdiyini bildirdi. Cənab Miller rəsmi Londonun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə Xüsusi önəm verdiyini və bu təşəbbüsə qoşulan ölkələrdə təşəbbüsün genişlənməsini dəstəklədiyini qeyd etdi. Qonaq həmçinin MSŞA Koalisiyasının fəaliyyəti ilə maraqlanaraq, Koalisiya ilə yaXından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Öz növbəsində MSŞA Koalisiyası barədə qonağa məlumat verən Koalisiyanın Şura üzvləri qurumun yaranma zərurəti, gördüyü işlər və nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə Britaniyalı diplomatla fikir mübadiləsi apardılar. Qərara alındı ki, bu səpkili görüşlər mütamadi olaraq keçirilsin. Görüşdə Ingiltərənin Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak edib.
28 aprel 2006-cı il
MSŞA Koalisiyası PWYP beynəlxalq Koalisiyasının AYİB-in Yeni Enerji Siyasəti layihəsi üzrə təkliflərini dəstəkləyir və bu təkliflərin sənədin son variantında nəzərə alınmaı xahişi ilə AYİB-ə müraciət edir.
26 aprel 2006-cı il
MSŞA Koalisiyası PWYP beynəlxalq Koalisiyasının Afrika üzrə kordinatoru C-b M. Pelleqriniyə Konqo Respublikasında iki hüquq müdafiəçisinin saxta ittihamlarla həbs edilməsindən hiddətləndiyini və onların tezliklə azad edilmələri üçün edilən bütün cəhdlərə qoşulduğunu bildirən məktubla müraciət edir.
6- 8 aprel 2006-cı il
MSŞA Koalisiyası "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü: Pilot Ölkələrin Təcrübəsi" adlı beynəlxalq konfrans keçirir 
15 mart 2006-cı il
"Tacirlər və Istehsalçılar Birliyi" "Azərbaycanın Mədən Sənayesinin fəaliyyəti haqqında region ictimaiyyətinin məlumatlılığının artırılması" layihəsinin həyata keçirilməsi ilə əlaqədar olaraq Xaçmaz şəhərində konfrans keçirir. 
11 mart 2006-ci il
Şura üzvləri Sabit Bağırov və Telman Zeynalov "Yeni Musavat" qəzeti redaksiyasında keçirilən media- forumda sualları cavablandırırlar 
17 fevral 2006-cı il
Iqtisadi Tədqiqatlar Mərkəzi "Mədən sənayesində şəffaflıq təşəbbüsü sahəsində həyata keçirdiyi sorğu ilə bağlı layihəninin ilkin nəticələrinin təqdimatını keçirib. 
16 fevral 2006-cı il
"Tacirlər və İstehsalçılar Birliyi" "Azərbaycanın Mədən Sənayesinin fəaliyyəti haqqında region ictimaiyyətinin məlumatlılığının artırılması" layihəsi üzrə görülmüş işlər haqqında hesabat təqdim edir 
07 fevral 2006-cı il
MSŞT Koalisyası ölkə Prezidentinə ARDNF-in Müşahidə Şurasında Fondun Əsasnaməsinə əsasən ictimai təşkilatlar üçün nəzərdə tutulan yerlərdən birinə Koalisiyanın nümayəndəsinin təyin edilməsi xahişi ilə müraciət edir.
27 yanvar 2006-cı il
MHŞT (EITI) üzrə 30 iyun 2005-ci ildə bitən 6 ay üçün hökumətin hesabatı və audit şirkətinin rəyi açıqlanır.
17 yanvar 2006-cı il
Bakıda, Exelsior otelində Koalisiyanın 2006- 2007-ci illəri əhatə edən fəaliyyət planının təqdimatı keçirilıir. Mərasimdə Milli Məclisin üzvləri, İqtisadiyyat Komissiyasının Sədri Ziyad Səmədzadə, həmin Komissiyanın üzvləri Vahid Əhmədov və Azər Əmiraslanov, Norveçin Azərbaycandakı səfiri cənab Steynar Gil, Böyük Britaniya səfirliyinin nümayəndəsi, Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Beynəlxalq Valuta Fondunun Bakı nümayəndəliklərinin başçıları, BP və ExxonMobil şirkətlərinin, ACİ YF-nun, F. Ebert, F. Nauman və Avrasiya fondlarınım nümayəndələri və Koalisiyanın bir qrup üzvü iştirak edirlər. Koalisiyanın bu günədək olan fəaliyyəti haqqında məlumat verdikdən sonra, Koalisiya Şurası kordinatoru S. Bağırov və Şuranın üzvü İ. Əhmədov fəaliyyət planını təqdim edirlər. Təqdimatdan sonra fəaliyyət planı ətrafında diskussiya keçirilir və çıxışlar edilir. Belə bir təklif səslənir ki, bu fəaliyyət planının həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitini təmin etmək məqsədi ilə donorların alyansı yaradılsın. Arzu edən neft şirkətləri də həmin alyansa qoşula bilərlər.